1. Torpaqşunaslıq elmi haqqında məlumat. Torpaqşunaslıqda istifadə olunan tədqiqat metodları


Torpağın hava rejimi, torpaq havasının tərkibi



Yüklə 132,98 Kb.
səhifə34/109
tarix29.01.2022
ölçüsü132,98 Kb.
#51801
1   ...   30   31   32   33   34   35   36   37   ...   109
Torpaq coğrafiyaaı tam suallar

Torpağın hava rejimi, torpaq havasının tərkibi

Havanın torpağa daxil olması, onun profilboyu hərəkəti, torpağın bərk, maye və canlı fazaları ilə qarşılıqlı təsirindən tərkibinin və fiziki vəziyyətinin dəyişməsi, həmçinin torpaq havasının atmosferlə qaz mübadiləsi ilə bağlı bütün hadisələrin məcmusu torpağın hava rejimi adlanır.

Torpağın hava rejimi sutkalıq, mövsümi, illik və çoxillik dəyişkənliyə məruzdur və torpağın xassələrindən (fiziki, kimyəvi, fiziki-kimyəvi, bioloji), hava şəraitindən, bitkinin xarakterindən, aqrotexnikadan asılıdır. əlverişli hava rejimi əlverişli quruluşa malik və daxil olmuş su və havanı özündən tez keçirən və təzədən paylayan strukturlu torpaqlarda müşahidə edilir.

Torpaqların hava rejiminin tənzimlənməsi aqrotexniki və meliorativ tədbirlər vasitəsilə həyata keçirilir.

Bataqlaşmış torpaqlarda aqrotexniki tədbirlər onların köklü meliorasiyasından qurutmadan sonra tətbiq edilə bilər. Torpaqların aerasiyasının yaxşılaşdırılmasının zəruriliyi əsas hava rejimi göstəriciləri – torpaq havasının miqdarının və ehtiyatının, hava keçiriciliyinin, qazların diffuziyasının sürətinin, torpağın tənəffüsünün, torpaq havasının tərkibinin öyrənilməsi əsasında müəyyən edilir. Bütün bu göstəricilər bir-biri ilə çox sıx əlaqədardır.

Ağır qranulometrik tərkibə malik struktursuz torpaqlarda torpaq havasının miqdarı torpağın sıxlığından və nəmliyindən asılıdır. Bu cür torpaqlarda hətta optimal nəmlik şəraitində bitkilər oksigenin azlığından və karbonun çoxluğundan əziyyət çəkə bilər. Ən az su tutumuna bərabər nəmlik şəraitində havanın qeyd edilən torpaqlarda miqdarı kritik ölçüdən aşağı düşür (torpağın həcmindən 15% az).

Torpağın hava rejiminə struktursuz torpaqlarda yaranan torpaq qaysağı daha çox ziyan gətirir. Torpaq qaysağı yüksək sıxlığa və aşağı məsaməliyə malikdir.

Torpağın strukturunu yaxşılaşdıran, məsamələrin ümumi həcmini və aerasiya məsamələrini artıran becərmə qaydaları qaz mübadiləsinin intensivliyini gücləndirir, karbon qazının konsentrasiyasını azaldır və torpaqda oksigenin miqdarını artırır.

Torpaqdan hava və ayrı-ayrı qazların keçmə sürəti məsamələrin ümumi həcmindən və onların ölçülərindən asılıdır. Gilli və gillicəli torpaqların hava keçiriciliyi ilk növbədə qeyri-kapilyar məsamələrin zəruri həcmini təmin edən torpaqdakı iri suyadavamlı aqreqatların miqdarından asılıdır.

Torpaq tənəffüsünün intensivliyi- torpağın hava rejiminin səciyyəvi göstəricisidir. Karbonun torpaqda daha fəal şəkildə ayrılması əlverişli temperatur və nəmlik şəraitində köklərin və vegetativ orqanların intensiv böyümə dövründə baş verir.

Torpaq havasının tərkibinə görə torpağın aerasiya şəraitinin qiymətləndirilməsindən də geniş istifadə edilir. Aerasiya şəraitinin tələbinə görə kənd təsərrüfatı bitkilərini aşağıdakı sıra üzrə düzmək mümkündür: kartof > qarğıdalı > buğda > çoxillik otlar.

Normal nəmliyə malik torpaqlarda torpaq havasında O₂ miqdarı bir qayda olaraq üst horizontlardan aşağı horizontlara doğru tədricən azalır, CO₂ miqdarı isə əksinə artır. Qaz mübadiləsi çətinləşmiş torpaqlarda CO₂ - nin maksimal və O₂-nin minimal konsentrasiyası torpaq profilinin aşağı və orta horizontları üçün səciyyəvidir.

Torpaqların mədəniləşdirilməsi yüksək aqrotexnikanın tətbiqi onların hava rejimlərinin və optimallaşdırılmasına xidmət edir. Torpaq reaksiyasının tənzimlənməsi, fiziki xassələrin yaxşılaşdırılması (dərin əkin qatının yaradılması, əkinaltı qatın yumşaldılması və s.), üzvi və mineral gübrələrin tətbiqi, torpaqların suvarılması torpaqlarda bioloji prosesləri fəallaşdırır və torpağın tənəffüsünün intensivliyini yüksəldir.






  1. Yüklə 132,98 Kb.

    Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin