1. Torpaqşunaslıq elmi haqqında məlumat. Torpaqşunaslıqda istifadə olunan tədqiqat metodları


Torpağın su rejiminin tənzimlənməsi



Yüklə 132,98 Kb.
səhifə33/109
tarix29.01.2022
ölçüsü132,98 Kb.
#51801
1   ...   29   30   31   32   33   34   35   36   ...   109
Torpaq coğrafiyaaı tam suallar

Torpağın su rejiminin tənzimlənməsi

Torpağın su rejiminin tənzimlənməsi - intensiv əkinçilik şəraitində vacib tədbirlərdən biridir. Bu zaman bitkinin su təminatını pisləşdirən əlverişsiz şəraitin aradan götürülməsinə yönəlmiş kompleks tədbirlər həyata keçirilir. Su balansının gəlir və xüsusən də çıxar bəndlərini süni dəyişdirməklə, torpaqlarda suyun ümumi və faydalı ehtiyatına əhəmiyyətli dərəcədə təsir göstərmək və bununla da kənd təsərrüfatı bitkilərindən yüksək və sabit məhsul almaq mümkündür.

Su rejiminin tənzimlənməsi iqlim və torpaq şəraitinin, həmçinin becərilən bitkilərin suya olan tələbi nəzərə alınmaqla aparılır.

Mədəni bitkilərin böyüməsi və inkişafı üçün optimal şərait yaratmaqdan ötrü torpağa daxil olan su ilə fiziki buxarlanma və transpirasiyaya sərf olunan suyun miqdarı arasında bərabərliyə, yəni vahidə yaxın nəmlik əmsalının əldə edilməsinə nail olunmalıdır.

Konkret torpaq-iqlim şəraitlərində torpağın su rejiminin tənzimlənməsinin öz xüsusiyyətləri vardır. Zəif drenlənmiş izafi nəmlik zonasınada torpaqların su rejiminin yaxşılaşdırılmasına torpaq səthini planlaşdırmaq və yağış və ərimiş qar sularının uzun müddət yığılıb durduğu mikro- və mezoçökəklikləri hamarlamaqla nail olmaq mümkündür.

Bataqlıq tipli torpaqlarda izafi nəmliyi torpaqdan kənarlaşdırmaqdan ötrü qurutma işlərinin həyata keçirilməsi, açıq və örtülü drenaj sistemlərinin qurulması tələb olunur.

Davamsız nəmlik zonalarında və quraq rayonlarda su rejiminin tənzimlənməsi torpaqda maksimal miqdarda suyun toplanmasına və ondan səmərəli şəkildə istifadə olunmasına yönəlmişdir. Nəmlik toplamanın ən geniş üsullarından biri - qar və ərimiş suların saxlanmasıdır. Səth axınlarını azaltmaqdan ötrü yamacın eninə şumlanması, tirələmə, şırımlama, torpaqların yarıqlandırılması, bitkilərin zolaq-zolaq yerləşdirilməsi və başqa qaydalar tətbiq edilir.

Torpaq nəmliyinin toplanmasında müstəsna rol tarlaqoruyucu meşə zolaqlarına məxsusdur. Qış dövründə tarlaqoruyucu meşə zolaqları qarın sovrulmasının qarşısını almaqla torpaqda vegetasiya dövrünün başlanğıcında kifayət qədər su ehtiyatının toplanmasına yardım edir.

Torpaqların su rejiminin yaxşılaşdırılmasında təmiz və qara herikin tətbiqinin böyük əhəmiyyəti vardır. Təmiz herikin aqrotexniki tədbir kimi nəmliyin toplanmasında daha böyük səmərəsi özünü bozqır və meşə bozqır zonasında daha yaxşı göstərir.

Yarımsəhra və səhra zonalarında torpağın su rejiminin yaxşılaşdırılmasının əsas vasitəsi - suvarmadır. Suvarma zamanı suyun səmərəsiz itirilməsinə qarşı mübarizə şorlaşmanın qarşısının alınmasında böyük əhəmiyyət kəsb edir.



  1. Yüklə 132,98 Kb.

    Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin