1. Torpaqşunaslıq elmi haqqında məlumat. Torpaqşunaslıqda istifadə olunan tədqiqat metodları



Yüklə 132,98 Kb.
səhifə83/109
tarix29.01.2022
ölçüsü132,98 Kb.
#51801
1   ...   79   80   81   82   83   84   85   86   ...   109
Torpaq coğrafiyaaı tam suallar

44. Şabalıdı torpaqları

Quru bozqırların zonal torpaq tipi – şabalıdı torpaqlardır. Onların ümumi sahəsi (çəmən-şabalıdı torpaqlar daxil olmaqla) yuxarıda adı çəkilən ölkələr daxilində 107 mln.ha-dır. Bunlardan 30%-i şabalıdı şorakətvari torpaqların və şabalıdı torpaqların şorakətlərlə yaratdığı komplekslərin payına düşür. Zona daxilində həmçinin şoranlar və solodlar geniş yayılmışdır. Şabalıdı torpaqlar Moldovanın cənubunda və Ukraynada, Qara və Azov dənizləri sahillərində, Orta və Aşağı Volqada, Qazaxıstanda, Sibirin cənub hissəsuində (Kulunda), Azərbaycanda geniş yayılmışdır. Ayrı-ayrı massivlər şəklində ona Orta Sibir və Zabaykalyedə də rast gəlmək mümkündür.



İqlimi. Şabalıdı torpaqlar isti quru uzun yayı və az miqdarda qar örtüyü olan soyuq qışı ilə seçilən quru kontinental iqlim şəraitində formalaşır. Qar örtüyünün qalınlığı zonanın müxtəlif yerlərində 15-40 sm arasında tərəddüd edir. Havanın orta illik temperaturu Rusiyanın Avropa hissəsində 9⁰ C və Asiya hissəsində 2-3⁰ C təşkil edir. Uyğun olaraq yanvarın orta temperaturu -5 – 25⁰ C, iyulun orta temperaturu 20-25⁰ C arasında dəyişir. 5⁰C-dən yuxarı temperaturların davam etmə müddəti zonanın qərbində 215-225 gün, şərqində 150-160 gün, şaxtasız günlərin sayı isə uyğun olaraq 180-190 və 110-120 gün təşkil edir. Rütubətlənmə əmsalı zonanın cənubunda 0,25-0,30, mərkəzində 0,30-0,35, şimalında 0,35-0,45-dir. Yayda quru küləklər bitkilərə öldürücü təsir göstərir.


Yüklə 132,98 Kb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin