1 uot 612. 826+591. 147 Fiziologiya



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
tarix25.01.2017
ölçüsü0,58 Mb.
#6496

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ MƏRUZƏLƏRİ

, 2014, 


LXX CİLD, №1 

 

MƏRUZƏLƏR



    

▬◄►▬


    REPORTS    

▬◄►▬


    

ДОКЛАДЫ


 



 

UOT 612.826+591.147                                                                                                 Fiziologiya 

 

 

ORQANİZMİN ADAPTİV FUNKSİYALARININ FORMALAŞMASINDA FƏRDİ 

TİPOLOJİ STATUSUN ROLU 

 

S.Y.Əliyev 

(Azərbaycan MEA-nın akademiki M.Ə.Salmanov tərəfindən təqdim edilmişdir) 

 

Aparılan tədqiqatların nəticəsində müəyyən edilmişdir ki, voleybolçu qızların idman stajına, 

sinir  sisteminin  tipinə  və  fərdi  psixofizioloji  xüsusiyyətlərinə  müvafiq  olaraq  hormonların  və 

mediatorların qandakı fəallığı get-gedə stabilləşir. 

Bu amillər funksional sistemin normal fizioloji fəaliyyətinin təminatına şərait yaradır. 

 

Açar sözlər: adaptasiya, hormon, stress, fərdi tipoloji 

 

Müəyyən edilmişdir ki, idman stajının və 



yaş  dövrünün  artmasına  paralel  olaraq  voley-

bolçu qızların  qanında hormonal-mediator ba-

lansdakı dəyişikliklərdə sabitləşmə gedir. Eləcə 

də  idmançının  fərdi  psixofizioloji  xüsusiy-

yətləri  hormonların  və  mediatorların  miqdarı-

nın  dəyişməsinə  səbəb  olur.  Bu  amillər  funk-

sional  sistemin  normal  fizioloji  fəaliyyətinin 

təminatına şərait yaradır. 

Əldə  edilən  ədəbiyyat  məlumatlarında 

göstərilir ki, müasir dövrdə idmançılarda mey-

dana gələn yeni tələbat növləri, onların emo-

sional vəziyyətində yaratdığı dəyişikliklər son 

nəticədə,  uyğunlaşma  və  davranış  reaksiya-

larında özünü göstərir [4, 5, 9,11]. Bu onunla 

əlaqədardır  ki,  onların  bütün  yarışlara  olan 

tələbatları  və  icraları,  o  cümlədən  də  fiziki 

gərginliyin  intensivliyi  və  psixofizioloji  fəa-

liyyəti  müvafiq  emosional  gərginliyin  yarat-

dığı  neyroendokrin  və  psixofizioloji  dəyi-

şikliklər  onlarda  adaptiv  funksiyaların  yeni-

dən  qurulmasını  tələb  edir  [10,11].  Məşq  və 

mötəbər  yarışlar  vaxtı  fiziki  gərginliyin  və 

emosional halın metabolik və neyroendokrin 

dəyişikliyə səbəb olduğu göstərilir. Bu isə or-

qanizmdə  vegetativ,  somatik,  psixofizioloji 

və  digər  dəyişikliklərin  yaranmasına  gətirib 

çıxarır [8, 11, 12]. Bütün bunlar sübut edir ki, 

idmançının  orqanizminin  müxtəlif  adaptiv 

funksiyasının  effektivliyi,  onun  yüksək 

nailiyyətlər  əldəetmə  qabiliyyətinin  əsasını 

təşkil  edir.  Bu  onu  göstərir  ki,  idmançının 

fiziki və psixofizioloji sağlamlığı, yarışlar za-

manı  yüksək  məhsuldarlığı,  adaptiv  funksi-

yaları təmin edən neyroendokrin sistemin nor-

mal  fizioloji  funksiyalarından  asılıdır.  Ona 

görə  də  müxtəlif  mənşəli  gərginliklərdə  en-

dokrin sistemin fəallığı artdığından orqanizm 

bu  şəraitdən  çıxma  yollarını  və  uyğunlaş-

maları  axtarır  [3,  6,  8,  10,  11,  12].  Bu  gös-

tərdiyimiz vacib məsələlər, idmanın müxtəlif 

növü ilə məşğul olan qızlarda yaş dövrünün, 

idman stajının və fərdi xüsusiyyətlərinin hor-

monal-mediator statuslarında baş verən dəyi-

şikliklər  və  bu  dəyişikliklərin  adaptiv  və  fi-

zioloji xüsusiyyətləri zəif öyrənilmişdir. 

Göstərilənləri nəzərə alıb, bu tədqiqat işi-

nin  əsas  məqsədi  idman  stajının  voleybolçu 

qızların  qanında hormonların  və monoaminlə-

rin fəallığının qarşılıqlı əlaqələrinin fərdi psixo-

fizioloji  xüsusiyyətlərinə  təsirini  öyrənmək 

olmuşdur. 

 

Material  və  metodlar 

Tədqiqatlar  13-24  yaş  həddli,  müxtəlif  

idman  stajı  olan  voleybolçu  qızlarda  aparıl-

mışdır. İdmançı qızların anket sorğusu əsasında 

sinir sisteminin tipləri, bəzi fiziki və vegetativ 

göstəriciləri nəzərə alınmışdır. 

İdman stajı ilə neyrohormonal status ara-

sındakı asılılığı aşkar etmək üçün qızlar 4 qrupa 

ayrılmış:  1-ci  qrupa  idman  stajı  1-2  il  olan 


AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ MƏRUZƏLƏRİ

, 2014, 


LXX CİLD, №1 

 

MƏRUZƏLƏR



    

▬◄►▬


    REPORTS    

▬◄►▬


    

ДОКЛАДЫ


 

idmançı qızlar, 2-ci qrupa idman stajı 3-4 il olan 

idmançı  qızlar,  3-cü  qrupa  idman  stajı  5-6  il 

olan qızlar və 4-cü qrupa idman stajı 7-8 ildən 

çox  olan  idmançı  qızlar  daxil  edilmişdir. 

Qruplar  arasında  müqayisə  aparmaq  məqsədi 

ilə  idman  stajı  1-2  il  olan  idmançı  qızlardan 

alınan göstəricilərin miqdarını şərti olaraq nor-

ma kimi qəbul edib (başlanğıc vəziyyət kimi), 

bütün müqayisələri onlara əsasən apardıq. 

Bütün qruplara  aid olan  idmançı  qızların 

dirsək venasından götürülmüş 3-5 ml qan nümu-

nəsində  immunoferment  üsulu  ilə  hormonlar, 

katexolaminlər  və  serotoninin  qatılığı  təyin 

edilmişdir.  Tədqiqatlardan  alınmış  bütün  gös-

təricilər statistik olaraq hesablanmışdır [7]. 

 

Nəticələr və onların müzakirəsi 

Tədqiqatlar  zamanı  aldığımız  nəticə-

lərin təhlili göstərir ki, idman stajının dinami-

kasına  müvafiq  olaraq,  qızlarda  vegetativ 

göstəricilərin  stabilləşməsi  müşahidə  edilir. 

Öyrəndiyimiz bu vegetativ göstəricilərin sta-

billəşməsinə  əsas  səbəb  onlarda  idman  stajı-

nın yüksəlməsi ilə əlaqədar olaraq fiziki gər-

ginliyin  dərəcəsinə  müvafiq  adaptasiya  pro-

sesinin  formalaşmasıdır.  Fiziki  göstəricilərin  

idman stajına müvafiq olaraq normal olduğu 

müşahidə edilir. 

Qızların  qanındakı  hormonal  göstərici-

lərin  fəallığının  analizinin  təhlili  göstərir  ki, 

idmançının  fərdi  xüsusiyyətlərindən  və  sinir 

sisteminin tiplərindən asılı olaraq öyrəndiyimiz 

hormonların  istər  minimal  həddi,  istərsə  də 

maksimal həddi arasında kəskin kənarlaşmalar 

müşahidə edilir. Eləcə də idman stajından asılı 

olaraq  bu  hormonların  miqdarının  orta 

kəmiyyət göstəriciləri də kəskin fərqlənir. Belə 

ki,  adrenokortikotropinin  (AKTH)  qandakı 

miqdarına nəzər yetirsək məlum olur ki, 3-4 il 

idman stajı olan voleybolçularda onun qatılığı 

1-2  il  idman  stajı  olan  qızlarla  müqayisədə 

90,5%, P<0,001 artmışdır (şək.1). Lakin 5-6 il 

idman  stajına  malik  olan  voleybolçu  qızların 

periferik qanında AKTH qatılığı əvvəlki illərə 

nisbətən bir qədər fərqlənsə də,  yenə də 1-2 il 

idman  stajı  olan  qızlarla  müqayisədə  61,0%, 

P<0,001 artmışdır (şək.1).   

 

 



   İllər 

 

Şək.1.  İdman  stajının  voleybolçu  qızların  qanında 

hormonların fəallığına təsiri 

 

AKTH adenohipofizdə sintezi azaldığından 



onun periferik qandakı fəallığının dəyişməsi 7-8 il 

stajlı idmançılarda kəskin azalsa da, stajı 1-2 il olan 

voleybolçu qızlarla müqayisədə onun səviyyəsi bir 

qədər yüksək olaraq qalır və onun bu yüksəlməsi 

34,3%, P<0,001 təşkil edir(şək.1). Deməli, idman 

stajı artdıqca AKTH yüksəlmiş miqdarı get-gedə 

azalır.  Bu  onu  göstərir  ki,  stajın  yüksəlməsi 

orqanizmdə 

uyğunlaşma 

reaksiyalarının 

formalaşmasına səbəb olur. 

Tədqiqatlar  göstərir  ki,  adenohipofizdə 

olduğu  kimi,  böyrəküstü  vəzdə  kortizolun  sin-

tezi artdığından onun qandakı fəallığı da stajdan 

asılı olaraq xeyli dərəcədə dəyişir. Belə ki, stajın 

artmasına  müvafiq  olaraq  başlanğıc  illərlə 

müqayisədə onun səviyyəsi get-gedə azalır. 3-4 

il idman stajı olan qızlarda onun miqdarı 72,5%, 

P<0,001  yüksək  olsa  da,  5-6  il  idman  stajlı 

qızlarda  bu  miqdar  54,5%,  P<0,001,  7-8  il 

stajlılarda  isə  onun  miqdarı  daha  da  kəskin 

azalaraq 26,7%, P<0,001 təşkil etmişdir. 

Böyrəküstü  vəzin  əsas  hormonlarından 

olan  digər  stressor  hormonun  qandakı  miq-

darına gəldikdə isə göstərmək lazımdır ki, 11-

OKS  qandakı  miqdarı  3-4  il  idman  stajı  olan 

qızlarda  1-2  il  stajlı  qızlarla  müqayisədə 

105,1%, P<0,001 artmışdır (şək.1). 5-6 il idman 

stajlı  qızlarda  bu  miqdar  bir  qədər  azalaraq 

76,8%-ə  bərabər  olmuşdur  (P<0,001).  İdman 

stajı  7-8  il  olan  qızlarda  bu  miqdar  daha  da 

azalaraq  45,0%,  P<0,001  təşkil  etmişdir 

(şək.1).  Qeyd  etmək  lazımdır  ki,  bu  qızların 

arasında təcrübəli idmançılar, idman dərəcələri 

olanlar və s. vardır. Ona görə də, onlarda artıq 


AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ MƏRUZƏLƏRİ

, 2014, 


LXX CİLD, №1 

 

MƏRUZƏLƏR



    

▬◄►▬


    REPORTS    

▬◄►▬


    

ДОКЛАДЫ


 

yarışlara və məşqlərə bu və ya digər dərəcədə 

uyğunlaşmalar getdiyindən öyrəndiyimiz bütün 

hormonların  miqdarı  azalır.  Belə  idmançıların 

hormonal göstəricilərinin minimal və maksimal 

həddləri də stajın yüksəlməsi ilə əlaqədar olaraq 

bir-birinə 

yaxın  olur.  Göründüyü  kimi 

uzunmüddətli adaptasiyanın formalaşması nəti-

cəsində  stressor  hormonların  sintezinin  və  sek-

resiyasının stajla sisteminin funksional vəziyyə-

tinin və əzələ-sinir aparatının təkmilləşdiyi gös-

tərilir. Digər tərəfdən, bizim əldə etdiyimiz bu 

nəticələri  neyromediatorların  qandakı  fəallığı-

nın  dəyişməsi  dinamikası  ilə  müqayisə  etdik 

[1], belə məlum olur ki, idman stajı ilə də no-

radrenalinin  və  dofaminin  qandakı  fəallıqları 

arasında  korrelyasiya  müşahidə  edilir  (şək.2). 

Eləcə də istər öyrəndiyimiz hormonların, istərsə də 

neyromediatorların  qandakı  fəallıqlarının  səviy-

yəsi  1-2  il  idman  stajı  olan  voleybolçu  qızlarda, 

həmin  yaş həddində olan praktik sağlam qızların 

göstəriciləri ilə uygun gəlmir.Bu göstəricilər xeyli 

yüksəkdir.  Öyrəndiyimiz  illər  arasında  müqayisə 

apardıqda aydın olur ki, bu göstəricilərin qandakı 

fəallıqları  kəskin  yüksək  olsa  da,  sonrakı  illər 

ərzində  idman  stajına  müvafiq  olaraq  get-gedə 

azalır. Digər məqaləmizdə göstərdiyimiz kimi 

[1] uzunmüddətli adaptasiyanın formalaşması 

nəticəsində 

katexolaminlərin 

get-gedə 

azalması  və  indolaminlərin  (şək.2)  artması 

nəticəsində  stressor  hormonların  qandakı 

fəallığının  azaldığı  müşahidə  edilir.  Uzun-

müddətli  adaptasiyanın  formalaşması  kate-

xolaminlərin  ehtiyatının  artması  ilə  əlaqədar 

olaraq  qlükokortikoidlərin  artması  baş  verir. 

Bizim  tədqiqatların  nəticəsində  müəyyən 

edilmişdir  ki,  idman  stajı  ilə  serotoninin 

qandakı  fəallığı  arasında  düz  korrelyasiya 

müşahidə 

edilir 

(şək.2). 



Nəticədə 

idmançılarda stress reaksiyaların qarşısı alın-

mış olur.   

Beləliklə,  bu  tədqiqatlardan  alınan  nə-

ticələri  təhlil  etdikdə  müəyyən  olur  ki,  öyrən-

diyimiz  hər  üç  hormonun  və  mediatorun  qan-

dakı fəallığının dəyişməsi idman stajının artma-

sına  müvafiq  olaraq  get-gedə  azalır.  Bu 

hormonların  qandakı  fəallığının  azalması,  ka-

texolaminlərin  fəallığının  azalması  ilə  kor-

relyasiya təşkil edir.     

 

İllər 

 

Şək.  2.  İdman  stajının  voleybolçu  qızların  qanında 

katexolaminlərin və serotoninin fəallığına təsiri 



 

Digər  tərəfdən  əldə  etdiyimiz  bu  tədqi-

qatların nəticələrinin mühüm nəzəri və praktiki 

əhəmiyyəti vardır. Belə ki, idman məşqlərini və 

yarışlarını  təşkil  edərkən  mütləq  idmançının 

yaşını və idman stajını nəzərə almaq lazımdır. 

Aldığımız bu nəticələr göstərir ki, idman stajı, 

sinir  sisteminin  tipi  və  fərdi  xüsusiyyətləri 

idmançılarda  emosional  sferada  həyəcan  ele-

mentlərinin  qarşısını  ala  bilir.  Hormonal  ba-

lansda  gedən  dəyişikliklər  isə  sistemli  idman 

məşqlərinin və intensiv fiziki yükün təsirindən 

funksional  sistemin  daha  da  yaxşı  formalaş-

masına  və  əzələ-sinir  aparatının  təkmilləşmə-

sinə səbəb olur. 

 

Nəticə 

1.

 



Voleybolçu  qızlarda  idman  stajı  ilə 

adaptasiya fəaliyyəti arasında korrelyasiya möv-

cuddur. 

2.

 



İdman stajı çox olan qızlarda AKTH, 

kortizol  və  11-OKS  qandakı  fəallığı  arasında 

paralellik müşahidə edilir. 

3.

 



Stressor  hormonlar  neyromediator-

larla qarşılıqlı əlaqədə fəaliyyət göstərərək or-

qanizmin fərdi davranışını, dinamik sterotiplə-

rin  yaranması və adaptiv funksiyaların forma-

laşmasını təmin edir. 

 

ƏDƏBİYYAT 

 

1.

 



Əliyev S.Y. İdman stajının voleybolçu qızların qanında 

noradrenalinin,  dofaminin  və  serotoninin  fəallığının 

dəyişməsinə təsiri / AzDBTİA, 2013.  


AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ MƏRUZƏLƏRİ

, 2014, 


LXX CİLD, №1 

 

MƏRUZƏLƏR



    

▬◄►▬


    REPORTS    

▬◄►▬


    

ДОКЛАДЫ


 

2.

 



Анохин  П.К.  Узловые  вопросы  теории  

функциональных систем. М.: Наука, 1980, 197 с. 

3.

 

Дедов  И.М.,  Мельниченко  Г.А.,  Фадаев  В.В. 



Эндокринология. М.: 2000, 623 с. 

4.

 



Литвинова  Н.А.  Роль  индивидуальных 

психофизиологических  особенностей  студентов  в 

адаптации к умственной и физической деятельности. 

Автореф.дис. … докт. биол.наук. Томск, 2000, 38 с. 

5.

 

Нкума  Т.А.  Динамика  гемодинамических  и 



биохимических характеристик спортсменов высоких 

достижений 

в 

условиях 



субмаксимальной 

физической  нагрузки.  Автореф.  дис.  …канд.  мед. 

наук,. 2007, СПб, 17 с. 

6.

 



Павлов  С.Е.  Основы  теории  адаптации  и 

спортивная  тренировка  //  Теория  и  практика 

физической культуры, 1991, №1, с.12-17. 

7.

 



Рокицский  Г.Б.  Биологическая  статистика, 

Минск: Высшая школа, 319 с. 

8.

 

Сима 



П.В. 

Повышение 

двигательной 

активности  школьников  как  фактор  укрепления 

здоровья // Вестник Рос.Акад.Мед.наук. 2010, №4, с. 

81-88. 


9.

 

Филаретова Л.П. Стресс в физиологических 

исследованиях // Рос.физиол.жур. им. И.М.Сеченова, 

2010, т.96, №9, с. 924-935. 

10.

 

Фомин Н.А. Адаптация: Общебиологические 



и  психофизиологические  основы:  Монография, 

Теория  и  практика  физической  культуры.  М.:  2003, 

383 с. 

11.


 

Харитонова  В.М.  Особенности  регуляции 

эндокринной  и  сердечно-сосудистой  систем  людей  с 

различным  типом  темперамента  на  эмоциональный 

стресс // Физиология человека, 2000, т.26, №3, с. 104-108. 

12.


 

Щемердяк  А.В.  Физиологические  и  метабо-

лические  характеристики  процессов  адаптации  и 

дезадаптации  организма  спортсменов  высокой  ква-

лификации  (на  примере  игровых  видов  спорта). 

Тюмень, 2005, 146 с. 


AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ MƏRUZƏLƏRİ

, 2014, 


LXX CİLD, №1 

 

MƏRUZƏLƏR



    

▬◄►▬


    REPORTS    

▬◄►▬


    

ДОКЛАДЫ


 



 

Azərbaycan Dövlət Bədən Tərbiyəsi  

və İdman Akademiyası 

 

 



ROLE OF INDIVIDUAL TYPOLOGICAL STATUS IN THE FORMATION 

OF THE ADAPTIVE FUNCTIONS OF THE ORGANIZM 

 

S.Y.Aliyev 

 

The article is about the gradual stabilization of the activity of hormones and mediators in blood of the female 

volleyball  players  according  to  the  length  of  their  service,  type  of  the  nervous  system  and  individual 

psychophysiological features. These factors create a condition for providing normal physiological activity of functional 

system. 

 

Keywords: adaptation, hormon, stress, the individual typology 

 

 

РОЛЬ ИНДИВИДУАЛЬНОГО ТИПОЛОГИЧЕСКОГО СТАТУСА  

В ФОРМИРОВАНИИ АДАПТИВНЫХ ФУНКЦИЙ ОРГАНИЗМА 

 

С.Я.Алиев 

 

В результате исследований установлено, что  в соответствии с такими показателями, как  спортивный 

стаж,  нервная  система  и  индивидуальные  психофизиологические  особенности  стабилизируется  активность 

гормонов и медиаторов в крови волейболисток. Эти факторы обуславливают нормальную физиологическую 

деятельность функциональной системы. 

 

Ключевые слова: адаптация, гормон, стресс, индивидуальная типология 

 

 

 



 

 

Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin