1. Uşaqlarda elementar riyazi təsəvvürlərin formalaşması metodikası pedaqoji elm kimi


Uşaqlarda elementar riyazi təsəvvürlərin formalaşmasına dair proqramın ümumi xarakteristikası



Yüklə 340,27 Kb.
səhifə23/71
tarix13.06.2022
ölçüsü340,27 Kb.
#61347
1   ...   19   20   21   22   23   24   25   26   ...   71
riyazimtahansualları

19.Uşaqlarda elementar riyazi təsəvvürlərin formalaşmasına dair proqramın ümumi xarakteristikası
Son onilliklərdə alimlər tərəfindən aparılan psixoloji-pedaqoji tədqiqatlar göstərir ki, məktəbəqədər yaşlı uşaqlarda ətraf mühiti və hadisələri müşahidənəticəsində məntiqi əməliyyatların (analiz, sintez, analogiya, ümumiləşdirmə, mücərrədləşdirmə, müqayisə etmə) elementləri müxtəlif şəkildə formalaşmağa başlayır. Məntiqi təfəkkürün inkişafı bilavasitə riyaziyyat təlimindən asılıdır. Ona görə də bağça təliminə daxil edilən riyazi təsəvvürlərin həcmi və məzmununu yenidən nəzərdən keçirmək və bəzi dəyişikliklər edilməsi zərurəti meydana çıxmışdır.Bağça yaşlı uşaqların riyazi hazırlığı məzmununa nələr daxildir? Bu suala ümumi şəkildə belə cavab vermək olar: say təlimi, on dairəsində miqdari münasibətlərin inkişafı, sadə hesab məsələləri həllinin öyrədilməsi, məsələ tərtib etdirmək, gözəyarı ölçmə və ən sadə həndəsi fiqurlar haqqında təsəvvürləri inkişaf etdirmək, vaxt və fəza münasibətləri haqqında sadə təsəvvürlərin formalaşdırılması. Bütün bu məsələlər əyani vəsaitlər və didaktik materialların tətbiqi ilə əşya çoxluqları üzərində əməliyyatlarla müşayət olunur.Göründüyü kimi bağçada uşaqların riyazi hazırlığı müxtəlif istiqamətlərdəaparılmaqla, onların gələcəkdə sistematik riyazi təhsil almaları üçün möhkəm bünövrə hazırlayır.Bağça yaşlı uşaqların riyazi hazırlığına dair məşğələni necə adlandırmaq sualı da ortaya çıxır. Bəzi müəlliflər “say məşğələsi”, bəziləri “riyaziyyat məşğələsi” adlandırmağı məsləhət bilirlər. Aydındır ki, məşğələnin adı onun məzmununa uyğun olmalıdır. Bir halda ki, məşğələdə hesablama elementləri, ən sadə riyazi və fəza münasibətləri nəzərdən keçirilir, deməli, sadəcə “riyaziyyat məşğələsi” adlandırmaq daha münasibdir.Bağça yaşlı uşaqların riyaziyyat proqramı əsasən konsentrik şəkildəqurulmuşdur.Hər yaş qrupu proqramına aşağıdakı bölmələr daxildir: “Miqdar və say”, “Kəmiyyətlər”, “Forma”, “Fəzada orientasiya”, “Vaxtın təyini”.İndi ayrı-ayrı qrupların proqram məzmununu nəzərdən keçirək.İkinci kiçik yaş qrupu proqramı say təlimi və uşaqların ölçmə fəaliyyətinə nəzərən propedevtik xarakter daşıyır. Uşaqlar əşyaları uzundur-qısadır, hündürdür-alçaqdır və s. əlamətlərinə görə müqayisə etməyi öyrənirlər.İkinci yaş qrupunda əsas diqqət sayın öyrədilməsinə yönəldilir. Uşaqlar düzgün priyomlardan istifadə edərək, 1-dən 5-ə qədər saymağı öyrənirlər. Bu yaş qrupunda “Forma, “Fəzada orientasiya”, “Vaxtın müəyyən etmək” bölmələri üzrə təlim işi davam etdirilir. Əvvəlki qrupa nisbətən burada riyazi elementlər bir qədər genişləndirilir və dərinləşdirilir.Böyük yaş qrupunda 1-dən 10-a qədər say təlimi davam etdirilir. Əşyaları müxtəlif şəkildə sayma vərdişləri möhkəmləndirilir. Uşaqlar 1-dən 10-a qədər ədədləri müqayisə etməyi öyrənir və 0-dan 9-a qədər rəqəmlərlə tanış olurlar. Bu qrupda qazanılmış bilik və vərdişlərə istinad edərək şərti ölçü vahidi iləölçmə işi daxil edilir. Bu praktik işlə əlaqədar olaraq, bütöv əşyanı bir neçə bərabər hissəyə bölmə və gözəyarı ölçmə vərdişləri inkişaf etdirilir. Həndəsi fiqurlar haqqında təsəvvürlərin inkişafına aid proqram məsələləri dətədricən çətinləşdirir. Bu işdə müşahidəyə üstünlük verilir. Uşaqlar ətraf mühitdə, sinifdə, şəkillərdə, əyani vasitələrdə həndəsi fiquru görməyi və fərqləndirməyi bacarmalıdırlar. Fəzada orientasiyaya aid əşyaların bir-birinə nəzərən vəziyyətini müəyyən etməyi bacarmalıdırlar. Vəziyyəti müəyyən etmək işi də davam etdirilir.Məktəbə hazırlıq qrupu proqramında aşağıdakılar nəzərdə tutulur: əvvəlki qruplarda öyrənilmiş biliklərə istinad edərək, yeni biliklər və onların əsasında bacarıq və vərdişlər qazanılması. Buraya daxildir: on dairəsində say vərdişlərinin möhkəmləndirilməsi, sıra sayı, ədədin miqdarca tərkibi (təkliklər üzrə), ədədin tərkibcə iki ədədə ayrılması, qonşu ədədlər arasındakı münasibətin aşkar edilməsi, düzünə və tərsinə sayma, sadə hesab məsələlərinin tərtib edilməsi və həlli.Burada qruplar üzrə sayma da (iki-iki, üç-üç) öyrədilir.Kəmiyyətlərlə tanışlıqda ölçmə işinə daha çox yer verilir və getdikcəmürəkkəbləşdirilir. Məsələn, uşaqlar şərti ölçü vasitəsilə maye və dağılan cismlərin həcmini, bərk cismin uzunluğunu ölçməyi və s. bacarmalıdırlar. Burada gözəyarı ölçmə vərdişlərinin inkişafı da təkmilləşdirilir.Uşaqların həndəsi fiqurlarla tanışlığı davam etdirilir. Fiqurları seçməyi, fərqləndirməyi, bir neçə fiqurdan yeni bir fiqurun düzəldilməsinə aid çalışmalar verilir.Fəzada orientasiyanın inkişaf etdirilməsinə aid çalışmalar təkcə açıq havada, sinif otağında deyil, həm də kağız üzərində də yerinə yetirilməlidir.


Yüklə 340,27 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin