Məktəbəhazırlıq qrupunda işin təşkili. Məktəbə getmək ərəfəsində uşaqlar çoxluq və ədəd,forma və ölçü haqqında, fəzada və zamana görə səmtləşməyə aid müəyyən biliklər əldə etmiş olurlar.
Məktəbəhazırlıq qrupunun elementar riyazi təsəvvürlərin inkişafı proqramı uşaqların əvvəlki qruplarda qazandıqları bilikləri ümumiləşdirməyi, sistemləşdirməyi və dərinləşdirməyi nəzərdə tutur.
Riyazi təsəvvürlərin inkişaf etdirilməsi işi əsasən məşğələlərdə aparılır. Uşaqların bilikləri möhkəm mənimsəmələrini təmin etmək üçün məşğələləri aşağıdakı kimi qurmaq lazımdır.
Məktəbəhazırlıq qrupunda riyaziyyatdan həftədə 1məşğələ, il ərzində 36 məşğələ aparılır. Məşğələnin müddəti 25-30 dəq. olur. Hər bir məşğələnin strukturu onun məzmunundan asılıdır: yeni materialın öyrədilməsi, təkrar və keçirilənlərin möhkəmləndirilməsi, uşaqların biliklərinin yoxlanılması.
Yeni mövzuya aid birinci məşğələni demək olar ki, tamamilə yeni material üzrə işə həsr edirlər. Yeni materialla tanışlıq məşğələnin başlanmasından 3-5 dəq. keçdikdən sonra başlanıb. 15-18-ci dəqiqədə qurtarır. Keçirilənlərin təkrarına bir məşğələnin əvvəlində, bir də axırında yer verilir.
İşi nə üçün məhz belə təşkil etmək məqsədəuyğundur? Yeni materialın öyrədilməsi uşaqları yorur, təkrar materialın verilməsi isə onlarda gərginliyi müəyyən qədər azaldır. Buna görə yeni materialın öyrədilməsi gedişində mümkün olan yerdə keçmiş materialı təkrar etmək faydalıdır, çünki yeni bilikləri əvvəllər mənimsənilmiş biliklər sisteminə daxil etmək çox vacibdir. Ümumiyyətlə, uşaqların məşğələdə qoyulan məsələni dərk etməsi və müstəqil tapşırıqları yerinə yetirməsi üçün oyun metodundan istifadənin böyük rolu var.
17.Orta yaş qrupunda kəmiyyətlər haqqında təsəvvürlərin formalaşması (ölçülərinə görə 3-5 əşya arasındakı münasibətlərin müəyyən edilməsinin öyrədilməsi) Əşyaların ölçülərinin müqayisə edilməsinin öyrədilməsi. I rüb və II rübün əvvəli məşğələlərin az hissəsinə əşyaların ölçülərinin müqayısəsinə aid çalışmalar salınır, əsas yer sayma təlimi üzrə işə verilir. Çalışmaların məqsədi bir-birindən ölçüsünə görə (uzunluq, en, hündürlük, qalınlıq və ümumi həcm) kəskin fərqlənən və bərabər olan 2 əşyanı yaninaqoyma , üstəqoyma və gözəyarı ölçmə yolu ilə müqayısə etmək bacarığını möhkəmləndirməkdir.
Tərbiyəçi tədriclə əşyaların ölçülərindəki fərqi azaldır: nümayişetdirici vəsaitlərdə 5-4 sm, paylama vəsaitində 3-2 sm-ə qədər. Uşaqların həmişə təmasda olduqları və onlara tanış olan əşyalardan istifadə edilir: şərflər, lentlər, qüllələr, matryoşkalar və s. Tərbiyəçi müztəlif ölçüləri müqayisə etmək üçün yanınaqoyma və üstəqoyma priyomlarından necə istifadə etmək qaydasını uşaqların yadına salır. Onlar əşyaların ölçülərini gözəyarı müqayisə edərkən öz mülahızələrinin düzgünlüyünü yanına qoyma priyomu ilə yoxlayırlar. Bundan əlavə gözəyarı ölçməni öyrətmək məqsədilə təcrübi xarakterli oyun-çalışmalardan istifadə edilir. Məs. hündür və alçaq evləri bir-biri ilə xətlə birləşdir. Uşaqların nitqlərində təkcə əşyaların ölçülərinə görə münasibətlər deyil, həm də həmin münasibətləri təyin etmək üsulları öz əksini tapmalıdır. Belə suallar vermək olar: “Necə bilmək olar, hansı lent enlidir?” və ya bunları necə bir-birinin yanına qoymaq olar.
II rübdə ilk dəfə uşaqlara iki ölçünü-uzunluq və eni eyni vaxtda nəzərdən keçirməklə əşyaların ölçülərini müqayisə və təhlil etməyi öyrətməyə başlayırlar. Həmin işi yerinə yetirərkən mütləq hərəkətetdirici analizatorlardan geniş istifadə etmək lazımdır., məs., uşaqlara təklif etmək olarki, əşyaların uzunluqlarını müqayisə etdikdə barmaqlarını onların uzunu boyunca, enlərini müqayisə etdikdə isə eni boyunca , hündürlüklərini müqayisə etdikdə oturacaqlarından başlamış yuxarı kənarlarına qədər gəzdirsinlər. Uşaqların diqqəti buna cəlb edilir ki, barmaq hansı əşya boyunca “çox gəzir”-uzun, yoxsa qısa? Hərəkətverici analizatorun işə cəlb edilməsi əşyaların ölçülərini uşaqların daha aydın qavramaları üçündür.