1. Uşaqlarda elementar riyazi təsəvvürlərin formalaşması metodikası pedaqoji elm kimi



Yüklə 340,27 Kb.
səhifə7/71
tarix13.06.2022
ölçüsü340,27 Kb.
#61347
1   2   3   4   5   6   7   8   9   10   ...   71
riyazimtahansualları

İkinci mərhələdə uşaqlar sayma əməliyyatına yiyələnirlər.1 və 2, 2 və 3 əşyadan ibarət çoxluqları fərqləndirməyi və neçə? Sualına cavab verməyi öyrəndikdən sonra 3 dairəsində əşyaları saymağı öyrətmək olar.
İlk məşğələlərdən saymanın öyrədilməsi elə qurulmalıdır ki, uşaqlar hər sonra gələn (əvvəl gələn) ədədin necə əmələ gəldiyini, yəni natural sıranın qurulmasının ümumi prinsipini başa düşsünlər. Buna görə hər sonra gələn ədədin əmələ gəlməsi əvvəl gələn ədədin necə əmələ gəlməsini təkrar etməyi tələb edir.
Ardıcıl 2-3 ədədinin müqayisəsi istənilən natural ədədin özünün “qonşusundan” ya böyük, ya da kiçik olmasını uşaqlara göstərməyə imkan verir, əlbəttə ki, vahiddən başqa, çünki ondan kiçik heç bir natural ədəd yoxdur. Sonralar uşaqlar bu əsasda “böyükdür”, “kiçikdir”anlayışlarının nisbiliyini başa düşəcəklər.
Onlar əşya çoxluqlarını müstəqil olaraq dəyişdirməyi öyrənməlidirlər. Məs. Nə etmək lazımdır ki, əşyalar bərabər olsun, 2 əşya əvəzinə 3 əşya olsun və s.şəklində məsələləri həll etməlidirlər.
Orta yaş qrupunda sayma vərdişləri diqqətlə öyrənilməlidir. Tərbiyəçi dəfələrlə sayma priyomlarını göstərir və izah edir, uşaqları əşyaları sağ əl ilə soldan sağa saymağa, sayma prosesində əli ilə toxunmaqla əşyaları sıra ilə göstərməyə, axırıncı sayı deyib ümumiləşdirici jest göstərməyə, əlini əşyalar qrupu dövrəsində gəzdirməyə alışdırır.
Sayma vərdişlərini möhkəmləndirmək üçün büyük miqdarda çalışmalardan istifadə olunur. Müstəqil saymaqdan ötrü zəmin yaratmaq üçün ilk növbədə məşğələnin şəraiti, say materialları dəyişilir, kollektiv işi uşaqların vəsaitlərlə müstəqil işi ilə növbələşdirirlər, rəngarəng iş üsullarından istifadə etməklə, uşaqlarda nəinki ancaq əşyaları sayma bacarığını möhkəmləndirən, həm də onlarda forma, ölçü, məkana bələdlik anlayışını inkişaf etdirən müxtəlif oyun-çalışmalardan istifadə edilir.
Uşaqlar əşyaların sayını öyrəndikdən sonra onlara əşyaları sayıb, müəyyən sayda əşyadan təşkil olunmuş müstəqil qrup düzəltməyi öyrədirlər.Çox vaxt uşaqlar saymağa başlarkən, məs. əllərinə hər hansı əşyanı götürüb 1 sayını deyir, onu yerə qoyanda isə 2 deyir. Tərbiyəçi uşağa iş üsulunu izah edərək deyir ki, əşyanı götürərkən deyil, yerə qoyarkən sayı söyləmək lazımdır. İlk çalışmaları yerinə yetirərkən uşaqlara nümunə (üzərində dairə və ya əşya şəkilləri olan kartlar) verilir. Uşaq nümunəyə görə kartoçkadakı dairələr qədər oyuncaqlar sayıb ayırır.Kartoçka işin nəticələrinə nəzarət vasitəsidir.Uşaqlar dairələri ürəklərində sayırlar. Əşya toplularının tənləşdirilməsinə aid çalışmalar xüsusilə faydalıdır, məs., “o qədər palto sayıb gətir ki, gəlinciklərin hamısına çatsın” . Uşaq oyuncaqları sayır və tələb olunan qədərini gətirir. Həmin çalışmalar saymanın əhəmiyyətini göstərməyə imkan verir.
Üçüncü məşğələdə uşaqlar deyilən ədədə görə əşyaları sayıb ayırmağı öyrənirlər (3 dovşan sayıb gətir).Tərbiyəçi daima onlara ədədi yadda saxlamağı xəbərdar edir. Uşaqlar bir qrup təşkil edilməsinə aid çalışmalardan dərhal iki qrup təşkil edilməsinə, iki ədədin yada saxlanmasına keçirlər (“2 dovşan və 3 kök gətir”). Belə tapşırıqlar verməklə natural sırada qonşu ədədlərin adını deyirlər. Bu eyni vaxtda uşaqları ədədləri müqayisə etməkdə çalışdırmağa imkan verir.
Uşaqlara nəinki müəyyən sayda əşyaları sayıb ayırmağı, həm də onları müəyyən yerdə, məs., üst və yaxud alt rəfdə qoymağı, stol üstündə soldan və yaxud sağdan düzməyi və s.təklif edirlər.
Tərbiyəçi eyni əşyalar arasında miqdar münasibətlərini. Həmçinin onların qoyulduğu yerləri dəyişdirir. Əşyaların sayı, keyfiyyət əlamətləri və fəzada yerləşməsi arasında əlaqə yaradılır.

Yüklə 340,27 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin