1. V. Vilsonun “14 maddəlik” sülh proqranınin mahiyyti


Fransada Eduard Daladyenin radikallar hökumətinin daxili və xarici siyasəti



Yüklə 198,71 Kb.
səhifə19/58
tarix25.06.2022
ölçüsü198,71 Kb.
#62296
1   ...   15   16   17   18   19   20   21   22   ...   58
Müasir cavablar [1 - 60]..

22. Fransada Eduard Daladyenin radikallar hökumətinin daxili və xarici siyasəti
1938-ci ilin noyabrında Fransada radikallar Xalq Cəbhəsinin tərkibindən çıxdıqlarını bildirdilər. Beləliklə, Xalq Cəbhəsi dağılmış oldu.
Eduard Daladyenin başçılıq etdiyi radikallar hökuməti Fransaya rəhbərlik etməyə başladı. Hökumət iqtisadi inkişafa xüsusi diqqət yetirməyə başladı. Bu hökumət müharibə ərəfəsində Xalq Cəbhəsinin keçirdiyi bir sıra islahatları təxirə saldı, iki həftəlik pulsuz məzuniyyəti ləğv etdi. 40 saat əvəzinə 48 saatlıq iş həftəsi müəyyən etdi. Birbaşa vergilər 8% artırıldı. 1938-ci ilin noyabrın 12-də hökumətin yeni fövqaladə dekretləri verildi. Kommunal xidmət tarifləri yüksəldildi. Qiymətlər üzərində nəzarət ləğv edildi. Sosial xərclər ixtisar edildi. Ölkə iqtisadiyyatını sabitləşdirmək üçün fond yaradıldı. Ölkəyə xarici kapital axını gücləndi. Hökumət hərbi sənayenin inkişafina xüsusi diqqət yetirməyə başladı. İqtisadiyyatın dövlət tənzimlənməsi gücləndirildi. Hərbi istehsalı gücləndirmək üçün 1938-ci ildə hökumət komissiyası yaradıldı. 1939-cu ildə parlament "iqtisadiyyatı tənzimləyən rejim" qanununu qəbul etdi. Bu proqram şəxsi təşəbbüsə imkan yaradırdı. 1939-cu ilin avqustunda SSRİ ilə Almaniya arasında hücum etməmək haqqında müqavilə bağlandıqdan sonra Fransa hökuməti kommunistlər üzərinə ciddi hücumə keçdi və kommunistlərin mətbuat orqanlarını bağladı.
İkinci dünya müharibəsi ərəfəsində Avropada yaranmış mürəkkəb şərait Fransanın xarici siyasətində də öz əksini tapmışdı. Bu dövrdə Fransanın xarici siyasətində iki meyl özünü göstərirdi. Bu meyllərdən biri SSRİ ilə münasibətləri yaxşılaşdırmaq, Fransanın müstəqilliyini qoruyub saxlamaq idi. İkinci meyl isə faşist Almaniyasına güzəştə getmək, onu "sakitləşdirmək" meyli idi.
1935-ci il mayın 2-də Fransa ilə SSRİ arasında qarşılıqlı yardım haqqında müqavilə bağlandı. Jorj Bonne xarici işlər naziri olduqdan sonra Almaniyaya meyl gücləndi. Bu özünü ən çox Münhen sövdələşməsində göstərdi. İdeologiyadakı müxtəliflik Fransanın SSRİ ilə faşizmə qarşı birgə mübarizəsinə mane oldu. Avropada sərhədləri dəyişdirmək iddiasında olan Almaniyanı sakitləş dirmək siyasəti Fransanı İkinci dünya müharibəsinə sürüklədi.
1939-cu il sentyabrın 3-də Fransa Almaniyaya müharibə elan etdi. 1939-cu il sentyabrın 6-da "Hərbi vəziyyətə uyğun olaraq istehsalın qurulması haqqında dekret" verildi. Baş nazir Daladye 1940-ci il martın 20-də istefaya çıxdıqdan sonra onun yerini Pol Reyno tutdu.


Yüklə 198,71 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin