1. V. Vilsonun “14 maddəlik” sülh proqranınin mahiyyti


Almaniya 1924-1929-cı illərdə: daxili və xarici siyasəti



Yüklə 198,71 Kb.
səhifə22/58
tarix25.06.2022
ölçüsü198,71 Kb.
#62296
1   ...   18   19   20   21   22   23   24   25   ...   58
Müasir cavablar [1 - 60]..

25.Almaniya 1924-1929-cı illərdə: daxili və xarici siyasəti
1923-cü ilin sonunda Almaniya iqtisadi və maliyyə böhranından ilk növbədə ABŞ və İngiltərə hökumətlərinin verdiyi kreditlər hesabına çıxa bildi. Beləliklə, 1924-cü ildə kapitalizmin nisbi sabitləşməsi dövrünə qədəm qoydu. Bu proses 1929-cu ilə qədər davam etdi. Bu dövr Almaniya tarixinə «qızıl dövr» kimi daxil oldu.
1924-cü ilin avqustunda təzminat məsələsi ilə əlaqədar olaraq, böyük dövlətlərin Londonda xüsusi konfransı toplandı. Konfransda ABŞ-ın məşhur ekspertlərindən Daues xüsusi plan irəli sürdü və bu plan tarixə «Daues planı» kimi daxil oldu. O, təklif edirdi ki, Almaniyadan təzminat onun təsərrüfatı bərpa edilə-edilə alınsın. Bu təzminat 1924-cü ildə 1 mlrd-dan 1929-cu ilə qədər 2,5 mlrd. markaya qədər artırılsın.
Həmin plan London konfransında təsdiq edildi. Plana görə ABŞ elə 1924-cü ildə Almaniyaya 800 mln marka kredit verdi. ABŞ-ın Almaniyanın təsərrüfatını dirçəltməkdə məqsədi Almaniyanı Avropada Sovet Rusiyasına qarşı dura biləcək güclü dövlətə çevirmək idi.
ABŞ və İngiltərə imperialistləri Almaniyaya qoyduqları kapitalın müqabilində yüksək gəlir götürməklə yanaşı, Almaniyanın hərbi-sənaye potensialının bərpa olunmasına kömək edirdilər. 1924-1929-cu illərdə təzminat kimi 11 milyard marka ödəyən Almaniya iqtisadiyyatını dirçəltmək üçün isə 26 mlrd marka məbləğində ABŞ və İngiltərədən birbaşa kapital qoyuluşu və istiqrazlar almışdı. Alman imperialistləri «Şərqə hücum» planlarının həyata keçirilməsinə qayıtmaq niyyətində idilər.
Almaniya tezliklə verilən istiqrazlar hesabına öz təsərrüfatını bərpa etməyə başladı. 1927-ci ildə sənaye istehsalına görə 1913-cü il səviyyəsinə çatdı. Bir sıra sahələr üzrə İngiltərə və Fransanı ötüb keçdi. Sənaye məhsulunun həcminə görə Avropada birinci yerə çıxdı. 1924-29-cu ildə Almaniyada «Polad tresti» kimi yeni inhisarlar yaradıldı.
1925-ci iln aprelində Almaniyanın prezidenti Ebert vəfat etdi. Prezident feldmarşal Hindenburq seçildi. Onun seçilməsi monarxist dairələrin fəallaşmasına səbəb oldu. Hindenburqun seçilməsi ilə Keçmiş malikanə knyazları inqilab vaxtı onlardan alınmış malikanələr, meşələr və banklarının geri qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb etdilər. 1926-cı ilin iyulunda bu məsələ ilə əlaqədar keçirilmiş referendumda 14,5 milyon seçici (onların ümumi sayının 38%-i) knyaz mülklərinin tamamilə müsadirə edilməsinə səs verdi.
1928-ci ildə Almaniyada keçirilən parlament seçkilərində yenidən sosial-demokratlar qələbə çaldılar və German Müllerin başçılığı ilə «böyük koalisiya hökuməti» adlanan hökumət təşkil edildi. Onun belə adlanmasının səbəbi bu hökumətin tərkibində sosial-demokratlardan başqa dörd burjua partiyasının nümayəndələrinin də olması idi. Müller hökuməti müharibədən sonra ilk dəfə «Doyçland» tipli linkorların (zirehli hərbi gəmi) inşası haqqında qərar qəbul etdi və Almaniyanın hərbi-sənaye potensialının təkmilləşdirilməsini davam etdirdi.
Almaniyanın dirçəldilməsi məqsədilə 1929-cu ilin avqustunda Haaqada olan beynəlxalq konfransda ABŞ bankiri Yunqun təklifi ilə yeni plan irəli sürüldü. Həmin plana görə Almaniya 114 mlrd marka məbləğində təzminatı 59 il ərzində ödəməli idi. Həmçinin Yunq planına əsasən alman iqtisadiyyatı üzərində qalib dövlətlərin nəzarəti götürüldü, sənayedən gələn gəlirin hesablanması təxirə salındı, işğalçı qoşunlar Reyn əyalətindən çıxarıldı. Bütün bu güzəştlər isə alman inhisarçı kapitalını gücləndirdi.
Kapitalizmin nisbi sabitləşməsi dövründə Almaniyanın xarici siyasətində Versal sülhünün şərtlərinin bir qədər yumşaldılması mühüm yer tuturdu. 1925-ci ilin oktyabrın 5-16-da çağırılmış Lokarno konfransında Almaniya yenə də bərabər hüquqlu dövlət kimi tanındı və həmin konfransda ilk dəfə olaraq İngiltərə və Fransa Versal müqaviləsinin ədalətsiz olduğunu etiraf etməli oldular. Konfransda yekun aktı olaraq Almaniya, Belçika, Fransa, Böyük Britaniya və İtaliya arasında təminat müqaviləsi imzalandı. Bu müqavilə tarixə «Reyn təminat paktı» kimi düşdü. Bu pakta görə bu sənədi imzalayan dövlətlər Versal sülhü ilə müəyyən edilmiş ərazilərdə status-kvoya hörmət edəcəklərini bildirir, bir-birinə qarşı silah işlətməkdən imtina edir və sərhədlərin toxunulmazılığına dair öhdəlik götürürdülər. 1926-cı ilin aprelində Almaniya ilə SSRİ arasında bir-birinə hücum etməmək haqqında müqavilə bağlandı. 1926-cı ilin sentyabrında Almaniya Millətlər cəmiyyətinə daxil edildi.


Yüklə 198,71 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin