1. V. Vilsonun “14 maddəlik” sülh proqranınin mahiyyti


II dünya müharibəsini xronoloji baxımdan üç böyük dövrə bölmək olar



Yüklə 198,71 Kb.
səhifə32/58
tarix25.06.2022
ölçüsü198,71 Kb.
#62296
1   ...   28   29   30   31   32   33   34   35   ...   58
Müasir cavablar [1 - 60]..

II dünya müharibəsini xronoloji baxımdan üç böyük dövrə bölmək olar.
birinci dövr 1939-cu il sentyabrın 1-dən 1942-ci ilin iyun ayınadək davam etmişdir.
İkinci dövr 1942-ci ilin iyunundan 1944-cü ilin yanvar ayınadək
üçüncü dövr 1944-cü ilin yanvarından 1945-ci ilin sentyabrın 2- nə dək davam etmişdir.
1939-cu ilin martında Almaniya Çexoslovakiyanı, aprelində isə İtaliya Albaniyanı işğal etdi. İngiltərə, Fransa hakim dairələri öz siyasətlərinin nəticəsini aydın gördükdən sonra bir daha faşist Almaniyasına güzəştə getməyəcəklərini bildirmək üçün 1939-cu ilin yazında Rumıniya, Polşa, Yunanıstanla bir sıra sazişlər imzalayaraq onlara yardım edəcəklərini bildirdilər.
Faşist Almaniyasında təcavüzkar müharibənin hazırlanması və aparılması məsələsini alman generalı və faşizmin hərbi ideoloqu Lyudendorf hazırlamışdır. Hələ 1935-ci ildə "Total müharibə" adlı Lyudendorfun kitabı çap edilmişdir. Bu kitabda irəli sürülən nəzəriyyənin mahiyyəti ondan ibarət idi ki, Almaniya ancaq müharibə yolu ilə başqa xalqlar üzərində öz ağalığını qura və davam etdirə bilər. "İldırım sürətli müharibə" nəzəriyyəsi də Lyudendorf tərəfindən hazırlanmışdı. Bu nəzəriyyə də əvvəlki nəzəriyyə ilə sıx əlaqəli idi.
İkinci dünya müharibəsinin başlanması və 1-ci mərhələsi. İkinci dünya müharibəsi faşist Almaniyasının Polşaya qəflətən hücum etməsi ilə 1939-cu il sentyabrın 1-dən başladı. Sentyabrın 2-də İngiltərənin xarici işlər naziri parlamentdə çıxışında bəyan etdi ki, Almaniya hökuməti müharibəni dayandırmaq təklifini qəbul edəcək və 5 dövlətin (İngiltərə, Fransa, Polşa, İtaliya, Almaniya) iştirakı ilə Qdansk və Polşa koridoru məsələsi dinc yolla həll ediləcəkdir. Lakin artıq gec idi və İngiltərə hökuməti başa düşdü ki, Hitler Almaniyası özünün Münxen müttəfiqlərinə qəti zərbə endirmək məqsədi ilə hücuma keçmişdir. Ona görə də sentyabrın 3-də baş nazir Çemberlen İngiltərənin Almaniya ilə müharibə vəziyyətində olduğunu rəsmən elan etdi. Həmin gün Fransa və onlarla əlaqədar olan digər ölkələr də Almaniyaya qarşı müharibə elan etdilər. Almaniya 1939-cu ilin aprelində təsdiq edilmiş "Vays" (Ağ) planına əsasən Polşaya hücum etdi. Sentyabr ayının ortalarında hitlerçilər artıq Polşa ordusunun əsas qruplarını mühasirəyə ala və darmadağın edə bildilər. Sentyabrın 16-da Polşanın paytaxtı Varşava mühasirəyə alındı. Sentyabrın 17-də Sovet qoşunları da Polşaya soxuldu və heç bir müqavimətə rast gəlmədən Qərbi Ukrayna və Qərbi Belorusiyanı tutdular. Bu ərazilər SSRİ-nin tərkibinə daxil edildilər. Sentyabrın 17-də Polşa hökuməti ölkəni tərk etdi və sentyabrın 30-da Fransanın Anjera şəhərində Vladislav Sikorskinin başçılığı altında mühacir Polşa hökuməti təşkil edildi. Fransa işğal edildikdən sonra isə o, Londonda yerləşdi. Qüvvələr bərabər olmadığı üçün polyaklar inadlı müqavimət göstərsələr də, Varşava sentyabrın 27-də alındı. Modlin qalasının qarnizonu sentyabrın 29-na qədər, Xel yarımadasının müdafiəçiləri isə oktyabrın 2-nə qədər vuruşsalar da, məğlub oldular. Qısa müddətdə müharibə Polşanın məğlubiyyəti ilə qurtardı. Burada faşistlər "yeni qayda" yaratdılar. İqtisadi münasibətlərin daha çox inkişaf etdiyi Polşanın qərb və şimal-qərb əraziləri "üçüncü imperiya"nın tərkibinə daxil oldu. Qalan ərazi general-qubernatorluq elan edildi ki, ona da Hans Frank qubernator təyin edildi. Polşanın məğlub olunmasının səbəbləri içərisində Polşanın canlı və silahlı qüvvə cəhətdən zəifliyi, İngiltərə və Fransanın ona kömək etməməsi, Polşa daxilində alman casuslarının fəaliyyəti mühümləri idi. 1939-cu ilin sentyabrın 28-də Almaniya ilə SSRİ arasında bağlanmış "Dostluq və sərhədlər haqqında" sazişə əsasən Narev, Qərbi Buq, San çayları üzrə Sovet-alman sərhədləri ayrılırdı.

Yüklə 198,71 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin