38-ci sual. ABŞ K.Kulucin(2 avqust 1923-4 mart 1929) və Huverin prezidentliyi dövründə (4 mart 1929-1933) 1923-cü ilin avqustun 2-də Alyaskaya səfəri zamanı Hardinqin ölümündən sonra vitse-prezident respublikaçı Kalvin Kuliç onun yerini tutdu. 1924-cü il prezident seçkilərində Kulic qələbə qazandı. Onun daxili siyasəti ölkə iqtisadiyyatının gücləndirilməsinə yönəldilmişdi. İri kapitala qoyulan vergi azaldıldı. Kulic "ABŞ-ın işi biznesdir" şüarını irəli sürdü. Radiotexnika və elektrotexnika sənayesinin inkişafına diqqət artırıldı. İstehsal üzərində dövlət nəzarəti ləğv edildi. Umumi milli məhsul istehsalı 54% artdı. Çiçəklənmə illərində istehsala yeni texnika, texnologiya və konveyer sistemi tətbiq edildi. «Kənd təsərrüfatının bərabərliyi» şüarı irəli sürüldü.Xarici siyasətdə proteksionizm siyasəti tətbiq edildi. 1929-cu ildə xarici ticarətin həcminə görə ABŞ İngiltərəni ötüb keçdi. Kulic hökuməti 1924-cü ildə yeni vergi qanunu qəbul etdi. Qanuna görə yüksək gəlirli şəxslərin ödəyəcəyi vergi 50 %-dən 40 %-ə endirildi. Dövlət borcu azaldıldı. Dövlətin iqtisadiyyata müdaxiləsinin azaldılması nətisəsində xüsusi biznes inkişaf etdi. İri biznesin özünü tənzimləmə sistemi təşəkkül tapdı. Hökumət fermer təsərrüfatını inkişaf etdirmək məqsədi ilə onlara kredit verdi. Ölkədə həyat səviyyəsi yaxşılaşdı. Avtomobil, soyuducu, telefon, radio və başqaları gündəlik məişətə daxil oldu. İstehlak kreditləri sisteminin tətbiq edilməsi xalqın rəğbətini qazandı. Sosial etirazlar azaldı. Bütün bunlarla bərabər bu dövrdə "Ku-kluks-klan" təşkilatı yəhudilərə, zəncilərə, katoliklərə və mühacirlərə qarşı mübarizəni gücləndirdi. Onların başlıca məqsədi ağ, kənd, protestant və anqlosakson Amerikasının qurulması idi. Bu problemi həll etmək üçün 1924-cü il aprelin 16-da yeni mühacirət qanunu qəbul edildi. Şərqi Asiyadan mühacirət axını qadağan edildi, digər ölkələrdən mühacirət edənlərə isə məhdudiyyət qoyuldu. Kulic hökumətinin xarici siyasəti amerikan kapitalını qoymaq üçün sərfəli yerlər tapmağa, xammal və satış bazarlarına yiyələnməyə doğru yönəldilmişdi. Avropa ölkələri ilə iki tərəfli münasibətlər inkişaf etdirildi. O, Almaniya ilə əlaqədar "Daues planı"nının qəbul edilməsinə nail oldu. borclar məsələsinə diqqət yetirdi. Böyük Britaniya, Fransa, İtaliya, Belçika və Çexoslavakiya ilə hərbi borcların bir hissəsinin ödənməsinə dair saziş bağlandı. Fransa Xarici İşlər naziri Aristid Brianın Milli siyasətdə müharibədən imtina edilməsi haqqında təklifini alan ABŞ hökuməti bu təkliflə razılaşdı. «Brian – Kelloq pakt»ı imzalandı. 1923-1929-cu illərdə Latın Amerikası ölkələrinə yardımlar edərək bu regionda iqtisadi, siyasi və hərbi cəhətdən xeyli möhkəmləndi. Çinə münasibətdə "açıq qapılar" siyasəti yeridildi.ABŞ-ın Filippin və Havay adalarında hərbi-strateji mövqeləri möhkəmləndi. Bir sözlə, Kulicin hakimiyyəti illərində ABŞ-ın beynəlxalq nüfuzu xeyli gücləndi. ABŞ Huverin prezidentliyi dövründə 1928-ci ildə prezident seçilən respublikaçıların liderlərindən olan Herbert Huverin "çiçəklənmə" və "ABŞ kapitalizminin müstəsnalığı" siyasəti özünü doğrultmadı. Onun prezidentliyi dövründə "ciddi fərdiyyətçilik" və "şəxsi təşəbbüsə yol verilməsi" prinsipləri yeganə prinsip oldu. Huver hökuməti daxili siyasətdə yoxsulluğu aradan qaldırmaq üçün plan işləyib hazırladı. Lakin başlanan dünya iqtisadi böhranı müasirləri tərəfindən böyük təşkilatçı və mühəndis adlandırılan Huverin bu planının həyata keçirilməsinə mane oldu. ABŞ Huverin dövründə dolların sabit valyuta kimi tanınması və onun beynəlxalq pul vahidinə çevrilməsinə nail oldu. 1929-cu ilin oktyabrında Nyu-York birjalarının birində səhmlərin qiymətinin birdən-birə ucuzlaşması böyük çaxnaşmaya səbəb oldu. Qiymətli kağızların kursu sürətlə aşağı düşməyə başladı. Belə sürətlə azalma daha üç il davam etdi. 1933-cü ilin martına qədər 1929-cu illə müqayisədə səhmlərin dəyəri 4,5 dəfə azaldı. ABŞ-da 1932-ci ilin yayından 1933-cü ilin yazınadək böhranın nisbətən daha da dərinləşdiyi müşahidə edilirdi. Ümumdünya iqtisadi böhranı nəticəsində ABŞ sənayesi 1932-ci ilin iyulunda özünün ən aşağı səviyyəsinə düşdü, istehsal 1913-cü il səviyyəsinə endi. Ağır sənaye xüsusilə daha çətin vəziyyətə düşdü. Ölkədə milli gəlir 2 dəfə, xarici ticarət 3 dəfə aşağı endi. Fəhlə sinfinin vəziyyəti daha da ağırlaşdı. Dünya iqtisadi böhranı aparıcı kapitalist dövlətlərinin iqtisadiyyatını ən azı bir rüb geri atdı. Dünya sənaye istehsalının həcmi 38%, ticarətin həcmi və kənd təsərrüfatı məhsullarının istehsalı 30% azalmış oldu. Dünya bazarında rəqabət kəskinləşərək ticarət müharibəsi xarakteri almağa başladı. Təkcə 1929-1934-cü illərdə 76 ölkə gömrük vergilərini artırdı. Ticarət rəqabətinin artması ilə əlaqədar ölkələr arasındakı maliyyə əlaqələrinin ənənəvi əsasları pozulmuş oldu. İnfilyasiya ABŞ-ı dolların qızıl standartlarından əl çəkməyə məcbur etdi. Nəticədə 56 dövlətin dollar ilə bağlı valyutası qiymətdən düşdü. 1932-ci ilin əvvəli üçün işsizlər 26 milyon nəfərə çatırdı. Dünya iqtisadi böhranı beynəlxalq münasibətlər sahəsinə də əhəmiyyətli dəyişikliklər gətirdi. Məhz bu dövrdə Versal-Vaşinqton siyasi sisteminin əməli iflası başlandı. Avropa ölkələrindən fərqli olaraq ABŞ-da sosial sığorta sisteminin olmaması vəziyyəti daha da ağırlaşdırırdı. Amerikalılarda o vaxta qədər belə bir psixologiya formalaşmışdır ki, hər bir şəxs həyatda ancaq özünə arxalanmalıdır, dövlətə ümid etməməlidir. Onlar çətin vəziyyətdə ancaq xeyriyyəçilərə ümid bəsləyə bilərdilər. Lakin böhran illərində onların psixologiyasında dəyişiklik yarandı. Onların diqqəti dövlətə yönəlməyə başladı. Bu dövrdə meydana çıxan ən böyük kütləvi hərəkatlar dövlətin köməyini tələb edirdilər. On minlərlə zavodun, fabrikin, müəssisənin və digər istehsal və qeyri-istehsal sahələrin bağlanması işsizliyin kütləvi surətdə artmasına səbəb oldu. Əmək haqqı fondu 2 dəfə ixtisara getdi. Artıq 1933-cü ildə ABŞ-da 17 milyon işsiz vardı. İşsizlərin vəziyyətini yaxşılaşdırmaq üçün Huver iri şəhərlərin kənarlarında xüsusi qəsəbələr salmağa başladı. Burada fəhlələr dövlət hesabına təmin olunur və yaşayırdılar. Bunlar «Huver villaları» adlanırdı. Tezliklə prezident Huver «çiçəklənmə» prezidenti kimi deyil, «aclıq» prezidenti kimi şöhrət qazandı. Fermerlərin vəziyyəti son dərəcə ağırlaşdı. 1930-cu ildə Huver tərəfindən fermerlər üçün ticarət palatası təşkil edilsə də, bu vəziyyətdə dəyişiklik yaratmadı. 1929-1934-cü illər ərzində borc və vergini ödəyə bilmədiyinə görə 897 fermer təsərrüfatı, başqa sözlə, ölkədəki fermer təsərrüfatlarının təxminən 14%-i satılmışdı. 1931-ci ilin payızında sənaye və aqrar böhranın daha da dərinləşməsi maliyyə böhranına da səbəb oldu. Maliyyə böhranı ən kəskin səviyyəyə 1933-cü ilin fevral-martında çatdı. Ölkəni bankların məhvi dalğası bürüdü. Bu dövrdə Huverin yeritdiyi yeganə siyasət iri korporasiyalar, inhisarlar və iri bankların iflasa uğramasının qarşısını almaq məqsədilə 1930-cu ildə Maliyyənin yenidən qurulması korporasiyasını təşkil etməsi oldu. Bu müəssisə digər korporasiyalara kredit buraxmağa başladı. ABŞ SSRİ-dən gələn mallar üzərinə qadağa qoyduqda, SSRİ də ABŞ mallarının alınmasını dayandırdı və sifarişi Avropa ölkələrinə verdi. Bu ABŞ biznesmenləri içində xüsusi həyəcana səbəb oldu. Huver hökuməti SSRİ-dən gələn mallar üzərinə qadağanı təxirə salmağa məcbur oldu. Böhran illərində həmkarlar ittifaqlarının fəaliyyəti xeyli genişləndi. Fəhlə hərəkatına rəhbərlik etmək üçün İstehsalçıların həmkarlar ittifaqlarının konqresi təşkil edildi. 1886-cı ildə Hampers tərəfindən təşkil edilmiş ixtisaslı fəhlələrin həmkarlar təşkilatı olan ABŞ Əmək Federasiyasından fərqli olaraq İstehsalçıların Həmkarlar İttifaqı konqresi ixtisassız fəhlələri özündə birləşdirirdi. 1930-cu ilin 6 mart günü ABŞ-da və bütün dünyada işsizliyə qarşı mübarizə günü kimi qeyd edildi. ABŞ-da aclıq yürüşləri geniş yayıldı. 1931-1932-ci ildə Vaşinqtona müharibə iştirakçılarının 2 dəfə aclıq yürüşü oldu. 1932-ci ildə 24 min Birinci dünya müharibəsi iştirakçısının Vaşinqtona yürüşü və onların pensiyaları artırmaq tələbi nəinki yerinə yetirilmədi, o zaman silahlı qüvvələrin baş ştatının rəisi general Makkarturun başçılığı ilə gülləbaran edildi. Bu hadisə bütün dünyada həyəcana səbəb oldu. Huver hökumətinin xarici siyasətdə əsas məqsədi dünyada ABŞ-ın hərbi-siyasi və iqtisadi mövqelərini daha da möhkəmləndirmək idi. 1930-cu ilin yanvar-aprelində keçirilən London dəniz konfransında, ABŞ 18 kreyserə sahib oldu.Huver hökuməti xarici siyasətdə beynəlxalq vəziyyəti gərginləşdirməyə gətirib çıxaran siyasət yeridirdi. Huver hakimiyyətə gələn kimi elan etdi ki, onun əsas vəzifəsi sosializmi qəbrə qoymaqdır. O, yeganə prezident idi ki, Rusiyanı yaxşı tanıyırdı. Onun Maykopda çoxlu neft mədənləri vardı. Lakin sovet Rusiyası onu bunlardan məhrum etmişdi. O, SSRİ-yə qarşı düşmən ruhda idi. Ona görə də, Huver 1932-ci ildə Lozanna konfransında Almaniyanın təzminatdan birbaşa yaxa qurtarmasına nail olmaqla əslində ona Sovet Rusiyasına qarşı müharibəyə hazırlaşmaq üçün imkan yaratmaq məqsədini güdürdü. 1932-ci ilin dekabrında Cenevrədə keçirilən təksilaha dair konfransda ABŞ Almaniyanın silahlanmasına razılıq verdi. 1931-ci ildə Yaponiya Mancuriyanı işğal etdikdə və orada oyuncaq Man-Çjo-Qo dövləti yaratdıqda ABŞ bu məsələni sakitliklə qarşıladı və hətta Yaponiyaya neft və neft avadanlığı satmağını da davam etdirdi. Bundan məqsəd onu da SSRİ-ə qarşı yönəltmək idi. Lakin Yaponiya SSRİ-ni ehtiyatda saxlayaraq cənuba üz tutdu. Çünki ABŞ-Yaponiya ziddiyyətləri daha dərin idi və tezliklə ABŞ bunu başa düşdü. Ona görə də ABŞ hökuməti açıq şəkildə bildirdi ki, Çində Yaponiyanın heç bir işğalını tanımır. 1932-ci il yanvarın 7-də qəbul edilən “Stimson doktrinası” Yaponiyanın mövqeyini zəiflətməyə yönəldilmişdi. Bu dövrdə Latın Amerikasına qarşı "böyük dəyənək" siyasəti yenidən fəallaşdı. ABŞ çalışırdı ki, İngiltərənin Latın Amerikası ölkələrinə kapital ixracı azalsın. ABŞ-Latın Amerikası ölkələrini bir-biri ilə toqquşdurmağa çalışaraq bu regionda hökmranlığı ələ almağa cəhd edirdi. Huverin hakimiyyəti dövründə Boliviya ilə Paraqvay, Kolumbiya ilə Peru arasında müharibə baş verdi. Ruzveltin_"Yeni_xətt"i_və_sosial_islahatları'>39-cu sual. Franklin Ruzveltin "Yeni xətt"i və sosial islahatları 1932-ci ilin noyabrında, prezident seçkilərində Demokratlar partiyası seçkilərdə qalib gəldi. Onun lideri Franklin Ruzvelt prezident seçildi. Amerika mətbuatı bunu "güclülərin qələbəsi" kimi qiymətləndirdi. F.Ruzvelt 1882-ci ildə varlı bir ailədə anadan olmuş, mənşə etibarilə holland idi. O, Teodor Ruzveltlə əmi nəvəsi idi. Franklin Ruzvelt əvvəlcə Harvard universitetini, sonra isə Kolumbiya Universitetinin hüquq fakültəsini bitirmişdi. 1913-1920-ci illərdə o, Hərbi Dəniz Nazirinin köməkçisi vəzifəsində işləmişdi. 1921-ci ildə polimelit xəstəliyinə tutulmuş və ömrünün sonunadək ayaqları iflic vəziyyətində qalmışdı. Möhkəm iradəsi və anasının mənəvi dayaq olması Ruzveltin siyasi fəaliyyətlə yenidən məşğul olmasına imkan yaratdı. 1928-1930-cu illərdə o, Nyu-York ştatının qubernatoru seçildi. 1932-ci ildə isə ABŞ-ın 32-ci prezidenti oldu. Ruzvelt hakimiyyətə gələnə kimi prezident seçilmiş şəxs ancaq bir ildən sonra prezident kürsüsünə əyləşə bilərdi. Ruzvelt konstitusiyaya edilmiş 20-ci əlavə ilə bunu təxirə saldı. Bu əlavəyə görə prezident seçilmiş adam növbəti ilin yanvar ayının 20-də prezident kürsüsünə əyləşə bilərdi. Ruzvelt 1933-cü ilin mart ayının 4-də prezident kimi fəaliyyətə başladı. Həmin gün ABŞ konqresi də fəaliyyətə başladı və 73 gün davam etdi ki, bu ABŞ tarixində «uzunmüddətli konqres» kimi qaldı. Ruzvelt hakimiyyətdə olduğu ilk 100 gün ərzində 70-dən çox qanun qəbul etdi. Bu Ruzveltin "Yeni xətti" adlandırıldı və prezidentin "100 günü" ifadəsi də buradan yarandı. "Yeni xətt"in ideya müəllifi ingilis iqtisadçısı Con Keyns Meynard idi. Lakin bu ifadə Ruzveltin 1932-ci il iyulun 2-də demokratlar partiyasının iclasında onun namizədliyi irəli sürülərkən etdiyi məruzəsindən götürülmüşdü. Ruzvelt konsepsiyası Huver konsepsiyasından böhrandan çıxmağın həllinə münasibətdə aşağıdakı cəhətlərlə fərqlənirdi. Birincisi, "Yeni xətt"in yaradıcısı bunu beynəlxalq səbəblərlə yox, ölkə daxilindəki sosial-iqtisadi səbəblərə bağlayır və vacib hesab edirdi ki, ABŞ-ın sosial-iqtisadi institut strukturunda bəzi islahatlar keçirilməlidir. İkincisi, o, bu vaxta qədər ABŞ-da hökm sürən "fərdiyyətçilik" prinsiplərindən imtina edərək federal hökumətin funksiyalarını genişləndirmək prinsipinə üz tuturdu. Üçüncüsü, əgər Huver kütləvi etirazlara qarşı qulağını bağlayırdısa, F.Ruzvelt Amerika xalqının əhval-ruhiyyəsini nəzərə almağı vacib bilirdi. Ruzvelt bildirdi ki, bizim qorxmalı olduğumuz bir şey varsa, o da qorxunun özüdür. Ruzvelt prezident seçildiyi ilk dövrdə ölkədəki vəziyyəti, beynəlxalq şəraiti və Amerika xalqının əhval-ruhiyyəsini diqqətlə öyrəndi. Huverdən fərqli olaraq o, aşağı kütlələri öz tərəfinə cəlb etməyi lazım bildi. O, göstərirdi ki, ABŞ-da «unudulmuş» adamlar üçün yaxşı şərait təmin edilməlidir. O, həmçinin Huverdən fərqli olaraq "milli birlik" yaratmaq məsələsini ön plana çəkdi. O, ölkənin "qızıl fondu" olan elm adamlarından ibarət «beyinlər tresti» yaratmağı lazım bilirdi. Ruzvelt filosofları, iqtisadçıları, tarixçiləri bu işə cəlb etdi. Bundan sonra islahatlar keçirməyə başladı. İslahatlarda 2 cəhət özünü göstərirdi. Bunlardan biri dərin maliyyə sistemi yaratmaq, ikincisi isə «unudulmuş» adamları razı salmaq. "Yeni xətt" adlanan bu siyasətin mahiyyəti dövlətin iqtisadiyyata fəal müdaxiləsini təmin etmək idi. Qeyd etmək lazımdır ki, bu fikri ondan qabaq elektrik inhisarının prezidenti Svoys irəli sürmüşdü. O, göstərirdi ki, belə çətin dövrdə dövlət mütləq iqtisadiyyata müdaxilə etməlidir. İslahatlara Ruzvelt banklardan başladı.Bankların böhranı Ruzveltin qətiyyətli olduğunu və novatorçuluq qabiliyyətini dərhal aşkara çıxartdı. Ruzvelt göstəriş verdi ki, martın 9-da ölkədəki bütün banklar fəaliyyətini dayandırsın. Məqsəd hökumətin banklar sisteminə nəzarətini təmin etmək idi. Martın 13-dən əvvəl ölkənin 12 şəhərində, sonra 250 şəhərində sağlamlaşdırılmış banklar fəaliyyətə başladı. Böhrandan əvvəl ölkədə 20 mindən artıq bank var idisə, indi onların sayı 5200 idi. Ruzvelt göstərirdi ki, bankın depozit, investisiya funksiyası olmalıdır.O, göstərirdi ki, 45 milyard dollara qədər banka vəsait qoyula bilər. Dolların qızıl standartının qadağan edilməsi idi. Kağız pul qızıl pulla dəyişdirilə bilməzdi. Qızılın alınıb-satılması qadağan edilirdi. Qızıl dövlət fondunda saxlanılmağa başladı. Merkantilizm siyasətinə uyğun olaraq ixrac artdı, idxal azaldı. Vətən sənayesi məhsullarının xaricə aparılması ölkəyə valyuta gətirilməsini təmin etdi. Ruzvelt sənayeni nizama salmaq üçün 1933-cü ilin iyun ayında Consonun başçılığı altında Sənayenin Milli İnzibati İdarəsi adlı orqan yaratdı. Həmin milli idarənin qarşısına qoyulan başlıca məqsəd məhsulun həcmini, xammal mənbələrini və satış bazarlarını düzgün müəyyənləşdirmək idi. Bunun üçün sənaye sahələri 17 qrupa bölündü. «Vicdanlı rəqabət» adlı ticarət qaydaları işlənib hazırlandı. Bu qaydalara 557 əsas, 189 əlavə maddə salındı. Nəzərdə tutulurdu ki, dövlət tərəfindən müəyyən edilmiş həmin komissiyanın hazırladığı kodeks üzrə sənaye planlı şəkildə inkişaf etdirilsin. Həmin hadisədən sonra Ruzvelti "sosializm qurmaqda" təqsirləndirdilər. Ruzvelt fermerləri də yaddan çıxarmadı. İri fermerlərə məsləhət gördü ki, əkin sahələrini azaltsınlar, həmçinin mal-qaranı qırsınlar. 1933-cü ildə 10 milyon hektara qədər əkin sahəsi, 23 milyon baş mal-qara, 7 milyon donuz qırıldı. Bu işi görən fermerlərə mükafatlar müəyyən edildi. 1933-cü ilin mayında Kənd Təsərrüfatı Milli İnzibati İdarəsi təşkil edildi. İdarənin rəhbəri kənd təsərrüfatı naziri vəzifəsini tutan Uolles oldu. Ruzvelt fermerlərin vəziyyətini yaxşılaşdırmağı başlıca vəzifə hesab edirdi. Ona görə fermerlərin yenidən fəaliyyətə başlaması və onlara kredit verilməsi məsələsi dövlət qayğısına çevrildi. Kənd təsərrüfatı islahatları 3 mərhələdə 1933-1936-cı ildə, 1936-1938-ci ildə və 1938-ci ildən sonra həyata keçirildi. İstər kənd təsərrüfatında, istərsə də sənayedə səhmləri vahid planlı şəklə salmaq üçün birjalar fəaliyyət göstərməyə başladı. Bu birjalar dövlət tərəfindən nəzarətə alındı. Qeyd etmək lazımdır ki, səhmlərin qeyri-dövlət səhmdar cəmiyyətlərdən alınıb-satılması qadağan edildi. "Yeni xətt" siyasəti tezliklə həm daxildə, həm də xaricdə böyük əks-sədaya səbəb oldu. Ruzvelti kapitalizmin ümumi qayda-qanunlarına zidd hərəkət etməkdə təqsirləndirirdilər. Əslində isə Ruzvelt burjua cəmiyyətini möhkəmləndirməyi qarşısına məqsəd qoymuşdu. 1935-ci ildə ABŞ Ali məhkəməsi Ruzveltin sənaye sahəsində həyata keçirdiyi tədbirləri konstitusiyadan kənar hesab etdi, 1936-cı ilin yanvarında isə onun kənd təsərrüfatı sahəsində gördüyü tədbirləri qanundan kənar hesab etdi. İqtisadiyyatda baş vermiş böhran 1933-cü ilin sonlarında durğunluq, 1933-1936-cı illərdə isə yüksəlişlə əvəz olundu. Ruzveltin milli iqtisadiyyatı dirçəltmək siyasəti öz bəhrəsini verdi. Ruzveltin həyata keçirdiyi islahatlar üçün məşhur iqtisadçı Keynsin kəsirsiz büdcəyə nail olmaq siyasəti rəhbər tutulurdu. Ruzvelt hökumətinin sosial sahədə həyata keçirdiyi islahatlar «Yeni xətt»in II mərhələsi 1935-ci ildə başladı. Əsas diqqət sosial islahatların keçirilməsinə yönəldildi. Çünki Ruzvelt hakimiyyətə gələrkən vəd etmişdi ki, o, indiyədək «unudulmuş» adamları ilk növbədə yaddan çıxarmayacaqdır. Ruzvelt sosial islahatlar içərisində işsizliyi ön plana çəkdi. 1933-cü ildə işsizliyə qarşı mübarizə komitəsi təşkil edildi. Həmin komitə xüsusi fond yaratdı ki, həm işsizlərin işlə təmin edilməsi, həm də onlara müavinət verilməsi məsələsini həll etsin. Ruzvelt hökuməti işsizlər üçün meşə düşərgələri təşkil etdi. Bu düşərgələrdə 18 yaşından 25 yaşına qədər gənclər işlə təmin edilirdi. Onlar strateji əhəmiyyətli tikintilərdə çalışırdılar. Belə düşərgələr 6 ay müddətinə təşkil edilirdi. Burada onlar həm yeməklə, həm də paltarla təmin olunurdu. Onlara 35 dollar pul da verilirdi. Hökumət bu iş üçün 3 milyard 300 milyon dollar vəsait ayırmışdı. 1935-ci ilin iyulunda qəbul edilmiş "Əmək münasibətləri haqqında" qanun çox mühüm əhəmiyyətə malik sosial siyasət idi. Həmin qanunu senator Vaqner hazırladığı üçün o, tarixə Vaqner qanunu kimi daxil oldu. Həmin qanuna görə həmkarlar itttifaqlarının hüquqları genişləndirildi. Fəhlələrlə sahibkarlar arasındakı mübahisəli məsələləri həll etməkdə onlara böyük səlahiyyətlər verilirdi. ABŞ məhkəmə orqanları həmkarlar ittifaqlarının hər hansı mübahisəli məsələlərinə baxmalı idi. Piketlər, tətillər həmin qanuna görə leqallaşdırıldı. Həmkarlar ittifaqlarının icazəsi olmadan heç kimin müəssisədən kənar edilməsinə icazə verilmirdi. "Yeni xətt"in ən əhəmiyyətli qanunlarından biri 1935-ci ilin avqust ayında qəbul edilmiş "Sosial sığorta haqqında" qanun idi. Həmin qanun qocalığa və işsizliyə görə sosail təminat məsələlərini ön plana çəkdi. Belə ki, qocalığa görə pensiya 65 yaşından təyin edilməyə başladı. Pensiya üçün xüsusi fond ayrılması nəzərdə tutulurdu. Bu fond müəssisələrin gəlirlərinin müəyyən hissəsindən, həm də fəhlələrin əmək haqqlarından tutulurdu. Nəzərdə tutulmuşdu ki, 1937-ci ildən fəhlələrin əmək haqqlarından 1%-dən başlayaraq 1949-cu ilə qədər 3%-i miqdarında vergi tutulsun. Pensiyaların 1942-ci il yanvarın 1-dən verilməsi nəzərdə tutulurdu. Lakin bu işə 1940-cı ilin yanvarından başlandı. «Sosial sığorta haqqında» qanuna görə ər öldükdə arvad, arvad öldükdə ər həmin pensiyanı ala bilərdi. Pensiya 85 dollar miqdarında olmalı idi. Lakin fəhlələrin ixtisas dərəcəsindən asılı olaraq pensiya artıq da ola bilərdi. Ev qulluqçuları, kənd təsərrüfatı fəhlələri və dövlət qulluqçularının təqaüdləri aşağı idi. Bundan başqa çoxuşaqlı ailələrə, şikəstlərə, dul qadınlara da pensiya vermək nəzərdə tutulurdu. 1938-ci ildə Ruzvelt hökuməti daha iki qanunun qəbul edilməsinə nail oldu. Bunlardan biri «Minimum əmək haqqı və maksimum iş həftəsi haqqında» qanun idi. Qanuna görə iş həftəsi 38 saat müəyyən olundu. 30-cu illərin II yarısında 2 milyona qədər fəhlənin əmək haqqı artırıldı. İkinci qanun isə «Əmək şəraitinin yaxşılaşdırılması haqqında» qanun idi. Qanuna əsasən 16-18 yaşlı gənclər üçün 6 saatlıq iş günü qoyulurdu. Onların gecə və orqanizm üçün zərərli işlərdə işləməsi qadağan edilirdi. Həmçinin südəmər uşağı olan qadınlara 3 saatdan bir uşağı əmizdirmək üçün vaxt ayrılırdı. Həmin qadınlar qısa iş günü müddətində işləməli idi. 1936-cı il seçkilərində respublikaçılar Alfred Lindonu irəli sürmələrinə baxmayaraq Ruzvelt yenə də 27,6 milyon səs toplayaraq prezident seçildi. Ruzveltin unutduğu yalnız zəncilər oldu. Ölkədə 25 milyon zənci yaşamasına baxmayaraq onlar haqqında heç bir mütərəqqi addım atılmadı. 1937-ci ilin fevralında Ruzvelt Ali məhkəmədə islahat keçirmək haqqında konqresə müraciət etdi. Ruzvelt təklif edirdi ki, ali məhkəmə üzvləri 9 nəfər deyil, 7 nəfər olsun. Onlar 70 yaşından sonra öz maaşları saxlanılmaqla təqaüdə çıxarılsınlar, həmçinin ali məhkəmə üzvləri 10 il müddətinə təyin edilsin. Lakin konqres bunu qəti rədd etdi və bildirdi ki, guya bu bir tərəfdən ABŞ konstitusiyasına görə nəzərdə tutulmuş hakimiyyətin bölünməsi prinsipinə ziddir, digər tərəfdən isə, rüşvətxorluq üçün imkan yaratmış olar. Əsas səbəb isə o idi ki, ali məhkəmə üzvlərindən 7-sinin yaşı 70-dən çox idi. Ruzveltin gördüyü işlərdən biri də 1939-cu ildə prezidentin icra aparatının təsis edilməsi idi. Ruzveltin həyata keçirdiyi islahatlar ona böyük nüfuz qazandırdı və 1940-cı ildə onu üçüncü dəfə prezident seçilməsinə səbəb oldu. Bu heç də o demək deyildi ki, Ruzveltin hakimiyyət illəri qarşudurmasız keçmişdi. ABŞ Ali məhkəməsi təkcə 1937-ci ildə «Yeni xəttin» 12 qanununu ləğv etmişdi. Bu dövrdə Ruzveltə qarşı ölkədəki bütün mürtəce qüvvələr birləşmişdilər. Bu birləşmənin ən görkəmli nümayəndələri Luizana ştatının qubernatoru Lonq, həmçinin keşiş Koflin idi. Koflin "Sosial ədalət naminə siyasi təşkilat", həmçinin "Kommunizm əleyhinə ittifaq" adlı təşkilat yaratdı. Bunlar əslində faşist təşkilatları idi. Amerika faşizmini «Xaç altında olan faşizm» adlandırırdılar. Lakin ABŞ-da faşizmin sosial bazası zəif olduğuna və Ruzveltin Amerika xalqının əhval-ruhiyyəsini əks etdirən real siyasətinə görə o, ayaq açmağı bacarmadı. 1938-ci ildə Ruzvelt "Yeni xətt" siyasətini dayandırdı. Həyata keçirilmiş islahatların möhkəmləndirilməsinə daha çox diqqət yetirilməyə başlandı. "Yeni xətt" siyasəti böhrandan yaxa qurtarmağa imkan verdi.
40-cı sual. F.Ruzveltin dövründə ABŞ-ın xarici siyasəti F.Ruzveltin "Yeni xətt" siyasətinin mühüm tərkib hissələrindən birini də beynəlxalq münasibətlər sahəsi əhatə edirdi. Beynəlxalq vəziyyət ABŞ-ın xarici siyasətində əsasən iki mühüm amili nəzərə almağı zəruri edirdi. Bu amillərdən biri 1929-1933-cü illər dünya iqtisadi böhranı, digəri isə faşist Almaniyası və millitarist Yaponiyasının fəallaşması nəticəsində yeni dünya müharibəsi təhlükəsinin artması idi. ABŞ-ın xarici siyasəti XX əsrin 30-cu illərində də ənənəvi əsaslara söykənərək istiqamətlənmişdi. Belə ki, Latın Amerikasına qarşı Monro, Asiyaya qarşı "açıq qapılar" doktrinası, Avropaya münasibətdə isə təcridçilik əsas götürülürdü. Xüsusilə təcridçiliyə böyük diqqət yetirilirdi. Çünki bu qeyri-amerikan dünyasına amerikan dünyasının spesifik yanaşma prinsipi idi. Ruzvelt real siyasətçi idi. Onun məşhur tezisində göstərilirdi ki, "daxili siyasətdə buraxılmış hər hansı səhv ancaq o ölkənin fəlakətinə, xarici siyasətdəki səhv isə bəşəriyyətin məhvinə səbəb ola bilər." Ruzveltə görə ABŞ-ın xarici siyasət strategiyasını aşağıdakı istiqamətləri var: Ruzvelt belə hesab edirdi ki, ABŞ-ın 1933-cü ilə qədər SSRİ-ni tanımaması onu dünya xəritəsində ağ ləkə şəklində göstərməsi və “qırmızıların təhlükəsi”nə qarşı açıq mübarizə aparması səhv olmuşdu. Çünki SSRİ dünyanın böyük dövlətlərindən biri idi. Həmçinin SSRİ kimi geniş daxili bazara malik olan bir ölkə ilə münasibətə girməmək ABŞ iqtisadiyyatı üçün faydalı deyildi. Bunlar nəzərə alınaraq 1933-cü ilin yazında SSRİ ilə diplomatik münasibətlər yaratmaq üçün danışıqlar başlandı.Danışıqlarda ABŞ-nın dövlət katibi Xell, SSRİ-nin xarici işlər naziri Litvinov böyük rol oynadı. 1933-cü ilin noyabr ayının 16-da SSRİ ilə ABŞ arasında diplomatik münasibətlər yarandı. Məhz ABŞ-n Millətlər cəmiyyətində səyi nəticəsində 1934-cü ildə SSRİ də bu cəmiyyətə daxil oldu. 1935-1937-ci illər ərzində SSRİ ilə ABŞ arasında iki ticarət sazişi bağlandı və mal mübadiləsi genişləndi. ABŞ-ın xarici siyasətinin ikinci mühüm istiqaməti Avropa ölkələri idi. ABŞ Corc Vaşinqtonun vəsiyyətini nəzərə alaraq Avropaya daha az nüfuz etmək siyasəti yeritməyə başladı. ABŞ bu dövrdə bildirdi ki, o, milli iqtisadiyyatını inkişaf etdirməyə daha çox diqqət yetirir. 1933-cü ilin avqustunda iqtisadi məsələləri həll etmək üçün Londonda çağırılmış konfransda Ruzveltin nümayəndəsi bildirdi ki, ABŞ Avropaya kredit və istiqraz verməkdən imtina edir. 1935-ci ilin avqustunda ABŞ konqresi "Bitərəflik haqqında" qanun qəbul etdi. Həmin qanuna görə ABŞ müharibə edən tərəflərdən heç birinə silah və ərzaq satmamalı idi. Qanunda həm təcavüzkar, həm də təcavüz olunan ölkə eyniləşdirilirdi. Ona görə də, ABŞ İspaniya Respublikasına və İtaliyanın təcavüzünə məruz qalan Efiopiyaya kömək etmədi. «Bitərəflik haqqında» qanun 1939-cu ilə qədər qüvvədə qaldı. 1939-cu ilin sentyabrın 1-də İkinci dünya müharibəsi başlayandan sonra, Abş həmin qanunda dəyişiklik etmək qərarına gəldi. ABŞ 1939-cu ilin sentyabrın sonunda Almaniya ilə müharibə edən dövlətlərə silah, ərzaq satmağa razı oldu. Lakin bu mallar nəğd pulla alınmalı və həmin dövlətlərin öz gəmilərində aparılmalı idi. 1941-ci ilin martında isə ABŞ konqresi Lend-liz qanununu qəbul etdi. Qanuna görə Almaniya ilə müharibə edən dövlətlərə borc, kredit və kirayə vermək nəzərdə tutulurdu. Həmin qanun ABŞ tarixinə «elan edilməmiş müharibə» kimi daxil oldu. .ABŞ-nın xarici siyasətinin üçüncü istiqaməti Asiya idi.Asiyaya qarşı ABŞ hələ vaxtilə irəli sürülmüş "açıq qapılar" doktrinasının tərəfdarı idi. Əslində bu ABŞ-nın mövqeyinin Çində, Uzaq Şərqdə və Sakit okeanda möhkəmləndirilməsini nəzərdə tuturdu. Uzaq Şərqdə ABŞ çox ciddi diplomatik problemlərlə toqquşdu. Amerika-yapon ziddiyyətləri qaçılmaz fakt idi. Mancuriyanın Yaponiya tərəfindən işğalından sonra bu münasibətlər daha da kəskinləşdi. Siyasi-diplomatik rəqabətdə ABŞ 1921-1922-ci ildə Vaşinqton konfransında bağlanmış sazişdən istifadə etdi. 1928-ci ildə bağlanmış pakt da ABŞ-a imkan verdi ki, Yaponiyanı günahlandırsın. ABŞ-nın Uzaq Şərqdə Yaponiyaya qarşı siyasətinin əslində əsas məqsədi Yaponiya ilə münaqişədən uzaqlaşmaq idi. ABŞ Avropada vəziyyətin gərginləşməsindən də Yaponiya ilə kompromisə gəlmək üçün istifadə etmək istədi. Bu dövrdə Yaponiya ABŞ-dan vacib hərbi-strateji materialların, demək olar ki, yarısını alırdı. ABŞ çalışırdı ki, SSRİ ilə Yaponiya toqquşsun, özü isə kənarda qalsın. Lakin gözlədiyinin əksi oldu. Ruzveltin dövründə xarici siyasətin dördüncü istiqaməti Latın Amerikası idi. Latın Amerikasına qarşı aparılan əvvəlki siyasətlər Latın Amerikası xalqlarının ABŞ-a qarşı nifrətinə səbəb olmuşdu. Hələ 1904-cü ildə prezident Teodor Ruzvelt Panama kanalının çəkilişi ilə əlaqədar göstərirdi ki, bu məsələ ABŞ-ın milli mənafeyinə (siyasətdə milli mənafe terminini ilk dəfə T.Ruzvelt işlətmişdir) uyğundur və ABŞ-ın bütün Amerika dövlətlərinin daxili işlərinə qarışmağa ixtiyarı vardır. 1904-cü ildə ABŞ konqresi bu barədə qanun da qəbul etdi. Ruzvelt Latın Amerikası ölkələrinə münasibətdə ilk növbədə onların etibarını qazanmağı qarşısına məqsəd qoydu. 1904-cü il qanunu ləğv edildi. ABŞ silahlı qüvvələri Nikaraqua və Haitidən çıxarıldı. Latın Amerikası ölkələrinə qarşı Ruzvelt "mehriban qonşu" siyasəti yeritdi. Bu qonşuluğun arxasında Latın Amerikasına italyan, yapon, alman, ingilis kapitalının axınının qarşısını almaq məqsədi gizlənmişdi. Ruzvelt ABŞ prezidenti Monronun 1823-cü ildə irəli sürdüyü "Amerika-amerikanlar üçündür" doktrinasını dirçəltmək istəyirdi. O, Amerika dövlətləri arası sistem yaratmağa çalışırdı. Bunun üçün Ruzvelt Latın Amerikası ölkələrinin ABŞ-la birlikdə 1933-cü ildə Montevedioda, 1936-cı ildə Buenos-Ayresdə, 1937-ci ildə Limada beynəlxalq konfranslarının çağırılmasına nail oldu. Həmin konfranslarda Latın Amerikası ölkələri ilə ABŞ arasındakı münasibətlərin bərabər hüquqlar səviyyəsində qurulması nəzərdə tutulurdu. 30-cu illərin ikinci yarısında ABŞ-ın xarici siyasətinə münasibətdə ölkənin özündə iki istiqamət vardı. Bu istiqamətlərdən biri Huverin, Mellonun başçılıq etdiyi «təcridçilik» istiqaməti idi. Onlar belə hesab edirdilər ki, Avropa ilə heç bir əlaqə saxlamaq lazım deyil, xüsusilə İngiltərədən uzaqlaşmaq lazımdır. ABŞ-a İngiltərə lazım deyil. ABŞ öz milli iqtisadiyyatını özü yaratmalı, Almaniya və Yaponiya ilə əlaqələrin inkişafına daha çox səy etməlidir.İkinci istiqamət Ruzvelt və Xellin başçılıq etdiyi «beynəlmiləlçilik» idi. Onlar göstərirdilər ki, dünyanı faşizm təhlükəsi bürüyüb. Almaniya İngiltərəni öz tərəfinə çəkmək istəyir. Dünya ölkələrinin yarısı İngiltərənin tərəfindədir. Ona görə də bu dünyada yaşayıb, dünyadan kənarda qalmaq olmaz. İngiltərə ilə əlaqələri inkişaf etdirmək vacibdir. ABŞ 1941-ci ilin dekabrına qədər müharibədə iştirak etməsə də, getdikcə Böyük Britaniyaya hərbi-iqtisadi yardımını artırdı. Avropada qəribə müharibə başa çatdığından Ruzveltin irəli sürdüyü «Milli müdafiə proqramı»na əsasən konqres hərbi xərclərin 17.7 mlrd dollara, ordunun sayının isə 280 min nəfərdən 1 milyon 200 min nəfərə çatdırmaq haqqında qərar qəbul etdi. “Bitərəflik haqqında” qanunun bütün maddələrindən 1941-ci ilin dekabrına kimi imtina edildi. 1941-ci ilin dekabrın 7-də ABŞ Yaponiyaya müharibə elan etməklə İkinci dünya müharibəsinə girmiş oldu. Çünki ilk növbədə ABŞ-ın milli mənafeyi, onun daxili və beynəlxalq vəziyyəti bunu tələb edirdi. Dünya hadisələrinin gedişi Ruzveltin haqlı olduğunu göstərdi Ruzvelt XX əsrin Eynşteyndən sonra İkinci adamı kimi tanınırdı.
41-ci sual.İkinci dünya müharibəsinin səbəbləri,başlaması, xarakteri və I mərhələsində hərbi əməliyyatlar XX əsrin ən mühüm hadisələrindən biri olan İkinci dünya müharibəsi bəşəriyyət tarixində ən böyük hərbi-siyasi münaqişə idi. İkinci dünya müharibəsinin başlanmasının səbəbləri:
1929-1933-cü illərin dünya iqtisadi böhranı .Böhran beynəlxalq münasibətləri gərginləşdirdi. Bir sıra dövlətlər mövcud nüfuz dairələri, xammal və satış bazarlarını yenidən bölüşdürməyə can atdılar.
Almaniya və Yaponiya Versal sülhünün "alçaldıcı" şərtlərini ləğv etməyə çalışırdılar.
Birinci dünya müharibəsində məğlub olmuş və çox ağır şərtləri qəbul etməyə məcbur edilmiş Almaniya, qalib gəlsə də, demək olar ki, heç nə qazanmayan Yaponiya və qaliblər içərisində məğlub vəziyyətində olan İtaliyada qisas hissi çox güclü idi. Onlar "ədaləti bərpa etmək" arzusu ilə yaşayırdılar.
İkinci dünya müharibəsi ərəfəsində iki hərbi-siyasi blok- Hitler Almaniyası, Yaponiya və İtaliyanın olduğu üçlər ittifaqı və İngiltərə, Fransa və ABŞ-ın olduğu Antanta yarandı. Bu iki kapitalist qruplaşması dünyanı yenidən bölüşdürmək üzərində bir-biri ilə mübarizə aparırdılar.
Hitler Almaniyası slavyan və digər sovet xalqlarını əsarət altına salmaq, Avropada qeyri-məhdud hökmranlıq yaratmaq, Afrikanı, Yaxın Şərqi ələ keçirmək yolu ilə özünün müstəmləkəçi imperiyasını qurmaq istəyirdi. Almaniyanın işğalçılıq planları arasında Azərbaycan da vardı.
İtaliya Əlcəzairi, Sudanı və İngiltərəyə məxsus olan əraziləri tutmaq fikrində idi.
Yaponiya Çin, Hind-Çin, Hindistan, Seylon, Birma, İndoneziya, Filippin və Sakit okeanda olan bir sıra adaları zəbt etmək istəyirdi.Yapon millitaristləri Sovet Uzaq Şərqinə də göz dikmişdilər. Almaniya və Yaponiyanın bu işğalçı planları İngiltərə, Fransa və ABŞ-ın mənafeyi əleyhinə idi. İngiltərə, Fransa və ABŞ öz xammal və satış bazarlarını, nüfuz dairələrini qoruyub saxlamaq istəyirdilər.
ABŞ və Böyük Britaniya Azərbaycana da xüsusi maraq göstərir və Qafqaza dair «Vilvet» planını tərtib etmişdilər.
SSRİ Şərqi Avropanı ələ keçirməyə, Qara dəniz boğazlarında, Ön və Cənubi Asiyada, Uzaq Şərqdə nüfuz dairələrini genişləndirməyə çalışırdı.
Burjua-demokratik dövlətlərin totalitar rejimləri bir-birinə qarşı qoyub zəiflətmək və məhv etmək istəyi də müharibənin başlanması səbəblərindən idi.
Müharibənin başlanmasının bir səbəbi də faşizm təhlükəsinin lazımınca qiymətləndirilməməsi idi.
İngiltərə və Fransanın SSRİ-yə ciddi hərbi-siyasi qüvvə kimi baxmamaları da müharibənin başlanmasına imkan verən amillərdən idi.
Almaniya ilə SSRİ arasında bağlanmış bir-birinə hücum etməmək haqqında 1939-cu il 23 avqust müqaviləsi də Şərqdən təhlükə gözləməyən Hitlerə tezliklə müharibəyə başlamaq imkanı verdi.
Böyük Britaniya, Fransa və ABŞ-ın hakim dairələri Almaniya və Yaponiyanı SSRİ-yə qarşı çevirmək yolu ilə imperialist ziddiyyətləri həll etmək fikrində idilər. ABŞ, İngiltərə, Fransa hakim dairələri "sakitləşdirmə" siyasəti vasitəsi ilə Hitler Almaniyasının təcavüzkarlığı yaymasına və tədricən dünya müharibəsinin bağlanmasına yardım etmiş oldulalar.