1. V. Vilsonun “14 maddəlik” sülh proqranınin mahiyyti


-ci sual. ABŞ K.Kulucin(2 avqust 1923-4 mart 1929) və Huverin prezidentliyi dövründə (4 mart 1929-1933)



Yüklə 198,71 Kb.
səhifə31/58
tarix25.06.2022
ölçüsü198,71 Kb.
#62296
1   ...   27   28   29   30   31   32   33   34   ...   58
Müasir cavablar [1 - 60]..

38-ci sual. ABŞ K.Kulucin(2 avqust 1923-4 mart 1929) və Huverin prezidentliyi dövründə (4 mart 1929-1933)
1923-cü ilin avqustun 2-də Alyaskaya səfəri zamanı Har­dinqin ölümündən sonra vitse-prezident respublikaçı Kalvin Kuliç onun yerini tutdu. 1924-cü il prezident seçkilərində Kulic qələbə qazandı. Onun daxili siyasəti ölkə iqtisadiyyatının gücləndirilməsinə yönəldilmişdi. İri kapitala qoyulan vergi azaldıldı. Kulic "ABŞ-ın işi biznesdir" şüarını irəli sürdü. Radiotexnika və elektrotexnika sənayesinin inkişafına diqqət artırıldı. İstehsal üzərində dövlət nəzarəti ləğv edildi. Umumi milli məhsul istehsalı 54% artdı. Çiçəklənmə illərində istehsala yeni texnika, texnologiya və konveyer sistemi tətbiq edildi. «Kənd təsərrüfatının bərabərliyi» şüarı irəli sürüldü. Xarici siyasətdə proteksionizm siyasəti tətbiq edildi. 1929-cu ildə xarici ticarətin həcminə görə ABŞ İngiltərəni ötüb keçdi. Kulic hökuməti 1924-cü ildə yeni vergi qanunu qəbul etdi. Qanuna görə yüksək gəlirli şəxslərin ödəyəcəyi vergi 50 %-dən 40 %-ə endirildi. Dövlət borcu azaldıldı. Dövlətin iqtisadiyyata müdaxiləsinin azaldılması nətisəsində xüsusi biznes inkişaf etdi. İri biznesin özünü tənzimləmə sistemi təşəkkül tapdı.
Hökumət fermer təsərrüfatını inkişaf etdirmək məqsədi ilə onlara kredit verdi. Ölkədə həyat səviyyəsi yaxşılaşdı. Avtomobil, soyuducu, telefon, radio və başqaları gündəlik məişətə daxil oldu. İstehlak kreditləri siste­mi­nin tətbiq edilməsi xalqın rəğbətini qazandı. Sosial etirazlar azal­dı. Bütün bunlarla bərabər bu dövrdə "Ku-kluks-klan" təşki­latı yəhudilərə, zəncilərə, katoliklərə və mühacirlərə qarşı mübarizəni gücləndirdi. Onların başlıca məqsədi ağ, kənd, protestant və anqlosakson Amerikasının qurulması idi. Bu problemi həll etmək üçün 1924-cü il aprelin 16-da yeni mühacirət qanunu qəbul edildi. Şərqi Asiyadan mü­hacirət axını qadağan edildi, digər ölkələrdən mühacirət edən­lərə isə məhdudiyyət qoyuldu. Kulic hökumətinin xarici siyasəti amerikan kapitalını qoymaq üçün sərfəli yerlər tapmağa, xammal və satış ba­zarlarına yiyələnməyə doğru yönəldilmişdi. Avropa ölkələri ilə iki tərəfli münasibətlər inkişaf etdirildi. O, Almaniya ilə əla­qədar "Daues planı"nının qəbul edilməsinə nail oldu. borc­lar məsələsinə diqqət yetirdi. Böyük Britaniya, Fransa, İtaliya, Belçika və Çexoslavakiya ilə hərbi borcların bir hissəsinin ödənməsinə dair saziş bağlandı. Fransa Xarici İşlər naziri Aristid Brianın Milli siyasətdə müharibədən imtina edilməsi haqqında təklifini alan ABŞ hökuməti bu təkliflə razılaşdı. «Brian – Kelloq pakt»ı imzalandı. 1923-1929-cu illərdə Latın Ame­rikası ölkələrinə yardımlar edərək bu regionda iqtisadi, siyasi və hərbi cəhətdən xeyli möhkəmləndi. Çinə münasibətdə "açıq qapılar" siyasəti yeridildi.ABŞ-ın Filippin və Havay adalarında hərbi-strateji mövqeləri möhkəmləndi. Bir sözlə, Kulicin hakimiyyəti illərində ABŞ-ın beynəlxalq nüfuzu xeyli gücləndi.
ABŞ Huverin prezidentliyi dövründə
1928-ci ildə prezident seçilən respublikaçıların liderlə­rindən olan Herbert Huverin "çiçəklənmə" və "ABŞ kapitaliz­minin müstəsnalığı" siyasəti özünü doğrultmadı. Onun prezidentliyi dövründə "ciddi fərdiyyətçilik" və "şəxsi təşəbbüsə yol verilməsi" prinsipləri yeganə prinsip oldu. Huver hökuməti daxili siyasətdə yoxsulluğu aradan qaldırmaq üçün plan işləyib hazırladı. Lakin başlanan dünya iqtisadi böhranı müasirləri tərəfindən böyük təşkilatçı və mühəndis adlandırılan Huverin bu planının həyata keçirilməsinə mane oldu. ABŞ Huverin dövründə dolların sabit valyuta kimi tanınması və onun beynəlxalq pul vahidinə çevrilməsinə nail oldu. 1929-cu ilin oktyabrında Nyu-York birjalarının birində səhmlərin qiymətinin birdən-birə ucuzlaşması böyük çaxnaşmaya səbəb oldu. Qiymətli kağızların kur­su sürətlə aşağı düşməyə başladı. Belə sürətlə azalma daha üç il davam etdi. 1933-cü ilin martına qədər 1929-cu illə müqayisədə səhmlərin dəyəri 4,5 dəfə azaldı. ABŞ-da 1932-ci ilin yayından 1933-cü ilin yazınadək böh­ra­nın nisbətən daha da dərinləşdiyi müşahidə edilirdi. Ümumdünya iqtisadi böhranı nəticəsində ABŞ sənayesi 1932-ci ilin iyulunda özünün ən aşağı səviyyəsinə düşdü, istehsal 1913-cü il səviyyəsinə endi. Ağır sənaye xüsusilə daha çətin vəziyyətə düşdü. Ölkədə milli gəlir 2 dəfə, xarici ticarət 3 dəfə aşağı endi. Fəhlə sinfinin vəziyyəti daha da ağırlaşdı. Dünya iqtisadi böhranı aparıcı kapitalist dövlətlərinin iq­tisadiyyatını ən azı bir rüb geri atdı. Dünya sənaye istehsalı­nın həcmi 38%, ticarətin həcmi və kənd təsərrüfatı məhsulla­rı­nın istehsalı 30% azalmış oldu. Dünya bazarında rəqabət kəs­kin­ləşərək ticarət müharibəsi xarakteri almağa başladı. Təkcə 1929-1934-cü illərdə 76 ölkə gömrük vergilərini artırdı. Ticarət rəqabətinin artması ilə əlaqədar ölkələr arasın­da­kı maliyyə əlaqələrinin ənənəvi əsasları pozulmuş oldu. İnfil­yasiya ABŞ-ı dolların qızıl standartlarından əl çəkməyə məc­bur etdi. Nəticədə 56 dövlətin dollar ilə bağlı valyutası qiy­mətdən düşdü. 1932-ci ilin əvvəli üçün işsizlər 26 milyon nəfərə çatırdı. Dünya iqtisadi böhranı beynəlxalq münasibətlər sahəsinə də əhəmiyyətli dəyişikliklər gətirdi. Məhz bu dövrdə Versal-Vaşinqton siyasi sisteminin əməli iflası başlandı. Avropa ölkələrindən fərqli olaraq ABŞ-da sosial sığorta sisteminin olmaması vəziyyəti daha da ağırlaşdırırdı. Amerika­lı­­larda o vaxta qədər belə bir psixologiya formalaşmışdır ki, hər bir şəxs həyatda ancaq özünə arxalanmalıdır, dövlətə ümid etməməlidir. Onlar çətin vəziyyətdə ancaq xeyriyyəçilərə ümid bəsləyə bilərdilər. Lakin böhran illərində onların psixologiya­sın­da dəyişiklik yarandı. Onların diqqəti dövlətə yönəlməyə başladı. Bu dövrdə meydana çıxan ən böyük kütləvi hə­rə­katlar dövlətin köməyini tələb edirdilər. On minlərlə zavodun, fabrikin, müəssisənin və digər is­teh­sal və qeyri-istehsal sahələrin bağlanması işsizliyin kütləvi surətdə artmasına səbəb oldu. Əmək haqqı fondu 2 dəfə ixtisara getdi. Artıq 1933-cü ildə ABŞ-da 17 milyon işsiz var­dı. İşsizlərin vəziyyətini yaxşı­laş­dırmaq üçün Huver iri şəhərlərin kənar­la­rın­da xüsusi qəsə­bələr salmağa başladı. Burada fəhlələr dövlət hesabına təmin olu­­nur və yaşayırdılar. Bunlar «Huver villaları» adlanırdı. Tez­liklə prezident Huver «çiçəklənmə» prezidenti kimi deyil, «aclıq» prezidenti kimi şöhrət qazandı. Fermerlərin vəziyyəti son dərəcə ağırlaşdı. 1930-cu il­də Huver tərəfin­dən fermerlər üçün ticarət palatası təşkil edil­sə də, bu vəziyyətdə dəyişiklik ya­rat­madı. 1929-1934-cü illər ərzində borc və vergini ödəyə bil­mədiyinə görə 897 fermer təsərrüfatı, başqa sözlə, ölkədəki fer­mer təsərrüfatlarının təx­minən 14%-i satılmışdı. 1931-ci ilin payızında sənaye və aqrar böhranın daha da dərinləşməsi maliyyə böhranına da səbəb oldu. Maliyyə böhranı ən kəskin sə­viy­­yəyə 1933-cü ilin fevral-martında çatdı. Ölkəni bankların məhvi dalğası bürüdü. Bu dövrdə Huverin yeritdiyi yeganə si­yasət iri korporasiyalar, in­hi­sarlar və iri bankların iflasa uğramasının qarşısını almaq məqsədilə 1930-cu ildə Maliyyənin yenidən qurulması korporasiyasını təşkil etməsi oldu. Bu müəssisə digər korporasiyalara kredit buraxmağa başladı. ABŞ SSRİ-dən gələn mallar üzərinə qadağa qoyduqda, SSRİ də ABŞ mallarının alınmasını dayan­dır­dı və sifarişi Avropa ölkələrinə verdi. Bu ABŞ biznesmenləri içində xüsusi hə­yə­cana səbəb oldu. Huver hökuməti SSRİ-dən gələn mallar üzərinə qadağanı təxirə sal­ma­ğa məc­bur oldu. Böhran illərində həmkarlar ittifaqlarının fəaliy­yəti xeyli genişləndi. Fəhlə hə­rə­katına rəhbərlik etmək üçün İstehsalçıların həmkarlar ittifaqlarının konqresi təşkil edildi. 1886-cı ildə Hampers tərəfindən təşkil edilmiş ixtisaslı fəh­lələrin həmkarlar təşkilatı olan ABŞ Əmək Federasiyasından fərqli olaraq İsteh­salçıların Həmkarlar İttifaqı konqresi ix­tisassız fəhlələri özündə birləş­di­rirdi. 1930-cu ilin 6 mart günü ABŞ-da və bütün dünyada işsizliyə qarşı mübarizə gü­nü kimi qeyd edildi. ABŞ-da aclıq yürüşləri geniş yayıldı. 1931-1932-ci ildə Vaşinqtona müharibə iştirakçılarının 2 dəfə aclıq yürüşü oldu. 1932-ci ildə 24 min Birinci dünya müharibəsi iştirakçısının Va­şinqtona yürü­şü və onların pensiyaları artırmaq tələbi nəinki yerinə yetirilmədi, o zaman silah­lı qüvvələrin baş ştatının rəisi general Makkarturun başçılığı ilə güllə­ba­ran edildi. Bu hadisə bütün dün­yada həyəcana səbəb oldu. Huver hökumətinin xarici siyasətdə əsas məqsədi dünyada ABŞ-ın hərbi-siyasi və iqtisadi mövqelərini daha da möhkəmləndirmək idi. 1930-cu ilin yanvar-aprelində keçirilən London dəniz konfransında, ABŞ 18 kreyserə sahib oldu. Huver hökuməti xarici si­ya­sətdə beynəlxalq vəziyyəti gərginləşdirməyə gətirib çıxaran siyasət yeridirdi. Huver hakimiyyətə gələn kimi elan etdi ki, onun əsas vəzifəsi sosializmi qəbrə qoymaqdır. O, yeganə pre­zident idi ki, Rusiyanı yaxşı tanıyırdı. Onun Maykopda çoxlu neft mədənləri vardı. Lakin sovet Rusiyası onu bun­lardan məh­rum etmişdi. O, SSRİ-yə qarşı düşmən ruhda idi. Ona görə də, Huver 1932-ci ildə Lozanna konfransında Almaniyanın təzminatdan birbaşa yaxa qur­tar­ma­sına nail olmaqla əslində ona Sovet Rusiyasına qar­şı mühari­bəyə hazırlaşmaq üçün imkan yaratmaq məqsədini güdürdü. 1932-ci ilin dekabrında Cenevrədə keçirilən təksilaha dair konfransda ABŞ Almaniyanın silahlanmasına razılıq verdi. 1931-ci ildə Yaponiya Mancuriyanı işğal etdikdə və orada oyun­caq Man-Çjo-Qo dövləti yaratdıqda ABŞ bu məsələni sakitliklə qarşıladı və hətta Yaponiyaya neft və neft avadanlığı satmağını da davam etdirdi. Bundan məq­səd onu da SSRİ-ə qarşı yönəltmək idi. Lakin Yaponiya SSRİ-ni ehtiyatda saxlayaraq cənuba üz tutdu. Çünki ABŞ-Ya­poniya ziddiyyətləri daha dərin idi və tezliklə ABŞ bunu başa düşdü. Ona görə də ABŞ hökuməti açıq şəkildə bildirdi ki, Çində Yaponiyanın heç bir işğalını tanımır. 1932-ci il yanvarın 7-də qəbul edilən “Stimson doktrinası” Yaponiyanın mövqeyini zəiflətməyə yönəldilmişdi. Bu dövrdə Latın Amerikasına qarşı "böyük dəyənək" siyasəti yenidən fəallaşdı. ABŞ çalışırdı ki, İngiltərənin Latın Amerikası ölkələrinə kapital ixracı azalsın. ABŞ-Latın Amerikası ölkələrini bir-biri ilə toqquşdurmağa çalışaraq bu regionda hökmranlığı ələ almağa cəhd edirdi. Huverin hakimiyyəti dövründə Boliviya ilə Pa­raqvay, Kolumbiya ilə Peru arasında müharibə baş verdi.
Ruzveltin_"Yeni_xətt"i_və_sosial_islahatları'>39-cu sual. Franklin Ruzveltin "Yeni xətt"i və sosial islahatları
1932-ci ilin noyabrında, prezident seçkilərində Demokratlar partiyası seç­kilərdə qalib gəldi. Onun lideri Franklin Ruzvelt pre­zident seçildi. Amerika mətbuatı bunu "güc­lü­lərin qələbəsi" kimi qiymətləndirdi. F.Ruzvelt 1882-ci ildə varlı bir ailədə anadan olmuş, mənşə eti­ba­rilə hollan­d idi. O, Teo­dor Ruzveltlə əmi nəvəsi idi. Franklin Ruzvelt əv­vəl­cə Har­vard universitetini, sonra isə Kolumbiya Univer­si­tetinin hüquq fakültəsini bitirmişdi. 1913-1920-ci illərdə o, Hərbi Dəniz Nazi­rinin köməkçisi vəzifəsində işləmişdi. 1921-ci ildə polimelit xəstəliyinə tutul­muş və ömrünün sonu­na­dək ayaqları iflic vəziyyətində qalmışdı. Möh­kəm iradəsi və anasının mənəvi dayaq olması Ruzveltin siyasi fəa­liyyətlə yenidən məşğul olmasına imkan yaratdı. 1928-1930-cu illərdə o, Nyu-York ştatı­nın quber­na­toru seçildi. 1932-ci ildə isə ABŞ-ın 32-ci pre­zidenti oldu. Ruzvelt hakimiy­yə­tə gələnə kimi prezident seçilmiş şəxs ancaq bir il­dən sonra prezident kürsüsünə əyləşə bilərdi. Ruzvelt kons­ti­tusiyaya edil­miş 20-ci əlavə ilə bunu təxirə saldı. Bu əlavəyə görə prezident seçilmiş adam növbəti ilin yan­var ayının 20-də prezident kürsüsünə əyləşə bilərdi. Ruz­velt 1933-cü ilin mart ayının 4-də prezident kimi fəaliyyətə başladı. Həmin gün ABŞ konqresi də fəa­liyyətə baş­ladı və 73 gün davam etdi ki, bu ABŞ tarixində «uzun­müd­­dətli kon­qres» kimi qaldı. Ruzvelt hakimiyyətdə olduğu ilk 100 gün ərzində 70-dən çox qanun qəbul etdi. Bu Ruzveltin "Yeni xətti" ad­lan­dırıldı və prezidentin "100 günü" ifadəsi də buradan yarandı. "Yeni xətt"in ideya müəllifi ingilis iqtisadçısı Con Keyns Mey­nard idi. Lakin bu ifadə Ruzveltin 1932-ci il iyulun 2-də demokratlar partiyasının iclasında onun namizədliyi irəli sü­rülərkən etdiyi məruzəsindən götürülmüşdü. Ruzvelt konsepsiyası Huver konsepsiyasından böhran­dan çıxmağın həllinə münasibətdə aşağıdakı cəhətlərlə fərq­lənirdi.
Birincisi, "Yeni xətt"in yaradıcısı bunu beynəlxalq sə­bəb­lər­lə yox, ölkə daxilindəki sosial-iqtisadi səbəblərə bağ­layır və vacib hesab edirdi ki, ABŞ-ın sosial-iqtisadi institut strukturun­da bəzi islahatlar keçirilməlidir.
İkincisi, o, bu vaxta qədər ABŞ-da hökm sürən "fərdiyyətçilik" prinsiplə­rin­dən imtina edərək federal hökumətin funksi­ya­larını ge­niş­ləndirmək prinsipinə üz tuturdu.
Üçüncüsü, əgər Hu­ver küt­ləvi etirazlara qarşı qulağını bağlayırdısa, F.Ruz­velt Ame­rika xalqının əhval-ruhiyyəsini nəzərə almağı vacib bilirdi.
Ruzvelt bildirdi ki, bizim qorx­malı olduğumuz bir şey varsa, o da qor­xunun özüdür. Ruzvelt prezident seçildiyi ilk dövrdə ölkədəki vəziyyəti, beynəlxalq şəraiti və Amerika xal­qı­nın əhval-ruhiy­yəsini diqqətlə öyrəndi. Huverdən fərqli ola­raq o, aşağı küt­lələri öz tərəfinə cəlb etməyi lazım bildi. O, gös­tərirdi ki, ABŞ-da «unudulmuş» adamlar üçün yaxşı şərait təmin edilməlidir. O, həmçinin Hu­verdən fərqli olaraq "milli bir­lik" yaratmaq məsə­lə­sini ön plana çəkdi. O, ölkənin "qızıl fondu" olan elm adam­la­rından ibarət «beyinlər tresti» yaratmağı lazım bilirdi. Ruzvelt filosofları, iqtisadçıları, tarixçiləri bu işə cəlb etdi. Bundan sonra islahatlar keçirməyə başladı. İsla­hat­larda 2 cəhət özünü göstərirdi. Bunlardan biri dərin maliyyə sistemi ya­ratmaq, ikincisi isə «unudulmuş» adamları razı salmaq. "Yeni xətt" adlanan bu siyasətin mahiyyəti dövlətin iqti­sa­diyyata fəal müdaxiləsini təmin etmək idi. Qeyd etmək lazım­dır ki, bu fikri ondan qabaq elektrik inhisarının prezidenti Svoys irəli sürmüşdü. O, göstərirdi ki, belə çətin dövrdə dövlət müt­ləq iq­tisadiyyata müdaxilə etməlidir.
İs­la­hatlara Ruzvelt banklardan başladı. Bankların böh­ranı Ruz­veltin qətiyyətli olduğunu və novatorçuluq qabiliyyətini dərhal aşkara çıxartdı.
Ruzvelt göstəriş verdi ki, martın 9-da ölkədəki bütün banklar fəaliyyətini da­yandırsın. Məqsəd hökumətin banklar sisteminə nəzarətini tə­min etmək idi. Martın 13-dən əvvəl ölkənin 12 şəhərində, sonra 250 şəhərində sağlamlaşdırılmış banklar fəa­liyyətə başladı. Böhrandan əvvəl ölkədə 20 mindən artıq bank var idisə, indi onların sayı 5200 idi. Ruzvelt göstərirdi ki, ban­kın depozit, investisiya funksiyası olmalıdır.O, gös­tə­rirdi ki, 45 milyard dollara qədər banka vəsait qoyula bilər. Dol­ların qızıl standartının qadağan edilməsi idi. Kağız pul qızıl pulla dəyişdirilə bilməzdi. Qızılın alınıb-satılması qadağan edilirdi. Qızıl dövlət fondunda saxlanılmağa başladı. Merkan­ti­lizm siyasətinə uyğun olaraq ixrac artdı, idxal azaldı. Vətən sə­na­yesi məhsullarının xaricə aparılması ölkəyə valyuta gətiril­məsini təmin etdi.
Ruzvelt sənayeni nizama salmaq üçün 1933-cü ilin iyun ayında Consonun başçılığı altında Sənayenin Milli İnzibati İdarəsi adlı orqan yaratdı. Həmin milli idarənin qarşısına qoyulan başlıca məqsəd məhsulun həcmini, xammal mənbələrini və satış bazarlarını düzgün müəyyənləşdirmək idi. Bunun üçün sənaye sahələri 17 qrupa bölündü. «Vicdanlı rəqabət» adlı ticarət qaydaları işlənib hazırlandı. Bu qaydalara 557 əsas, 189 əlavə maddə salındı. Nəzərdə tutulurdu ki, dövlət tərəfindən müəy­yən edilmiş həmin komissiyanın hazırladığı kodeks üzrə sə­naye planlı şəkildə inkişaf etdirilsin. Həmin hadisədən sonra Ruzvelti "sosializm qurmaqda" təqsirləndirdilər.
Ruzvelt fermerləri də yaddan çıxarmadı.
İri fermerlərə məsləhət gördü ki, əkin sahələrini azaltsınlar, həmçinin mal-qaranı qırsınlar. 1933-cü ildə 10 milyon hektara qədər əkin sa­hə­si, 23 milyon baş mal-qara, 7 milyon donuz qırıldı. Bu işi gö­rən fermerlərə mükafatlar müəyyən edildi. 1933-cü ilin ma­yında Kənd Təsərrüfatı Milli İnzibati İdarəsi təşkil edildi. İda­rə­nin rəhbəri kənd təsərrüfatı naziri vəzifəsini tutan Uolles oldu. Ruzvelt fer­mer­lərin vəziyyətini yax­şılaşdırmağı başlıca vəzifə hesab edirdi. Ona görə fermer­lərin yenidən fəaliyyətə başlaması və onlara kre­dit verilməsi məsələsi dövlət qayğısına çevrildi.
Kənd təsər­rüfatı islahatları 3 mərhələdə 1933-1936-cı ildə, 1936-1938-ci ildə və 1938-ci ildən sonra həyata keçirildi. İstər kənd təsərrüfatında, istərsə də sənayedə səhmləri vahid planlı şəklə salmaq üçün birjalar fəaliyyət gös­tərməyə başladı. Bu birjalar dövlət tərəfindən nəzarətə alındı. Qeyd etmək la­zımdır ki, səhmlərin qeyri-dövlət səhmdar cəmiyyətlərdən alı­nıb-satılması qadağan edildi. "Yeni xətt" siyasəti tezliklə həm daxildə, həm də xaricdə böyük əks-sədaya sə­bəb oldu. Ruzvelti kapitalizmin ümumi qayda-qanunlarına zidd hərəkət et­məkdə təqsirləndirirdilər. Əslində isə Ruzvelt burjua cəmiyyətini möhkəm­lən­dirməyi qarşısına məqsəd qoymuşdu. 1935-ci ildə ABŞ Ali məhkəməsi Ruzveltin sənaye sahəsində həyata keçirdiyi tədbirləri konstitusiyadan kənar hesab etdi, 1936-cı ilin yanvarında isə onun kənd təsərrüfatı sahəsində gördüyü tədbirləri qanundan kənar hesab etdi. İqtisadiyyatda baş vermiş böhran 1933-cü ilin sonlarında dur­ğunluq, 1933-1936-cı illərdə isə yüksəlişlə əvəz olundu. Ruz­vel­tin milli iqtisadiyyatı dirçəlt­mək siyasəti öz bəhrəsini verdi.
Ruzveltin həyata ke­çirdiyi islahatlar üçün məşhur iqtisadçı Keynsin kəsirsiz büdcəyə nail ol­maq siyasəti rəhbər tutulurdu.
Ruzvelt hökumətinin sosial sahədə həyata keçirdiyi islahatlar
«Yeni xətt»in II mərhələsi 1935-ci ildə başladı. Əsas diqqət sosial islahatların keçirilməsinə yönəldildi. Çünki Ruzvelt hakimiyyətə gələrkən vəd etmişdi ki, o, indiyədək «unudulmuş» adamları ilk növbədə yaddan çıxarmayacaqdır. Ruzvelt sosial islahatlar içərisində işsizliyi ön plana çəkdi. 1933-cü ildə işsizliyə qarşı mübarizə komitəsi təşkil edildi. Həmin komitə xüsusi fond yaratdı ki, həm işsizlərin işlə təmin edilməsi, həm də onlara müavinət verilməsi məsələsini həll etsin. Ruzvelt hökuməti işsizlər üçün meşə düşərgələri təşkil etdi. Bu düşərgələrdə 18 yaşından 25 yaşına qədər gənclər işlə təmin edilirdi. Onlar strateji əhə­miyyətli tikintilərdə çalışırdılar. Belə düşərgələr 6 ay müd­dətinə təşkil edilirdi. Burada onlar həm yeməklə, həm də paltarla təmin olunurdu. Onlara 35 dollar pul da verilirdi. Hökumət bu iş üçün 3 milyard 300 milyon dollar vəsait ayırmışdı. 1935-ci ilin iyulunda qəbul edilmiş "Əmək müna­si­bət­lə­ri haqqında" qanun çox mühüm əhəmiyyətə malik sosial siyasət idi. Həmin qanunu senator Vaqner hazırladığı üçün o, tarixə Vaqner qanunu kimi daxil oldu.
Həmin qanuna görə həmkarlar itttifaq­larının hüquqları genişləndirildi. Fəhlələrlə sahibkarlar ara­sın­dakı mübahisəli məsələləri həll et­məkdə onlara böyük səla­hiyyətlər verilirdi. ABŞ məhkəmə or­qan­ları həmkarlar ittifaqlarının hər hansı mübahisəli məsəl­ə­lə­rinə baxmalı idi. Piketlər, tətillər həmin qanuna görə leqallaşdırıldı. Həmkarlar ittifaqlarının icazəsi ol­madan heç kimin müəssisədən kənar edilməsinə icazə verilmirdi.
"Yeni xətt"in ən əhəmiy­yət­li qanunlarından biri 1935-ci ilin avqust ayında qəbul edilmiş "So­sial sığorta haqqında" qanun idi. Həmin qanun qocalığa və iş­sizliyə görə sosail təminat mə­sə­lələrini ön plana çəkdi. Belə ki, qocalığa görə pensiya 65 ya­şından təyin edilməyə başladı. Pen­siya üçün xü­susi fond ay­rılması nəzərdə tutulurdu. Bu fond müəssisələrin gəlirlərinin müəyyən his­sə­sindən, həm də fəh­lələrin əmək haqqlarından tutulurdu. Nəzərdə tutul­muş­du ki, 1937-ci ildən fəhlələrin əmək haqqlarından 1%-dən başlayaraq 1949-cu ilə qə­dər 3%-i miqdarında vergi tutulsun. Pensiyaların 1942-ci il yanvarın 1-dən verilməsi nə­zərdə tu­tu­lurdu. Lakin bu işə 1940-cı ilin yanvarından başlandı. «So­sial sı­ğorta haqqında» qanuna görə ər öldükdə ar­vad, arvad öldükdə ər həmin pensiyanı al­a bilərdi. Pensiya 85 dollar miqdarında olmalı idi. La­kin fəhlələrin ixtisas dərə­cəsindən ası­lı ola­raq pensiya artıq da ola bilərdi. Ev qulluqçuları, kənd təsərrüfatı fəhlələri və döv­lət qul­luqçularının təqaüdləri aşağı idi. Bundan başqa çoxuşaqlı ailələrə, şikəstlərə, dul qadınlara da pensiya vermək nəzərdə tutulurdu. 1938-ci ildə Ruzvelt hökuməti daha iki qanunun qəbul edilməsinə nail oldu. Bunlardan biri «Minimum əmək haqqı və maksimum iş həftəsi haqqında» qanun idi. Qanuna görə iş həftəsi 38 saat müəyyən olundu. 30-cu illərin II yarısında 2 milyona qədər fəhlənin əmək haqqı artırıldı. İkinci qanun isə «Əmək şəraitinin yax­şı­laşdırılması haqqında» qanun idi. Qanuna əsa­sən 16-18 yaşlı gənclər üçün 6 saatlıq iş günü qoyulurdu. Onların gecə və or­qanizm üçün zərərli işlərdə işləməsi qadağan edilirdi. Həmçinin südəmər uşağı olan qadınlara 3 saatdan bir uşağı əmiz­dir­mək üçün vaxt ayrılırdı. Həmin qadınlar qısa iş günü müd­­dətində işləməli idi.
1936-cı il seçkilərində respublikaçılar Alfred Lindonu irəli sürmələrinə baxmayaraq Ruz­velt yenə də 27,6 milyon səs toplayaraq prezident seçildi. Ruzveltin unutduğu yalnız zəncilər oldu. Ölkədə 25 milyon zənci yaşamasına baxmayaraq onlar haqqında heç bir mütərəqqi addım atılmadı.
1937-ci ilin fevralında Ruzvelt Ali məh­kəmədə islahat keçirmək haqqında konqresə müraciət etdi. Ruzvelt təklif edir­di ki, ali məhkəmə üzvləri 9 nəfər deyil, 7 nəfər olsun. Onlar 70 yaşından sonra öz maaşları saxlanılmaqla təqaüdə çıxarılsınlar, həmçinin ali məhkəmə üzvləri 10 il müd­dətinə təyin edilsin. Lakin konqres bunu qəti rədd etdi və bildirdi ki, guya bu bir tərəfdən ABŞ konstitusiyasına görə nəzərdə tutulmuş haki­miy­yətin bölünməsi prinsipinə ziddir, digər tərəfdən isə, rüş­vət­xorluq üçün imkan yaratmış olar. Əsas səbəb isə o idi ki, ali məhkəmə üzvlərindən 7-sinin yaşı 70-dən çox idi. Ruzveltin gör­düyü işlərdən biri də 1939-cu ildə pre­zi­dentin icra apa­ra­tının təsis edilməsi idi. Ruzveltin həyata keçirdiyi islahatlar ona böyük nüfuz qazandırdı və 1940-cı ildə onu üçüncü dəfə prezident seçil­mə­sinə səbəb oldu. Bu heç də o demək deyildi ki, Ruz­veltin ha­kimiyyət illəri qarşudur­masız keçmişdi. ABŞ Ali məh­kə­məsi təkcə 1937-ci ildə «Yeni xəttin» 12 qanununu ləğv etmişdi. Bu dövrdə Ruzveltə qarşı ölkədəki bütün mürtəce qüvvələr bir­ləşmişdilər. Bu birləşmənin ən görkəmli nüma­yən­dələri Luizana ştatının qubernatoru Lonq, həmçinin keşiş Kof­lin idi. Koflin "So­sial ədalət naminə siyasi təş­kilat", həmçinin "Kom­munizm əley­hinə ittifaq" adlı təşkilat yaratdı. Bunlar əslində faşist təş­kilatları idi. Amerika faşiz­mini «Xaç altında olan faşizm» ad­lan­dırırdılar. Lakin ABŞ-da faşizmin sosial bazası zəif olduğuna və Ruzveltin Ame­rika xalqının əhval-ruhiyyəsini əks etdirən real siyasətinə görə o, ayaq açmağı bacarmadı. 1938-ci ildə Ruzvelt "Yeni xətt" siyasətini dayandırdı. Həyata keçirilmiş islahatların möhkəmləndirilməsinə da­ha çox diqqət yetirilməyə başlandı. "Yeni xətt" si­yasəti böh­ran­dan yaxa qur­tarmağa imkan verdi.


40-cı sual. F.Ruzveltin dövründə ABŞ-ın xarici siyasəti
F.Ruzveltin "Yeni xətt" siyasətinin mühüm tərkib his­sə­lə­rindən birini də beynəlxalq münasibətlər sahəsi əhatə edirdi. Beynəlxalq vəziyyət ABŞ-ın xarici siyasətində əsasən iki mühüm amili nəzərə almağı zəruri edirdi. Bu amillərdən biri 1929-1933-cü illər dünya iqtisadi böhranı, digəri isə faşist Almaniyası və millitarist Yaponiyasının fəallaşması nəticəsində yeni dünya müharibəsi təhlükəsinin artması idi. ABŞ-ın xarici siyasəti XX əsrin 30-cu illərində də ənənəvi əsaslara söykənərək isti­qamətlənmişdi. Belə ki, Latın Amerikasına qarşı Monro, Asi­yaya qarşı "açıq qapılar" doktrinası, Avropaya müna­si­bətdə isə təcridçilik əsas götürülürdü. Xüsusilə təc­rid­çiliyə bö­yük diqqət yetirilirdi. Çünki bu qeyri-amerikan dün­yasına ame­rikan dünyasının spesifik yanaşma prinsipi idi. Ruzvelt real siyasətçi idi. Onun məşhur tezisində göstərilirdi ki, "daxili siyasətdə buraxılmış hər hansı səhv ancaq o ölkənin fəlakətinə, xarici siyasətdəki səhv isə bəşəriy­yə­tin məhvinə səbəb ola bilər." Ruzveltə görə ABŞ-ın xarici siyasət strategiyasını aşağıdakı istiqamətləri var:
Ruzvelt belə hesab edirdi ki, ABŞ-ın 1933-cü ilə qədər SSRİ-ni tanımaması onu dünya xəritəsində ağ ləkə şəklində göstərməsi və qırmızıların təhlükəsinə qarşı açıq mübarizə aparması səhv olmuşdu. Çünki SSRİ dünyanın böyük dövlətlə­rindən biri idi. Həmçinin SSRİ kimi geniş daxili bazara malik olan bir ölkə ilə münasibətə girməmək ABŞ iqtisa­diyyatı üçün faydalı deyildi. Bunlar nəzərə alınaraq 1933-cü ilin yazında SSRİ ilə diplomatik münasibətlər yaratmaq üçün danışıqlar başlandı. Danışıqlarda ABŞ-nın dövlət katibi Xell, SSRİ-nin xarici işlər naziri Litvinov böyük rol oynadı. 1933-cü ilin noyabr ayının 16-da SSRİ ilə ABŞ arasında diplomatik münasibətlər yarandı. Məhz ABŞ-n Millətlər cəmiyyətində səyi nəticəsində 1934-cü ildə SSRİ də bu cəmiyyətə daxil oldu. 1935-1937-ci illər ərzində SSRİ ilə ABŞ arasında iki ticarət sazişi bağlandı və mal mübadiləsi genişləndi. ABŞ-ın xarici siyasətinin ikinci mühüm istiqaməti Avropa ölkələri idi. ABŞ Corc Vaşinqtonun vəsiyyətini nəzərə alaraq Avropaya daha az nüfuz etmək siya­səti yeritməyə başladı. ABŞ bu dövrdə bildirdi ki, o, milli iqtisadiyyatını inkişaf etdirməyə daha çox diqqət yetirir. 1933-cü ilin avqustunda iqtisadi mə­sələləri həll etmək üçün Londonda çağırılmış konfransda Ruzveltin nümayəndəsi bildirdi ki, ABŞ Avropaya kredit və istiqraz verməkdən imtina edir. 1935-ci ilin avqustunda ABŞ konqresi "Bitərəflik haqqında" qa­nun qəbul etdi. Həmin qanuna görə ABŞ müharibə edən tərəf­lərdən heç birinə silah və ərzaq satmamalı idi. Qanunda həm təcavüzkar, həm də təcavüz olunan ölkə eyniləşdirilirdi. Ona görə də, ABŞ İspaniya Respublika­sı­na və İtaliyanın təcavü­zünə məruz qalan Efiopiyaya kömək etmədi. «Bitərəflik haq­qın­da» qanun 1939-cu ilə qədər qüvvədə qaldı. 1939-cu ilin sentyabrın 1-də İkinci dünya mü­ha­ribəsi başlayandan sonra, Abş həmin qa­nunda dəyişiklik etmək qərarına gəldi. ABŞ 1939-cu ilin sentyabrın sonunda Almaniya ilə müharibə edən döv­lətlərə silah, ərzaq satmağa razı oldu. Lakin bu mallar nəğd pulla alınmalı və həmin dövlətlərin öz gəmilərində apa­rılmalı idi. 1941-ci ilin martında isə ABŞ konqresi Lend-liz qanununu qə­bul etdi. Qanuna görə Almaniya ilə müharibə edən dövlət­lərə borc, kredit və kirayə vermək nəzərdə tutulurdu. Hə­min qanun ABŞ tarixinə «elan edilməmiş müharibə» kimi daxil oldu. .ABŞ-nın xarici siyasətinin üçüncü istiqaməti Asiya idi. Asi­yaya qarşı ABŞ hələ vaxtilə irəli sürülmüş "açıq qapılar" dok­trinasının tərəfdarı idi. Əslində bu ABŞ-nın mövqeyinin Çin­də, Uzaq Şərqdə və Sakit okeanda möhkəm­lən­dirilmə­sini nə­zərdə tuturdu. Uzaq Şərqdə ABŞ çox ciddi diplomatik problemlərlə toq­quş­du. Amerika-yapon ziddiyyətləri qaçılmaz fakt idi. Man­curiya­nın Yaponiya tərəfindən işğalından sonra bu münasi­bətlər daha da kəskinləşdi. Siyasi-diplomatik rəqabətdə ABŞ 1921-1922-ci ildə Vaşinqton konfransında bağlanmış sazişdən isti­fadə etdi. 1928-ci ildə bağlanmış pakt da ABŞ-a imkan verdi ki, Yapo­niyanı günahlandırsın. ABŞ-nın Uzaq Şərqdə Yaponiyaya qarşı siyasətinin əslində əsas məqsədi Yaponiya ilə münaqişədən uzaqlaşmaq idi. ABŞ Avropada vəziyyətin gərginləşməsindən də Yapo­niya ilə kom­promisə gəlmək üçün istifadə etmək istədi. Bu dövrdə Ya­poniya ABŞ-dan vacib hərbi-strateji materialların, demək olar ki, yarısını alırdı. ABŞ çalışırdı ki, SSRİ ilə Yaponiya toq­quş­sun, özü isə kənarda qalsın. Lakin gözlədiyinin əksi oldu. Ruzveltin dövründə xarici siyasətin dördüncü istiqaməti Latın Amerikası idi. Latın Amerikasına qarşı aparılan əvvəlki siyasətlər Latın Amerikası xalqlarının ABŞ-a qarşı nifrətinə səbəb olmuşdu. Hələ 1904-cü ildə prezident Teodor Ruzvelt Panama kanalının çəkilişi ilə əlaqədar göstərirdi ki, bu məsələ ABŞ-ın milli mənafeyinə (siyasətdə milli mənafe terminini ilk dəfə T.Ruzvelt işlət­miş­dir) uyğundur və ABŞ-ın bütün Amerika döv­lətlərinin daxili işlərinə qarışmağa ixtiyarı vardır. 1904-cü ildə ABŞ konqresi bu barədə qanun da qəbul etdi. Ruzvelt Latın Amerikası ölkələrinə münasi­bət­də ilk növbədə onların etibarını qazanmağı qarşısına məqsəd qoydu. 1904-cü il qa­nunu ləğv edildi. ABŞ silahlı qüvvələri Nikaraqua və Haitidən çıxarıldı. Latın Amerikası ölkələrinə qarşı Ruzvelt "mehriban qonşu" siyasəti yeritdi. Bu qonşuluğun arxasında Latın Amerikasına italyan, yapon, alman, ingilis kapitalının axınının qarşısını almaq məqsədi gizlənmişdi. Ruzvelt ABŞ prezidenti Monronun 1823-cü ildə irəli sürdüyü "Amerika-amerikanlar üçündür" doktrinasını dirçəlt­mək istəyirdi. O, Amerika dövlət­lə­ri arası sistem yaratmağa çalışırdı. Bu­nun üçün Ruzvelt Latın Amerikası ölkələrinin ABŞ-la birlikdə 1933-cü ildə Montevedioda, 1936-cı ildə Buenos-Ayresdə, 1937-ci ildə Limada beynəlxalq konfranslarının çağırıl­ma­sına nail oldu. Həmin konfranslarda Latın Amerikası öl­kə­ləri ilə ABŞ arasındakı münasibətlərin bərabər hüquqlar səviy­yəsində qurulması nəzərdə tutulurdu. 30-cu illərin ikinci yarısında ABŞ-ın xarici siyasətinə mü­nasibətdə ölkənin özündə iki istiqamət vardı. Bu istiqamət­lər­dən biri Huverin, Mellonun başçılıq etdiyi «təcridçilik» isti­qa­məti idi. Onlar belə hesab edirdilər ki, Avropa ilə heç bir əlaqə sax­lamaq lazım deyil, xüsusilə İngiltərədən uzaqlaşmaq la­zımdır. ABŞ-a İngiltərə lazım deyil. ABŞ öz milli iqtisa­diy­yatını özü yaratmalı, Almaniya və Yaponiya ilə əlaqələrin inkişafına daha çox səy etməlidir.İkinci istiqamət Ruzvelt və Xellin başçılıq etdiyi «bey­nəl­­mi­ləlçilik» idi. Onlar göstərirdilər ki, dünyanı faşizm təh­lü­kəsi bü­rü­yüb. Almaniya İngiltərəni öz tərəfinə çəkmək istəyir. Dünya ölkələrinin yarısı İngiltərənin tərəfindədir. Ona görə də bu dünyada yaşayıb, dünyadan kənarda qalmaq olmaz. İngiltərə ilə əlaqələri inkişaf etdirmək vacibdir. ABŞ 1941-ci ilin dekabrına qədər müharibədə iştirak et­­­məsə də, getdikcə Böyük Britaniyaya hərbi-iqtisadi yardı­mını artırdı. Avropada qəribə müharibə başa çatdığından Ruzveltin irəli sürdüyü «Milli müdafiə proqramı»na əsasən konqres hərbi xərclərin 17.7 mlrd dollara, ordunun sayının isə 280 min nəfərdən 1 milyon 200 min nəfərə çatdırmaq haqqında qərar qəbul etdi. “Bitərəflik haqqında” qanunun bütün maddələrindən 1941-ci ilin dekabrına kimi imtina edildi. 1941-ci ilin dekabrın 7-də ABŞ Ya­poniyaya mü­ha­ribə elan etməklə İkinci dünya müharibəsinə gir­miş oldu. Çünki ilk növbədə ABŞ-ın milli mənafeyi, onun da­xili və beynəlxalq vəziyyəti bunu tələb edirdi. Dünya hadisələrinin gedişi Ruzveltin haqlı olduğunu göstərdi Ruzvelt XX əs­rin Eynşteyndən sonra İkinci adamı kimi tanınırdı.


41-ci sual. İkinci dünya müharibəsinin səbəbləri,başlaması, xarakteri və I mərhələsində hərbi əməliyyatlar
XX əsrin ən mühüm hadisələrindən biri olan İkinci dünya müharibəsi bəşəriyyət tarixində ən böyük hərbi-siyasi münaqişə idi. İkinci dünya müharibəsinin başlanmasının səbəbləri:

  • 1929-1933-cü illərin dünya iqtisadi böhranı .Böhran beynəlxalq münasibətləri gərginləşdirdi. Bir sıra dövlətlər mövcud nüfuz dairələri, xammal və satış bazarlarını yenidən bölüşdürməyə can atdılar.

  • Almaniya və Yaponiya Versal sülhünün "alçaldıcı" şərtlərini ləğv etməyə çalışırdılar.

  • Birinci dünya müharibəsində məğlub olmuş və çox ağır şərtləri qəbul etməyə məcbur edilmiş Almaniya, qalib gəlsə də, demək olar ki, heç nə qazanmayan Yaponiya və qaliblər içərisində məğlub vəziyyətində olan İtaliyada qisas hissi çox güclü idi. Onlar "ədaləti bərpa etmək" arzusu ilə yaşayırdılar.

  • İkinci dünya müharibəsi ərəfəsində iki hərbi-siyasi blok- Hitler Almaniyası, Yaponiya və İtaliyanın olduğu üçlər ittifaqı və İngiltərə, Fransa və ABŞ-ın olduğu Antanta yarandı. Bu iki kapitalist qruplaşması dünyanı yenidən bölüşdürmək üzərində bir-biri ilə mübarizə aparırdılar.

  • Hitler Almaniyası slavyan və digər sovet xalqlarını əsarət altına salmaq, Avropada qeyri-məhdud hökmranlıq yaratmaq, Afrikanı, Yaxın Şərqi ələ keçirmək yolu ilə özünün müstəmləkəçi imperiyasını qurmaq istəyirdi. Almaniyanın işğalçılıq planları arasında Azərbaycan da vardı.

  • İtaliya Əlcəzairi, Sudanı və İngiltərəyə məxsus olan əraziləri tutmaq fikrində idi.

  • Yaponiya Çin, Hind-Çin, Hindistan, Seylon, Birma, İndoneziya, Filippin və Sakit okeanda olan bir sıra adaları zəbt etmək istəyirdi.Yapon millitaristləri Sovet Uzaq Şərqinə də göz dikmişdilər. Almaniya və Yaponiyanın bu işğalçı planları İngiltərə, Fransa və ABŞ-ın mənafeyi əleyhinə idi. İngiltərə, Fransa və ABŞ öz xammal və satış bazarlarını, nüfuz dairələrini qoruyub saxlamaq istəyirdilər.

  • ABŞ və Böyük Britaniya Azərbaycana da xüsusi maraq göstərir və Qafqaza dair «Vilvet» planını tərtib etmişdilər.

  • SSRİ Şərqi Avropanı ələ keçirməyə, Qara dəniz boğazlarında, Ön və Cənubi Asiyada, Uzaq Şərqdə nüfuz dairələrini genişləndirməyə çalışırdı.

  • Burjua-demokratik dövlətlərin totalitar rejimləri bir-birinə qarşı qoyub zəiflətmək və məhv etmək istəyi də müharibənin başlanması səbəblərindən idi.

  • Müharibənin başlanmasının bir səbəbi də faşizm təhlükəsinin lazımınca qiymətləndirilməməsi idi.

  • İngiltərə və Fransanın SSRİ-yə ciddi hərbi-siyasi qüvvə kimi baxmamaları da müharibənin başlanmasına imkan verən amillərdən idi.

Almaniya ilə SSRİ arasında bağlanmış bir-birinə hücum etməmək haqqında 1939-cu il 23 avqust müqaviləsi də Şərqdən təhlükə gözləməyən Hitlerə tezliklə müharibəyə başlamaq imkanı verdi.
Böyük Britaniya, Fransa və ABŞ-ın hakim dairələri Almaniya və Yaponiyanı SSRİ-yə qarşı çevirmək yolu ilə imperialist ziddiyyətləri həll etmək fikrində idilər. ABŞ, İngiltərə, Fransa hakim dairələri "sakitləşdirmə" siyasəti vasitəsi ilə Hitler Almaniyasının təcavüzkarlığı yaymasına və tədricən dünya müharibəsinin bağlanmasına yardım etmiş oldulalar.

Yüklə 198,71 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin