1. V. Vilsonun “14 maddəlik” sülh proqranınin mahiyyti



Yüklə 198,71 Kb.
səhifə34/58
tarix25.06.2022
ölçüsü198,71 Kb.
#62296
1   ...   30   31   32   33   34   35   36   37   ...   58
Müasir cavablar [1 - 60]..

5- 22 iyun. Bu günlər ərzində alman faşist qoşunları Fransaya hücumu genişləndirərək Parisi işğal edib, Fransa hökumətini təslim olmağa məcbur etdilər.

Belçika təslim edildikdən sonra müttəfiqlərin qoşunları Dyunkerk liman şəhərinə sıxışdırıldılar. Burada onların vəziyyəti olduqca çətinləşdi. Həmin şəhərdə Fransanın 17, İngiltərənin isə 10 diviziyası var idi. Belə bir şəraitdə alman qoşunları Fransa və İngiltərənin həmin şəhərdəki qoşunlarını tamamilə məhv etmək imkanına malik idi. Lakin bu hadisə baş vermədi. "Dyunkerk möcüzəsi" baş verdi. Bəzi alman generalları öz xatirələrində bildirirdilər ki, alman qoşunları Dyunkerkə yaxınlaşanda alman komandanlığı geri çəkilməyi əmr edib Dyunkerkdən müttəfiq qoşunlarının çıxarılmasına imkan yaratdılar. 338 min nəfərlik ordu Dyunkerkdən çıxdıqdan sonra almanlar bu yeri işğal etdilər. Beləliklə, hərbi əməliyyatların birinci dövründə müttəfiqlərin şimaldakı qoşunları darmadağın edildi. Almaniyanın qələbəsini hiss edən faşist İtaliyası bir sıra mühüm yerləri tutmaq üçün iyunun 10-da Fransaya müharibə elan etdi. Beləliklə, İtaliya da ikinci dünya müharibəsinə girmiş oldu. Bu hadisə Fransanın vəziyyətini daha da çətinləşdirdi. Hökumət əvvəl Tura, sonra isə Bordoya köçdü. Son müdafiə döyüşü Ema çayı sahilində oldu. 1934-cü ildə qurulmuş "Majino müdafiə xətti" yarıldı. İyunun 12-də Fransa hökuməti Parisi "açıq şəhər" elan edərək onun müdafiəsini təşkil etmədi. İyunun 14-də hitlerçilər heç bir müqavimət hiss etmədən Parisə daxil oldular. İyunun 22-də Peten hökumətinin nümayəndələri Kompyen meşəsində biabırçı təslimçilik aktına qol çəkdilər. Sülhün şərtlərinə görə Fransa ordusu tərxis edilir, ölkə ərazisi iki hissəyə bölünürdü. Paris də daxil olmaqla bütün sənaye mərkəzlərinə malik olan rayonların hamısı Almaniyanın işğal zonasına daxil edilirdi. Ölkənin cənub hissəsində isə general Petenin başçılığı altında paytaxtı Bişi olan faşistpərəst Fransa hökuməti təşkil edildi və o, 1944-cü ilin avqustunadək yaşadı. Beləliklə, faşist Almaniyası 45 gün ərzində Hollandiya, Belçika və Fransanı məğlub edərək Qərb cəbhəsində İngiltərə qoşunlarına güclü zərbə endirdi. Hitler hökuməti bu fikirdə idi ki, Fransa məğlub edildikdən sonra İngiltərə onunla saziş bağlayıb SSRİ-yə qarşı müharibədə Almaniya ilə birlikdə iştirak edəcəkdir. Bu məqsədlə 1940-cı il iyulun 19-da sülh bağlamaq üçün Almaniya hökuməti İngiltərəyə müraciət etdi. Almaniya təklif edirdi ki, İngiltərə onun Avropada və müstəmləkələrdə hegemon mövqeyini qəbul etsin. Lakin İngiltərə Avropada və müstəmləkələrdə öz mövqeyini Almaniyaya vermək istəmirdi. İngiltərə hökuməti iyulun 22-də Almaniyanın təklifinə rədd cavab verdi. Diplomatik yolla İngiltərəyə təsir etmək mümkün olmadıqdan sonra Hitler hökuməti İngiltərə ərazisini işğal etməklə onu müharibədən çıxarmağı qərara aldı. 1940-cı ilin avqustundan 1941-ci ilin mayına qədər Almaniya İngiltərə ərazisinə 190 min bomba atdı. Lakin faşist aviasiyası Britaniya sənayesinə ciddi zərbə vurmağı bacarmadı. Almaniya İngiltərənin Atlantik okeandan keçən nəqliyyat yollarını (ərzağın 50 %-i adaya bu yollarla gətirilirdi) kəsmək üçün əsasən sualtı qayıqlardan geniş istifadə edirdi. Lakin İngiltərə davam gətirdi. Bu, Almaniya ilə müharibədə, demək olar ki, ilk qələbə idi. 1941-ci ilin yazında hitlerçilər SSRİ-yə qarşı hücum üçün ciddi hazırlıq işləri ilə məşğul olduqların üçün İngiltərəni işğal etmək planı qeyri-müəyyən bir vaxta qədər təxirə salındı.

Yüklə 198,71 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin