1 Willem F. van Eekelen



Yüklə 4,6 Mb.
Pdf görüntüsü
səhifə29/65
tarix24.04.2017
ölçüsü4,6 Mb.
#15630
1   ...   25   26   27   28   29   30   31   32   ...   65

177



Adi sursatlar ehtiyatları ilə  əlaqəli təhlükəsizlik riskləri ilə üzləşmək üçün 

dövlətlərə kömək

.

  Fransa-Niderlandiya təşəbbüsünün ardınca,TƏF, ATƏT-in  ən 

son sayılan silahlara nəzarət sənədini hazırladı: ”Adı Sursatların Ehtiyatları haqqın-

da Sənəd”(2003)

178


.  Bu sənədin qəbul edilməsinə  səbəb ikili oldu.Bir tərəf-

dən,ATƏT məkanında(daha dəqiq keçmiş sovet məkanında) böyük  miqdarda və 

/və ya köhnə olduğuna görə məhv edilməsi gözlənilən artıq hərbi avadanlıq, bu si-

lahların sahibi olan ölkələrə tam təhlükəsizlik və ekoloji qorxuları gətirməsi və  ey-

ni zamanda digər iştirakçı dövlətlər arasında bu silahların terrorçu və cinayətgar 

qrupların  əlinə düşməsi narahatçılığı idi. Digər tərəfdən, gözlənilirdi ki, yeni Sə-

nəd,SALW Sənədindəki böşluqları dolduracaq,çünki o SALW-ın tərifini verərkən 

sursatları ora daxil etməmişdir(baxmayraq ki, artıq silah ehtiyatlarının idarəetməsi 

haqda maddələr daxil edilmişdir). 2003 Sənədi konkret normalar təklif etmirdi. O 

sadəcə könüllü mexanizm müəyyən edir və onun çərçivəsində maraqlı ölkələr, mü-

raciət  əsasında, özlərinin adi sursat ehtiyatlarını, partlayıcı maddələr və quru,ha-

va,su üçün nəzərdə tutulan silah sistemlərinin partlayıcı cihazlarını,həmçi-

nin,SALW üçün sursatları, əsas silah və avadanlıq sistemlərini( o cümlədən, reak-

tiv partlayıcılar),raketlər və minaların təhlükəsiz idarəedilməsi və ya məhv edilməsi 

üçün,beynəlxalq maliyyə və texniki yardım ala bilər. 

2003 Sənədi son zamanlara qədər  daxili iş kimi sayılan məsələlərin həllində ye-

ni növ əməkdaşlıq sazişi kimi qəbul edilməsinə baxmayaraq, bir çox ekspertlər tə-

rəfindən sərt tənqid edilmişdir

179

. Birincisi, o hər hansı məcburi məlumat mübadilə-



sini təmin etmir. Uyğun olaraq, onun silahlara nəzarətdə  “şəffaflığa” töhvəsi,ən 

azı,məhduddur.  İkincisi, terror məqsədləri üçün tələb olunan silahların miqdarı, 

“bir qayda olaraq, beynəlxalq kömək sayəsində məhv edilən sursatların və partlayı-

cıların(...) ehtiyatları ölçüsündə olmadığından”( və sadəcə adı ehtiyatlardan yaxşı 

qurulmuş təhlükəsizlik prosedurları olduğu halda da əldə edilə bilər), terror məsələ-

si üçün az praktiki məna daşıyar

180

. Üçüncüsü, o təəssüf ki, Adi Silahların Verilmə-



si haqda ATƏT-in Prinsiplərini və SALW Sənədini tamamlaya bilmir,çünki o adi 

                                                            

177

 FSC.DEC/15/02 of 20 November 2002 (“Expert advice on implementation of Section V”). 



178

 Text of the Document : FSC.DOC/1/03 of 19 November 2003. French-Dutch proposals: 

FSC.DEL/568/02 of 22 October 2002 and FSC.DEL/568/02/Rev.1 of 12 November 2002 

179


 Heinz Vetschera, “A Missed Chance – The OSCE Document Regarding the Security Risks Arising 

from Stockpiles of Ammunition and Explosive for Use in Conventional Armaments in Surplus and/or 

Awaiting Destruction in the OSCE Area”, The Politico-Military Dimension of the OSCE: Arms 

Control and Conflict Management Issues, Victor-Yves Ghebali and Daniel Warner (eds.), Geneva, 

HEI/PSIO, 2005, pp. 142-151. 

180

 Ibid., p. 146. 



 

256


silahlar və silah sistemləri üçün sursatların yayılmaması məsələsinə toxunmur.  Bu-

na itirilən imkan kimi isnad edərək,Haynz Vetçera(Heinz Vetschera) birbaşa bəyan 

etmişdir ki,”belə bir arsız nəticəyə gəlmək olar ki, bu Sənəd  hökümətlərə artıq sur-

satları anonim alıcılara satmaq imkanı verir, o cümlədən, o ölkələrə ki, onlara hü-

quqi məhdudiyyətlərə görə silah sistemlərini ixrac etmək olmaz, (və)  əgər günün 

sonunda onlar öz silahlarının qalıqlarına alıcı tapa bilməsələr, onlar başqa ATƏT 

iştirakçı dövlətlərinə müraciət edib onların utilizasiyası üçün maliyyə yardımı istə-

məyə sərbəstdirlər”



181



 

CSBM Sənədləri 

 

 Bu sahədə,əsas ATƏT nailiyyətini “İnam və Təhlükəsizliyi Gücləndirmək təd-

birləri haqqında Vyana Sənədi 1999” təmsil eidr. O, 1994-cü ildə təsis edilmiş,ayrı 

və xüsusi “Hərbi Məlumat üzrə Qlobal Mübadilə”(GEMİ) ilə tamamlanır. 



CSBM üzrə Vyana Sənədi

.  

1990-cı ildə qəbul olunmuş və sonralar 1992, 1994 

və 1999-cu illərdə yenilənmiş Vyana Sənədi ,ATƏT-in bütün başqa öhdəliklərin-

dən ən qabaqcılıdır

182

. O, Avropada hərbi təhlükəsizlik qorxularının “əsas cəhətlə-



rini” əhatə edən geniş tərkibli tədbirlər təklif edir

183


. Onların konkret məqsədlərinə 

görə,onun CSBM-ləri dörd qrup kateqoriyalara bölünə bilər. Birinci kateqoriya 

“məlumat yönümlü” adlandırıla bilən CSBM -lər tərəfindən təmsil edilir. Onların 

mənası milli hərbi strategiya/doktrinaların anlamını və ölkələrin hərbi niyyətlərinin 

öncədən bilinməsini yaxşılaşdırmaqdır. “Hərbi Məlumatların İllik Mübadiləsi” he-

sabına,ATƏT iştirakçı dövlətləri silahlı qüvvələrin sayı(şəxsi heyət),strukturu(təş-

kilatın) və təlimi haqqında əsas məlumat bazasını, əsas silah və avadanlıq sistemini 

və həmçinin, bu cür silahlar və sistemlərin seçib və yerləşdirmə planlarını açıqla-

yırlar

184


. Laçovskinin (Lachowski) dediyi kimi, bu təlimdə mübadilə olunan məlu-

matların çoxu ənənəvi olaraq tam sirli kimi sayılmışdır

185

.Əlavə olaraq, 1980 –ci il 



BMT-nin “ Hərbi Xərclərin Staandartlaşdırılmış Beynəlxalq Hesabatının Hazırlan-

ması üçün Sənədlər”-də ifadə olunmuş kateqoriyalar əsasında hərbi planlaşdırma 

və hərbi büdcələr haqqında məlumat bazası təqdim olunmalıdır; iştirakçı dövlətlər, 

                                                            

181

 Ibid., p. 148. 



182

 Text of the Vienna Document : Annex to FSC.JOUR/275 of 16 November 1999. The Vienna 

Document is an expanded version of the (Cold War-era) Stockholm Document of 1986. For an 

analytical overview on the Vienna regime, see Lachowski's book (op. cit.) and Henning Spiess, 

“Vienna Document 1999 : Review, Status and Perspectives”, The Politico-Military Dimension of the 

OSCE : Arms Control and Conflict Management Issues. Victor-Yves Ghebali and Daniel Warner 

(eds.), Geneva, HEI/PSIO, 2005, pp. 65-107. 

183

 Spies, op.cit. p. 79. 



184

 Vienna Document 1999: Section I. 

185

 Lachowski, op.cit. p. 47. 



 

257


əvvəlki büdcə ili üçün ayırdıqları hərbi büdcə haqqında,həmçinin, gələn büdcə ili 

üçün və gələn büdcə ilindən sonraki iki il üçün və gələn beş illik büdcə ilinin son 

iki ili üçün də hesabat verməlidirlər

186


. Eyni fundamental açıqlıq məqsədi ilə bəra-

bər, planlanan  hərbi  əməliyyatların “illik təqvimləri” də mübadilə edilməlidir

187



Nəhayət, müəyyən parametrlərə cavab olaraq qüvvələin sayi və avadanlığı baxı-



mından iştirakçı dövlətlər real hərbi əməliyyatlar haqqında xəbər verməlidirlər

188


İkinci kateqoriya “xəbərləşmə yönümlü CSBM -lərə” aiddir, başqa sözlə elə 

CSBM lər ki, onlar hərbi strukturlar arasında müxtəlif formalı birbaşa əlaqələr qur-

maqla öz hökümətlərinə niyyətlərini düzgün izah etmək imkanı verirlər. Bu aşağı-

dakı  fəaliyyətlərlə illustrasiya edilir: hərbi  əməliyyatları yerində müşahidə etmə; 

normal dinc zaman hərbi-hava bazalarına səfərlər; bütün səviyyələrdə silahlı qüv-

vələr heyəti arasında mübadilə; birgə hərbi tapşırıqlar və təlimlər; və ya əsas silah 

və avadanlıq sistemlərinin yeni növlərinin nümayişi

189

. Üçüncü kateqoriya, “böhran 



idarəetmə CSBM- lərdən” təşkil olunur və onların mümkün icrası, “qeyri-adi”( nə-

zərdə tutulmayan) hərbi fəaliyyətləri və  hərbi xarakterli “təhlükəli hadisələri” ay-

dınlaşdırmaq üçün “riskin azaldıması” mexanizmlərini və həmçinin,hərbi fəaliyyət-

lər haqqında qayğıları dağıtmaq üçün könüllü səfərlərə ev sahibliyi etməklə reallaş-

dırılır.

190


 Son kateqoriya, “məhdudlaşdırıcı CSBM-lər”-dir,CSBM- lərin və silahla-

ra nəzarətin hibrid birləşmələridir, çünki o hərbi əməliyyatların planlaşdırılmasına 

və keçirilməsinə vaxt məhdudiyyəti qoyur. Bu cür CSBM-lər, üç təqvim ilində an-

caq bir dəfə (uçot predmeti olan) geniş miqyaslı hərbi tədbir keçirilməsini( 40 000-

dən çox hərbçi və ya 900 döyüş tankının iştirakı ilə),uçot predmeti olan altı hərbi 

tədbirdən artıq olmayaraq(13000 – 40 000 arası çəxsi heyət və ya 300 və 900 döyüş 

tankı  cəlb olunmaqla) bir təqvim ilində keçirilməsini və eyni təqvim ilində uçot 

predmeti olan üç hərbi tədbirdən çox olmayaraq (13 000 şəxsi heyət və ya 300 tank 

cəlb etməklə) keçirilməsini məhdudlaşdırır

191


CSBM-lərin bütün dörd kateqoriyaları, yerində aparılan müşahidələr,təftişlər və 

qiymətləndirmə səfərləri vasitələri ilə yoxlama mövzusudur

192


. Onlar “bütöv Avro-

pada və həmçinin, onunla qonşu olan dəniz sahəsi və hava məkanında” tətbiq edilə 

bilir

193


. Atlantikdən Ural dağlarına qədər bir məkan “Bütöv Avropa”kimi başa dü-

                                                            

186

 Vienna Document 1999: Section II. 



187

 Ibid: Section VII. 

188

 Ibid: Section V.  



189

 Ibid: Section IV. 

190

  Ibid: Section III. The OSCE also adopted a text (on a purely voluntary basis) on “Stabilizing 



Measures for Localized Crisis Situations” (FSC/2/96 of 25 November 1993) 

191


 Ibid: Section VIII. 

192


 Ibid: Bölmə VI (müşahidə) and Bölmə IX (yoxlama və qiymətləndirmə).  

193


  Ibid:  Əlavə I. Müdafiə planlaşdırması üçün tədbirlərin tətbiqi CSBM-lərin tətbiq sahəsi ilə 

məhdudlaşmır. 



 

258


şüldüyü halda “qonşu dəniz sahəsi və hava məkanı” konsepsiyası iştirakçı dövlətlər 

arasında həmişə mübahisəli olmuşdur(indi də mübahisəli olmaqda qalır)

194

. 1994-ci 



ildən başlayaraq, qeyri-Avropa iştirakçı olmayan ölkələr ilə(əsasən də beş Orta 

Asiya Respublikaları) sərhədləri olan iştirakçı dövlətlərin bitişik zonalar məsələsi 

həll eidlməmişdir

195


. Vyana Sənədinin tələb etdiyi məlumat (həmçinin, Adi Silahlar 

Müqaviləsi  və Açıq Səma Müqavilələri) “ATƏT Xəbərləşmə Şəbəkəsi” vasitəsilə 

ötürülür və beləliklə bütün iştirakçı dövlətlərin paytaxtlarını birləşdirir

196


 

Cədvəl  IV: 1999 Vyana Sənədinə görə İnam və  Təhlükəsizliyin möhkəm-



ləndirilməsi tipologiyası 

 

CSBM-lərin növləri Konkret 

CSBM-lər 

Məlumat yönümlü CSBM-lər 

1.  Hərbi qüvvələr haqqında mə-

lumat mübadiləsi, o cümlədən,briqa-

da/alay və ya onların ekvivalent səviy-

yəsinə qədər 

2.  Əsas silahlar və avadanlıqla 

bağlı məlumat bazası. 

3.  Əsas silahlar və avadanlıq sis-

temlərinin yerləşdirilməsi planları ilə 

bağlı məlumat. 

4.  Planlaşdırılan hərbi fəaliyyət-

lərlə bağlı illik təqvimlər 

5.  Ön azı 9000 döyüşçü və ya 250 

döyüş tankı və ya 500 piyadaların zirehli 

maşını  və ya 250 artilleriya hissələrinin 

(əgər diviziya strukturu və ya ən azı iki 

briqada/alay təşkil olunursa) iştirakı ilə 

hərbi tədbirlərin öncədən xəbər edilməsi. 

                                                            

194


 Əlavə I şərtləndirir ki,dəniz sahəsi və hava məkanı ilə bağlı, CSBM-lər tədbirləri “bütün iştirakçı 

dövlətlərin hərbi fəaliyyətlərinə  şamil ediləcəkdir,bu fəaliyyətlər  Avropanın təhlükəsizliyi ilə 

bağlı olduqda və ya yuxarıda deyildiyi kimi bütöv Avropada baş verən fəaliyyətlərin bir hissəsi 

kimi olduqda tətbiq edilir  və bu fəaliyyətlər haqda da onlar əvvəlcədən xəbər verməyi 

razılaşırlar” və CSBM-lər üzrə danışıqlarda “zəruri  ətraflı  təsvir” hazırlanacaqdır. Bu “zəruri 

ətraflı təsvir”  heç vaxt hazırlanmayıb. 

195

 Əlavə V “ İştirakçı dövlətlərin qonşuluğunda olan bölgələrdə,Avropa dövləti olmayan və iştirakçı 



dövlət olmayan,Əlavə  İ-də sadalanan  CSBM-lərin həyata keçirilmə  cəhətlərini gələcək  İllik 

Yerinə yetirmə Qiymətləndirməsi Görüşlərində müzakirə olunacağı” anlamını əks etdirir. 

196

  Azerbaycan, Qırğızıstan və Türkmənistan hələ də qoşulmamaışlar – həmçinin Andorra, Vatikan, 



Monaco və San Marino. 

 

259


Xəbərləşmə-yönümlü CSBM-lər 

1.  Dinc dövrü hərbi hava bazası-

na səfər(ən azı beş ildə bir dəfə). 

2.  Hərbi  əlaqə  və  əməkdaşlıq 

proqramı. 

3.  Yeni növ əsas silah və ava-

danlıq sistemlərinin nümayişi. 

4.  Ən azı 13000 döyüşçünün  və 

ya 250 döyüş tankının və ya 500 piya-

daların zirehli maşını və ya 250 artille-

riyanın iştirakı ilə baş verən hərbi təd-

birin müşahidəsi. 



Məhdudlaşdırıcı CSBM-lər 

Hərbi tədbirlərin planlaşdırılması 

və yerləşdirilməsi ilə bağlı məhdudiy-

yətlər. 


Böhran idarəetmə CSBM-lər 

(Risk azaldan mexanizmlər) 

1.  Qeyri-adi hərbi tədbirlərlə 

bağlı  məsləhətləşmə  və  əməkdaşlıq 

mexanizmləri. 

2.  Hərbi xarakterli təhlükəli ha-

disələrlə bağlı əməkdaşlıq. 

3.  Hərbi tədbirlərlə bağlı nara-

hatçılıqları aradan qaldırmaq üçün kö-

nüllü səfərlərə ev sahiblyi etmək. 

 

Hərbi Məlumatların Qlobal Mübadiləsi(HMQM)

.

1995-ci lin Yanvarın1-də 

qüvvəyə minən HMQM rejimi həm tələb olunan məlumat ,həm də coğrafi tətbiq 

zonasına görə Vyana Sənədindən daha genişdir

197

. O təkcə ATƏT iştirakçı dövlət-



lərinin boynuna mühüm əhəmiyyətli adi silahlar və avadanlıq saxlamaq,adi qoşun-

ların  şəxsi heyəti və komanda strukturları(Hərbi Məlumatların  İllik Mübadiləsi 

haqqında Vyana Sənədi) ilə bağlı illik məlumat bazaları ilə təmin etmək öhdəliyi 

qoymur və həmçinin, dəniz qüvvələrinin silahlanması ilə bağlı məlumatları da əla-

və edir. Əlavə olaraq, bu rejim ATƏT məkanı boyunca və planet boyunca tətbiq 

oluna bilər, bu o deməkdir ki, o Şimali Amerika və Sibirdə yerləşən iştirakçı döv-

lətlərin və iştirakçı olmayan dövlətlərin ərazisində yerləşən  silahları, avadanlığı və 

şəxsi heyəti əhatə edir. HMQM rejimi altında mübadilə olunan məlumat Vyana Sə-

nədinin tələb etdiyi hüduddan yuxarıdır: quru qoşunları üçün bu say diviziya və ya 

onun ekvivalenti səviyyəsində olmalı  və başqa qüvvələr üçün ordu səviyyəsində 

(və ya ekvivalenti) olmalıdır. Bu iki rejim arasındakı başqa bir önəmli fərq ondan 

                                                            

197

 Text of the GEMI document : FSC/5/96 of 28 November 1994. 



 

260


ibarətdir ki, HMQM özünün təsir dairəsini §1 -ə görə “məhdudiyyətə, ixtisara və ya 

yoxlamaya” məruz qoya bilməz. Lakin, ATƏT-in toplu öhdəliklərinin bölünməz 

hissəsi olaraq ,o “aydınlaşma” (§7.2) üçün xüsusi tələblər ortaya çıxara bilər və tə-

bii İllik Qiymətləndirmə İcrası Görüşünün sessiyalarında qiymətləndirilə bilər. 

 

Təhlükəsizlik Sektoru İdarəçiliyi Sənədləri 

 

1995- ci il Helsinki Dekaloqunu yeniləndirmək üçün ikill niyyətdən çıxış edə-

rək və keçmiş kommunist ölkələrinin hərbi strukturlarında qanunun aliliyi mədə-

niyyyətinə,insan hüquqlarına və beynəlxalq humanitar qanunlara    kömək edən de-

mokratik mülki-hərbi münasibətlərin qurulmasına həvəsləndirən ATƏT, 1994- cü 

ildə “Təhlükəsizliyin Siyasi-Hərbi Cəhətləri haqqında Davranış Kodeksi” qəbul et-

di

198


. 1995-ci ilin Yanvarın 1-də qüvvəyə minən bu sənəd ATƏT-in ən mühüm nor-

mativ nailiyyətlərindən biridir. ATƏT-in əvvəllər qəbul olunmuş çoxlu prinsipləri-

ni,norma və öhdəliklərini  təsdiq etməkdən savayı, Kodeks bir sıra yeniliklər irəli 

sürür: həmrəylik prinsipi (§5); fərdi və ya kollektiv təhlükəsizlik  ehtiyacları ilə öl-

çülən hərbi imkanların saxlanılması(§12); ATƏT məkanında hərbi hökmranlığın 

rədd edilməsi(§13); bir iştirakçı dövlətin silahlı qüvvələrinin başqasının ərazisində, 

ev sahibi dövləti ilə sərbəst danışılmış saziş olmadan qalmaması(§14). Əlavə ola-

raq orada anti-terror maddəsi də vardır(§6). Lakin onun  əsil dəyəri VII-VIII Böl-

mələrində verilir. Onun silahlı qüvvələr üzrəində demokratik nəzarətə (DCAF)həsr 

olunmuş maddələri indiyədək müqəddəs sayılan dövlət orqanlarının daxilinə də si-

rayət edir. Başqa regional və beynəlxalq təhlükəsizlik təşkilatlarında analoqu   ol-

mayan Kodeksin DCAF rejimi dörd əsas dayaq üzərində dayanır

199



 -



Demokratik mülki konstitusiyalı hakimiyyətin hərbi hakimiyyətdən üstünlü-

yü. Kodeks ATƏT iştirakçı dövlətlərini, hər zaman, konstitusiya üzərində qurulmuş 

demokratik legitimliyə malik olan hakimiyyətlərinin öz hərbi,yarı-hərbi və təhlükə-

sizlik qüvvələri (§21) üzərində təsirli rəhbərliyini təmin edib və  nəzarət etməsini 

saxlamağa təminat verməyə məcburi edir. Onun fundamental təlimatı ondan ibarət-

dir ki, hərbi strukturlar “siyasi neytral” olmalı və qalmalıdırlar (§23). 

-

Silahlı qüvvələri beynəlxalq humanitar qanunun norma  və təlimatlarına ta-

be etdirməli.

 

Kodeks iştirakçı dövlətlərin beynəlxalq humanitar qanunların toplu-

suna riayət etmələrini vurğulayır və silahlı qüvvələr bu qanunları dinc və müharibə 

zamanı komandanlıq, şəxsi heyətin komplektləşdirilməsi,təlim və avadanlıq işlərin-

də əllərində rəhbər tutmalıdırlar(§§29,34 və 35). Kodeks, hökümətləri həmən toplu 

                                                            

198

 The Code of Conduct constitutes Chapter IV of the “Budapest Decisions 1994”. 



199

 For more details see Victor-Yves Ghebali and Alexander Lambert, The OSCE Code of Conduct on 



Politico-Military Aspects of Security. Anatomy and Implementation, Leiden/Boston, Martinus Nijhoff, 

2005 xxi-428 p 



 

261


haqqında hərbi strukturlara və əhaliyə bilgi verməsini tövsiyə edir(§§29, və 30). O, 

həmçinin,xatırladır ki,ciddi qanun pozuntusu törətmiş bütün hərbçilər,komandan-

lıqda və ya tabeçilikdə olmasından asılı olmayaraq,öz əməllərinə görə milli və bey-

nəlxalq hüquq qarşısında cavab verməlidirlər(§§30 və 31).



  

-

Silahlı qüvvələr şəxsi heyətinin insan hüquqlarına və fundamental azadlıq-

larına hörmət.  Kodeks deyir ki,insan hüquqları baraklarda da qüvvədə olmalı-

dır,bu o deməkdir ki,hərbi qulluqçular da vətəndaşlardır  və ona görə də,mülki hü-

quqdan faydalanmalıdırlar(§23). Ona görə də, Kodeksə görə, hər bir iştirakçı döv-

lət təmin etməlidir ki, onun hərbi,yarı-hərbi və təhlükəsizlik qüvvələri beynəlxalq 

hüquq və ATƏT öhdəlikləri çərçivəsində özlərinin insan hüquqları və fundamental 

azadlıqlarından istifadə etmək imkanındadır(§32) və xüsusilə  də, hərbçilərin top-

lanması və ya çağırışı insan hüquqları və fundamental azadlıqlar öhdəlikləri çərçi-

vəsində aparılmalıdır(§27). ATƏT, iştirakçı dövlətləri, həmçinin, silahlı qüvvələr 

şəxsi heyətinin hüquq və vəzifələrini öz qanunlarında və digər uyğun sənədlərində 

əks etdirmək öhdəliyi götürür(§28) və  həmçinin, bu hüquqların qorunması üçün 

uyğun qanuni və inzibati prosedurları təmin etməlidirlər(§33). 

-

Daxili təhlükəsizlik məqsədləri üçün silahlı qüvvələrdən istifadənin nizam-

lanması.

 

Kodeks  göstərir ki, silahlı qüvvələrin ölkə-daxili istifadəsi qanun aliliyi 

mövzusu olmalı və bu cür gücdən istifadə zamanı beynəlxalq və humanitar qanun-

ların maddələrinə riayət edilməlidir və bu hal dövlətlər- arası silahlı münaqişələrə 

də aid edilməlidir. O daxildə güc işlədilməsini tənzimləyən dörd şərtı açıqlayır: 

konstitusiyaya uyğun qanuni qərar,əməliyyat tədbirlərində qanun aliliyinə hörmət, 

yerildilən qüvvələrin ehtiyaclara uyğun ölcülü olması və mülki şəxslərə və onların 

mülkiyyətınə hədsiz zərər olmamasına qayğı göstərilməsi(§36). Bir addım irəli ge-

dərək, öz insan və mülki hüquqlarını dinc və qanuni yolla ifadə edənlərin hüquqla-

rını məhdudlaşdırmağa yönələn güc işlədilməsini və ya insanların fərdi və kollektiv 

kimliklərinin məhrum edilməsini qadağan edir(§37). 

CSBM-lər üzrə Vyana Sənədinə oxşar olaraq,Kodeks müdafiə və hərbi xərclər 

üçün şəffaflıq və açıqlığı mühüm əlavə kimi önə çəkir: o ATƏT iştirakçı dövlətləri-

nın üzərinə “hərbi xərclərdə təmkin nümayiş etdirmək” öhdəliyi qoyur(§22). Eyni 

zamanda, Kodeks iştirakçı ölkələrlə əməkdaşlıq etməklə, “onların müdafiə siyasəti 

və doktrinasının silahlı qüvvələrdən istifadə haqqında, o cümlədən,silahlı qüvvələ-

rin silahlı münaqişələrdə istifadəsi haqqında beynəlxalq hüquq və Kodeksin uyğun 

öhdəliklərinə uyğun olmasını təmin etməkdir”( §35). 

1995-ci ilin sonuna, bir çox iştirakçı dövlətlər eyni zamnda Kodeksin milli qa-

nunlara daxil edilməsi haqqında tədbirlər gördüklərini və onların hərbi təlim  proq-

ramlarına daxil edildiklərini bəyan etdilər. Bu praktika inkişaf etməyə davam etdik-

cə,müntəzəm məlumat mübadiləsinə ehtiyac artdı. Nəhayət,1998-ci ilin İyulunda, 

TƏF, ATƏT iştirakçı dövlətlərinin hər il Kodeksi necə yerinə yetirdikləri haqqında 



 

262


hesabat vermələrini satndartlaşdırılmış formada təqdim etmələri haqqında qərar çı-

xardı, yəni ,o,on rubrikadan ibarət sorğu idi və onların yeddisi silahlı qüvvələr üzə-

rində demokratik nəzarətlə bağlı idi. Birləşmiş  Ştatlara 9/11 terror hücumundan 

sonra, TƏF ölkələri sorğunu sadələşdirdilər və onu yeddi suala endirərək terroriz-

mlə əlaqəli Sual N1-i genişləndirdilər

200


. Qeyd etmək lazımdır ki, Kodeksin yerinə 

yetirilməsi təkcə İllik Qiymətləndirmə İcra Görüşünün sesiyasında yox, həmçinin, 

xüsusi çağırılmış sonrakı qısa konfranslarda da qiymətləndirilir

201


ATƏT-in təhlükəsizlik sektoru idarəçiliyinə töhvəsi DCAF üzrə normalarla 

məhdudlaşmır. Ora, həmçinin, əməliyyat fəaliyyətləri və polis təlimi və sərhəd ida-

rəetməsi ilə bağlı əlaqədar ən yaxşı praktikalar da daxildir. ATƏT hər iki məsələyə 

getdikcə daha çox cəlb olunur,xüsusilə 9/11 terror hücumuna cavab olaraq öz proq-

ram fəaliyyətini yenidən qurmağa qərar verəndən sonra



Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin