Hərbi Alqı-Satqının Xüsusiyyətləri
Müdafiə xərcləri başqa hökümət xərclərindən özünə xas olan xüsusiyyətlərə
görə fərqlidir və ən azı Avropada soyuq Müharibənin bitməsi ilə,müdafiə sahəsi
başqa sosial və təhlükəsizlik tələblərinə görə ikinci dərəcəli sahəyə çevrildi. Dəyi-
570
şən təhlükəsizlik mühitinin artan tələbləri və məhdud resurslar üzərində rəqabət,
demokratik hakimiyyət qarşısında cavabdehliyin təmin edilməsi üçün parlamenti
rolu həmişəkindən daha çoxdur. Bu kontekstdə,van Eekelen, hərbi alqı-satqı prose-
sində parlamentin iştirakı üçün mexanizm təklif edir.
Ən azı nəzəri olaraq,hər bir alqı-satqı dairəsi operativ tələblərin müəyyən edil-
məsindən başlayır və bu iş Soyuq Müharibə sonrakı dövrdə əhəmiyyətli dərəcədə
çətin olmuşdur.Van Eekelen qeyd etdiyi kimi,Qərbi Almaniyanı sovet təhlükəsin-
dən qorumaq məsələsi ilə,müdafiə planlaşdırması və hərbi təhcizat daha asan idi.
Müasir təhlükəsizlik mühitində,müdaxilə tələbləri ərazi müdafiəsindən geniş fər-
qlənir və nəticədə, izləmə,müşahidə, nəqliyyat,logistika və avadanlıq sahələrinə
əhəmiyyətli təsir etmişdir.Çeviklik və mobillik modda olan sözlərə çevrildi və on-
lar sadəcə “kəmiyyət göstəriciləri ilə müəyyənləşdirilə bilməz”.
Prosesdə birinci addım,icra orqanları ilə qanunvericilik arasında birləşmiş mü-
nasibətləri xarakterizə edir. Ümumi qaydada operativ tələblər müəyən ediləndən
sonra,ilk məlumat parlamentə göndərilir: avadanlığın növü və zəruri olan avadanlı-
ğın ümumi sayı. Tələblər qəbul olunandan sonra, növbəti mərhələdə, bir sıra möv-
zuların öyrənilməsi və mümkün təminatçılarla bağlı hazırlıq işləri aparılır. Operativ
tələblər,texniki xarakteristikalara köçürülür və sonra satınalma strategiyası qurulur
və silahlı qüvvələr üçün istehsal və təhvil cədvəli tərtib edilir. İdeallaşmış üçüncü
və dördüncü addımlar, maraqlı olan təminatçıların verdiyi siyahının tam öyrənilmə-
sidir. Onların bütün xarakteristikaları yerinə yetirə biləcəklərmi və ya danışıqlar
nəticəsində əldə olunan təkliflər əsasında, yəqin ki,sahədə sınaqlarla tamamlanan,
alqı-satqı hazırlıqlarını başa çatdırmasıdır. Bu son mərhələ,media,tədqiqat mərkəz-
ləri və parlamentarların iştirakını cəlb edən gərgin lobbiçilik dövrüdür. Bu həm də
elə mərhələdir ki, onlar çox ehtiyatlı olmalıdırlar, özlərinin xeyrinə heç bir xidmət
qəbul etməli deyillər,çünki bu onların fikirlərinə təsir kimi qəbul oluna bilər. van
Eekelen qeyd edir ki, bu cür ideal ardıcıllıq və ya oxşar proseslər,sadəcə bir necə
NATO ölkəsində həyata keçirilir.
ABŞ və Avropanın müdafiə sənayelərinin və siyasətlərinin uzun-uzadı müqayi-
sələrindən sonra,van Eekelen, ölkə parlamentlərinin,müdafiə strukturlarını ümum-
likdə nəzarət etmək üçün və alqı-satqı proseslərinə xüsusi nəzarət üçün metodlar
irəli sürür.
1) Parlament vasitəsilə,hökümət öz təhlükəsizlik konsepsiyalarını və
təhlükəsizlik siyasətlərini müntəzəm surətdə yeniləməlidirlər. Bu icra or-
qanı səviyyəsindəki konsepsiya, müdafiə tələblərini nə qədər mümkünsə
konkret olaraq sadalamalı və təhlükə qiymətləndirməsi prosesi ilə müşaiyət
olunmalıdır.
571
2) Parlament,beynəlxalq sülhü dəstəkləyən əməliyytalarda ölkənin iş-
tirakının məqsədlərinin müəyyən edilməsində və birliklər və onların təcrü-
bə və hazırlıqları baxımından xarici ölkəyə göndərilməsində hansı konkret
köməyin olacağının müəyən edilməsində yardımçı ola bilər.
3) Şəxsi heyət və avadanlıq səviyyəsi bu məqsədlərə uyğun gəlməli-
dir, o cümlədən,təlim,logistik dəstək və birgə tədbirlər baxımından,ən yax-
şı variant, təlim keçmiş və münaqişə qalxarsa və əməliyyatlara qoşulmaq
haqda siyasi qərar olarsa,hərbi zonaya göndərilməyə hazır olan “güc paket-
ləri” hazırlamaqdır.
4) NATO və AB ölkələrində, müttəfiqlərin və tərəfdaşların satınalma
planlarına daha çox diqqət yetirilməlidir.
5) Daha konkret olaraq müdafiə məmulatları satınalmaları üçün,van
Eekelen hesab edir ki,ən əsası əmin olmaqdır ki,hökümətlər demokratik
proseslər üçün sayılan “üzə çıxart,izah et və əsaslandır” modelini hərbi
avadanlıq sektoruna da tətbiq etsinlər.
Büdcə nəzarəti baxımından, parlamentarlar əmin olmalıdırlar ki,onlara təqdim
olunan planları həyata keçirmək üçün lazımi miqdarda maliyyə yetəcək,təkcə bu
maliyyə ilində yox,tam bütov alqı-satqı prosesi dönəmində,çünki uzun müddətli la-
yihələrdə, hökümətlərin siyasətində qiymət artmalarını nəzərə almamaq və bu ildə-
kindən daha da optimist olmaq tendensiyası vardır. Xərclərin artması tez-tez
olur,gecikmələr olur və proqramlar büdcələndiyindən daha çox baha başa gəlir.
Müdafiə satınalmaları, uzun zaman aldığından,uzun müddətli imkanlar qurmaqa tə-
sirləri qiymətləndirmək və yeni avadanlığın silahlı qüvvələrin ahəngli quruluşuna
necə uyğun olacağını müəyyən etmək vacibdir. İndiki dövrdə “birləşmə”-yə edilən
vurğu bunu daha da zəruri edir.
van Eekelen analiz etdiyi halların oturuşmuş demokratik varlı ölkələrə aid ol-
masına baxmayaraq,onun yazdığı fəsil liberallaşma dövrü yaşayan ölkələrdə səmə-
rəli demokratik təsisatların inkişafına kömək edir.Birincisi,o,bütün ölkələrdə müda-
fiə strukturları ilə bağlı intensiv debatlara və gözdən keçirmələrə ehtiyac olduğunu
qeyd edir,və yəqin ki,daha çox o ölkələrdə ki,orada texnoloji yeniliklərin üstünlü-
yündən istifadə edib tətbiq etmək mümkündür.İkincisi,təhlükəsizlik tələbləri parla-
mentarları məcbur edir ki,özlərinin təhlükəsizlik potensiallarına maksimal istifadə
nöqteyi nəzərindən yanaşsınlar. Daha da üsyankar hərbi ənənələri olan ölkələr,mü-
dafiəyə üstünlük verən dövlətlər və sülhə dəstək dəyərləri üzərində hərəkət edən öl-
kələr, indi, əhalinin təhlükəsizliyini təmin etmək üçün bütün bu variantları birləş-
dirməlidirlər.Və parlamentlər,müdafiə strukturlarında populayar normalar və də-
yərlərin təmin edilməsi üçün aparıcı qüvvədir.
572
Media münasibətləri,informasiya siyasəti və Ordu
Bu iki fəsil, hərbi və təhlükəsizlik fəaliyyətlərinin demokratik prinsiplərlə uy-
ğun olmasını təmin edən mübahisəli və mühüm məsələləriin üzərində durur: infor-
masiyanın onu gözdən keçirən ictimaiyyətə axması. Miqyasına və tonuna görə
müxtəlif olan Robert Pszczel və Harı Bukur-Markunun yazdığı fəsillərin hər biri,
media və informasiya siyasətlərinin formalaşdırmasında oxucuları əhəmiyətli mü-
şahidələrlə təmin edir
“İnformasiya Standardları,Media Siyasəti və İctimai Əlaqələr”
Yəqin ki,burada ən praqmatik təklif olan Robert Pszczel-in “İnformasiya Stan-
dardları,Media Siyasəti və İctimai Əlaqələr” yazısı,dövlət orqanları və açıq və müs-
təqil media arasındakı tez-tez baş verən gərgin münasibətləri böyütməkdə marağı
olanlar üçün mühüm nümunədir. Pszczel-in bu cür yığcam yazıda məqsədi, media
və dövlətin bir-biri ilə ziddiyətdə olmamalıdır halını nümayiş etdirməkdir.Əksi-
nə,media və dövlət bir birini tamamlayıb dövlətin fəaliyyətinin açıqlanmasında
birlikdə hərəkət edə bilərlər. Yazının oxunaqlığına görə,bu fəsil onun bir çox ma-
raqlı qiymətləndirmə və nəticələrini açıqlayır.
• Xəbərləşmə və Dövlət
Pszczel,dövlətlərin və cəmiyyətlərin indiki hərəkətlərində hələ də əks olunan
avtoritar mirasın təkamül təbiətini müzakirə edir.Beynəlxalq donorlar və müşahidə-
çilər tərəfindən seçkilər və parlament debatları kimi dramatik hadisələri işıqlandır-
dıqlarına görə üstünlük verilməsindən əlavə, açıq media, demokratiyanın varlığı
üçün mühüm element sayılır. Pszczel, irəliyə gedərək deyir ki,təhlükəsizlik və mü-
dafiə orqanları öz fəaliyyətləri haqqında ictimaiyyəti məlumatlandırmaq kimi xü-
susilə mühüm öhdəliyə malikdirlər. Onun dediyinə görə, bu günün ən müasir icti-
mai və hərbi heyəti,aparılan hərbi və təhlükəsizlik fəaliyyətlərinə görə öz hökümət-
lərinin izahat verməsini tələb edirlər. Pszczel-ə görə, “Bu gün təhlükəsizlik səhə-
sində çalışanların, hər hansı siyasətin mənasını tam başa düşməyə haqları vardır”.
• Həqiqətin Yeri
NATO-nun səhvən 1999-cu ildə Dakovica qaçqın karvanına hücumunu və Rusiya-
nın 2000-ci ilə Kursk sualtı gəmisinin batması ilə bağlı səmimi olmaması hadisələrinə
isnad edərək, Pszczel,dövlət media peşəkarlarının gündəlik həyatda və gözlənilməyən
hadisələr olduqda dürüstlük dərəcəsini irəli çəkir. Keçmişdə,NATO rəsmiləri,ən aydın
573
detalları 24 saatlıq xəbərlər siklini təmin etmək üçün media mənsublarına vermirdi-
lər.Ehtiyatcıl kimi sayılmaq əvəzinə,NATO rəsmiləri hər şey haqqında danışmamaq
damğasını almaqdan qorxurdular. Kursk hadisəsindən sonra, Rusiyanın addımları, rəs-
milərə inamsıqlıq damğasını vurdu və o vaxtdan bəri inamı qazanmaq üçün qeyri-adi
addımlar atmağı tələb etdi. Bu baxımdan “Həqiqət” qiymətli şeydir və o,bütün döv-
rlərdə qorunmalıdır,hətta dərhal informasiya vermək təzyiqi altında qalınsa da belə.
• Çeviklik
Pszczel , yerli şəraitdən və hadisələrdən asılı olaraq informasiyanın mümkün ol-
duqca tez və aydın şəkildə almağın müxtəlif yanaşmaları olduğunun əhəmiyyətini qə-
bul edir. Bu planda,media peşəkarlarının baxmalı olduğu bir neçə geniş istiqamətləri
göstərir. Birincisi,hadisələrə cavab olaraq media ilə təmas imkanıdır. Dinc zaman əmə-
liyyatları, tərtib edilmiş,həftəlik mətbuat brifinqləri tələb edirsə,böhranlı vəziyyətlər da-
ha çox informasiyalar,daha tez ,məsələn,daha çox brifinqlər və həsr olunmuş web say-
tları tələb edər. Artan çevikliyin ikinci nümunəsi,yeni metodların tətbiq edilməsidir,mə-
sələn, mülki jurnalistlərin hər hansı bir hərbi birləşməyə təhkim etmək praktikası. Bu
cür metodun tənqidçiləri olsa da, bu cür “təhkimlər” tayı-bərabəri olmayan imkan yara-
dır. Sonda,istənilən media planları üçün yerli yanaşmalar üstünlük təşkil etməlidir.Əgər
yerli əhalı xüsusi yanaşma tələb edirsə,məsələn,radio yox yazılı material,o zaman,rəsmi
media səmərəlilik istəyirsə onu qəbul etməlidir.
• Peşəkarların rolu
İşını bilən informasiya işçıləri haqqında özünün düşüncələrində heç bir şübhə
qoymayan Pszczel, qeyd edir ki,” əldə edilən ən həssas nəticə odur ki, peşəkarlığın
bu mənada heç bir əvəzi yoxdur”. Effektiv media işçisi üçün müəyyən edilmiş re-
septlər olmadığı halda, bir çox xüsusiyyətlər daha uğurlu qarşılıqlı əlaqəni təmin
etmək üçün yardımçı ola bilər ,o cümlədən,işlədikləri təşkilat haqqında geniş bilik
və həmçinin,media dünyası haqqında yaxşı xəbərdar olmaq bu qəbildəndir.Digər
tərəfdən,məlumatın bütün tərəflərinin işıqlandırılması baxımından rəsmilərlə media
arasında şəxsi əlaqə mühüm əhəmiyyət daşıyır. Bu münasibət ancaq qarşılıqlı inam
və anlam yaradan çoxtərəfli təcrübələr əsasında qurulur.
• Çıxış
Pszczel istənilən böyük bürokratik sistemlərdə geniş yayılmış imtiyaza toxu-
nur:informasiyaya və siyasi rəhbərliyə çıxış. Baxmayaraq ki,düşüncəli liderlər ən
azı anlayırlar ki,baş idarədən informasiyanın tez yayılması lazımdır, ierarxik struk-
574
turlara və mədəniyyətlərə taxılmış adamlar isə bunun qarşısını alırlar.Tam ştatlı
media peşəkarlarına ehtiyacın altını çizərək, informasiyaya çıxış, peşəkar heyət tə-
rəfindən hazırlanan ardıcıl planlaşdırma ilə təmin edilə bilər.
• Xüsusi Hal
Hərbi və təhlükəsizlik aparatının unikal missiya və mandatı media ilə xüsusi
münasibət tələb edir. Pszczelin NATO-da əldə etdiyi geniş təcrübəyə görə,o,özü-
nün ilk əsas müşahidələrinin əhəmiyyətini nümayiş etdirmək üçün NATO-nu nü-
munə kimi seçir: hərbi və mülki qurumlar arasında əmək bölgüsü. Mülki hakimiy-
yətin ali olmasına baxmayaraq, hərbi tərəfi heç bir zaman qulaqardına vurmaq ol-
maz,xüsusilə də,fövqaladə yerlərdə. Məsuliyyətlərin aydın bölünməsi üçün sərt
qaydalar yoxdur,lakin aydın görünür ki, strateji məsələlər üçün qərargahlar(Brüssel
və ya Pentaqon) ən uyğun yerlərdir. Taktiki işlər yerlərdə daha yaxşı həll ola bilər.
• Təhlükəsizlik
Pszczel, istənilən medianın nəzərə almalı olduğu üç xüsusi təhlükəsizlik prinsi-
pini irəli sürür: birlikləri və gələcək əməliyyatları təhlükə altına qoya biləcək əmə-
liyyat təhlükəsizliyi; gizli informasiyanın qorunması;və jurnalistlərin özlərinin qo-
runması. Pszczel o fikirdədir ki,”ümumi yaxşı qaydalar media siyasətinə tətbiq
edildiyi zaman, təhlükəsizlik və hərbi dairələr sanballı planlaşdırmanı,peşəkar ba-
carıq və təcrübələri və media quruluşlarının tam başa düşülməsini hətta daha da
təşviq edir”.
• Yekun
Pszczel-in media ilə dövlət rəsmiləri arasında münasibətləri yaxşılaşdırmaq
üçün verdiyi “kiçik töhvə” bu fəsildə əldə edilmişdir.Əlbəttə,özünün NATO-da təc-
rübəsinə üstünlük verərək,onun müşahidələri,media peşəkarları formalaşdırmaq və
onlardan istifadə etmək üçün hər hansı ortaya çıxmış bürokratiya üçün maraqlı kö-
mək olar.
• “Müdafiə Təsisatları və İnformasiya Siyasəti”
Hərbi media və informasiya siyasətinin inkişafını maraqlı tərzdə icmal edərək,
Harı Bukur-Markunun “Müdafiə Təsisatları və İnformasiya Siyasəti” yazısı,bizə,
nə qədər mümkünsə tarazlaşdırılmış informasiyaların sonda yoxlanılıb və cəmiyyə-
tə verilməsinin mühümlüyünü xatırladır. Onun təxminlərinə görə, hal-hazırda,me-
575
dia,bütün peşəkarlar üçün daha mürəkkəb mühitə çevrilmişdir,həm ictimaiyyət-
lə,həm də çoxlu informasiya kanalları ilə işləmək baxımından. Bukur-Markunun bu
cür sıx təsvir etdiyi kimi, informasiya ilə köklənmiş indiki dünyada,
Ənənəvi olaraq adi hal kimi qəbul edilən müdafiə məsələlərinin indi artıq qa-
nunauyğunluğu,məhsuldarlığı və hətta mənəviyyata uyğun olub –olmaması sual
olunur. Yaşadığımız informasiya erasının ən yaxşı görünən ifadəçisi olan İnter-
net,gizli və həssas olmayan informasiyaları mürəkkəb formada təşkil olunmuş ar-
xivlərdə informasiya “qazma”-ğa üzun zaman və səy sərf etmədən geniş ictimaiy-
yətə çatdırmaq potensialı vardır.
Müdafiə məsələri üzrə informasiya siyasətini müəyyən edərkən,Bukur –Marku
media rəsmilərinin iki rəqabətli funksiyasını müqayisə edir: ictimai informasiya və
ictimai əlaqələr.Kiçik səhv riski ilə, birinci hal, informasiyanın dövlət adamları və
dövlət təsisatları təərfindən yayılmasıdır. İkinci isə,ictimaiyyəti xüsusi məqsəd və
vasitələrələ məlumatlandırmaqdır. İnformasiya siyasətinin aydın şəkildə ifadə olun-
ması, tez-tez narahat olan ictimaiyyət qarşısında məsul olan dövlət rəsmiləri üçün
ən mühüm tapşırıqlardan biri olaraq qalır. Buna geniş məna vermək üçün Bukur-
Marku onu əlaqələndirir,
“İctimai informasiyanın həm məqsədlərini,həm də vasitələrini bəyan etmək
üçün və müdafiə strukturları çərçivəsində ictimai informasiya və digər informasiya
fəaliyyətləri arasında sərhədləri aydın müəyyən etmək üçün informasiya siyasəti tə-
ləb olunur.Bu cür təşkilati roldan başqa,informasiya siyasəti,Müdafiə Nazirliyinin
yaydığı informasiyanın keyfiyyətinə və həqiqətcil olmasına olan ictimai inamın ar-
tması üçün güclü alət rolunu oynayır. Konsepsiya kimi, informasiya siyasətinə, in-
formasiya resurslarının,infrastrukturlarının və təsisatlarının inkişaf etdirilməsi və
idarə edilməsi üçün bir çərçivə kimi baxıla bilər”.
Praktiki olaraq,informasiya siyasəti vahid sənəd formatında və ya çoxsaylı sə-
nədlər şəklində ola bilər,lakin hər iki halda,o,başlıca prinsipləri bəyan etməlidir,o
cümlədən: açıqlanmalı və ya gizlədilməli informasiyanın növləri; informasiyaya çı-
xış;və bu müraciətlərə rəsmi cavablar.
• İctimai İnformasiyanın Strateji Əhəmiyyəti
İş dünyasında,hökümətdə,elmi və şəxsi istiqamətdə bütün yaxşı qərarlar, fun-
damental olaraq yaxşı informasiyaya arxalanır. Bukur Marku hesab edir ki, müdafi-
ə strukturları,özlərinin təsdiq etdikləri informasiyaların mühüm siyasi,iqtisadi və
sosial əhəmiyyətə malik strateji milli resurs olduğunun qəbul etməlidirlər. Bunun
qəbul edilməsi ilə bir neçə məsuliyyət də ortaya çıxır. Birincisi, müdafiə məsələləri
üzrə ictimai informasiyanın strateji əhəmiyyətinin rəsmi qəbul edilməsi siyasi öh-
dəlik olub, ictimaiyyət üçün müdafiə məlumatlarının istehsalı, toplanması,saxlan-
576
ması və yayılması sahəsinə səmimi yanaşmadır və bu proseslərdə təşkilati səylərə
və həmçinin,kadrlar və maliyyə resurslarına yatırım qoymaqdır. İkincisi, gəlir gəti-
rən biznesin məntiqinə görə, informasiyanın idarə olunmasına qoyulan xərclər baha
başa gəlsə də, iqtisadi baxımdan qazanc həmişə yüksək olmalıdır. Üçüncü, müdafiə
məsələlərinin demokratik ölkələrdə sosio-siyasi təbiətinə görə, daha yaxşı məlu-
matlı ictimaiyyət müdafiə siyasəti dəstəkləməyə daha hazır olacaq.Nəhayət,ictimai
informasiya strateji varlıq olduğundan,sağlam, yaxşı idarəçilikdə marağı olan bütün
dairələrin müdafiə məsələləri ilə bağlı müvafiq informasiyalara strateji çıxışları
olmalıdır.
• İnformasiya Siyasəti Modeli
Hər bir ölkəyə xidmət edən ayrıca model yoxdur.Əvəzində,informasiya siyasə-
ti, hüquqi məhdudiyyətlərdən,parlamentarlardan,yerli və beynəlxalq mülki cəmiy-
yət üzvlərindən və müdafiə strukturlarından gələn rəqabətli fikirləri bir yerə yığma-
lıdır. Bu baxımdan,ümid edilən ən yaxşı siyasət, bu rəqabətli tələbləri təmin etmək
üçün normativ dəyərlər və prinsiplər üzərində qurulmuşdur. Məsələn, informasiya
modeli siyasəti,həm informasiyanı yaradana (müxtəlif hərbi idarələr),həm də isteh-
lakçıya(ictimaiyyət) xidmət etməlidir.Digər tərəfdən.informasiya siyasəti,hərbi
strukturların,budcələr və fəaliyyətlərin başa düşmək üçün ictimaiyyətin biliklərini
elə artırmalıdır ki,onlar informasiya istəmək və informasiyaya giriş əldə etmək im-
kanında olsunlar. Toplam olaraq,ictimaiyyət,istədiyi informasiyanı almaq üçün nə
qədər bu bürokratik qarışıqlıqdan asan keçərsə, o zaman bu prinsip də demokratiya
ilə uyğun olar.
• Informasiya Siyasəti Quranda Şəffaflığın və Gizliliyin Tarazlaşdırılması
Şəffaflığın və gizliliyin tarazlaşdırılması tələbinin qiymətləndirilməsini təzələ-
yərək,Bukur Marku hesab edir ki, müdafiə strukturları ancaq həssas məsələlərin ic-
timai nəzarətdən kənar qalmasını təmin etməlidirlər. Əlbəttə, şəffaflığın ölkə təhlü-
kəsizliyini azaldan yox, gücləndirməsinə xidmət edən normativ dəyərlər üzərində
qurulmuş bir qurum müdafiə strukturların yaxşı işləməsinə kömək edərdi və bu za-
man maraqlı olan mülki cəmiyyət də öz töhvəsini verərdi.O hesab edir ki,” Müdafi-
ə və hərbi strategiyalar,doktrinalar,büdcələr və alqı-satqı,müdafiə sektorunun etir-
balılığını və inamını ölkənin və dünyanın gözündə artıran milli varlıq kimi sayıl-
malıdır” Başqa sözlərlə,Bukur-Marku o fikirdədir ki,müdafiə strukturları sonucda
ictimaiyyətin qarşısında məsuliyyət daşıdıqlarını qəbul etsə,o zaman bütün maraqlı
tərəflər qazanar.
577
• İnformasiya Siyasəti Peşəkarları
Pszczelin,informasiya siyasəti ilə peşəkar media kadrları məşğul olmalıdır ar-
qumentlərini əks etdirərək,Bukur-Marku, ictimai əlaqələrin bütün tərəfləri üzrə pe-
şəkar kadrların olması vacibliyi qənaətinə gəlir. Unikal qiymətləndirmə ilə, o,qeyd
edir ki, “bu cür peşəkar kadrların olması demokratik ölkənin sağlamlıq göstəricisi-
dir və həmçinin,informasiya siyasətinin yerinə yetirilməsinə,yaxşı praktikadan isti-
fadəyə və ictimaiyyətə hörmət və onunla hesablaşan kadrların hazırlanmasına rəs-
mi sadiqliyi göstərir”.Bu səbəblər kifayət etmirsə, o, informasiya peşəkarları hazır-
lamağın başqa səbəblərini də izah edir və bunlar ora daxildir:
Bir sıra önəmli sahələr var ki, orada peşəkar kadrların və zəruri təcrübə və ba-
carığı olan rəhbər işçilərin həvəskarlardan daha məhsuldar olduqları sübut olun-
muşdur,məsələn, informasiyanın strateji dəyərini və bu sahəni idarə edən prinsiplə-
ri və informasiya yayılması üçün qoyulan yatırımın gözlənilən yüksək faydasını
izah etmək və qorumaq baxımından daha əlverişli vəziyyətdə olduqlarına görə.
Media peşəkarları,ictimaiyyəti məlumatlandırmaq kimi strateji məqsədi sarsıt-
madan,həssas informasiyaları qorumaq üçün məhdudiyyətlərin tətbiq edilməsində
daha da təcrübəlidirlər.
Peşəkarlar,öz təşkilatlarının təsisat davranışı haqqında daha yaxşı anlama sa-
hibdirlər və onlar çatışmamazlıqları necə aradan qaldırmağı daha yaxşı bacarırlar
və müdafiə xarakterli məlumatların yayılması və saxlanması üçün uyğun qərarlar
qəbul etmək səlahiyyətlərinə malikdirlər.
Sonuncu, informasiya mütəxəssisləri həm də media və ictimaiyyət ilə işləmək üçün
hazırlıq keçmişlər və müvafiq mesajların çatdırılması üçün daha yaxşı işləyirlər.
• Nəticə
Bukur-Markunun ictimai informasiya siyasəti ilə bağlı yazdığı fəsil, peşəkar
hərbçilərə, öz işlərinin son məqsədini yadlarında saxlamağın əhəmiyyətini xatırlat-
maqdır: vətəndaşları qorumaq və müdafiə strukturlarını formalaşdıran demokrati-
yanı qorumaq. O bu fikirdədir ki,” İctimai informasiya siyasəti müdafiə siyasətinin
ayrılmaz hissəsi olmalıdır, xüsusən də,bu siyasət,müdafiə təsisatlarının aparıcı
prinsipləri əsasında aparıldığına görə”. Başa düşərək ki,bütün hərbi fəaliyyətlər və
sektorlar möhkəm ictimai dəstək və iştirak tələb edir,davamlıi ictimai informasiya
təmin edən siyasət bu dəstəyin möhkəm qalmasına kömək edəcək.
578
• Mülki Cəmiyyət və Müdafiəniin əlaqələndirilməsi
Velizar Şalamanovun “Müdafiə İdarəetməsi və Vətəndaş Cəmiyyəti arasında Qarşı-
lıqlı Münasibətlər və Əməkdaşlıq” yazısı,təhlükəsizlik xidmətlərinin geniş ölkədaxili və
beynəlxalq cəmiyyətlər daxilində rolu ilə bağlı bu kitaba yekun vurur. Müdafiə sektoru
ilə mülki cəmiyyətin tərkib hissələri arasındakı qarşılıqlı əlaqəyə köklənərək,Şalamanov,
mülki cəmiyyətlə müdafiə sektoru arasında potensial qarşılıqlı əlaqəni modelləşdirərək
təhlükəsizlik sektoru islahatı sahəsinə əhəmiyyətli töhvə verir. Bu kitabın oxucularının
çoxu inkişaf etmiş ölkələrdə müdafiə strukturlarının quruluşu ilə tanış olduqlarından,bu
yekun, mülki cəmiyyətlə bağlı Şalamanov konsepsiyasına və onun, müdafiə sektoru ilə
cəmiyyət arasındakı qarşılıqlı əlaqə modellərinə fokuslanır.
• Mülki Cəmiyyət və Müdafiə
Mülki cəmiyyət nəyi təmsil etməlidir anlayışı haqqında fikirləri əks etdirə-
rək,Şalamanov,demokratik prinsiplərə uyğun olan müdafiə təşəbbüslərini örtən və
gücləndirən şəbəkə variantına diqqəti yönəldir.Geniş baxsaq,bu şəbəkənin üzvləri
vətəndaşlar,QHT –lər(ölkədaxili və beynəlxalq),alimlər və iş adamlarıdır”. Bu top-
lu, Şalamanovun qiymətləndirməsinə görə, Təhlükəsizlik Sektoru İslahatı üçün cid-
di dayaq olaraq və TSİ mühitinin mühüm elementi olaraq böyük rol oynayır”.
Mülki cəmiyyətin yeni ideyalar ortaya qoyması və müdafiə sektorundan və
onun fəaliyyətindən maksimum şəffaflıq və hesabatlılıq və məsuliyyət tələb etməsi
prinsipindən çıxış edərək,Şalamanov hesab edir ki,müdafiə və mülki cəmiyyət sek-
torları arasında müxtəlif ümumi əməkdaşlıq modelləri vardır. Bu cütlüyün bir tərə-
fində tam mərkəzləşmiş model- cəmiyyət tərəfindən parlamentə-parlamentdən hö-
kümətə-hökümətdən hərbi ştaba və digər tərəfdə desentralizasiya olmuş model du-
rur və orada mülki cəmiyyətin hər bir elementi müdafiə strukturları ilə birbaşa
əməkdaşlıq edir. Hər hansı empirik model,bu ideyalardan fərqlidir,çünki orada
məhsuldarlıq və mülki nəzarət məqsədlərini əldə etmək üçün ölkəyə xas xüsusiy-
yətlər tarazlığı vardır, müdafiə təsisatlarında konkret yetginlik göstəricilərinin ol-
ması,mülki cəmiyyət elementləri və mövcud ola biləcək əməkdaşlıq mədəniyyətini
nəzərə alsaq. Bu kontekstdə, inkişaf etmiş ölkələrdə mövcud olan mülki cəmiyyət-
lər üçün uyğun olan bir neçə model vardır.
Elmi sektor,müdafiə təsisatları ilə bağlı elmi metodların və alternativlərin qərar
qəbul etmə proseslərinə tətbiq edilməsində və xüsusilə də,təhlükəsizlik sektoru is-
lahatı və müdafiə tranformasiyası məsələlərində səmərəli kömək edə bilər.
Biznes dairələr,resursların idarə olunmasında ən yaxşı təcrübələri müdafiə
strukturları ilə paylaşmaqla,qeyri-hərbi autsorsinq fəaliyyətləri istəməklə, moderni-
zasiya işlərində ofset əməliyyatları aparmaqla və döyüş əməliyyatları zonasında
579
münaqişədən sonrakı yenidən qurma işlərində tərəfdaş olmaqla müdafiə strukturları
ilə əməkdaşlıq edib öz təkliflərini verirlər.
Ölkə və beynəlxalq media postensial olaraq müdafiə strukturları ilə daha ma-
raqlı münasibətlərə malikdir,sadəcə onlara potensial imkanlar yaratmaq məqsədilə
yox,həm də onların fəaliyyətlərini yoxlamaqla xidmət edirlər. Geniş müdafiə struk-
turları və media sistemi olan ölkələrdə,media ilə müdafiə sektoru arasındakı istəni-
lən münasibətin daha çox sistemləşdirilməsinə və strukturlaşdırılmasına baxmaya-
raq,əksər kiçik ölkələrdə bu münasibətlər tam müəyyən deyil. Şalamanov qeyd edir
ki,”Media müdafiə təsisatları ilə əməkdaşlıq edib, önəmli məsələlər üzrə araşdır-
malar aparıb cəmiyyətə təqdim etmək və cəmiyyəti müdafiə sahəsində gedən pro-
seslərlə məlumatlandıra bilər”.
Sonuncu,ölkədaxili və beynəlxalq məsləhətçilər,şəffaflığı artıran və yeni alter-
nativlərin hazırlanmasına bacarıq və təcrübə mənbələri ilə təmin edən digər əmək-
daşlıq modelləri təmin edə bilər və həmçinin, rəsmi və qeyri rəsmi müdafiə sektor-
larını birləşdirən tərəfsiz təkliflər hazırlaya bilər.
Müdafiə strukturları ilə mülki cəmiyyət elementləri arasındakı potensial qarşı-
lıqlı əlaqə formalarını başa düşərək,mülki cəmiyyət,müdafiə xarakterli addımların
bütün mərhələlərində,o cümlədən, müdafiə siyasəti qurulması və həyata keçirilməsi
üçün ictimai dəstək verməklə və mülki təhlükəsizliyin milli məqsədlərə uyğun ola-
raq inkişafının təmin edilməsində öz qeydlərini edə bilər.
• Siyasətin Hazırlanması
Müdafiə siyasətini qurarkən dövlətin bir sıra sirlərinin olduğunu qəbul edə-
rək,mülki cəmiyyətin hələ də hökümətdən hesabatlılıq tələb etməsi üçün mühüm
funksiyaları vardır. Mülki cəmiyyət, milli dəyərləri,məqsədləri,maraqları və priori-
tetləri müəyyən etməli,risklərin və təhlükələrin qiymətləndirilməsini təmin etməli
və həmçinin,müxtəlif strategiyalar hazırlanması və təsisatlar qurulması ilə və təhlü-
kəsizlik proqramlarının yerinə yetirilməsinə tələb olunan resursların yayılması ilə
sona çatan fəaliyyətlə məşğul olmalıdır. Qısa olaraq,Şalamanov məsləhət görür ki,”
bütöv bir siyasət hazırlanması prosesi,əgər o, vətəndaşlar,cəmiyyət və dövlətin
təhlükəsizliyinin təmin edilməsinə yönəlmişdirsə,mülki cəmiyyətin iştirakı üçün
açıq olmalıdır”. Mülki cəmiyyət, təhlükəsizlik sektorunun geniş strateji icmalı üçün
aparıcı mühərrikin bir elementidir.
• Siyasətin Yerinə Yetirilməsi
İş dünyası və elmi dairələr müdafiə siyasəti siklinin bu mərhələsində xüsusən
vacibdirlər və burada onlar özlərinin qiymətləndirmə və monitorinq funksiyaları
580
vasitəsilə hədsiz fayda verirlər. Məsələn,elmi dairələr,əhaliyə təkcə universitet sə-
viyyəsində deyil,həm də orta məktəb səviyyəsində təlim və təhsil verməkdə əhə-
miyyətli rol oynayırlar.
• İctimai Dəstək və Resurslar
Şalamanovun dəqiq qeyd etdiyi kimi,” Ictimai dəstək olmadan,heç bir müda-
fiə/təhlükəsizlik siyasəti uzun müddət davam edə bilməz”. Siyasi elitanın xalqın
adından təhlükəsizlik təşəbbüsləri ilə çıxış etməsi adi normaya çevrilmişdir,baxma-
yaraq ki,elə təşəbbüslər olmuşdur ki,onlara xalqın dəstəyi olmamışdır. Bütün siyasi
liberallaşmış dövlətlərdə,ona görə də,ictimai dəstəyin qazanılması öz proqramları-
nın uzanmasında maraqlı olan bütün hökümətlərin arzusudur. Savadlı debatları və
müdafiə siyasətinin formalaşmasında və yerinə yetirilməsində hökümətə və parla-
mentə dəstək verən yeni ideyalar və vasitələrin hazırlanmasını əhatə edən güclü
proqram.
Son olaraq,mülki cəmiyyət, təhlükəsizlik sektoru inteqrasiyasında mühüm fun-
ksiya daşıyır,ondan ötrü ki,mülki təhlükəsizliyi əhatə edən daha çox cəhətlər milli
şəraitlərə uyğunlaşdırılsın. Təhlükəsizliyin digər iki dayağı ilə(əsasən,daxili işlər
nazirliyi tərəfindən təmin olunan)daxili təhlükəsizlik və ictimai asayiş və (əsasən
müdafiə nazirliyi tərəfindən təmin edilən) xarici təhlükəsizliklə eyni olan mülki
təhlükəsizlik ideyası əhalini və infrastrukturu insan və təbii təhlükələrin bütün for-
malarından qorunmasını əhatə edir. Vətəndaşların ağıllı fikirləri ilə,hökümət,daha
səmərəli və çevik mülki təhlükəsizlik konsepsiyası hazırlaya bilər.
581
Müəlliflərin Siyahısı
BORN, Hans, Dr., Tədqiqatçı, DCAF, İsveçrə.
BUCUR-MARCU, Hari, Dr., Müdafiə Strategiyaları Xidmətinin Müdi-
ri,Strateji Planlaşdırma Direktorluğu, Rumıniya Ordusunun Baş Qərargahı.
DERDZINSKI, Joseph L., Denver Universiteti, Denver, Colorado, ABŞ.
DUNAY, Pal, Dr., Kurs Direktoru, Təhlükəsizlik Siyasəti üzrə Beynəl-
xalq Təlim Kursu, Təhlükəsizlik Siyasəti üzrə Cenevrə Mərkəzi, Genevrə,
İsveçrə.
FLURI, Philipp H., Dr., Direktor Müavini, DCAF, Cenevrə, İsveçrə.
GHEBALI, Victor-Yves, Dr., Siyasi Elmlər üzrə Professor, Aspirantlar
üçün Beynəlxalq Tədqiqatlar İnstitutu, Cenevrə, İsveçrə.
MOLNAR, Ferenc, Dr ., Direktor Müavini, Strateji və Müdafiə Tədqiqat-
ları Mərkəzi, Milli Müdafiə Universiteti, Budapest, Macarıstan.
PSZCZEL, Robert, Mr., NATO Baş Qərargahında,İctimaiyyətlə Əlaqə-
lər Şöbəsində Mətbuat Katibi,Brüssel,Belçika.
SCHREIER, Fred, Albay, Tədqiqat üzrə Məsləhətçi, DCAF, Cenevrə,
İsveçrə.
SHALAMANOV, Velizar, Dr. , Sədr, Bolqarıstan Corc Marşal Assosiasi-
yası, Sofiya, Bolqarıstan.
TRAPANS, Jan Arveds, Dr., Keçmiş Müdafiə Naziri, Latviya Respubli-
kası.
VAN EEKELEN, Willem F., Dr., Keçmiş QAB Baş Katibi, keçmiş Mü-
dafiə Naziri, Niderlandiya.
ZAMBORI, Mihály, Mr., Nazirlər Kabineti Aparatı Rəhbəri, Dövlət Ka-
tibi Müavini, Budapest, Macarıstan.
582
Silahlı Qüvvələr Üzərində Demokratik Nəzarət üzrə
Cenevrə Mərkəzi
(DCAF)
www.dcaf.ch
Silahlı Qüvvələr Üzərində Demokratik Nəzarət üzrə Cenevrə Mərkəzi, təhlükə-
sizlik sektoru islahatı (TSİ) və təhlükəsizlik sektoru idarəçiliyi sahələrində dünya-
nın aparıcı təşkilatlarından biridir.
DCAF ölkədaxili məsləhətlər və praktiki kömək proqramları təklif edir, bey-
nəlxalq və ölkədaxili səviyyələrdə uyğun demokratik normaları inkişaf etdirir və
təşviq edir, qabaqcıl praktikaları dəstəkləyir və təhlükəsizlik sektorunda səmərəli
demokrtaik idarəçiliyi təmin etmək üçün tövsiyələr verir.
DCAF hökümətlərlə, parlamentlərlə, vətəndaş cəmiyyətləri ilə, beynəlxalq təş-
kilatlarla və təhlükəsizlik sektorunun fiqurları olan polis,hüquq orqanları, kəşfiyyat
orqanları, sərhəd təhlükəsizliyi xidmətləri və ordu ilə tərəfdaşlıq edir.
583
Bütün hüquqlar qorunur. Bu kitabın heç bir hissəsi Silahlı Qüvvələr Üzərində
Demokratik Nəzarət üzrə Cenevrə Mərkəzinin öncədən icazəsi olmadan dərc edilə,
informasiya axtarış sistemində saxlanıla, və ya elektronik, mexanik, foto surəti çı-
xartma,yazma cihazları vasitəsilə və ya başqa yollarla ötürülə bilməz.
Bu kitabın yayılması o sərtlərlə ola bilər ki,əgər o sazişlə və başqa yollarla mü-
vəqqəti işlətmək üçün verilməyəcək, satılmayacaq, prokata verilməyəcək və nəşriy-
yatın ilkin icazəsi olmadan hər hansı yolla yayılmayacaq.Yuxarıdakı tələblərə ria-
yət etməklə bu kitabın yayılmasına o şərtlərlə icazə verilir ki, kitabın tərtibatı və üz
qabığı saxlanılır və analoji tələblər sonrakı nəşriyyatlar tərəfindən də qorunur.
Əsli: İngilis dilində, Cenevrə, 2006
Silahlı Qüvvələr Üzərində Demokratik Nəzarət üzrə Cenevrə Mərkəzi
www.dcaf.ch
P.O.Box 1360, CH-1211 Geneva 1, Switzerland
Azərbaycan dilindəki tərcüməni mülki-hərbi münasibətlər üzrə tədqiqatçı-alim
Elxan Mehdiyev redaktə etmişdir.
Bakı 2014
Tirajı 500
584
The publication of this book has been fun-
ded by the Directorate for Security Policy
(SIPOL) – Swiss Federal Department of De-
fense, Civil Protection and Sports.
ISBN 978-9952-494-18-1
Формат: 70x100.
1/16. Ф.ч.в 36.5
«OL» MMC
АЗ 1009, Бакы, Азярбайъан, М.Ибращимов 43.
Tel: 497-36-23
E-mail: olnpkt@gmail.com
Dostları ilə paylaş: |