1 Willem F. van Eekelen


Benəlxalq Əməkdaşlıq və Yaxşı Qonşuluq Münasibətləri



Yüklə 4,6 Mb.
Pdf görüntüsü
səhifə64/65
tarix24.04.2017
ölçüsü4,6 Mb.
#15630
1   ...   57   58   59   60   61   62   63   64   65

Benəlxalq Əməkdaşlıq və Yaxşı Qonşuluq Münasibətləri 

  

Pal Dunayın “Müdafiə və Təhlükəsizlik İşlərində Yaxşı Qonşuluq Münasibət-



lərini Təmin Etmək Tədbirləri” yazısı,dövlətlərin bir-birinə tam inanmadığı və hər-

bi üstünlük  üzərində yarışdığı bu realist paradiqmanın rəmzidir. Bunu qəbul edə-

rək,dövlətlər öz rəqabətlərinə uyğun öz mövqelərini yaxşılaşdırırlar. Lakin dünya 

daha da mərhəmətli olmur və bu realist dünya elə yerləri var ki,bir dövlətin bütün 

əhalisini risk altına qoyur.Kim bu açıq –aydın məsələdə risk altına gedər? 

Dunay doğru olaraq göstərir ki, ABŞ-la Sovet İttifaqı arasındakı ikiqütblü rəqa-

bət bütün təhlükəsizlik qərarlarını kölgədə qoymuş və onlara təsir etmişdir,ilk növ-

bədə də öz himayə etdikləri ölkələr vasitəsilə hərbi münaqişələrə. Soyuq Müharibə-

dən sonrakı dövrdəki təhlükəsizlik mühiti hərbi məsələlərdə daha da tələbkar və 

dəqiq qərarlar tələb edir. Bu cür bir qütblü mühitdə,ABŞ-ın hərbi və iqtisadi üstün-

lüyü dönəmində, regionallığın artdığı,liberal demokratik dəyərlərin planet üzrə ya-

yıldığı bir dövrdə, müdafiə qərarları formalaşdırmaq üçün dövlətlər arasında qarşı-

lıqlı əlaqə olmalıdır. Bu cür mürəkkəb qarşılıqlı əlaqələrin ifadəsi,regional və bey-

nəlxalq təhlükəsizliyi təşviq etmək məqsədləri güdən beynəlxalq təşkilatların ar-

tmasıdır. Dunayın yazdığı fəsil,bu təşkilatlara,xüsusilə də,regional və sub-regional 

silah nəzarəti təşkilatlarına, ”Sabitlik Paktı”-na, AB siyasətləri və Sülh Naminə Tə-

rəfdaşlığın müəyyən cəhətlərinə fokuslanır. 


 

562


•  Regional və Sub –Regional Silah Nəzarəti 

 

Qərb-Şərq arasında gərginliyin zəifləməsi və nüvə müharibəsi təhlükəsinin 



azalması ilə, keçən əsrin son onilliklərində potensial regional təhlükələrin qarşısını 

almaq üçün regional təhlükəsizlik strukturlarının yayılması müşahidə edilmiş-

dir.Soyuq Müharibə zamanında,Qərb-Şərq kontekstində  geniş miqyaslı hücum 

əməliyyatları ehtimallarını azaltmaq məqsədilə üstünlük təşkil edən inam yaratma 

tədbirləri, indiki zamanda geniş  mənada  əhəmiyyətini itirmişdir. Bu vakuumun 

içində,müasir dövrümüzün gözlənilməyən ssenariləri ilə məşğul olmaq üçün lazımi 

çevikliyi olan mexanizmlər olmalıdr. Bu ərəfədə,bir neçə mexanizm, o cümlədən

insan hüquqları və demokratiya sahəsində problemlər olduqda tətbiq ediləcək Mos-

kva mexanizmi, böhranlı  vəziyyətlərlə bağlı Berlin mexanizmi və  məqsədi aydın 

olmayan hərbi hallarla bağlı Vyana mexanizmi təklif edildi.  

 Vyana mexanizminin analizi xüsusi olaraq nümayiş etdirir ki,könüllü əmək-

daşlıq üçün az miqdarda  stimul verən inam-yaratma tədbirləri və hətta qüvvələrin 

azaldılması üçün ondan da az stimul verərək öz güçünü itirir və ona görə də,arzu 

olunan kimi iş görmə bacarığını da itirir. Onun qeyd etdiyi kimi,”Onun gətirdiyi 

qazanclara baxmayaraq,regional tədbirlərin özləri də müəyyən risklər gətirir”.Du-

nay  hesab edir ki, bütün Avropa üzrə tədbirlərin əldə edilməsi üçün razılığa gəlmə-

yin  şanslarının az görünməsinə baxmayaraq,inam və sabitliyin güclənməsi istiqa-

mətində gedən ÜmumiAvropa prosesləri dəyişməz və  rəngarəng mozaikli yerli 

sxemlərlə təhlükə altına qoyulmamalıdır. Görünən odur ki,istənilən Avropa gündə-

mi regional və ikitərəfli inam yaratmaq mexanizmləri qəbul etməklə zənginləşmək-

də davam edəcəkdir. 

 

•  Avropada Sub-Regional Əməkdaşlıq  



 

Varşava Müqaviləsi Təşkilatının dağılması ilə,1990-cı illər  Şərqi-Mərkəzi və 

Şərqi Avropa ölkələri arasında əməkdaşlığın artması ilə müşahidə olundu və əsas 

məqsəd də əməkdaşlığı təşviq etmək idi.Siyasi mühitdə gedən müsbət dəyişikliyin 

regional sabitlik üçün və öz növbəsində təhlükəsizlik üçün də yayıcı təsiri var idi. 

Bu qrupların gördüyü işlərin siyahısı,bilavasitə Vişeqrad Qrupunun, əsasən də 

NATO üzvlüyü üçün atılan məcburi addımlar fonunda bircinsli deyildi.Yəqin ki,di-

gər keçmiş Sovet respublikaları,kimlər ki, NATO-ya girmək istəmir və ya üzvlüyü 

qazana bilməyəcəyinə ümid edir, onlar daha çox sub-regional təhlükəsizlik əmək-

daşlığına çalışacaqlar.İndiki zamanda,belə əməkdaşlıq üçün mexanizmlər məhdud-

dur. 

Cənubi-Şərqi və Şərqi-Mərkəzi Avropada təhlükəsizlik və əməkdaşlığı güclən-



dirmək üçün Qərbin hazırladığı müxtəlif yanaşmaların arasında, regionun dövlətlə-

 

563


ri arasında sub-regional əməkdaşlığın inkişaf etdirilməsidir. Bu cür tövsiyələrdən 

ortaya çıxan çox sayda ikitərəfli və çoxtərəfli sazişlərin içində Sabitlik Paktı xüsusi 

diqqət də analiz tələb edənidir. Potensial münaqişə  mənbələri kimi,ərazi iddiaları 

və milli azlıqlara münasibətdən doğan münaqışə  mənbələrini söndürmək üçün 

Avopa ölkələri,xüsusilə  də Fransa yeni metodlar irəli sürməyə çalışırdı. Sabitlik 

Paktı bu baxımdan  Şərqi-Mərkəzi Avropada zorakılığın yayılmasının qarşısını 

aldı,baxmayaraq ki,Dunay uğurların çoxunu AB –nin üzvlüyə namizədlərə olan nü-

fuzu ilə əlaqələndirir. O qeyd edir ki “Sabitlik paktı sübut etdi ki, Qərb,Şərqin han-

sı yerində əlində əhəmiyyətli mexanizmlərə sahibdirsə, orada da region- daxili mü-

nasibətləri inkişaf etdirmək imkanındadır”. AB-yə girmək məsələsi gündəmdə ol-

mayan yerlərdə, təsir etmək imkanları da az idi. 

 

•      AB Qonşuluq Siyasəti 



 

Soyuq Müharibə illərində çətinləşmiş ənənəvi dövlətlərarası münasibətləri ye-

nidən qurmaq məqsədi ilə,Avropa, regionun bütün ölkələri ilə möhkəm münasibət-

lər qurmaq üçün əhəmiyyətli dərəcədə səylər göstərdi və xüsusilə də gələcəkdə AB 

üzvü olmaq istəyən ölkələrlə münasibətdə. Dunayın fikirlərinə görə,Qərb son za-

manlarda dağınıq regional əməkdaşlığın baş alıb getməsindən çox narahat olmuş-

dur. Bu narahatlığa görə, AB, yeni təşəbbüs olan”Yeni Qonşuluq Siyasəti”-ni irəli 

sürdü və bu təşəbbüsün məqsədi genişlənmədən sonra digərlərinə qapının bağlandı-

ğı qavrayışının aradan qaldırılması idi. AB,indiki reallıqlara görə AB-ə daxil ola 

bilməyən bu sərhəd ölkələri ilə döst münasibətləri qurmaq arzusundadır, xüsusən 

də,sərhəd,regional əməkdaşlıq,yoxsulluq və digər məsələlər üzrə. Dunay təklif edir 

ki, əgər AB özünün genişlənmiş sərhədləri boyunca yerləşən dövlətlərlə işləməsə,o 

zaman AB öz qonşularının qəzəbi və daha pis təzahürlərlə rastlaşacaq. 

 

•  Sülh Naminə Tərəfdaşlıq(SNT) 



 

Özlərinin keçmiş rəqibləri ilə sistemli şəkildə əlaqədə olmaq üçün,NATO üz-

vləri hesab etdilər ki,tez bir zaman ərzində təkcə gələcək qarşılıqlı uzlaşmanı təşviq 

edən mexanizmlər yox,həm də NATO-üzvü olmayanlara  konkret tapşırıqları yeri-

nə yetirmək üçün mexanizmlər hazırlamaq lazımdır. Çünki,NATO-nun özünün si-

lahlı qüvvələri olmadığından,o, üzvlər arasında və Avropanın qalan ölkələri arasın-

da ikitərəfli  əlaqələr qurmuşdur. Bu əlaqələrin hesabına, NATO bir çox ölkələri 

NATO üzvlüyünə hazırlamış və çoxlu sayda ölkələrin ordusunun modernizasiyası-

na kömək etmişdir. SNT Planlaşdırma və Qiymətləndirmə Prosesi (PQP),iştirakçı-

lar üçün tələbləri aydınlaşdırmaqla  qarşılıqlı uzlaşmaya təşviq edən  əsas SNT sə-

nədidir və onun irəliləyişi qiymətləndirmək üçün geniş icmal prosesi vardır. Bax-


 

564


mayaraq ki,şübhəsiz,SNT Alyansa yeni üzvlər gətirməklə çox uğurlar qazanmış-

dır,Dunay proqramın məhdudluğunu obyektiv səbəblərə bağlayır. “SNT –nin inka-

redilməz çatışmamazlığı isə odur ki, o əsasən üzvlər və tərəfdaşlar arasında əlaqə-

lər qurarkən, tərəfdaşların öz arasında münasibətlərə az fikir verib”-deyə o yazır. 

“Bu elə bir vəziyyətə gətirib çıxarıb ki, NATO münasibətlərin episentrinə çevrilib 

və belə də qalmaqda davam edir. Aydın məsələdir ki, bu NATO –nun, onun üzv və 

həmfikir dölətlərinin təhlükəsizlik maraqlarına cavab verir. Lakin belə bir struktu-

run proqramla bağlı bütün dövlətlərin maraqlarına nə dərəcədə cavab verdiyi hələ 

aydınlaşdırılmalıdır”. 

Paradoksal görünən yekun analizdə,Soyuq Müharibənin bitməsi, bölgə ölkələ-

rinin yeni regional ikili sazişlər əldə etməsi üçün kifayət etməmişdir deməsidir. Du-

nayın qənaətincə,xarici təsirlər bu strukturların çiçəklənməsi üçün ən böyük təsirə 

malik olmuşdur. Bu xarici təsirlər,”yeni”Avropadakı real güclərdir və onlar Soyuq 

Müharibədən sonrakı dövrdə güc və nüfuzu əks etdirir. 

 

 Dövlət Kəşfiyyatının İdarə Olunması-Universaı Nümunə 



  

Bu fəsildə,demokratik ölkədə  kəşfiyyatın istifadə olunmasına yönələn yeganə 

fəsil,Fred Şreyerin “Kəşfiyyatin İdarə Edilməsi və Onun Üzərində Nəzarət” yazısı-

dır və o,kəşfiyyat sistemlərinin inkişafı və tətbiqi ilə və onu nəzarət edən funksiya-

larla bağlı faydalı, qısa bir mənbədir. Başqa daha çox görülən işlərdən bəhs edən 

yazılardan fərqli olaraq, Şreyer,ilk səhifələrdə, kəşfiyyatın təkcə nədən ibarət oldu-

ğunu yox,həm də kəşfiyyat aparatının dövlətə necə xidmət etməli olduğunu göstə-

rir.Lakin onun əsas məqsədi,bu kitabın məramına uyğun olaraq,yəni demokratik 

sistemlərdə  təhlükəsizlik funksiyalarının yaxşılaşdırılması  məqsədi olaraq,dövləti, 

kəşfiyyat funksiyalarını necə daha yaxşı idarə etməsi haqqında fikirlərlə təmin et-

məkdir. 

 

•   Kəşfiyyat dairəsinin idarə edilməsi  



 

Şreyerin qeyd etdiyi kimi,kəşfiyyat funksiyaları,özlərinin  əsas fəaliyyəti olan 

kəşfiyyat toplama və analizi vasitəsilə,siyasi rəhbərliyə xidmət edir. Bu iki fəaliy-

yət,xüsusilə də inkişaf etmiş ölkələrdə daha sonra təkmilləşir və hökümətləri müəy-

yən növ informasiyalar almaları üçün bir prosesə aparır. Bu cür müəyyən olunmuş 

sistemlərdə  ən ümumi olanı  kəşfiyyat dairəsi  konsepsiyasıdır: bu elə prosesdir 

ki,informasiya əldə edilir,kəşfiyyata çevrilir və siyasi rəhbərliyə,hərbi rəhbərliyə və 

öz hüquq və  vəzifələrini icra etmək üçün ehtiyacı olan lazımi idarələrə çatdırılır. 

Bu kəşfiyyat dairəsi beş növ addımdan ibarətdir: planlama və istiqamətlənmə; mə-

lumatların toplanması; informasiya üzərində işləmə, analiz və nəticə ortaya qoyma 



 

565


və məlumatların yayılması. İcra orqanlarının hər bir addıma necə müdaxilə etməsi 

ilə bağlı bir ümumiləşdirmə aparaq. 

 

•  Planlama və İstiqamətlənmə 



 

Bu mərhələ,təhlükə qiymətləndirməsi aparıb lazım olan məlumatları və ya tam 

hazırlanmamış strategiya və siyasət məsələlərinin prioritet siyahılarını müəyyən et-

məkdən başlayıb,həm də hansı dövlətlərin,beynəlxalq və ölkədaxili subyektlərin 

kəşfiyyat altında olmasına qərar verməkdən başlayıb,son kəşfiyyat məlumatını sifa-

rişçiyə çatdırmağa qədər bütöv kəşfiyyat səylərini idarə etməyi nəzərdə tutur. Bu 

bütöv proses sorğu ilə və ya sifarişçinin başlıca tələbatlarını ödəmək üçün müəyyən 

mövzular üzrə kəşfiyyat tələbləri təşəbbüsü ilə edilir. 

 

•  Kəşfiyyat Toplanması  



 

Bu son kəşfiyyat məlumatını ortaya qormaq üçün informasiya toplanmasıdır. 

Bu proses, həm açıq,həm də gizli mənbələri və dövlətin sahib olduğu(və ya olmadı-

ğı) texniki toplama yollarını əhatə edir 

 

•  İnformasiya üzərində işləmə 



 

Kəşfiyyat məlumatları üzərində işləmə,geniş miqyaslı məlumat bazası və infor-

masiyanı kəşfiyyat təhlilçisi üçün daha faydalı formata salmaqdan ibarətdir. Bura 

başqa dildən tərcümə,kodların açılması daxildir.Təhlilçilərə getməyən informasiya 

növləşdirilir və  kompyuterlə tez bərpası üçün arxivə salınır. 

 

•  Analiz və nəticə ortaya qoyma 



 

Bu məlumat və bilginin son kəşfiyyat materialına çevrilməsidir və brifin-

qlər,qısa hesabatlar və ya uzun tədqiqat materialları kimi təqdim oluna bilər. Ana-

lizlər, hadisələri və şərtləri qiymətləndirən və tutuşduran  və açıq informasiyanın və 

sirlərin qarışığından ortaya qoyulmuş insan şərhlərindən asılı olur. Kəşfiyyat təhlil-

çilərinin şərhləri dövlət maraqları ilə məhdudlaşır, baxmayaraq ki, ümumi kateqori-

yalara cari hadisələr,niyyətlər,imkanlar,mümkün və ehtimal olunan gedişlər,müxtə-

lif bölgələr və problemlər,təşkilatlar,qruplar və ya siyasi,iqtisadi, maliyyə,elmi,hər-

bi və ya bioqrafiya kimi müxtəlif kontekstdəki şəxsiyyətlər daxildir. 

 

 



 

 

566


•  Məlumatların yayılması  

 

Kəşfiyyat dairəsini son nöqtəsi, Məlumatların yayılması,son məhsulun kəşfiy-



yat istehlakçısına yayılmasını təmin edir, yəni kəşfiyyat dairəsinin yaranmasını tö-

rədən sifarişçiyə verilir Bu mərhələdə  səhv üçün imkanlar olur. İnformasiyanın 

faydalı olması üçün, onun beş mühüm özəlliyi olmalıdır: aktuallığı,vaxtında olma-

sı,dəqiqliyi,məzmunu və mümkün qədər siyasi olmaması. 

Şreyer bildirir ki,səmərəli kəşfiyyat idarəetməsi,kəşfiyyat dairəsinin optimal 

idarə edilməsindən asılıdır. Kəşfiyyat dairəsinin bu xülasəsi,inkişaf etmiş ölkələr-

dəki mövcud kəşfiyyat proseslərinin hədsiz sadələşdirilmiş forması olmasına bax-

mayaraq,hökümət və siyasi liderlərin harada müdaxilə edib prosesi daha yaxşı ida-

rə etməsi üçün faydalıdır. Onların kəşfiyyat tələbatlarını müəyyən edərək, siyasi 

rəhbərlik,onların gündəlik işlərini görmək üçün  imkan yaradaraq,kəşfiyyat xidmət-

lərinin səylərini yönləndirir. Gələcəkdə çiçəklənən kəşfiyyat funksiyaları,  ən mü-

hüm sifarişçilərə  tam dəstək vermək üçün prosesin bütün elementlərini bir yerə yı-

ğıb inteqrasiya etmək bacarığı olacaqdır. 

 

•  Kəşfiyyata Nəzarət 



 

Məxsusi milli tarix,mədəniyyət və  ənənələrdən doğan siyasi təsisatları analiz 

edərkən,müxtəlif əhəmiyyətli fərqliliklər görünür.Bu həm də,kəşfiyyat xidmətləri-

nin nəzarəti ilə də bağlıdır. Şreyer dediyi kimi, ““Demokratik nəzarətin” vahid mo-

deli yoxdur və həm də kəşfiyyat xidmətləri üzərində demokraik nəzarətin də müəy-

yən edilmiş normativ modelləri yoxdur. Səmərəli nəzarətə  gəldikdə, demokratik 

strukturlar nəzdində,  müəyyən dərəcələrə qədər  bütün üç funksiya kifayət qədər 

ümumilik daşıyır:qanunvericilik orqanları,icra və məhkəmə orqanları. Demokratik 

nəzarətin uğuru üçün,  kəşfiyyat fəaliyyətlərinin qanunilik,proporsionallıq və qanu-

nauyğunluğunu təmin etmək məqsədilə, bütün alt-funksiyalar geniş hakimiyyət,he-

sabatlılıq  və  nəzarət  “paketi” içində öz funksiyalarını yerinə yetirmələri təmin 

edilməlidir.Onsuz da kəşfiyyat ictimaiyyətdən geniş müdaxilə gözləmir. 

 

•  İcra nəzarəti və Hesabatlılıq 



 

Kəşfiyyat xidmətləri üzərində icra nəzarətinin ən vacib tərəfi xidmətlər üzərin-

də açıq aydın aparıcı istiqamətlərin olmasıdır.Şreyer qeyd etdiyi kimi, siyasi rəh-

bərliyin istiqaməti kəşfiyyatın işinin həm əsasını təşkil edir,həm də ona katalizator 

rolunu oynayır. Kəşfiyyat siyasi rəhbərlikdən istiqamət almasa,resursların yanlış is-

tiqamətə  sərf edilməsi və israf edilməsi  şansları artır. Kəşfiyyat xidmətləri hansı 

məlumatları toplamalı olduqlarını və nə zaman onları toplamalı olduqlarını bilməli-


 

567


dirlər. Onlar öz məlumatlarının faydalı olacağını bilməlidirlər və siyasi rəhbərliyə 

daha yaxşı xidmət  etmək üçün bu məlumatları necə təkmilləşdirməyi bilməlidirlər.  

Siyasi rəhbərlik geniş  mənada kəşfiyyat xidmətinin onlara veridiyi məlumatları 

diqqətə almalıdır və kəşfiyyat imkanlarından necə istifadə olunması haqda xəbər-

dar olunmalıdırlar. 

 

•  Qanunvericilik Nəzarəti 



 

Kəşfiyyat aparatının həqiqətən siyasi rəhbərliyə xidmət etdiyini və öz səlahiy-

yətindən sui-istifadə etmədiyini təmin etmək üçün son səlahiyyət və nəzarət funksi-

yası,xalqı  təmsil edən hökümətin qolu-  parlamentin üzərinə düşür. Baxmayaraq 

ki,bir qayda olaraq,kəşfiyyat funksiyaları üzərində seçilmiş nümayəndələr nəzarət 

etməlidir,lakin reallıqda parlamentin bir neçə üzvünün bu işləri səmərəli görmək 

üçün peşəkar bacarığı olur.Lakin,Şreyerin aydınlaşdırdığı kimi,təcrübəsizlik parla-

mentarları öz vəzifələrini yerinə yetirməkdən azad etmir. Ölkə parlamenti kəşfiyyat 

funksiyalarını nəzarətdə saxlamaq üçün dörd geniş yanaşmadan istifadə edə bilər. 

 

•  Nəzarət 



 

Qanunvericilik aktlarının yerinə yetirilməsinin monitorinq edilməsi, problemlər 

meydana gəldikdə dinləmələr və sorğular təşkil edilməsi və qanunverici aktların ar-

zu olunan nəticələr verib-vermədiyinin müəyyən edilməsi. Onlar seçicilərin arzula-

rını geniş şəkildə bildiklərinə görə və onların hansı hökümət siyasətini qəbul edəcə-

yini bildiklərinə görə,parlament nəzarət komitələrinin qapalı iclaslarında ikinci rəy 

də  təmin edilə bilir. Ölkə üçün baha başa gələn və  təhlükəli həssas məsələlərdə 

ikinci rəy həyati məna daşıyır. 

 

•   Şəffaflıq 



 

Nəzarət komitələrinin debatları,dinləmələri və hesabatları vasitəsilə,ölkə parla-

menntarları şəffaflığı artıra bilərlər,kəşfiyyat xidmətlərinin ictimaiyyət üçün görün-

tüsünü yarada bilərlər. Bu cür gücləndirilmiş şəffaflıq,xidmətlərin fəaliyyətləri üzə-

rində hesabatlılığı yaxşılaşdırmaq və ictimai inam və milli dəstək üçün edilir. 

Sonda,milli parlament, xidmətlərlə ictimaiyyət arasında körpü yaradır. Çün-

ki,əksər kəşfiyyat fəaliyyətləri və informasiyalar ictimaiyyətə qapalı qalır. Qanun-

vericilərin   hesabatlar tələb etmək,dinləmələr keçirmək və pozuntuları araşdırmaq 

kimi hüquqları olmalıdır. 

 

 



 

568


 

•  Məhkəmə Nəzarəti 

 

Məhkəmə hakimiyyəti və nəzarəti,  nisbətən qeyri-məhdud parlament nəzarəti 



ilə müqayisədə çox hallarda məhduddur. Ümumiyyətlə, məhkəmə  nəzarəti,siyasi 

məsələlərlə yox,hüquqi məsələlərlə məşğul olur. Hüquqi orqanlar bütün qanunları 

gözdən keçirir və onların konstitusiyaya uyğun olub –olmadığını şərh edir. Onun, 

kəşfiyyatı nəzarət etmək məsələsində rolu məhduddur,lakin o,zaman –zaman kəş-

fiyyat fəaliyyətlərinin gedişi gözdən keçirildikdə  əhəmiyyətli ola bilər.Kəşfiyyat 

fəaliyyətlərinin müstəqil məhkəmə tərəfindən gözdən keçirilə bilməsi faktı önləyici 

tənzimləmə yaradır. Məhkəmə orqanları,kəşfiyyat məsələlərində daha çox icra qo-

luna hörmətlə yanaşsa da, məhkəmə hakimiyyəti hökümət sirliliyinin ən yaxşı ha-

kimi ola bilər. Məhkəmə nəzarəti üçün universal model olmadığından,müəyyən “ən 

yaxşı praktikalar  potensial yanaşmaları müəyyən etməyə imkan verir:kəşfiyyat 

xidmətləri öz direktivlərinə və rəhbər prinsiplərinə riayət etdikləri  qədər,öz  ölkə-

lərinin qanunlarına da  eyni dərəcədə riayət etməlidirlər;kəşfiyyat xidmətlərinin öl-

kə daxilində hər hansı elektronik müşahidə və ya fiziki axtarış aparmasından öncə 

məhkəmə qərarı tələb olunur; və onlar,daxili kəşfiyyat üçün məlumat toplama me-

todlarının özəl həyat,mülki hüquqlar və azadlıqların inkişaf etmiş standardlarına 

uyğun olmasını təmin etməlidirlər. 

 

•  İctimaiyyətin Rolu 



 

İctimaiyyətin,kəşfiyyat xidmətlərinin gündəlik işində az rol oynamasına bax-

mayaraq, onun, milli kəşfiyyat xidmətlərinin legitimliyi və  fəaliyyətləri üzərində  

genis potensial təsir imkanları vardır. Qanunvericilik, ölkənin mülki cəmiyyətinin-

qeyri hökümət təşkilatlarının,insan hüquqları  təşkilatlarının,maraq qruplarının və 

fərdlərin və medianın fəal iştirakını təmin edə bilər. ABŞ-dakı “İnformasiya Azad-

lığı Aktı” kimi,müəyyən zamandan sonra kəşfiyyat məlumatlarının ictimaiyyətə 

açıqlanmasını imkan verən qanunlar, ictimaiyyəti məlumatlandırar v kəşfiyyat xid-

mətlərinin gözdən keçirilməsinə imkan yaradar. Əlavə olaraq,dövlətin geniş təhlü-

kəsizlik qayğılarının gizli olmayan hissələrinin açıqlanması,təkcə geniş nəzarət və 

gözdən keçirmə yox,həm də  artan ictimai dəstəyə gətirər. İctimaiyyətin rolunu ar-

tırmaq üçün başqa çox sayda imkanlar var,məsələn,insan hüquqlarının və mülki 

azadlıqların potensial pozulmasının ictimai qayğıya çevrilməsi,məlumatları qiy-

mətləndirmək üçün zərərçəkənlərə kömək edilməsi və yeni qanunvericilik aktının 

dəyişməsinə kömək edilməsi. Mübahisəli görünməsinə baxmayaraq,media,kəşfiy-

yat xidmətinin hesabatlılığının güclənməsi üçün mühüm rol oynayır.Özlərinin araş-

dırma metodları ilə,jurnalistlər,kəşfiyyat xidmətlərinin qanun  pozuntularını  və 


 

569


uğursuzluqlarını üzə çıxara bilirlər,baxmayaraq ki,media özünün peşəkar öhdəlik-

lərinə tez-tez etinasız yanaşır. Bu cür media məsuliyyətsizliklərinə baxmayaraq,öl-

kənin mediası kəşfiyyat orqanlarında səlahiyyətdən məkrli məqsədlər üçün istifadə-

ni araşdırmalıdır.  

Şreyerin yazdığı fəsil,milli kəşfiyyat agentlikləri ilə bağlı dövlət-cəmiyyət mü-

nasibətlərinin uyğun  şərtlərini izah etməyə çalışır. Kəşfiyyat nədir və o, dövlət 

üçün nə edə bilər suallarına cavab verərək,fəsilin qalan hissəsi potensial təcavüzkar 

agentlyin üzərində demokratik nəzarətin mühüm cəhəti üzərində durur. Heç bir uy-

ğun demokratik nəzarət nümunəsinin olmamasına baxmayaraq,Şreyerin yazısı ay-

dınlaşdırmağa çalışır ki,dövlətin və cəmiyyətin bütün təbəqəsi  davamlı surətdə fəal 

olmalı və bu işə qarışmalıdır ki,kəşfiyyatın mühüm funksiyası kəşfiyyat xidmətləri-

ni yaradan demokratik niyyətləri getdikcə dağıtmasın. 

 

•  Parlament və Hərbi Alqı-Satqı 



 

Müasir təhlükəsizlik mühitinin,ölkə və beynəlxalq müdafiə tələblərinə qoydu-

ğu tələblərlə səsləşərək,van Eekelen –in”Parlamentlər və Hərbi Alqı-Satqı” yazısı, 

milli təhlükəsizliyin hərbi alqı-satqı tərəfinin prosess və prosedurlarının geniş xüla-

səsidir. İnkişaf etmiş ölkələrdə,hərbi alqı-satqının hər hansı bir sahəsində çalışanlar 

bu sahəyə xas olan mürəkkəblikləri və ziddiyyətləri başa düşürlər. Van Eekelen bu 

prosesi izləyərkən parlamentarların necə ehtiyatlı olmaları  xəbərdarlığını yaxşı 

əsaslandırılıb. O hesab etdiyi kimi: 

Ümumiyyətlə,müdafiə məsələləri və xüsusən də alqı-satqı məsələləri şəffaflıq-

dan çox uzaqdır və onları izləmək də  çətindir. Hətta informasiya olsa da, və onu 

tez-tez açıq mənbələrdən də əldə etmək olur,debatlara təsir edən çox sayda tərəfli 

və tərəfsiz iddialardan bir nəticəyə gəlmək üçün geniş təcrübə tələb olunur.Parla-

mentarların möhkəm durması və peşəkar işçilərdən istifadə edərək,beyin mərkəzlə-

rini cəlb edərək və qeyri-hökümət təşkilatları ilə məsləhətləşərək özlərini məsələyə 

yönəltmələri tələb olunur. Qısa olaraq,bir çox sahələr var ki,parlamentlər müdafiə 

strukturlarına birbaşa təsir edə bilirlər nəinki hərbi alqı-satqı vasitəsilə,baxmayaraq 

ki, bunu səmərəli  şəkildə etmək praktikada çətin olur. Bu baxımdan,van Eekelen 

alqı-satqı səylərində ölkənin səmərəli iştirakının və nəzarətinin  geniş prinsiplərin-

dən söz açır. 

 


Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin