Milli dəyərlərin,məqsədlərin,maraqların və prioritetlərin müəyyən edilməsin-
dən, risklərin və təhlükələrin qiymətləndirilməsindən başlayaraq,müxtəlif strategi-
yalar hazırlayaraq və təsisatlar quraraq və təhlükəsizlik proqramlarının yerinə yeti-
rilməsinə tələb olunan resursların yayılması ilə sona çatan bütöv bir siyasət hazır-
lanması prosesi,əgər o, vətəndaşlar,cəmiyyət və dövlətin təhlükəsizliyinin təmin
edilməsinə yönəlmişdirsə,mülki cəmiyyətin iştirakı üçün açıq olmalıdır
493
. Mülki
cəmiyyət təkcə iştirakçı yox,həmçinin,təhlükəsizlik sektorunun geniş strateji icmalı
üçün aparıcı gücdür. Mülki cəmiyyətin təhlükə qiymətləndirməsi və təhlükəsizlik
sektoru strukturlaşdırmasına cəlb edilmədiyi halda,demokratik idarəcilik haqqında
danışmaq sadəcə mümkün deyil. Hətta müasir dünyada mülki cəmiyyətin imkanla-
rından istifadə edən sistem olmadıqda belə bu sahələrdə hərtərəfli həllə nail olmaq
493
Hans Born, Philipp H. Fluri and Anders Johnsson, Parliamentary Oversight of the Security Sector:
Principles, Mechanisms and Practices, Handbook for Parliamentarians No5, 2003, DCAF-IPU,
p. 195. Available at:
http://www.dcaf.ch/oversight/proj_english.cfm?navsub1=12&navsub2=3&nav1=3
516
mümkün deyil
494
.
Çünki bura güc işlətmək monopoliyası dövlətin əlində olan sahədir və bu məsə-
lə milli suverenliklə əlaqəlidir və müəyyən səviyyəli məxvilik tətbiq edilən sahədir.
Lakin bu qaydaların məğzi,müdafiə strukturlarını cəmiyyət üçün şəffaf və hesabatlı
etməkdir. Bu məqsədə nail olmaq üçün, iddia edilən nəticələrin alınması və resur-
sların paylanması üçün, məqsədlərin,prioritetlərin, qaydalar/prosedurların açıq ifa-
də olunması tələb olunur. Müdafiə siyasətinin bu elementlərinin formalaşdırılması-
na,müdafiə strukturları və mülki cəmiyyət arasında qarşılıqlı əlaqə və əməkdaşlıq
prosesi kimi baxılmalıdır.
Mülki Nəzarət: Mülki cəmiyyətin təhlükəsizlik siyasətinin həyata keçiril-
məsində iştirakı
Planlar plan olaraq qalır,lakin biz onların həyata keçməsini görməliyik.Mülki
cəmiyyət onun həyata keçməsinə nəzarət etmək gücündə deyil, o yerinə yetirmə
prosesinin həlledici fiqurudur.Nəzarətin həlledici aləti,nəticə verən monitorinq və
qiymətləndirmədir.Bu yanaşma,müəyyən nəticələr əldə etmək üçün mülki cəmiy-
yəti imkanlar ilə təmin edir və beləliklə, bu işlərdə iştirak ilə ona daha böyük nəza-
rət imkanı yaradır. Bu xüsusilə mülki cəmiyyətin elmi və biznes sektoru üçün daha
keçərlidir. Bu iki sahə müdafiə qabiliyyətinə birbaşa kömək edirlər.
Siyasət əhalinin təlim və təhsili vasitəsilə həyata keçirilir və burada QHT-lərin
və universitetlərin,hətta orta məktəblərin rolu çox böyükdür.Nəhayət,müdafiə və
təhlükəsizlik siyasətinin həyata keçirilməsi üçün,müdafiə strukturları ilə yaxın
əməkdaşlıq edərək mülki təhlükəsizlik sahəsində konkret missiyalar həyata keçir-
mək üçün dövlət/cəmiyyətin tərkib hissəsi kimi mülki nəzarət növlü təşkilatların
yaradılmasına geniş imkan vardır.
Müdafiə sektorunun ictimai dəstək və resurslarla təmin edilməsi
Ictimai dəstək olmadan,heç bir müdafiə/təhlükəsizlik siyasəti uzun müddət da-
vam edə bilməz. Hətta NATO-ya inteqrasiya məqsədləri baş tutandan sonra(bu bir
çox ölkələrdə artıq baş tutub və tutmaqdadır),davamlı islahatlar üçün ictimai dəstə-
yi qazanmaq,əməliyyatlarda iştirak və yeni problemlərlə üzləşmək üçün lazım olan
hazırlıqlarda mülki cəmiyyətin rolu daha da artmışdır. Buna ancaq, savadlı debat-
larla, yeni ideyaların inkişaf etdirilməsi yolu ilə və müdafiə siyasətinin yerinə yeti-
494
Konstantin Dimitrov, Velizar Shalamanov and Blagovest Tashev, Methodology for the Security
Environment Assessment (Sofia: Institute for Euroatlantic Security and Ministry of Defense,
December 2002), p. 100.
517
rilməsində və formasının dəyişməsində hökümətin və parlamentin rolunu dəstəklə-
məklə nail olmaq olar
495
.
Müdafiə siyasətinin həyata keçirilməsi təkcə ictimai dəstək və ideyalar tələb et-
mir,həm də dinc dövrdə geniş miqdarda müxtəlif resursların və tam miqyaslı müha-
ribəni kənara qoysaq,fövqaladə hallarda,böhranlı vəziyyətlərdə və digər əməliyyta-
larda əlavə resursların geniş səfərbərliyini tələb edir. Bu resurslar və xüsusilə
də,mülki resursların effektiv səfərbər olması ən əsası mülki cəmiyyət subyektləri-
nin,vətəndaşların və biznes dairələrinin anlamından,dəstəyindən və bu işlərdə işti-
rak etmək arzusundan asılıdır.
Özəl-dövlət tərəfdaşlığının müasir formalarının yaradılması,iş dünyası və vətən-
daşların iştirakı vasitəsilə müdafiə ilə bağlı fəaliyyətlərə həm dəstək,həm də resurs
təmin edilməsi baxımından ən yaxşı yoldur.
Humanitar və Mülki Təhlükəsizlik Konsepsiyaları əsasında Təhlükəsizlik
sektoru İnteqrasiyasının Mülki Cəmiyyyət Amili
Təhlükəsizlik bütöv bir analayışdır. Cəmiyyəti, təhlükəsizlik sektorunda “kim
kimdir” məsələsi və təhlükəsizlik sektorunun müxtəlif elementlərinin bir-biri ilə
necə əməkdaşlıq etməsi çox da maraqlandırmır.İlk növbədə cəmiyyət və hər bir
vətəndaş istənilən zaman və istənilən yerdə təhlükəsizliyi bütöv görmək istəyir.
Mülki təhlükəsizlik və birləşmiş təhlükəsizlik sektoru konsepsiyası vasitəsilə
daha çox təhlükəsizlik əldə etmək olar
496
. Təbii fəlakətlərin,hadisələrin,fəlakətlər
və vətəndaşların və infrastrukturun qorunmasının yaratdığı böhranların idarəetmə-
sinin birləşmiş sistemlərinin adları üçün aparılan analizlər bir sıra fərqli variantların
üzərinə fokuslana bilər: mülki müdafiə, ətraf mühitin təhlükəsizliyi, ictimai təhlü-
kəsizlik( cəmiyyətin təhlükəsizliyi anlayışı Skandinaviya ölkələrində qəbul edi-
lib,Amerikada isə vətənin təhlükəsizliyi kimi gedir); əhalinin və infrastruktuun qo-
runması;vətəndaşların və infrastruktur təhlükəsizliyi; cəmiyyətin qorunması, huma-
nitar təhlükəsizlik;mülki təhlükəsizlik.
Avro-Atlantik kontekstində,ən çox tövsiyə olunan termin “mülki təhlükəsizlik”-
dir(Fransa və Belçikada qəbul olunmuşdur). Bolqarıstan mülki təhlükəsizlik kon-
sepsiyası yaradılarkən,Bolqarıstandakı təcrübə və vəziyyəti nəzərə alaraq,Böhran
İdarəetmə Qanununun məhsuldar tətbiqinə mümkün ən yaxşı mühitin yaradılması
məqsədilə,nümunə kimi,Amerika və Avropanın müxtəlif ölkələrinin yanaşmaları
arasında tarazlıq axtarılmışdır.
495
Blagovest Tashev, Velizar Shalamanov, Plamen Bonchev, Todor Tagarev, Dobromir Totev,
Bulgaria’s Roadmap to NATO after Prague (Sofia: Institute of Euroatlantic Security, 2004), p. 86.
496
Konstantin Dimitrov, Velizar Shalamanov, NATO Integration Program for the Republic of
Bulgaria (Sofia: Institute of Euroatlantic Security, 2002), p. 100.
518
Mülki təhlükəsizlik sistemi, təhlükəsizliyin digər iki dayağı ilə(əsasən,daxili iş-
lər nazirliyi tərəfindən təmin olunan)daxili təhlükəsizlik və ictimai asayiş və (əsa-
sən müdafiə nazirliyi tərəfindən təmin edilən) xarici təhlükəsizlik və hərbi əməliy-
yatlarla eyni əhəmiyyətə malik olan təhlükəsizlik sektorunun müstəqil üçüncü “da-
yağı” kimi qurula bilər
497
. Nəticədə,onun,yaxşı ifadə olunmuş normativ qaydaları
və möhkəm təsisat sahələri olmalıdır.
Mülki təhlükəsizlik sistemi,təhlükəsizlik sektorunun digər elementləri ilə müqa-
yisədə mülki iştirak və mülki nəzarətin ən yüksək dərəcədə iştirakı ilə qurulur.
Məhsuldar mülki təhlükəsizlik sisteminin yaradılması, yaxşı tarazlaşdırılmış mülki-
hərbi münasibətlərin saxlanması üçün başlanğıcdır və müxtəlif növ böhranlar za-
manında öhdəliklərin açıq-aydın bölünməsidir.
Mülki təhlükəsizlik sistemi,desentralizasiya prinsipləri üzərində qurulmalıdır.
Xüsusi əhəmiyyət, mülki vətəndaşlara və infrastruktura təhlükə yarandığı zaman
ilkin cavab tədbirləri görmək üçün mülki təhlükəsizliyin yerli birliklərinə veri-
lir(yerli hakimiyyətlər tərəfindən nəzarət edilən). Mülki təhlükəsizlik üçün sistemin
bu özünəməxsusluğu,yerli səviyyə də daxil,elektronik hökümət yaradılması prose-
sinə birbaşa uyğundur. Əgər transformasiya prosesi yaxşı idarə olunursa,”təhlükə-
sizlik” də digər inzibati xidmətlərlə bərabər “bir dayanacaqlı xidmət”kimi (İnternet
vasitəsilə və ya telefon zəngi ilə),təmin oluna bilər. Bu baxımdan Avropa və Ame-
rikanın inzibati -ərazi bölgülərində qurulmuş Fövqaladə Çağırış Mərkəzlərinin təc-
rübəsindən çox şey öyrənilə bilər.
Desentralizasiya prinsipi,mülki təhlükəsizlik sisteminin ”mərkəzi birlikləri”-
(Böhran İdarəetmə üzrə Milli Mərkəz,Mülki Müdafiə üzrə Dövlət Agentliyi və Hö-
kümət səviyyəsində Əhalini Qorumaq Daimi Komitəsi) ümumi koordinasiya və nə-
zarət funksiyalarını həyata keçirdikləri zaman sistemi dalana gətirib çıxarmır.
Əhali və mühüm infrastruktur qoruma sisteminin mülki təhlükəsizlik sisteminə
uğurlu transformasiyası həm test,həm də birləşmiş təhlükəsizlik sektorunun yara-
dılması baxımından və təsisatlarla mülki cəmiyyət arasında effektiv əməkdaşlıq is-
tiqaməti baxımından başlıca addım olacaq. Hətta,mülki təhlükəsizlik sistemi “ayrı-
ca dayaq” kimi inkişaf etdirilmədiyi halda,Mülki Təhlükəsizlik Konsepsiyası uğur-
lu təhlükəsizlik sektoru transformasiya prosesi üçün konseptual bazaya çevrilə bi-
lər. Bu baxımdan, Mülki Təhlükəsizlik Konsepsiyası,Təhlükəsizlik Sektoru İnteq-
rasiya Konsepsiyasının yeni forması kimi başa düşülə bilər.Digər tərəfdən, “milli
təhlükəsizliyin” çərçivəsindən kənara çıxaraq Mülki Təhlükəsizlik Konsepsiyası,
bütövlükdə Avro-Atlantik geopolitik məkana tətbiq edilə bilən Təhlükəsizlkik
Sektoru Yetişmə Modelinin formalaşdırılmasına imkan yaradır.
497
Xarici işlər nazirliyi tərəfindən aparılan Xarici siyasət və diplomatiyanı da bu üç dayağın üzərinə
əlavə etməliyik (xüsusilə də, Bolqar vətəndaşlarının qorunması və xaricdəki mülkiyyətlə bağı).
519
Milli təhlükəsizlik sisteminin transformasiyasına təhlükəsizlik konsepsiyasını
daxil edən bu cür tapşırıq,mülki cəmiyyət və müdafiə idarəetməsi təsisatları ara-
sında effektiv əməkdaşlıq üçün böyük problem yaradır. Bolqarıstan nümunəsin-
də,mülki cəmiyyət və müdafiə təsisatları arasında müxtəlif formalı əməkdaşlığı,
analiz və təhlil yolu ilə dəstəkləmək üçün, mövcud Milli Təhlükəsizlik və müdafiə
tədqiqatları Mərkəzi,Təhlükəsizlik Sektoru Transformasiyası üzrə Ustalıq Mərkəzi-
nə çevrildi. Mülki Təhlükəsizlik Sisteminin yaradılması transformasiya səyləri
üçün yaxşı nümunədir. Bu həyata keçirilməsi konkret metod tələb edən prosesdir
və onun açarı məsələnin bir neçə elmi sahəni əhatə etməsindədir. Bir çox layihələ-
rin təcrübəsi əsasında, müdafiə haqqında Ağ Sənəddən başlamış ən böyük müdafiə
sənayesi şirkəti olan TEREM və Mülki Təhlükəsizlik üzrə Ağ Sənədə qədər bir çox
layihələrin təcrübəsi əsasında Təhlükəsizlik Sektoru Transformasiyası üzrə Ustalıq
Mərkəzi yaradıldı. Ustalıq Mərkəzi aşağıdakı elementlərdən ibarətdir:
1. Xəbərləşmə və Məlumat İnfrastrukturu(XMİ)
2. İşçi Qruplar(İQ)
3. Bilgi İnfrastrukturu(Bİ)
4. Ekspert Şəbəkəsi(EŞ)
Xəbərləşmə və məlumat İnfrastrukturu, İnternetlə bağlı serverlər və iş stansiya-
larını əhatə edən mərkəzdir.O işçi qrupların virtual iş stansiyalarını paylayır. Aşağı-
dakı sahələrdə işçi qrupları mövcuddur: İQ1-Təhlükəsizlik siyasəti və Strategiyala-
rı; İQ2 Birləşmiş Təhlükəsizlik Sektoru Arxitekturası və Dəyişim idarəetməsi;İQ3-
təhlükəsizlik və müdafiə sahəsində yeni texnologiyalar.
Bİ ibarətdir: təhlükəsizlik və təhlükəsizlik sektoru sahələrində nəzəri model-
lər;kompyuter modelləri;ədəbiyyat və seçilmiş materiallar; Ustalıq Mərkəzinin hə-
yata keçirilmiş layihələri;ortaya qoyulan sənədlər. Bilgi İnfrastrukturu matrisalar-
dan ibarətdir və onlar,problemlər və onların həll metodları arasında kəsişən əlaqə-
lər qururlar və onlar da əvəzində qərar qəbul etmə prosesi strategiyasını formalaş-
dırmağı asanlaşdırır və o da hər hansı təhlükəsizlik/TSİ probleminin həll edildiyi
zaman yardımçı olur.
Ustalıq Mərkəzinin həlledici elementlərindən biri, konfranslarda,redaksiya he-
yətində, NATO konfranslarında, SNT Konsorsiumunda,DCAF,CESS və başqa
beynəlxalq təşkilatlar və proqramlarda iştirakla qurulmuş Ekspert Şəbəkəsidir.
Əlbəttə expert qrupu işçi qruplarının və bilgi infrastrukturunun davamıdır. Ekspert
Qrupunun və Bİ-nun həlledici elementlərindən biri müxtəlif kurslar vasitəsilə bilik
vermək imkanlarıdır, o cümlədən,ADL(Advanced Distance Learning) yolu ilə.
Bu cür növ dəstəyin inkişaf etdirilməsi, qərar qəbul etmə və təhlükəsizlik sekto-
ru transformasiyasının həyata keçirilməsi üçün mühüm olduğu sübut olunmuş-
520
dur,xüsusilə də, mülki təhlükəsizlik sahəsində şəbəkə strukturlarının zəruri arxi-
tekturasının qurulması problemi ilə əlaqədar.
Geniş anlamda təhlükəsizliyin başa düşülməsinə nail olmaq üçün və birləşmiş
təhlükəsizlik sektoru kimi təhlükəsizlik təsisatlarının transformasiyasını planlaşdır-
maq üçün ən yaxşı yol çoxpredmetli/çoxmillətli tədqiqatlar vasitəsilədir. Kompyu-
ter şəbəkəsinin nəzəriyyə və praktikasında,arxitektural yanaşma ən yaxşı alət kimi
sübut olunmuşdur,bu cür alət təhlükəsizlik və təhlükəsizlik sektoru sahəsində dəyi-
şiklik idarəetməsi üçün tələb olunur.
Beynəlxalq səviyyədə,müdafiə təsisatları ilə mülki cəmiyyət qurumları arasında
uğurlu əməkdaşlıq modellərini aşağıdakıları analiz etməklə seçmək olar:
• Atlantik Əməkdaşlıq Assosiasiyası və müxtəlif ölkələrdə milli
Atlantik assosiasiyaları
• Müdafiə akademiyalarının və Təhlükəsizlik Tədqiqatları İnstitut-
larının SNT Konsorsiumu və onların işçi qrupları və illik toplantıları
• NATO elm Komitəsi və yeni yaradılmış Humanitar və Sosial Di-
namika Paneli və həmçinin,NATO-nun İctimai Diplomatiya proqramı
• Mülki cəmiyyəti təmiz inzibati təşəbbüslərə cəlb edən regionaı təş-
kilatlar
• Tam QHT fəaliyyətləri,məsələn,Qara Dəniz-Xəzər Dənizi Mülki
nəzarət Konsorsiumu.
Problemlər və İmkanlar
Mülki cəmiyyətlə müdafiə idarəetməsi arasında qarşılıqlı əlaqə və əməkdaşlıq
hər iki tərəfin yetkinlik səviyyəsindən asılıdır. Bu hər ölkənin daxili səylərindən
asılıdır,lakin beynəlxalq əməkdaşlıq çərçivəsində kənar dəstəklə irəliyə aparıla bi-
lər
498
.
Müxtəlif problemləri və imkanları ayırd etmək üçün,müdafiə sektorunun (təhlü-
kəsizlik sektoru) arxitekturasından və onun mülki cəmiyyət elementlərinin də daxil
olduğu mühitindən istifadə etmək yenidən faydalıdır. Bu arxitekturaya milli və
beynəlxalq elementlər daxildir. Müdafiə sistemləri ilə mülki cəmiyət arasında
əməkdaşlıq arxitekturasının analizi, səyləri hara fokuslandırmaq məlumatlılığı ilə
498
Velizar Shalamanov, “Progress and Problems in Security Sector Reform in Western Balkans: Is
there a Universal Solution?” pp. 51-66 in Security Sector Governance in the Western Balkans 2004,
Istvan Gyrmati and Scott Vesel (eds.) (Nomos Verlagsgesellschaft, Baden-Baden, 2004), p. 236.
521
nəticələnir. İndiki təcrübə, son 10 yeni NATO üzvlərinin müdafiə islahatı prosesi
zamanı öyrəndikləri təcrübələr zamanı ortaya çıxan aşağıdakı problemləri qeyd
edir:
1. Mühüm kadrlardan,xüsusilə də,xaricdə, NATO ölkələrində təhsil
almış mülki,istefada olan və xidmət edən kadrlardan ən yüksək səviyyədə
istifadə.
2. Daxili İşlər Nazirliyində islahat təxirə salınmamalıdır,daha çox
Müdafiə nazirliyinə fokuslanmalı və islahat gərginlik və müdafiə islahatına
mənfi münasibət yaradacaq.
3. Xüsusi xidmətlərdə islahatların təxirə salınması, təkcə təhlükəsiz-
lik sektorunda deyil,həmçinin siyasi,iqtisadi və digər sahələrdə də başqa
bütün islahatlara mənfi təsir edəcəkdir.
4. Məcburi çağırış xidmətini kənara qoyaraq silahlı qüvvələrin peşə-
karlaşdırılmasını sürətləndirilməli və paralel olaraq sayı ixtisar edilməli və
modernizə edilməlidir və paralel olaraq Ehtiyat və Mülki Qoruma qüvvələ-
ri qurulmalıdır.
5. Korrupsiya gərginliyi və idarəetmə təcrübəsinin olmaması üzündən
modernizasiyanın yaratdığı problemlər gündəmdə olan islahatın başqa tə-
rəflərini də korlayar.Bir çox ölkədə, digər arqumentləri və miqyası,regional
inteqrasiyanı hərbi alyansda iştirak etməyin nəticəsi kimi nəzərə alsaq,yeni
silah sistemləri təkcə ölkə daxilində əldə edilə bilmir.
6. Artıq avadanlığın,infrastrukturun və sursatların utilizasiyası mənfi
təsir yaradar, əgər onlar islahat səyləri arasında bölünməsə və ayrıca idarə
edilməsə.
7. Əgər Milli Müdafiə Sənayesində və müdafiə yönümlü Tədqiqat və
İnkişaf mərkəzlərində təhlükəsizlik sektoru islahatı və modenizasiya para-
lel olaraq getməsə,o cümlədən,eyni struktur dəyişikliyi, təkmilləşmə və
modernizasiya proqramları vasitəsilə,sosial problemlər yaranar, qanunsuz
silah ticarətinə gətirər və milli imkanların Avroatlantik birliyin birgə proq-
ramlarında istifadəsinin azalmasına gətirər.
8. Təhlükəsizlik məsələlərindəTəlim və Təhsil,xüsusilə də,hərbi təh-
sil və daxili təhsil sistemləri çox önəmlidir və əgər burada transformasiya
uğurlu olmasa və ya dəyişikliklər çox xaotik olsa nəticə də uzun müddətdə
mənfi olacaq.
Praktiki olaraq,yuxarıda deyilən bütün problemlər mülki cəmiyyət ilə müdafiə
təsisatları arasında əməkdaşlığın müvafiq qaydada aparılmasını tələb edir. Daha
sonra,müsbət dəyişiklikləri bir yerə yığmaq üçün regional əməkdaşlığa böyük ethi-
522
yac var, islahata köklənməyə,şübhə əvəzinə və resursları israf etmək əvəzinə və re-
gional əsasda onları təkrarlamaq əvəzinə birgə addımlara ehtiyac vardır. Regional
əməkdaşlıq mülki cəmiyyət dəstəklərsə uğurlu olur.
Yuxarıdakı problemlərin çoxu mülki cəmiyyət səviyyəsində intensiv regional
əməkdaşlıq vasitəsilə həll edilə bilər. Bu kontekstdə, Qara Dəniz-Xəzər Dənizi və
Demokratik Nəzarət Konsorsiumu misal çəkmək yerinə düşər. Konsorsium 2004-
cü ilin Noyabrın 27-də Kiyevdə Qara Dəniz və Xəzər Dənizi bölgələrindən təşkil
olunan səkkiz QHT-nin təşəbbüsü ilə(Azərbaycan, Bolqarıstan,Gürcüstan, Erme-
nistan,Moldova,Rumıniya,Türkiyə və Ukrayna) yaradılmışdır.Beynəlxalq Təhlükə-
sizlik və Strateji Tədqiqatlar Mərkəzinin fikrinə görə, bu addım müdafiə islahatı sa-
həsində bu cür mühüm bölgədə mülki cəmiyyətlərin şəbəkələrininn güclənməsində
yönəlmişdir.
Konsorsiumun məqsədləri və prioritetləri aşağıdakılardır:
• Regionda demokratik transformasiyaya dəstək yönündə QHT-lərin
bir yerə toplanması;
• Iştirakaçı ölkələrin demokratik nəzarət və regional təhlükəsizlik
üzrə mövqelərinin yaxınlaşması;
• Demokratik nəzarət səviyyəsi üzərində və milli və regional təhlü-
kəsizliyin vəziyyəti haqqında eyni metodologiya vasitələri ilə təsirli moni-
torinq sistemlərinin qurulması;
• Təhlükəsizlik Sektoru Yetginlik Modelinin hazırlanması və onun
üçün metodologiyanın işlənib başa çatdırılması;
• Iştirakçı təşkilatların və təsisatların Web site şəbəkələri qurması və
periodik jurnallar dərc etməsi;fəaliyyətlərin koordinasiyası və informasiya
mübadiləsi, o cümlədən, Konsorsiumun periodik “Demokratik Nəzarət və
Regional Təhlükəsizlik”jurnalının dərc edilməsi.
• Qara Dəniz –Xəzər Dənizi Virtual yayılan ADL Kollecinin
yaradılması.
Bu çox böyük təşəbbüsdür və onun uğuruna mülki cəmiyyətdə demokratiya və
inkişafın yetginliyinin göstəricisi kimi baxıla bilər. Bəzən bu cür təşəbbüslərin ye-
tişməsinə illər tələb olunur,xüsusilə də,kifayət qədər ilkin maliyyə və uğurları qiy-
mətləndirmə mexanizmləri olmadığı hallarda. Vaxtında başlamaq və mülki cəmiy-
yətlə müdafiə təsisatları arasında qarşılıqlı əlaqə və əməkdaşlıq üçün tələb olunan
ən yaxşı praktikalardan istifadə edərək irəli getmək çöx əhəmiyyətlidir.
523
Yekun
Uğurlu qarşılıqlı əlaqə və əməkdaşlıq, adamlardan,mədəniyyətdən və mövcud
təsisatlar,bilgi və informasiya sistemlərindən asılıdır.
Müdafiə təsisatları qurmaq vasitəsilə müdafiə idarəetmə sistemlərinin təkmilləş-
dirilməsi proqramları ilə paralel, mülki cəmiyyət təşkilatlarının(QHT-lər,elmi insti-
tutlar, media və iş adamları da daxil olmaqla)inkişafı üçün müvafiq layihələrin artı-
rılmasına ehtiyac açıq görünür, məqsəd hər bir vətəndaşın müdafiə strukturları ilə
əməkdaşlıq və qarşılıqlı əlaqə bacarıqlarının artırılmasıdır.
TSİ nisbətən yeni konsepsiyadır və keçid dövrü yaşayan ölkələrdə və münaqişə
sonrakı ölkələrdə çox populyardır
499
. Gedən qəti islahat proseslərinə görə,birinci
və ikinci mərhələ islahatları üzrə müzakirələr artıq başlamışdır. TSİ –nın ikinci
mərhələsi təsisatların fəaliyyətlərinin təkmilləşməsinə fokuslanmışdır və son məq-
səd tam inteqrasiya olunmuş təhlükəsizlik sektoru əldə edilməsidir. Ucüncü mərhə-
ləyə hazırlıq, hədəf modelini fikirdə tutmaqla erkən başlana bilər. Bu hazırlıq aşa-
ğıdakıların üzərində işləməklə həyata keçirilə bilər:
1. Konstitusiya məsələləri-Konstitusiyada Sılahlı Qüvvələr sözü Təh-
lükəsizlik Sektoru ilə əvəz edilsin.
2. Təhlükəsizliyə yeni baxış əsasında təhlükəsizlik strategiyası və vətən-
daşlara doğru yönəlmiş birləşmiş təhlükəsizlik sektoru inkişaf etdirilməsi.
3. Təhlükəsizlik sektorunun müxtəlif elementləri arasında ölkə,bölgə
və Avroatlantik səviyyədə qanunvericiliyin ahəngləşdirilməsi.
4. İnzibatçılıq qabiliyyəti və koordinasiya.Hökümətin Təhlükəsizlik
Şurası, birləşmiş təhlükəsizlik sektorunun birləşmiş orqanı.
5. Birləşmiş Əməliyyatlar-planlaşdırma,təlim və fəaliyyət.
6. Birləşmiş Dəstək-planlaşdırma,imkanlar qurulması və təminat.
7. Çoxmillətli birliklər-imkanlar və regionun prioritetlərinə doğru yö-
nəlmiş potensial və tapşırıqlar.
Elə ya belə,bu məsələlər,müdafiə islahatının sosial cəhətlərindən əlavə, mülki
cəmiyyətlə müdafiə institutları arasında qarşılıqlı əlaqənin mərkəzində durur. Bir
tərəfdən,bu sahələr milli məsuliyyət sahələridir və çox hallarda,təmiz hökümət işi
sayılır,lakin digər tərəfdən bu sahələr geniş cəmiyyət maraqlarını təmsil edir və
onların çoxu haqqında müttəfiqlər və regional tərəfdaşlarla məsləhətləşmələr olma-
dan sadəcə ölkə səviyyəsində qərar verilə bilmir. Bu ona görə ki:
499
Alan Bryden, Heiner Hanggi (eds.), Reform and Reconstruction of the Security Sector, LIT:
Munster, 2004, p. 275.
524
1. Təhlükəsizlik regional məsələ olduğundan, o, həm də ABŞ-ın həl-
ledici rolu ilə bərabər Avro-Atlantik məsələdir- Cənubi Şərqi Avropa-
da,Qara Dəniz-Xəzər Dənizi ,Orta Asiya və geniş Yaxın Şərqdə Rusiyanın
nüfuzu nəzərə alınmalıdır.
2. İnkişafın ölçüləri oxşar tarixi yolu və məqsədləri olan ölkələr ara-
sında müqayisəli analizə əsaslanır.
3. Bilik və bacarıqların Cənubi Şərqi Avropadadan Qara Dəniz və
Xəzər Dənizi bölgəsinə və Orta Asiyaya ötürülməsi azadlıq və demokrati-
ya zonasının genişləndirilməsi üçün və təhlükəsizliyin ən yaxşı yolla təmin
edilməsi üçün həlledici ideyadır.
4. Kiçik ölkələr özlərinin milli təhlükəsizlik sektorunun təsirli proq-
ram idarəetməsi və inkişafı üçün regional inteqrasiyaya ehtiyac duyurlar-
xüsusilə də,Təhsil və Təlim sahəsində,elmi tədqiqat məsələlərində, moder-
nizasiya,infrastruktur qurulmasında və müttəfiqlik fəaliyyətlərində.
5. Çoxmillətli birliklər təkmilləşmiş beynəlxalq əməkdaşlıq və tran-
satlantik əlaqələrin gücləndirilməsi üçün və həmçinin, təhülkəsizlik sekto-
runun inteqrasiyası üçün önəmlidir .
6. Təhlükəsizlik infrastruktur üçün və tərsinə olaraq şərtdir. İnfras-
truktur, Qara Dəniz və Xəzər Dəniz bölgəsi inkişafı üçün həlledicidir.
7. Qara Dəniz və Xəzər Dənizi Konsorsiumu,TSİ Mərkəzi və Ustalıq
Mərkəzi şəbəkələri, transformasiyanın irəli getməsində mühüm rol oyna-
yırlar və onların əməkdaşlığı Adriatik Çarter üzvü olan ölkələrin NATO-ya
inteqrasiyasına,SNT Şərqə Doğru proqramının təkmilləşməsinə və həmçi-
nin,bilik və bacarıqların Yaxın Şərq və Qara dəniz və Xəzər Hövzəsi ölkə-
lərinə ötürülməsi üçün mühüm addımdır.
Bu baxımdan, TSİ üzrə Qara Dəniz və Xəzər Dənizi Mərkəzi yaradılması üçün
təşəbbüs formalaşdırıla bilər(Təhlükəsizlik və İnteqrasiya Mərkəzi). Ən Yaxşı nü-
munə Silahlı Qüvvələr üzərində Demokratik Nəzarət üzrə Cenevrə Mərkəzidir. Bu
mərkəz dövlət –özəl münasibətləri üzərində Hökümətlə QHT arasında qurula bilər
və dəyişiklik idarəetməsi və cəmiyyətin iştirakı ilə təhlükəsizlik sektorunun tran-
sformasiyasına fokuslana bilər.
Mərkəzə daxil ola bilər:idarəetmə;tədqiqat bölməsi və tədqiqatçılar şöbəsi, baş-
qa yerlərdə təlim üçün mobil təlim qrupları; Konsorsium üçün İT bölməsi; uyğun
məlumat bazası ilə təmin olunmuş kitabxana(beynəlxalq Jurnal) ilə öyrənmə, kon-
frans və şəbəkə dəstəkləyici komandalar; və texniki işçilər. Bu o deməkdir ki, bu
mərkəz tədqiqat/öyrənilmiş təcrübələr,şəbəkələr qurmaq,təlim, İT idarəetmə və bi-
lik idarəetməsi kimi işləri dəstəkləmək üçün orqan olacaqdır.
525
Bu cür struktur,regional səviyyədə mülki cəmiyyətlə hökümət arasında qarşılıqlı
əlaqə və əməkdaşlığı irəli apararaq birbaşa müdafiə islahatı və təsisatlar qurmağa
dəstək olar.
Müdafiə təsisastları qurulması və mülki cəmiyətin inkişafı arasında tarazlığın
saxlanması, onlar arasında effektiv əməkdaşlıq və qarşılıqlı əlaqə üçün ilkin şər-
tdir. Və hətta mülki cəmiyyətin prosesdə iştirakı olmadan,daha təsirli müdafiə insti-
tutlarının inkişafı da mümkün deyil. Yalnız mülki cəmiyyət təşkilatlarının iştirakı
vasitəsilə,mülki təhlükəsizlik və birləşmiş təhlükəsizlik sektoru konsepsiyasının ye-
rinə yetririlməsi mümkündür. Regional əməkdaşlıq qurulması və ümumi isnad mo-
dellərindən istifadə uğur qazanmaq üçün həlledici alətlərdir.
Dostları ilə paylaş: |