Müdafiə Təsisatları ilə Mülki Cəmiyyət Arasında Qarşılıqlı Əlaqə
Yuxarıda deyildiyi kimi,şəffaflıq müdafiə təsisatları ilə mülki cəmiyyət arasında
istənilən dəyərli qarşılıqlı əlaqənin açarıdır-və o müdafiə islahatının uğuru üçün ye-
ganə ən mühüm amildir.
Bir çox səbəblərə görə,şəffaflıq mühitinin formalaşdırılması prosesi çox çətindir
və onların bir neçəsi aşağıdakılardır:
• Qanunvericilikdə,idarəetmə mədəniyyətində və sosial münasibət-
lərdə qalan miras;
• Təhlükəsizlik sektoru heyətinin cidd ivə yaxşı təşkil olunmuş(pe-
şəkar) müqaviməti
• Kənar təcrübənin olmaması;
• Dərin beynəlxalq əməkdaşlığın qarşısını alan sektorun həssaslığı
• Bir tərəfdən, yeni seçilmiş hökümətlər üçün resurs idarəetmə alət-
lərinin və resursların olmaması və geniş miqdarda “qeydiyyata alınmamış”
resursların təhlükəsizlik sektorunun əlində olması.
Şəffaflıq ən azı aşağıdakı səbəblərə görə əhəmiyyətlidir:
508
• Təhlükəsizlik sektoru məsələləri üzrə savadlı ictimai debatlara nail
olmaq üçün şəffaflığın olması yeganə yoldur və nəticədə ictimai dəstək də
alınır;
• Şəffaflıq öz-özünə məqsəd deyil, o,təhlükəsizlik sektorunda “təh-
lükəsizlik və stabillik”əldə etmək üçün alətdir və sübutdur ki, o demokra-
tik ölkənin vətəndaşları üçün işləyir, yəni onlar büdcə üçün vergi verir-
lər,başqa kimdən ötrü isə yox;
• Şəffaflıq korrupsiyaya,qanun pozuntusuna,milli maraqların və hətta
daha çox,vətəndaşların maraqlarının qorunmasına yönəlik ən yaxşı alətdir;
• Şəffaflıq mülki-hərbi münasibətlərin əsasını təşkil edir və NATO
və AB-ə inteqrasiyanın həlledici tələbidir.
Bizim dövr aldığımız cəmiyyətdə çoxlu problemlər vardır, çünki:
• Keçmiş hərbi və təhlükəsizlik sistemində məxvilik səviyyəsi;
• Təhlükəsizlik sektoru heyətinin cəmiyyətdən kaste kimi çox uzaq-
da durması;
• Təhlükəsizlik sektoru məsələləri üzrə kənar təcrübənin olmaması;
• Keçid dövründə resurslar problemi-çoxlu “qeydiyyata alınmamış”,
legitim idarəetmə orqanlarının nəzarət etməli olduğu, amma gizlədilmiş
resurslar vardır;
• Keçmiş Sovet İttifaqı gizli xidmət və texnologiyasından böyük ası-
lılıq;
• Sosial problemlərin çox olması ucbatından təhlükəsizlik sektorun-
dan diqqətin yayınması;
• Təhlükəsizlik xidməti işçilərinin keçid dövründə həlledici siyasi və
iqtisadi vəzifələrə sızması;
• Təhlükəsizlik və müdafiə mühitində və siyasi sahədə tranformasi-
yanın çox qısa zaman ərzində dərinləşməsi;
• Müasir informasiya texnologiyası sahəsinn aşağı səviyyəli tətbiqi;
• Təhlükəsizlk sektoru sahəsində hədsiz konservativ təhsil sistemi.
Şəffaflıq ən azı üç səviyyədə əldə olunmalıdır:
• Müdafiə siyasəti və onun yerinə yetirilməsi haqda informasiya;
• Resursların idarəetməsi və xüsusilə də,kadrların/büdcələrin idarə-
etməsi;
• Alqı-satqı və təhcizat prosesi və xüsusilə də uzun müddətli proq-
ramlar.
509
Şəffaflıq müvafiq qanunvericilik tələb edir və bu qanunvericilik aktıarını yerinə
yetirmək üçün də strukturlar tələb edir,xüsusilə də, mülki nəzarət və parlament nə-
zarəti. Lakin indiki dinamik mühitdə iki amil,yaxşı təhsil almış adamlar və müasir
informasiya sistemləri uğur üçün həlledici rol oynayır.
Təcrübə göstərir ki, əgər bürokratiya yetgin deyilsə və müasir administrasiyanı
yaşatmaq üçün müvafiq şəkildə qurulmayıbsa,şəffaflığı da əldə etmək çətin olur- o,
savadlı adamlar tərəfindən yerinə yetirmək üçün,İT ilə dəstəklənən,siyasi rəhbərlik
və nəzarət tərəfindən idarə olunan aydın qaydalar və strukturlar tələb edir. Buna
görə də,şəffaflığın təminat altına alınması asan deyil. Bu bir addımlı proses deyil.
Paralel olaraq, qanunvericilikdə,təhsildə və müasir informasiya sistemıləri qurmaq-
da bacarıqlı olan adamların seçilməsində səylər olmalıdır.
Ona görə də,məqsəd,şəffaflığın bu optimal səviyyəsini tapmaq və onun obyek-
tiv yolla saxlandığına təminat verməkdir.Ona görə də, informasiyaya çıxışla bağlı
son sözü söyləmək mümkün deyil,qaydalar səmərəli surətdə yerinə yetirilməli və
adminitrasiya,cəmiyyət və biznesin maraqları arasında tarazlığın nəticəsi olmalıdır
və onlar təsirli vasitələrlə informasiya istəməli və almalıdırlar. Bu o deməkdir ki,
şəffaflıq administrasiyanın səmərələlik səviyyəsi kimi və mülki cəmiyyət və bizne-
sin məmnunluq dərəcəsi kimi ölçülməlidir. Administrasiya səmərəli işlədiyi zaman
və eyni zamanda, mülki cəmiyyət və biznes administrasiyanın fəaliyyətindən
məmnun olduqda şəffaflıq da düzgün yolda olur. Bu o zaman ölçülə bilir ki,hər üç
element sərbəst olur-bu o deməkdir ki, administrasiya,biznes və mülki cəmiyyət
bir-birindən birbaşa asılı deyil və ya onlar bir-biri üzərində üstünlük təşkil etmir.
Ona görə də, sadəcə qanunvericilik aktları və xoş arzular şəffaflıq üçün kifayət et-
mir –bu nə isə adamlar qrupu arasında və informasiya ilə bağlı fenomendir. Ona görə
də,təhsil/mədəniyyət və informasiya texnologiyası tətbiqi,qanunvericiliklə şərtləndiri-
lən şəffaflığın müəyyən optimal səviyyəsinə nail olmaq üçün çox əhəmiyyətlidir.
Qanunvericilik aktları birinci olsa da,düşünmək lazım deyil ki, bu avtomatik
olaraq şəffaflığa aparacaqdır.Sual vermək də insanların işidir və təhlükəsizlik siya-
səti barədə,onun yerinə yetirilməsi,resursları, səmərəliliyi və məhsuldarlığı haqqın-
da məlumat almaq da cəmiyyətin legitim hüquqlarıdır və təhlükəsizliyi təmin etmə-
yi və onun faydasından yararlanmağı da ancaq insanlar özləri qəbul edirlər.
Təəssüf ki,insanlar bir gün ərzində dəyişə bilməz və ya yenidən təhsil ala bil-
məz və mədəniyyət hətta on il ərzində dəyişə bilməz. Və hətta biz insanlara təhsil
versək və ya ən azı hazırlıq keçsək və biz onlardan uyğun surətdə istifadə etməsək
şəffaflıq baş tutmayacaq.Təhsilin özü çox mürəkkəb məsələdir və keçid dövründə
bu məsələ paralel yanaşmalarla həll edilə bilər:
• Xaricdəki nüfuzlu institutlarda oxumaq üçün tələbələr göndərməli-
bu praktika 1992-ci ildən başladı və indi ABŞ,Böyük Britaniya, Fransa,
Almaniya,Niderlandiya,Yunanıstan,Türkiyə,ispaniya,İtaliya,İsveç-
510
rə,Avstriya və NATO ilə geniş beynəlxalq təhsil və təlim proqramları var-
dır;
• Beynəlxalq əməkdaşlığın,birgə layihələrin alətlərindən istifadə
edərək, təhsil sisteminin milli təhlükəsizlik sektorunda dərin islahatlar baş-
lamalı, xaricdə təhsil almış müdavimlərdən müəllim kimi və “müəllimlərə
təlim” proqramlarında istifadə etməli, Hərbi Ştab Kollecində Müdafiə Milli
Təhlükəsizlik və Müdafiə Fakultəsi bu sahədə yaxşı nümunədir.
• Yeni qaydalara,yeni texnologiyalara fokuslanmış qısa müddətli tə-
lim kursları təşkil etməli(dil kursları bu sahədə ən mühüm məsələdir)-Qar-
şılıqlı Uzlaşma Mərkəzi bu istiqamətdə sadəcə ilk addımdır;
• Yüksək standardları təminat altına alan təsdiq prosesi və irəliləyi-
şin ölçülməsi bu istiqamətdə ən mühüm elementdir.
Səmərəli hazırlıq,seçim və rütbə artırmaq prosesi hər şeydən öncə şəffaflıq tələb
edir. Bu şəffaflığın ikinci səviyyəsini, resurs idarəetməsini zəruriləşdirir,xüsusilə
də, kadrların idarə olunmasının səmərəli olmasını. Buna görə də, qanunvericilik-
dən sonra şəffaflığın ikinci dayağı kadr siyasəti ilə bağlıdır.
Qanunvericiliyin və digər normativ aktların yerinə yetirilməsini və islahat ruhu-
nu və şəffaflığı obyektiv əks etdirən kadr siyasətinin özü şəffaflıq üçün əlverişli
mühit yaradır. Şəxsi ehtiyacları təşkilatın maraqlarından üstün tutan “dostluq” və
şəxsi əlaqələr üzərində qurulan kadr siyasəti şəffaflığa olan ümidləri təhlükə altında
qoyar. Şəffaflığa yönələn ən ciddi təhlükə,peşəkar bacarıq və təcrübənin olmaması
və ictimai resursların ədalətsiz olaraq şəxsi mənfəətlər üçün istifadə olunmasıdır.
İndiki dövrdə,bu keçid dövrünün iki ən əhəmiyyətli özəlliyi sürət və komplek-
slikdir. Müasir informasiya texnologiyası olmadan,hətta qəbul edilən qərarları izlə-
mək belə olmur ki, onları analiz edəsən və sinxronlaşdırasan,hətta daha irəli getsək
nəzarət və hakimiyyət mexanizmləri qurasan.
Hətta daha yaxşı təhsil almış və ruhən bi işə girişmiş adamlar da, gizli informa-
siyaların qorunması haqqında qaydalara riayət edərək, “ictimai istifadə üçün dərc
etməyə”, “real zaman rejimində” məlumatlar mübadiləsi aparmağa səmərəli sistem
olmadan şəffaf mühit üçün əlverişli şərtlər təmin edə bilmirlər.
Proseslərin yenidən təşkili və optimallaşdırılması,şəffaflığın cəhətləri daxil,işə
salınmadan müasir informasiya texnologiyasının tətbiqi heç nəyi həll etmir. İnfor-
masiya resurslarının idarəetməsinin özü uğurla həyata keçirilə bilən çətin proseslər-
dən biridir.
Eyni zamanda,şəffafıq üçün informasiya texnologiyasının rolu təhsilli kadrlar
məsələsini yenidən gündəmə gətirir-ancaq müəyyən səviyyədə kompyuter savadı
olan adamlar yeni texnologiyanın yaratdığı mühitdə işləyə bilər və imkanlardan ya-
rarlana bilər.
511
Bu o deməkdir ki,şəffaflığın üçüncü pilləsi qanunvericilik,kadrlardan sonra İT-
dir,lakin onun tətbiqi qanunvericilik və təhsilli kadrlardan asılıdır. Beləliklə,qanun-
vericilik aktları,kadrlar və İT sistemlərini tarazlaşdıraraq şəffaflığın optimal səviy-
yəsi təmin edilə bilər. İctimai xəbərlərə çıxış,özəl məlumatların qorunması, məxvi
məlumatların qorunması üçün üç başlıca qanun mövcuddur və onlar hakimiyyət,
mülki cəmiyyət və biznes dairələri arasında tarazlıq yaratmaq üçün əsas yaradır. Bu
üç qanunun maddələrini həyata keçirmək üçün informasiya resursları idarəetməsi
üzrə qanun lazımdır.
Şəffaflıq sübut etməlidir ki,təhlükəsizlik sektorunda da təhlükəsizlik tədbirləri
lazımdır və “informasiya azadlığı” ilə “informasiyanı qorumaq” arasında tarazlıq
vacib məsələdir. Əlbəttə,müxtəlif istifadəçilərin informasiyaya çıxışı da müxtəlif-
dir,“gizlilik” səviyyəli informasiyalar üçün ayrı və “hamının bilmək istədiyi”infor-
masiyalar üçün də başqa kriteriyalar vardır. Həssas informasiyanı qorumaq,infor-
masiyanın dürüstlüyünü təmin etmək,müxtəlif kateqoriyalı istifadəçilər üçün infor-
masiyaya rahat çıxış əldə etmək və bu çıxışın “etibarlılığını” təmin etmək üçün tex-
niki həll yollarını tapmaq İT mütəxəssisindən asılıdır.
Daxili və ictimai şəkillə bağlı daha bir cəhət də vardır. Sadəcə, ictimai şəkil da-
ha az məlumatlı, az ümumiləşdirlmiş ola bilər, lakin azdırıcı,çaşdırıcı və qeyri-mü-
əyyən olmaz. Və siyasətçilər təhlükəsizlik sektorunun daxili şəklinə uyğun olan ic-
timai şəkilin müəyyən edilməsində məsuldurlar.
Keçid dövründə əsas problem keçmişdən qalan mirasları nə qədər mümkünsə
tezliklə aradan qaldırmaqdır,çünki bir qayda olaraq,onlar şəffaflıq səviyyəsi yüksək
olmalı gələcək üçün problemlər yaradır və o dövrün şərtlərinə uyğun gəlmir. Bu
dövrdə,bir qayda olaraq təhlükəsizlik sektorundan kənarda olan sahələr yaranmış
yeni reallıqda daha tez təcrübə toplayır və mülki cəmiyyətlə daha yaxın tərəfdaşlıq
və daha çox şəffaflıq və iş birliyi təhlükəsizlik sektorunun rəhbərliyi üçün həyati
əhəmiyyət daşıyır. Bu dövrdə,qanunvericilikdə radikal dəyişikliklər edilməlidir və
təhsil almış yeni adamların işə qəbul edilməsi və müasir informasiya texnologiyası-
nın intensiv olaraq tətbiq edilməsi təhlükəsizlik sektorunda şəffaflığın artırılması
və dəyişikliyin getməsi üçün vacibdir. Bir qayda oalraq, müəyyən vaxtdan sonra
yeni konsepsiyalar həyata keçiriləndə və sistem daha sabit dövrə qədəm qoyanda
şəffaflıq səviyyəsi aşağı düşəcək,çünki cəmiyyətin və biznes dairələrinin marağı
aşağı olacaq.
Şəffaflığı təmin etməyin çoxlu çətinliklərinə baxmayaraq,bu xüsusi səylər edil-
mədən əldə olunmayacaq. İş səylərə və resurslara gəldikdə strategiyanın olması
vacibdir. Şəffaflığın təkbaşına rəhbərlik və ya mülki cəmiyyət və işgüzar dairələr
tərəfindən əldə olunmasının mümkün olmadığını söyləmək vacibdir. Çoxlu sayda
subyektlərin kompleks şəkildə yanaşması və koordinasiyalı addımlar atması tələb
olunur.
512
QHT-lərin rolu qiymətləndirilməlidir.Təhlükəsizlik sektorunda şəffaflıq səviy-
yəsinin illik nəzərdən keçirilməsi və qiymətləndirilməsi praktikası, müdafiə və təh-
lükəsizlik siyasəti müəyyənləşdirilməsi,həyata keçirilməsində,resursların idarəet-
məsi və büdcə ayrılması sahəsində və xüsusilə,təhcizat və satınalmalar sahəsində
konkret halların analiz edilib qiymətləndirilməsi şəffaflıq mədəniyyətinin inkişaf
etdirilməsinə böyük dəstək olar
491
. Hətta daha çox- bu cür mədəniyyətin güclənmə-
si üçün güclü alət kimi,şəffaflıq praktikalarını analiz edən beynəlxalq layihələrdən
istifadə oluna bilər. Belə başa düşülür ki,məxvilik o adamlar tərəfindən müdafiə
olunur ki, onlar öz qonşu ölkələrində baş verən fəaliyyətlərinin məxviliyini önə
çəkirlər.
Şəffaflıq,xüsusilə də keçid dövrlərində,ması dəyişikliyi dəstəkləmək üçün cox-
lu sayda biznes fəaliyyətinə ehtiyac olduğu zaman iş dünyasına transformasiyaının
imkanlarından istifadə etməyə kömək edə bilər. Ona görə də, biznesin və biznes
birliklərinin rolu şəffaflıq mədəniyyətinin artması üçün çox əhəmiyyətlidir.
Atılması çoxlu addımlar var və bir çoxu paralel surətdə olmalıdır:
• Təhlükəsizlik sektorunun dəqiq tərifi, missiyaları, səlahiyyətləri,
resursları, idarəetmə sistemi;
• Peşəkarlar birliyi yaradılması-mülki və hərbi;
• Təhlükəsizlik sektoru haqqında ictimai məlumatlılıq yaradılması,
onun verdiyi məhsul nədir və nəticələr əldə etmək üçün resurslardan necə
istifadə olunur;
• Təhlükəsizlik sektoru məsələləri üzrə ölkə boyu müvafiq təhsil ve-
rilməsi;
• Təhlükəsizlik sistemi idarəetməsi üçün müasir informasiya sistem-
lərinin təmin edilməsi;
• Cəmiyyətin təhlükəsizlik sektoru debatlarında iştirakının institut-
laşdırılması,o cümlədən,QHT və biznes təşkilatları vasitəsilə;
• Ölkə və beynəlxalq səviyyələrdə şəffaflıq praktikalarının təşviq
edilməsi.
Müdafiə rəhbərliyi və mülki cəmiyyət arasında şəffaflıq,hesabatlılıq və cavab-
dehlik mühiti əsasında qurulan qarşılıqlı əlaqə çoxüzlü ola bilər:
• MN və Hökümət –QHT-lər,elmi sahələr,iş dünyası və media;
• Parlament-QHT, elmi sahələr,iş dünyası və media;
491
Velizar Shalamanov, Lyubomir Ivanov, Petya Dimitrova, NATO Membership Readiness Indicator
(Sofia: George C. Marshall-Bulgaria with the Atlantic Club in Bulgaria, September 2001), p. 36.
513
• Mülkilər və MN-də hərbçilər;
• MN və Hökümət-Parlament;
• Müdafiə rəhbərliyi məsələlərində QHT-lər,biznes,media,elmi insti-
tutların özləri arasında;
• Milli hökümət-beynəlxalq təşkilatlar;
• Regional əsasda mülki cəmiyyət təşkilatları arasında.
Şəffaflıq,mülki cəmiyyətlə müdafiə idarəetmə təsisatları arasında sadəcə yeganə
və hətta ən mühüm ilkin şərtdir. Şəffaflığın özü qanunla möhkəmlənməlidir,lakin
daha əhəmiyyətlisi,əməkdaşlıq üçün uğurlu modellər qurulmasıdır və onların qa-
nunvericilik aktlarına köcürülməsidir.
Əməkdaşlıq modellərinin nüvəsində müdafiə idarəetməsi,mülki cəmiyyət və
əməkdaşlıq üçün müəyyən edilmiş qarşılıqlı əlaqələrin aydın arxitekturası durur.
Əməkdaşlıq modelləri, müdafiə sektorunda yaxşı idarəçiliyin konkret məqsədləri-
nin əldə edilməsində bu mühitdən necə istifadə olunacağını müəyyən edir.
Mülki Cəmiyyətlə Müdafiə Təsisatları arasında Əməkdaşlıq Modelləri
Müxtəlif ümumi əməkdaşlıq modelləri mövcuddur-tam mərkəzləşmiş(cəmiyyət
parlamentə,Parlament Hökümətə,Hökümət Hərbi Ştaba) modellərdən başlayaraq
tam mərkəzsizləşdirilmiş modellərə qədər,yəni burada mülki cəmiyyətin hər bir
elementi,müdafiə strukturlarındakı istənilən elementlə birbaşa əməkdaşlıq edə bi-
lər.
Əlbəttə optimal model hardasa bunların arasında yerləşir və beyində, müdafiə
təsisatları,mülki cəmiyyət elementləri və ölkədə əməkdaşlıq mədəniyyəti ilə bağlı
müəyyən yetkin səviyyəyə çıxaraq, məhsuldarlıqla mülki nəzarət arasında tarazlıq
əldə edilməsi optimallaşdırıla bilər.
Mülki cəmiyyətin rolu ideyalar irəli sürmək və şəffaflıq,hesabatlılıq və cavab-
dehlik tələb etmək və həmçinin,Hökümətdə islahatçıların səylərini dəstəkləməkdir.
Bolqarıstandakı TSİ Koalisiyasının nümunəsi,təhlükəsizlik sektorunda irəliləyişi
qiymətləndirmək və parlament fəaliyyətləri mexanizmləri vasitəsilə vəziyyəti yax-
şılaşdırmaq məqsədilə tövsiyələr verməklə hər dörd aydan bir parlamentə hesabat
hazırlamaq idi
492
. Bu qrup iki aydan bir təhlükəsizlik mühitini yaxşılaşdırmaq üçün
yaxşı ideyaları və təhlükəsizlik və müdafiə üçün lazımı dəyişiklikləri geniş mənada
müəyyənləşdirmək üçün “Təhlükısəzlik Müşahidəsi: Təhlükəsizlik Problemləri və
TSİ” xəbər bülleteni dərc edir. Açıq mühazirələr, dəyirmi masalar və seminarların
492
V
elizar Shalamanov, Lyubomir Ivanov, Petya Dimitrova, NATO Membership Readiness Indicator
(Sofia: George C. Marshall-Bulgaria with the Atlantic Club in Bulgaria, September 2001), p. 36.
514
rəsmi təqdimatı bu ideyaların siyasi və idarəetmə təsisatlarına çatdırılmasına kö-
mək edir.
Dəyərli dəstək və faydalı fikirlər ortaya qoyulmasında həlledici rol, ehiyatda
olan zabitlər və zabit olmayan serjant və gizirlərdən ibarət birliklər oynayır,lakin
onlar kommunist dönəmində yaranmış və demokratik dəyişikliklərdən sonra
NATO ölkələrində təlim/təhsil keçmişlər. Bolqarıstan üçün ən yaxşı nümunə Əla-
həzrət Hərbi Məktəb Müdavimlərinin Birliyidir(1944-dən öncə yaradılmış hərbi
akademiya) və ehtiyatda olan zabitlərin birliyi”Atlantik”-dir-Qərb ölkələrindəki
kollec/kurslarda oxumuş Atlantik/Transatlantik yönümlü əməkli zabitlərin keçən il
yaradılmış birliyidir. Müdafiə təsisatları və bu birliklər arasında həlledici əməkdaş-
lıq köklü dəyərlərin təşviq edilməsi vasitəsilə həyata keçirilir-ölkənin hərbi tarixin-
dən başlayaraq ümumi Atlantik dəyərlərinə qədər.
Müdafiə təsisatları ilə elmi sektor modeli əməkdaşlığı,elmi metodların qərar qə-
bul etmə proseslərinə tətbiq edilməsi və xüsusilə də,təhlükəsizlik sektoru islahatı-
na,tranformasiyasına və xüsusən də qüvvələrin modernizasiyasına hərtərəfli yanaş-
ma təmin etməkdən ibarətdir. Bolqarıstan Elmlər Akademiyasında Milli Təhlükə-
sizlik və Müdaafiə Tədqiqatları mərkəzinin təsis edilməsi və Təhlükəsizlik siyasəti
və TSİ haqqında Sofiya Universitetində və başqa digər universitetlərdə kurslar təş-
kil edilməsi Bolqarıstanın qonşularının öyrənməli olduğu nümunələrdir. Xatırlan-
malı digər yaxşı nümunə əhalinin və infrastrukturun qorunması sahəsində yaradıl-
mış Hökümət nəzdində Milli Elm Koordinasiya Komitəsidir. Onun yeddi ekspert
qrupu nüvə,bioloji və kimyəvi silahlardan qorunmaqdan başlamış,seysmik/hidroloji
tədqiqatları da daxil omaqla birləşmiş fövqaladə idarəetmə sistemlərinin mühüm
inkişaf və infrastrukturunu qorumağa qədər məsələləri əhatə edir. Hökümət tərəf-
dən rəhbərliyi nazir Husmenova aparır və akademiya tərəfdən isə akademik Sabot-
nov bu işlərə rəhbərlik edir və Müdafiə Nazirliyini,Daxili İşlər Nazirliyini və həm-
çinin,xüsusi xidmətləri əhatə edən bu əməkdaşlıq yaxşı əməkdaşlıq nümunəsidir.
Biznes dairələri,resursların idarə olunmasında ən yaxşı təcrübələri müdafiə
strukturları ilə paylaşmaqla,qeyri-hərbi autsorsinq fəaliyyətləri istəməklə, moderni-
zasiya işlərində ofset əməliyyatları aparmaqla və döyüş əməliyyatları zonasında
münaqişədən sonrakı yenidən qurma işlərində tərəfdaş olmaqla müdafiə strukturları
ilə əməkdaşlıq edirlər. Yaradılmış BENS Assosiasiyası iş verən təşkilat kimi təhlü-
kəsizlik sektoru təsisatlarını dəstəkləyir. Ölkələr arasında informasiya mübadiləsi
baxımından bu yaxşı nümünədir.BENS-Bolqarıstan,ABŞ BENS-in təcrübəsini da-
vam etdirir və əməkdaşlıq üçün yeni mühit yaradaraq yeni Amerka Ticarət palatası
və yerli biznes assosiasiyaları ilə yaxından əməkdaşlıq edir. Müntəzəm görüş-
lər,konfranslar,seminarlar formasında, inkişaf üzrə müzakirələr aparmaq üçün qo-
naq çıxışçılar dəvət etməklə və tövsiyələrlə tamamlanan xüsusi hesabatlar təmin
etməklə əməkdaşlıq edilir.
515
Ölkədaxili və xüsusilə də,beynəlxalq məsləhətçilər,şəffaflığı daha da artıran və
yeni alternativlərin hazırlanmasına bacarıq və təcrübə mənbələri ilə təmin edən di-
gər əməkdaşlıq modelləri və həmçinin,qərar vermə prosesində tərəflər arasında da-
ha yaxşı anlaşma yolları təklif edirlər. Onların təklif etdiyi əməkdaşlıq modeli ney-
tral,ekspertlər üzərində qurulmuş qərar vermə yanaşmasıdır, eyni zamanda onlar
elmi dairələrin,QHT-lərin və biznes təşkilatlarının fəaliyyətlərində də iştiraklarını
davam etdirirlər.
Medianın müdafiə təsisatları ilə əməkdaşlığı önəmli məsələlər üzrə araşdırmalar
aparıb cəmiyyətə təqdim etmək və cəmiyyəti müdafiə sahəsində gedən proseslərlə
müxtəlif müdafiə təşkilatlarının ictimaiyyətlə əlaqələr idarələri ilə daimi əlaqə sax-
lamaqla müntəzəm surətdə məlumatlandırmaqdır(yerli,ölkə səviyyəsində və Avro-
Atlantik məkanda). Media müxtəlif müdafiə təsisatları,elmi və QHT sektoru,biznes
və cəmiyyət arasında vasitəçi kimi hərəkət edir və şəffaflığı artırmağa xidmət edir
və müxtəlif alternativlər üzrə debatlar təşkil edir.
Müxtəlif funksional sahələrdə müxtəlif əməkdaşlıq modelləri həyata keçirilmiş-
dir və onların qarşılıqlı əlaqə və yaxşı praktikalarının miqyasını bilmək üçün aşağı-
da göstərilmişdir.Mülki cəmiyyət,müdafiə sektorunun uğurlu transformasiyası və
təsirli işləməsi üçün həlledici element sayılır.Özünün müxtəlif təşkilatları ilə və
müdafiə idarəetmə təsisatları ilə qarşılıqlıı əlaqə və iş metodları ilə,mülki cəmiyyət,
müdafiə strukturlarının bütün əsas funksiyalarında iştirak edir və ən önəmlisi mülki
nəzarət və analiz və qiymətləndirmələr üçün formatlar təmin edir.
Mülki Cəmiyyətin Təhlükəsizlik Siyasəti Formalaşmasında İştirakı
Dostları ilə paylaş: |