1 Willem F. van Eekelen



Yüklə 4,6 Mb.
Pdf görüntüsü
səhifə61/65
tarix24.04.2017
ölçüsü4,6 Mb.
#15630
1   ...   57   58   59   60   61   62   63   64   65

 

Qanunvericilik Sahəsi 

 

Bu kitab boyunca gedən ümumi xətt onu göstərir ki, demokratik ölkələrin qə-



bul edəcəyi, vahid, ən yaxşı model üçün universal resept yoxdur,xüsusilə də, o öl-

kələr üçün ki, onlar keçmişdə hansısa formada avtoritar olmuşlar. Bütün bunları 

fikrində saxlayaraq,Born,mülki-hərbi münasibətlər üzrə demokratik ölkələrdə ya-

zılmış materiallardan istifadə edərək,o nəticəyə  gəlir ki, silahlı qüvvələr üzərində 



 

536


səmərəli parlament nəzarəti olmadan heç bir dövlət əsil demokratik ölkə sayıla bil-

məz. Daha geniş surətdə,qanunvericilər aşağıdakılara malik olmalıdırlar:icra orqan-

larını hesabatlı tutmaq üçün qanuni sələhiyyətə,nəzarət həyata keçirmək üçün baca-

rığa və eyni zamanda parlamentarlar hökümət hesabatlılığı haqqında ciddi mövqe-

yə sahib olmalıdırlar. 

Keçid dövrü yaşayan ölkələrin silahlı qüvvələr üzərində demokratik nəzarətinin 

əsas strukturlarını qurmağa kömək edən strukturu hazırlayaraq,qanunvericilər icra or-

qanları və silahlı qüvvələr üzərində aşağıdakı üstünlüklərə sahib olmalıdırlar: 

 

1.  Ümumi səlahiyyətlər: bu səlahiyyətlər prinsipcə hökümətin bütün 



sahələrinə aiddir. Bir çox ölkələrdə bu səlahiyyətlərə aşağıdakılar daxildir: 

qanunlar irəli sürmək və ya onlara düzəliş vermək hüququ, məsələlər qal-

dırmaq, icra orqanlarının üzvlərini və ya onların işçilərini ifadə verməyə 

çağırmaq, vətəndaş  cəmiyyətləri üzvlərini ifadə verməyə çağırmaq, gizli 

məlumatlara çıxış, parlament sorğuları aparmaq hüququ və dinləmələr ke-

çirmək hüququ. 

2.  Büdcə nəzarəti:hüququ-proqramlar, layihələr və ayrı-ayrı maddələr 

səviyyəsində müdafiə büdcəsi fondları ayırmaq və düzəliş etmək; istənilən 

əlavə müdafiə büdcəsi təklifləri qəbul etmək və  qəbul etməmək hüququ( 

büdcə ili ərzində) və uyğun müdafiə budcəsi sənədlərinə çıxış əldə etmək. 

3.  Sülhü dəstəkləyən  əməliyyatlar: xaricə  hərbi qüvvələr göndərmə-

yi,onların mandatını, büdcələrini, cəlb olunan şəxsi heyətin risklərini, əmə-

liyyatlara girmək qaydalarını,komandanlıq/nəzarət, missiyanın vaxtını  qə-

bul etmək/etməmək və xaricdəki missiyalarda olan hərbi qüvvələrə  səfər 

etmək hüququnu qəbul etmək/etməmək.  

4.  Müdafiə alqı-satqısı: hökümətin müqavilələrlə bağlı  qərarına, la-

zımlı yeni avadanlığın dəqiqləşdirilməsinə, istehsalçıların seçilməsinə  və 

kompensasiya və ofsetlər üçün təkliflərin qiymətləndirilməsinə parlamen-

tin cəlb olunması. 

5.  Təhlükəsizlik siyasəti və planlaşdırma sənədləri: Təhlükəsizlik Si-

yasəti Konsepsiyasına, müdafiə konsepsiyasına,böhranı idarəetmə konsep-

siyasına, güc strukturu/planlaşdırmasına və  hərbi strategiyaya düzəliş et-

mək və ya qəbul etmək/etməmək. 

6.  Hərbi  şəxsi heyət: müdafiə xarakterli insan resursları idarəetmə 

planını, MN-i və  ordu tərəfindən istifadə olunan maksimum sayda şəxsi 

heyəti, parlament tərəfindən qəbul etmək/etməmək səlahiyyəti, yüksək rüt-

bəli hərbi komandanları təsdiq etmək və yüksək rütbəli təyinatlar üçün Mü-

dafiə Naziri ilə məsləhətləşmələr hüququ. 



 

537


Silahlı qüvvələr üzərində mülki nəzarət üçün beynəlxalq standardlarım tanın-

ması və təşviq edilməsi, qlobal səviyyədə demokratik hissli silahlı qüvvələrin sayı-

nın artırılması üçün zəruri şərtlərdir. Təkcə bunların mövcudluğu, demokratik ida-

rəçilik və  nəzarətin qəbul edilməsi və reallaşdırılması üçün kifayət deyil. Son-

da,mülki və təhlükəsizlik sahələrinin nəzdindəki bütün elita başa düşməli və qəbul 

etməlidir ki,real mülki nəzarətdən bütün tərəflər qazanır. Yalnız tərəfdaşlıq yolu ilə 

qarşılıqlı faydalı nəticə əldə etmək olar. 

 

Mülki –Hərbi Münasibətlər 

 

Mülki-hərbi münasibətlər konsepsiyasının doğuşu, daha çox Samuel Hantin-



qtonun Əsgər və Dövlət (Samuel Huntington, “The Soldier and the State”) kitabı 

ilə  əlaqəlidir.  İdeya ondan ibarətdir ki, ordunun unikal missiyası  və  mədəniyyəti  

demokratik idarəçilik qaydaları ilə ziddiyyət təşkil edə bilər və bu ideya, o zaman-

lar, Latın Amerikasında hərbi rejimlərin gəlib-getməsi ilə alimlər arasında məşhur-

laşmışdı. 1980 və 1990-cı illər,xüsusilə də, qlobal “üçüncü dalğa” demokratiyaları 

ilə müşaiyət olunan ölkələrdə liberal siyasi təsisatların və açıq bazar iqtisadi sis-

temlərinin inkişaf etdirilməsi kimi daha önəmli məsələlər  əhəmiyyət daşıdığı dö-

nəmdə, mülki-hərbi münasibətlərə maraq aşağı düşmüşdür. Son bir neçə illər, mü-

vafiq mülki-hərbi münasibətlərin mühümlüyünün “yenidən tanınmasına”  şahidlik 

etmişdir. van Eekelenin “Mülki-Hərbi Münasibətlər və  Təhlükəsizlik Siyasətinin 

Müəyyənləşdirilməsi” demokratik hökümətdə və açıq cəmiyyətdə ordunun rolunun 

öyrənilməsi baxımından, bu yenidən canlanan marağın təzahürüdür. 

Dövlət,hökümət,ordu(dövlətin digər təhlükəsizlik təsisatları) və  cəmiyyət ara-

sındakı mürəkkəb münasibət vahid bir düsturun müəyyən edilib universal olaraq 

tətbiq edilməsini çətinləşdirir. Daha çox,oturuşmuş  Qərb demokratik ölkələrinin 

təhlükəsizlik strukturları üzərində nəzarətini növləşdirən müəyyən prinsiplər və ya 

normalar mövcuddur. 

 

•  Konstitusiyada və ya dövlət qanununda öz əksini tapmış  səkildə 



Dövlət Başçısı,Baş Nazir və güc nazirlikləri arasında səlahiyyətlərin dəqiq 

bölünməsi və ordunun nəzarəti üçün rolların və məsuliyyətlərin birqiymətli 

olaraq müəyyənləşdirilməsi(o cümlədən, silahlı qüvvələrin statusu və hü-

quqları, gündəlik işləri kimin icra etməsi, kimin böhranlı hallarda fövqala-

də səlahiyyətlərinin olması və kimin müharibə elan etmə səlahiyyəti); 

•  Dinc zamanda hökümət tərəfindən müdafiə nazirliyi vasitəsilə Baş 

Qərargahın və komandanların yönləndirilməsi və  həmin nazirliyin silahlı 

qüvvələrin tam sayı,forması,avadanlığı və yerləşdirilməsi ilə bağlı həlledici 

secimlərə məsul olması(və son söz sahibi olan məsul mülki şəxslərlə).  


 

538


•  Müdafiə təşkilatını legitimlik və xalq dəstəyi ilə təmin etmək üçün 

təsirli qanunverici nəzarət –istisna olmasa da, əsasən “pul kisəsinin gücü 

ilə”- (a) səhti baxışdan və icra orqanının təklifini aşağı-yuxarı avtomatik 

qəbul etməkdən uzağa gedir,(b)  komitələr vasitəsilə müxalifət partiyaları 

ilə əlaqəyə girir, (c) məlumatlı parlament işçiləri və kənar təcrübələrlə  dəs-

təklənir; 

•  Analitikləri, alimləri,maraqli tərəfləri, fəal və öyrənmək istəyən 

media və digər vətəndaş  cəmiyyətləri orqanları daxil olmaqla maksimum 

şəffaflıq və açıqlıqla seçilmiş nümayəndələrin nəzarətini tamamlayır; və 

sonuncu və axırıncı olmayan, 

•  Silahlı qüvvələr üzərində mülki və demokratik hakimiyətin və hər-

bi şəxsi heyətin mülki rəhbərlik qarşısında cavabdeh olması və onların özü-

nün də qanunverici orqana bütövlükdə cavabdeh olması haqqında ümumi-

xalq qavrayışı. 

 

Mülki nəzarət üçün bu standardların qəbul edilməsi demokratik cavablı dövlət 



təsisatları quran və  həmçinin,demokratiyanı gücləndirən cəmiyyətlər üçün aydın 

çətinliklər yaradır. Hər hansı bir demokratik ölkənin modelinin, yeni yaranan de-

mokratik ölkəyə dərhal ötürülmə şansının olmamasına baxmayaraq,bu normalar in-

kişaf etməkdə olan demokratik ölkələrə konkret təsisat seçimlərindən başlamış,za-

man keçdikcə daha amorf məqsədləri inkişaf etdirə bilən diapazon verir. Məsə-

lən,təsisat inkişafı mərhələsində, aydın müəyyən edilmiş məsuliyyətlər və fəaliyyət 

metodu yaradaraq,ilk üç normanın sistemləşdirilməsi daha asandır. Qanunvericilik-

də təsbit edilmiş nəzarət mexanizmi ilə mülki məmurun ordunu nəzarət etməsi asan 

başa düşülür və çox vacib olaraq qəbul edilir. Bu xüsusilə də,təhlükəsizlik sektoru 

üzərində  nəzarət hesabatsız rejim tərəfindən problemə çevrilən avtoritar rejimlər-

dən demokratiyaya keçid zamanı baş verir. Orduya nəzarət etmək üçün icra orqan-

ları üzərində potensial yaratmaq praktiki olaraq daha çətin işdir. 

Qanunvericilik nəzarəti baxımından,çox zamanlar hərbi və təhlükəsizlik struk-

turlarından kənarda tanınmış ekspertlərin olmaması, qanunvericilik komitələri-

ni,paradoksal olaraq,siyasət qurmaq və rəhbər prinsiplər təmin etmək  işlərinə nə-

zarət edən xidmətlərə arxalanmağa məcbur edir. Digər tərəfdən, cəmiyyəti məcbur 

edib ona qəbul etdirmək ki,o öz ölkəsinin təhlükəsizlik aparatının çevik olmasını 

təmin etməkdə əsas rol oynayır, elə məsələdir ki, onu həyata keçirmək də çətin işə 

çevrilir. Bununla bərabər, hökümət də başa düşmür ki, mülki orqanların inkişaf et-

dirilməsi onun öz səyləri üçün çox önəmli olacaq və hökümət və qeyri hökümət 

strukrurlarından kənarda, dövlətin fəaliyyətlərinə qoşulmaq üçün vətəndaşların cəlb 

olunmasının rolu başa düşülür.  



 

539


Van Eekelen-in yazısı mülki-hərbi münasibətlərin dəyişən təbiətini də nümayiş 

etdirir,xüsusilə  də,Qərb idealları olan, şəxsi azadlıqlar və  cəmiyyətin açıqlığına 

qarşı ideologiyadan doğan terrorun hədəfi, inkişaf etmiş ölkələr olmuşdur(xüsusilə 

də Ameika BirləşmişŞtatlarına kömək edən İspaniya, İngiltərə).  Daxili təhlükəsiz-

lik orqanlarını  əhatə edən,mülki-hərbi münasibətlərin bu dəyişən ideyası yenidən 

demokratik hökümət boyunca hiss olunacaq. O qəbul edir ki, indi, polis,kəşfiyyat 

agentlikləri və ordunu əhatə edən ”təhlükəsislik sektoru”islahatına ancaq siyasi 

rəhbərlik tərəfindən ilham verilə bilər və onlar tərəfindən aparıla bilər

502

. “Zərurət 



zamanı, bu ardıcıl process olmalı, çünki bu güc münasibətlərinə təsir edir,xüsusilə 

də təhlükəsizlik sektorunun vətəndaş cəmiyyətinə nəzarət etmək rolu olduqda. Bu 

rol o zaman qüvvədən düşür ki,, dövlətin stabilliyinin təmin olunmasına  əminlik 

yaranır və dəyişiklik dinc proses nəticəsində baş verir”. Bu nəticə,təkcə öz hökü-

mətini deyil,həm də cəmiyyəti islah etmək istəyən islahatçı üçün aparıcı prinsiplər 

ola bilər. 

 

Qanunvericilik Nəzarəti və Təhlükəsizlik Sektoru 

 

Demokratiyanın sadəcə seçicilərin iradəsini ifadə edən təsisatlar toplusu olma-



dığı mövzusu çox sayda müasir ədəbiyyatın ümumi mövzusudur.Əvəzində,çox say-

da müasir demokratik ölkələrdə,fərdlərin,strukturların və  mədəniyyətlərin mürək-

kəb qarışığı təmin etməyə çalışır ki,aparılan siyasətlər və praktikalar yüksək səviy-

yədə dövlət tərəfindən ifadə olunan dəyərlərə uyğun olsun və  həyata keçirilsin. 

Özünün bu cilddəki ikinci fəslində,van Eekelen müasir demokratiyanın mürəkkəb 

təbiətini və onun təhlükəsizlik xidmətlərinin addımlarına münasibətini izah edir. 

Heç bir inkişaf etmiş demokratik ölkənin təhlükəsizlik xidmətləri üzərində nə-

zarət üçün hazır düzəldilmiş həll yolunun olmamasının qeyd edilməsi ABŞ və Bir-

ləşmiş Krallığın qanunverici nəzarətinin metodunun müqayisəsidir. Onları sistemin 

ən mühüm hissələrinə böləndə,ABŞ sistemi, qanunvericilik orqanının təkcə təhlü-

kəsizlik sektorunun büdcələrini deyil,həm də onların apardıqları siyasətləri də nə-

zarət etməyi nəzərdə tutur. ABŞ Konstitusiyasının təbiəti,siyasi mədəniyyəti və 

Amerikada təhlükəsizlik sektoru üzrə çox sayda ekspertlərin olması, onun qanun-

verici orqanına təhlükəsizlik sektorlarını əziyyətverici detallarla nəzarət etməyə və 

Müdafiə nazirliyinə tam hesabatlı olmağa imkan verir. Birləşmiş Krallığın sistemi 

ABŞ sistemindən onunla fərqlənir ki,onun qanunverici orqanı olan Parlamentinin 

müdafiə  və təhlükəsizlik büdcəsini nəzarət etmək üçün az imkanları vardır. Daha 

çox, Birləşmiş Krallığın sistemi, parlamenti özünün müxtəlif ictimai dinləmələr və 

                                                            

502


 Dr Theodor H. Winkler, ‘Managing Change. The Reform and Democratic Control of the 

Security Sector and International Order’, DCAF Occasional Paper No. 1, October 2002, p. 

10. Available at: 

http://www.dcaf.ch/_docs/op01_managing-change.pdf

 


 

540


hesabatları vasitəsilə daha çox ictimai hesabatlılıq roluna doğru sövq edir.Van Ee-

kelenin bu iki sistemi önə çəkməsində niyyəti vardır:müxtəlif dərəcələrdə,təhlükə-

sizlik xidmətləri üzərində qanunvericilik nəzarəti və hesabatlılıq mexanizmləri 

ABŞ  və Birləşmiş Krallıq sistemləri arasındakı araya düşür. 

ABŞ-dakı birbaşa və Birləşmiş Krallıqdakı dolayı nüfüz arasındakı fərqləri nə-

zərə alsaq, bütün parlament nəzarət fəaliyyəti üç geniş sahəyə qruplaşdırıla bilər: 

hesabatlılıq,nəzarət və şəffaflıq. 

 

•  Hesabatlılıq 



 

Seçilmiş nümayəndələrin hökümət idarələrini nəzarət altında saxlamalı olduq-

ları yerlərdə, demokratiyanın  əsas mahiyyəti real təsir etmək imkanlarıdır. Bütün 

inkişaf etmiş demokratik ölkələrdə ümumi olan, onların qabaqçıl mühasibat və 

büdcələmə sistemləri vasitəsilə təhlükəsizlik təsisatlarını real yoxlamalarıdır. Mü-

dafiə xərcləri üzərində illik debatlar vasitəsilə, bütün qanunvericilər,prinsipcə, ye-

kun büdcə, uzun araşdırma prosesi ilə və ya sadəcə  adi təsdiqlə nəticələnsə də, öz 

hökümətini cavabdeh tutur. Digər tərəfdən,hökümət cavabdehliyinə,əsasən dinlə-

mələr vasitəsilə,bəzən də,ictimai və ya xüsusi məsələrlə bağlı yaradılmış komitələr 

vasitəsilə nail olunur.  

 

•  Nəzarət 



 

Demokratik nəzarət mexanizmlərinin verdiyi əsas qazanclardan biri,məhdud 

resurslardan istifadənin maksimumlaşdırılması bacarığıdır. Van Eekelenin düzgün 

olaraq qeyd etdiyi kimi,”əsas məsələ, nəzarətin icraçıların bütün qərarlarına etdiyi 

real təsir dərəcəsidir”. Bu təsirin spektri genişdir,lakin əsas ipi ardıcıl olaraq saxla-

yır: müdafiə qərarlarına əsil töhvəni vermək. Bir sıra ölkələrdə,əsas silah sistemlə-

rini almaq üçün parlament icazəsi lazımdır və o de fakto olaraq qanunvericilik or-

qanlarının iştirakına gətirir.  Əlavə olaraq,bir çox Alyans ölkələrində,ölkə  hərbi 

qüvvələrinin xaricə göndərilməsi üçün parlament məlumatlandırılması Konstitusiya 

tələbidir,bir hissəsi isə  rəsmi icazə verməlidir. Yəqin ki,daha əhəmiyyətlisi,bütün 

Alyans üzvlərində,xaricdə gözlənilməyən əməliyyatlarda iştirak üçün qanunverici-

lik orqanlarının dəstəyi ilkin şərtdir. 

Qanunvericilik nəzarətinin aparıcı problemi, hədsiz qanunverici iştirak ilə icra 

orqanlarının səlahiyyətləri arasındakı gərginliyə söykənir. Praktikda geniş gündəlik 

debatlar qalsa da və bir çox elmi ziddiyyətlər olsa da,çoxluq o fikirdədir ki, müda-

fiə strukturları qanunvericilik orqanlarını müntəzəm məsləhətləşmələr vasitəsilə 

tam məlumatlı tutmalıdırlar: müdafiənin bütün sahələri, qanunvericilik nəzarəti və 

gözdən keçirmələrinə açıq olmalıdır, icra orqanları öz səlahiyyətlərini məsuliyyətlə 



 

541


həyata keçirməkdə çevikliklə bərabər,bilməlidirlər ki,qanunvericilik orqanları izlə-

məkdə davam edir. 

 

•  Şəffaflıq 



 

Şəffaflıq konsepsiyası, hökümət siyasətlərinin və praktikalarının vakkumda ha-

zırlanmadığını təmin edir. Əvəzində,milli təhlükəsizliyi təmin etmək üçün mümkün 

olan dərəcəyə  qədər,müdafiə  məsələləri ilə bağlı qanunvericilik orqanlarının  əsas 

funksiyası müdafiə fəaliyyətləri və xərcləri haqqında müzakirə aparmaq və hesabat 

vermək mandatıdır. Müdafiə məsələləri üzrə,hökümətlə onun vətəndaşları arasında 

konsensus  qurmaqdan əlavə,şəffaflıq,mövcud şəraitlər və məhdudiyyətlər daxilin-

də optimal qərarların qəbul edilməsini təmin edir. Əlbəttə, müdafiə və təhlükəsizlik 

sahəsində şəffaflığın olmaması hökümət və qanunvericilik orqanları arasında daha 

çox problemlər yarada bilər,xüsusilə  də,mülki sektorun iştirakı  təsirli və davamlı 

olduğu yerlərdə. 

Son on illiyin dəyişən təhlükəsizlik mühiti,qanunvericiləri müdafiə və təhlükə-

sizlik məsələlərinə necə yanaşmağı daha da çevik və cəld olmağa məcbur etmişdir. 

Bu yeni təhlükəsizlik missiyaları arasında aşağıdakılar vardır:münaqişələrin qarşı-

sının alınması,demokratikləşmə,insan hüqurlarını qorumaq və inkişaf etdirmək. 

Daha konkret olaraq,əksər yeni qanunvericilik orqanları  təhlükəsizlik xərclərinin 

təkmilləşmiş idarəetməsinin qısa müddətli məqsədləri ilə,ordunun siyasətdən rəsmi 

olaraq çıxarılması üzrə danışıqlarla,müdafiə strukturlarının daxili təhlükəsizlik rol-

larının ayrılması ilə və artıq kadrların tərxis edilməsi və cəmiyyətə yenidən inteqra-

siya edilməsi məsələləri ilə üzləşirlər.  

Bu cür dəyişən təhlükəsizlik şərtləri və missiyaları altında, parlamentarlar, mü-

dafiə komitələri gedişləri və plenar iclasları üçün aydın  şəkildə müəyyən edilmiş 

prosedurlara riayət edərək, hərtərəfli və ardıcıl yanaşmanın üzərində durmalıdırlar. 

Birincisi,onların höküməti, özünün təhlükəsizlik konsepsiyasını və təhlükəsizlik si-

yasətini təqdim etməli, üzərində durmalı  və yeniləşdirməlidir. Bu addımlar sözün 

əsil mənasında müdafiə ehtiyaclarını, yəni müstəqilliyin və ərazi bütövlüyünün qo-

runmasını  dəqiq müəyyən etməli və  təhlükə qiymətləndirmə prosesi ilə müşaiyət 

olunmalıdır. 

İkincisi,sülhü dəstəkləyən əməliyyatlarda iştirak arzusunun səviyyəsi müəyyən 

edilməlidir, yəni ölkə xaricinə göndərmək üçün birliklər və onların təcrübələri və 

göndəriləcək qüvvələrin hazırlığı baxımından konkret töhvə müəyyən edilməlidir.  

Üçüncüsü, şəxsi heyət və avadanlıq səviyyəsi, o cümlədən,təlim,logistik dəstək və 

əməkdaşlıq tədbirləri bu planlara uyğunlaşdırılmalıdır. Ən yaxşı variant böhran yaran-

dığı halda və əməliyyatlara qoşulmaq üçün siyasi qərar verildikdə tez bir zaman ərzin-

də təlim görmüş və göndərilməyə hazır olan “güc paketləri”-nin hazırlanmasıdır. 


 

542


Dördüncüsü, NATO və AB-də müttəfiqlərin və tərəfdaşların silah almaq plan-

larına diqqət yetirmələridir. NATO-nun planlaşdırma və gözdən keçirmə prosesi 

(PARPS) hərbi rəhbərlik tərəfindən geniş dəyərləndirmə imkanı yaradır. AB-i kö-

nüllü olaraq aşağıdan yuxarı prosesi aparır, lakin hələ ki, üzv ölkələrə uzlaşma tək-

lif edən yuxarıdan aşağıya prosesi getmir. Çatışmazlıqları ayırd etməklə iş bitmir, 

kimsə bunları  həll etməlidir. Avropa müdafiə Agentliyinin qiymətləndirmələri bu 

uçurumu doldura bilər. 

Beşincisi, parlamentarlar,hökümətin ”aşkar et, izah et və əsaslandır” demokra-

tik prosesini avadanlıq sektoruna da tətbiq edəcəyinə əmin olmalıdırlar. Büdcə sa-

həsində parlamentarlar əmin olmalıdırlar ki, onlara təqdim olunan planlara sərf et-

mək üçün lazımi vəsait, təkcə cari il üçün yox, həm də bütün alqi-satqı mərhələsin-

də mümkün olacaqdır.  Qanunvericilər, yeni hərbi sistemlərin həyat dövrü zamanı 

lazım olacaq xərclərə,o cümlədən,təmir, avadanlığın yenilənməsi və operatorlara 

və zəruri dəstək kadrlarına da daha çox diqqət yetirməlidirlər. 

Qanunvericilik orqanları ilə müdafiə strukturları arasındakı gərginlikdən bütün 

tərəflər faydalanır,onların arasında,başlıca olaraq dövlət qərarları verdiyiniə görə 

hökümət qazanır. Zaman keçdikcə,Konstitusiya quruluşu və ya inkişafı vasitəsi-

lə,milli siyasi mədəniyyətə uyğun olaraq,icra orqanlarının fəaliyyətini nəzarətdə 

saxlamaq üçün qanunvericilər işlək və real imkanları sahib olmalıdırlar. Belə etmə-

sələr, bir ucdan məhdud milli resursların israfına aparar və digər tərəfdən,demokra-

tiyanın özünə zərbə vurar və onu təhlükədə qoyar. 

 

•  Milli Təhlükəsizlik Tələbatlarının Qiymətləndirilməsi 



 

Nisbi desək,keçid dönəmi yaşayan ölkələrdə böyük əksəriyyətin marağı,silahlı 

qüvvələrin və  təhlükəsizlik xidmətlərinin və onlar üzərində mülki nəzarətin fiziki 

bacarıqlarıdır, eyni zamanda, daha az dramatik,lakin eyni dərəcədə mühüm olan 

gündəlik işlər çox az diqqət cəlb edir. Özünün “Təhlükəsizlik və Təhlükə” yazısın-

da, Jan Trapans milli təhlükəsizliyin bu az maraq çəkən tərəflərinə diqqət yetirir: 

təhlükə müəyyən edilməsi sikli,risklərin qiymətləndirilməsi və bu təhlükələrlə mü-

barizə üçün strategiyalar hazırlanması. 

Qeyri-standard təhlükələrə qarşı yeni anlam və cavablar əks etdirərək,bu kitab bo-

yunca uzanan ümumi ip, təhlükəsizliyin dəyişən təbiətinə verilən yerdir,həm müasir 

təhlükələrə qarşı, həm də dövlətlərin öz mövcud təsisatlarını yeni təhlükələrlə mübarizə 

üçün necə adaptasiya etdikləridir. Trapansın qeyd etdiyi kimi ”Hər bir ölkə özünün təh-

lükəsizlik strategiyasını uzun müddət formalaşmış siyasi qaydalarına görə qurur,ortada 

heç bir Qərb forması, surət çıxarmaq forması yoxdur”. Formanın olmamasına baxma-

yaraq,hər bir ölkənin təhlükəsizlik konsepsiyasının əsasını təşkil edən elementlər möv-

cuddur:onun strateji mühiti,beynəlxalq təşkilatlarla münasibət,onun xarici siyasəti,onun 



 

543


iqtisadi imkanları. Trapans, terrorun və cinayət şəbəkələrinin daha məlum təhlükələrin-

dən başlamış, ətraf mühit təhlükəsizliyi  və psevdo-dövlətlərə himayəyə qədər  dövlətin 

üzləşdiyi geniş miqyaslı təhlükələri müzakirə edir,daha sonra, o, təhlükə müəyyən edil-

məsi və planlaşdırılmasının prosedur tərəflərini müzakirə edir,baxmayaraq ki, təhlükə-

sizlik mühiti həmişə yadda saxlanmalıdır. 

 

•  İnformasiya və Kəşfiyyat 



 

Risk qiymətləndirməsi prosesinin ilkin mərhələsi informasiya və  kəşfiyyatla 

başlayır. Baxmayaraq ki,”informasiya” və “kəşfiyyat”məna baxımdan eyni olsa 

da,praktikada onlar müdafiə  və  hərbi planlaşdırma üçün fərqli məna daşıyırlar. 

İnformasiya çox sayda təşkilatlardan,çoxlu mənbələrdən  əldə edilir.Dövlət için-

də,informasiya toplayıcıları dövlətin köklü kəşfiyyat agentlikləridir.Bu agentliklə-

rin əldə etdikləri informasiya qiymətləndirilir və analiz edilir və sonra o “kəşfiyya-

ta”çevrilir.Geniş mənada,kəşfiyyat, qiymətləndirilən material toplusu olub, onların 

dövlət rəsmiləri üçün etibarlılığı və faydalılığı artırılır və siyasət müəyyən edilməsi 

üçün fundamental əsas rol oynayır. Təhlükəsizlik planlaşdırmasına gəldikdə 

isə,dövlətin kəşfiyyat toplaması və analizi funksiyası təhlükəni aşkar etməyə və ris-

kləri qiymətləndirməyə vasitədir. 

Trapans qeyd edir ki, kəşfiyyat çoxlu yollarla qruplaşdırıla bilər.Daxili təhlükə-

sizliklə bağlı  kəşfiyyatın başlıca məqsədi dövlətin və  cəmiyyətin təhlükəsizliyini 

qorumaqdır; xarici kəşfiyyatin işi xarici risklər,təhlükələr və qorxularla məşğul ol-

maqdır; əks-kəşfiyyatın işi dövlətə qarşı xarici kəşfiyyat əməliyyatlarının qarşısını 

almaqdır və son zamanlarda,peyda olan terror  təhlükələrinə qarşı yönəlmişdir. 

Əksər Qərb ölkələri çox sayda agentliklərə  və  əlaqədar potensiallara sahibdir-

lər(məsələn,ABŞ,15 təhlükəsizlik və kəşfiyyat agentliklərinə sahibdir) və o da,top-

lam olaraq “kəşfiyyat icmasını” təşkil edir.  Bu xidmətlərin üzləşdiyi problemlər 

çox böyükdür və bu problemlərin ölkə üçün real nəticələri vardır,o cümlədən,gün-

dəlik toplanan və analiz edilən geniş cildli materiallrın içindən lazım olan məlumat 

bazasının seçilməsi imkansızlığı  və eyni zamanda sirliliyi saxlamaq şərtilə,əldə 

olunan məlumatların yayılmasının təmin edilməsi. Prosesdə  təhlükənin müəyyən-

ləşdirilməsi,ilkin və zəruri addımdır. Təhlükə aydınlaşan kimi,dövlət aparatı bu in-

formasiya ilə məşğul olmalı və konkret addımlar atmalıdır. 

 

•  Təhlükə Analizi Prosesi 



 

Məlumat- kəşfiyyat, potensial təhlükəni qeyd etdiyi zaman,oturuşmuş struktur-

lara sahib olan dövlətlərdə mövcud olan rəsmi metodlar işə başlayır. Bu prosedur-


 

544


lar, sxemli şəkildə təqdim oluna bilər və izah edilə bilər, təhlükə,zəif nöqtələr,gətir-

diyi nəticə və riskdən ibarət düstura oxşayır. 

 

•  Zəif nöqtələr, təhlükə olduğu halda, məsələn, hərbi hücum olarsa 



uğur qazanılacağının göstəricisidir. 

•  Nəticələr,ölkənin təhlükəsizliyinə,iqtisadiyyatına və ya əhalisinə 

dəyən zərərin təqribi hesablanan ölçüləridir. 

•  Təhlükə,hər hansı zaman intervalında ehtimal edilən qorxulu hadi-

sədir. Hədəf xüsusi təhlükəyə qarşı ya müdafiə olunandır, ya da yox. 

•  Təhlükə, zəif nöqtələr və  nəticələrin toplamı Riskdir. Risk,onu 

azaltmaq üçün hökümətə tədbir görməyə, addımlar atmağa istiqamət verir. 

 

Bi bir hesablamadır, elə bir şeydir ki, hökümət bunu qəbul edib riskə qarşı çı-



xar və ya əks tədbirlər görməklə onu minimuma endirə bilər,lakin bu zaman o digər 

riskləri artıra bilər. 

Trapans bu konsepsiyaların bir-biri ilə necə qarşılıqlı əlaqədə olduğunu təsvir 

edir: təhlükə konkret ola bilər və o, öz növbəsində ehtimalla ölçülə bilər;zəif nöqtə-

lər də “ehtimal olunanlardır”;nəticələr insan və maddi baxımdan dəyərləndirilir; 

bütün bunların nəticəsi risk adlanır və praktiklər tərəfindən “əlverişsiz nəticənin eh-

timalı” kimi ifadə olunur,təhlükəli hadısə kimi, adətən də hərbi hadisə kimi görü-

nür,baxmayaraq ki,buna həmişə ciddi olaraq hərbi prizmadan yanaşılmır.Trapans 

təhlükə müəyyənləşdirilməsi və planlaşdırmanın  bütöv xarakter daşıdığını qeyd 

edir, xüsusilə də, daha ali dövlət siyasət qurucuları üçün. Onun başlıca qiymətlən-

dirməsi odur ki,”bunun hamısı məlumatlı fikir yeridilməsinə gətirir. Heç bir zaman 

tənha risk olmur: onlar dəst şəklində olur”. Müasir dövlətlər fiziki,sosial və iqtisadi 

təhlükələrin spektri ilə mübarizə aparmalıdırlar, o qədər ki,risklərin bütöv birləş-

məsinin tam risk qiymətləndirməsi aşağıdakıları əhatə etsin: 

 

•  Təsirli informasiya toplanması və onların obyektiv qiymətləndiril-



mə prosesi; 

•  Ekspert Analizi 

•  Siyasətçilərə müvafiq və faydalı təhlükə analizini təmin edən pro-

sedurun müəyyən edilməsi. 

 

Təhlükə və palnlaşdırma prosesləri sadəcə böyük dövlətlərlə məhdudlaşdırılmır və 



ya məhdudlaşdırıla bilməz. Faktiki olaraq,arqumentlər gətirilə bilər ki,kiçik dövlətlər 

də böyük dövlətlər kimi,öz qiymətləndirmələrində  təmiz vicdanla hərəkət etsinlər. 

Bunları nümayiş etdirmək üçün,Trapans, iqtisadi  və hərbi superölkədən(ABŞ) başla-

mış,hərbi baxımdan güclü olan Rusiya və daha kiçik Slovakiya və Baltik dövlətlərinə 



 

545


qədər bir çox ölkələrin planlaşdırma mexanizmləri üçün müqayisəli strategiyadan isti-

fadə edir. Hər bir dövlətin unikal təhlükə mühitində yaşamasına baxmayaraq,Trapans 

təlqin etməyə çalışır ki,hər bir dövlət ,sistemli olaraq öz imkanlarını  və ehtiyaclarını 

qiymətləndirməlidir. Bu qiymətləndirmə ilə,dövləti müdafiəsiz qoyan müəyyən risklər 

ortaya çıxır,hətta istənilən ən varlı və hərbi qabiliyyətli ölkə üçün də tam təhlükəsizlik 

təmin olunmur,bu risklər son hesablamalarda öz yerini tutmalıdır. 

Dövlətin üzləşdiyi mühüm riskləri açıqlayaraq(terror,ekoloji və kriminal təhlü-

kələr),Trapans o nəticəyə  gəlir ki,yaradıcı  təhlükə qiymətləndirməsi,planlaşdırma 

və ölkəxarici təşkilat və proqramlara qoşulmaqla,dövlətlər bu indiki və gələcək təh-

lükələrlə mübarizə apara bilər. 

 


Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin