1 Willem F. van Eekelen



Yüklə 4,6 Mb.
Pdf görüntüsü
səhifə54/65
tarix24.04.2017
ölçüsü4,6 Mb.
#15630
1   ...   50   51   52   53   54   55   56   57   ...   65

 

 

 

471


İnformasiya almaq hüququ və Təhlükəsizliyi Qorumaq siyasəti 

 

Digər özünəməxsusluq,bilavasitə  təhlükəsizlik məsələsi ilə bağlıdır. Aydındır 



ki,NATO tərəfindən idarə olunan informasiyanın iki kateqoriyası xüsusi “qayğı ilə 

idarə et” kateqoriyasına aiddir. 

Birinci növ operativ təhlükəsizlklə əlaqəlidir. Məsələn, hər hansı bir fərdin Bal-

kanlarda müharibə cinayətlərinə görə NATO qüvvələri tərəfindən həbs edildiyi ba-

rədə informasiyanın açıq surətdə elan edilməsi ilə bağlı NATO-nun heç bir proble-

mi yoxdur. Lakin,biz həmin fərdin hansi şəraitdə tutulduğu və bu zaman hansı bir-

liklərin iştirak etdiyi haqda konkret suallara cavab verməyə razı deyilik. Bu məhdu-

diyyətin səbəbi sadədir: bu cür halda əməliyyatın gizliliyi və  əməliyyatda iştirak 

edən heyətin təhlükəsizliyi media vasitəsilə açıqda qalır. 

İkinci kateqoriya o faktı nəzərə almalıdır ki,NATO və müdafiə və təhlükəsizlik 

məsələləri ilə məşğul olan digər təşkilatlar gizlilik içində olan sənədlərə,analizlərə 

və informasiyalara cavabdehlik daşıyırlar. Çox hallarda, NATO,faktiki olaraq,döv-

lətlərin istəyi ilə ictimaiyyətə açıqlanmayan gizli informasiya anbarına çevrilir. Bu, 

əlbəttə, xüsusilə kəşfiyyat orqanlarının məşğul olduğu mövzularla bağlıdır. 

Bunlar yəqin  ki,yeganə sahədir ki,media həvəssiz olaraq razılaşmalıdır ki, onlar 

öz suallarına bütün cavabları ala bilməyəcəklər. 100 haldan 90-da jurnalistlər bu 

məhdudiyyətləri anlamla qarşılayırlar(xüsusilə də, müntəzəm surətdə müdafiə mə-

sələlərini işıqlandıran jurnalistlər). Hətta orada da yaxşı media siyasəti nəyə görə 

bu informasiyanın verilmədiyini izah etməlidir. 

Eyni problemin digər variantı jurnalistlərin öz təhlükəsizlik problemlərini əhatə 

edir. Biz bilirik ki,təzə  xəbərlərə artan tələb və qlobal işıqlandırma bu hadisələri 

işıqlandırmaq üçün jurnalistlərdən getdikcə artan risklər tələb edir. Təəssüf ki, təsa-

düfi deyil ki,bir çox hərbi əməliyytalarda ilk itgilər beynəlxalq jurnalistlər arasında 

baş verir( Bu hallar ABŞ-ın 11 sentyabrdan sonra Əfqanıstanda Talibana və Əl-Qa-

idəyə qarşı apardığı  əməliyyatlarda və 2004 İraq müharibəsində baş vermişdir). 

Hərbi əməliyyat komandanları döyüş zonalarına media-nın çıxışını təmin etməli ol-

salar da,onlar bunu hər zaman qeyri- məhdud şəkildə edə bilməzlər,çünki onlar jur-

nalistlərin təhlükəsizliyini hər zaman təmin etmək iqtidarında deyillər. 

Bütövlükdə,ümumi yaxşı qaydalar media siyasətinə tətbiq edildiyi zaman, təh-

lükəsizlik və  hərbi dairələr sanballı planlaşdırmanı,peşəkar bacarıq və  təcrübələri 

və media quruluşlarının tam başa düşülməsini hətta daha da təşviq edir. 

 

 Yekun Əvəzinə........ 

 

Bu yazı ideal media siyasəti üçün rəhbər prinsip kimi xidmət etmək məqsədilə 



yazılmadığına görə(o çox iddialı və qeyri-real məqsəd olardı),ümid edirəm ki, bu 

 

472


yazı jurnalistlərlə,təhlükəsizlik təsisatlarının mətbuat xidmətləri arasında daha yax-

şı anlaşmaya kömək edən kiçik töhvə ola bilər.  

Sanballı informasiya prinsipləri əsasında qurulmuş səmərəli media siyasəti, so-

nucda  yaxşı ictimai əlaqənin(İƏ) mühüm tərkib hissəsidir. Ona digər bucaqdan 

baxsaq,yaxşı İƏ, təşkilatın müsbət adının yaranmasına  gətirər və medianın legitim 

tələblərinə cavab verilməsi,əlbəttə,bu istiqamətdə atılan ağıllı addımdır. 

Özəl şirkətləri İƏ maraqlandırır,çünki onlar öz mallarını satmaq və şirkətlərinin 

işinin davam etməsini təmin etmək istəyir. İctimai təsisatlar, bazarın gedişi ilə bağlı 

olmasalar da,ictimai diqqət,dəstək və inam üçün mübarizə aparmalıdırlar. Faktiki 

olaraq bu onların vergi verənlər,ictimai birliklər(yerli,ölkə və beynəlxalq) və təhlü-

kəsizlik və müdafiə təşkilatları halında, öz həyatlarını missiyaların tapşırıqlarını hə-

yata keçirmək üçün risk altına qoyan adamlar qarşısında öhdəliyidir. Ictimai dəstək 

olmadan onlar sadəcə müvəffəqiyyət qazanmayacaqlar. 

Sonda izn verin ehtiyat üçün kicik bir söz söyləyim. Media siyasətinə cəlb olu-

nan adamlar başqalarından fərqli deyil-onlar tez-tez öz tapşırıqlarının əhəmiyyəti-

nin  şişirdilməsinə can atırlar. Bu dəyərli işdir,özüm də göstərmyə  cəhd etdim. 

Əksər yaxşı siyasət başa düşülməyə bilər və ona görə də əgər güclü media dünyası 

ilə düzgün münasibətlər qurulmasa, sonda uğursuzluğa düçar ola bilər. Digər tərəf-

dən,sözçülər və mətbuat xidmətləri, ən yaxşı media siyasəti təşkilatın ağıllı siyasə-

tini və inandırıcı addımlarını əvəz edə bilər fikri ilə özlərini aldatmasınlar. Taleyra-

na isnad etsək, inansaq ki, bu “günahdan da pis olar,səhv olardı”. 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

473


15-ci Fəsil 

 

Müdafiə Təsisatları və İnformasiya Siyasəti 

 

Dr.Harı-Bukur Marku 

 

 

 

Giriş 

 

Demokratik ölkədə,informasiyanın ictimaiyyətə

463

 səmərəli axınının təmin edil-



məsi müdafiə siyasətinin ayrılmaz hissəsidir.Müdafiə  məsələləri üzrə  xəbərlərin 

müəyyənləşdirilmiş sistemi,həmçinin,informasiya texnologiyası,o cümlədən, İnter-

net,informasiya məqsədləri üçün həm təhlükəsizlik strukturları arasında,həm də de-

mokratik təşkilatlar arasında zəruri elementlərdir. Yeni milli müdafiə strategiyası-

nın, milli hərbi strategiyanın və müdafiə alqı-satqı strategiyalarının təşviq edilməsi 

və xidmətdə və ehtiyatda olan qüvvələrə yeni missiyaların tapşırılması və yeni bey-

nəlxalq hərbi öhdəliklərin götürülməsinin hamısı ictimai maraqlara xidmət edir  və 

möhkəm ictimai dəstək tələb edir. Bu məqsədlərə çatmağın ən yaxşı yolu,konseptu-

al və tətbiq etmə mərhələlərində ictimaiyyətin iştirakını davamlı ictimai məlumat-

lar vasitəsilə təmin etməkdir. 

İctimaiyyətin məlumatlandırılması,həmişə düzxətli bir proses deyil və bu bütün 

demokratik sistemlərdə də baş vermiş fakt da deyil. Məsələn,Avropa Komissiyası-

nın Nümayəndə heyətinin ABŞ-a səfəri zamanı, özlərinin İnternet saytında boyun-

larına aldıqları kimi, AB üzv ölkələrinin çoxunda informasiyaya çıxış siyasəti ya 

məhduddur, ya da yoxdur və hökümət fəaliyyətləri haqqında  “informasiya azadlı-

ğı” bütün Birlik üzvləri arasında bərabər hazırlanmış konsepsiya deyil

464

. Eyni za-



manda,boynumuza almalıyıq ki,informasiya sistemindən asılı olmayaraq,istənilən 

demokratik ölkənin öz ictimaiyyətini məlumatlandırmasının bir çox ümumu səbəb-

ləri vardır və hökümətin ümumi fəaliyyətləri və xüsusən də müdafiə məsələləri üz-

rə fəaliyyətləri üzrə cəmiyyətin məlumat alması üçün də bir sıra konkret səbəblər 

vardır. 

1990-cı illərdən başlayaraq, ictimaiyyətin müdafiə  məsələlərinə olan marağı-

                                                            

463


    “İctimaiyyət” deməklə biz ümumu xalqı başa düşürük, media,qeyri hökümət təşkilatları,biznes 

cəmiyyəti,həmçinin xalqın nümayəndələriniparlamentarları) və digər rəsmi təşkilatları. 

464

 Avropa Komissiyasının Nümayəndə heyətinin ABŞ-a səfəri bu saytdadır: 



 http://www.eurunion.org/index.htm 

 

474


nın,həm inkişaf etmiş,həm də yeni yaranan demokratik ölkələrdə artması müşahidə 

olundu. Ən azı Avropalılar üçün,bu tendensiyaya izahat münaqişələrin Balkanlarda 

etdiyi təsirlə,beynəlxalq hərbi əməliyyatlarla və terrorçuluğun artması ilə ölçülür

465


.  

O da həqiqətdir ki, Soyuq Müharibənin sonu,başqa şeylərlə bərabər,beynəlxalq mü-

nasibətlərdə çox ehtimal ki,hərbi gücə isnad etmək idi,bu həm klassik formada bir 

ölkənin və ya koalisiyanın iradəsini başqa beynəlxalq subyektə qəbul etdirmək və 

ya münaqişəni durdurmaq və ya humanitar yardım edən başqa təşkilatlara təhlükə-

sizlik təmin edilməsi formasında ola bilirdi. Bu cür davranış dəyişikliyi ölkənin öz 

hərbi gücündən istifadəsi haqqında ictimai məlumatlılıq yaratdı və beləliklə həmən 

demokratik ölkənin müdafiə siyasəti ilə bağlı məlumatlılıq yaratdı.Ənənəvi olaraq 

adi hal kimi qəbul edilən müdafiə məsələlərinin indi artıq qanunauyğunluğu,məh-

suldarlığı  və  hətta mənəviyyata uyğun olub –olmaması sual olunur. Yaşadığımız 

informasiya erasının ən yaxşı görünən ifadəçisi olan İnternet,gizli və həssas olma-

yan informasiyaları mürəkkəb formada təşkil olunmuş arxivlərdə informasiya “qaz-

ma”-ğa üzun zaman və səy sərf etmədən geniş ictimaiyyətə çatdırmağa potensialı 

vardır. Bu izahatlara biz inam –yaratmaq tədbirlərini də əlavə edə bilərik. Son onil-

lik ərzində ölkələrin bu istiqamətdə gördüyü tədbirlər,hərbinin müxtəlif sahələrin-

də,məsələn,müdafiə siyasətləri,güc strukturları və büdcələrlə bağlı daha böyük şəf-

faflığa gətirmişdir. 

İnkişaf etməkdə olan ölkələrdə müdafiə  məsələləri hətta daha çox ictimai göz 

altındadır. Bu ölkələrin xalqları keçmişdə heç bir zaman ictimai nəzarətdə olmayan 

məsələrlə bağlı demokratik sorğulama praktikalarını qəbul etmişlər və müdafiə iş-

ləri məlum səbəblər üzündən daha çox müzakirə olunan mövzuya çevrilmişdir. 

Siyasi qərar oldu olmadı bu ölkələrə informasiya axını istənilən halda artmaqda da-

vam edir.Keyfiyyət, fərqi,açıq aydın ifadə olunmuş strateji məqsədlərin mövcud olması 

və ya olmaması və nəticədə ardıcıl və ya ixtiyari nəticələrdir. Digər tərəfdən, əgər hö-

kümət və o işə görə Müdafiə Nazirliyi,sağlam siyasətlə müəyyən edilən sistemlə infor-

masiya idarəedilməsini təşkil etmirsə,informasiya bazarında olan digər elementlər fak-

tiki olaraq dərhal informasiya yayılmasında öz rollarını oynayırlar və bu halda dedi-qo-

dulara,informasiyaları başqa yerlərə yozmağa və ya ictimaiyyətin məyusluğuna aparan 

vəziyyət alına bilir və orduya olan ictimai dəstəyin azalması ilə ifadə olunur. 

İnformasiya siyasətinin məğzini müzakirə etməzdən öncə,müəyyən ümumi müşahi-

dələr əlverişli vəziyyət yarada bilər.Demokratik ölkələrdə,hökümət köməyi ilə yaradı-

lan informasiyanın ictimaililiyi fundamental hüquq olmalıdır. O, fərdlərə öz vətəndaş 

                                                            

465


 Parlamentlər arası  Təhlükəsizlik və Müdafiə Assambleyası,ictimaiyyəti müdafiə  məsələləri ilə 

məlumatlandırmaq Avropa əməkdaşlığı, Document A/1855, 2004, və isnad edilən sənədlər 

http://www.assembly-

weu.org/en/documents/sessions_ordinaires/rpt/2004/1855.html#P95_9013 



 

475


cavabdehliklərini yerinə yetirməyə  və  həm də konkret hökümət idarələrinə  təkliflər 

verməyə kömək edir və o da öz növbəsində getdikcə onların həyat şəraitinin yaxşılaş-

masına aparır. 

Demokratiyanın ölkənin xarakterinə uyğun olmasını qəbul edərək və istənilən de-

mokratik ölkədə medianın roluna strateji yanaşma təklif edərək,ABŞ Beynəlxalq İnki-

şaf Agentlyi bu mövzu üzrə texniki materiallar dərc etməyə başlamışdır və arqument 

də odur ki, demokratiyanın sağlamlığı informasiyaya çıxışdan asılıdır. Birincisi, bu çı-

xış “vətəndaşlara məlumatlı,məsuliyyətli seçim etməyi təmin edir”, nəinki “savadsızlıq 

və ya yalan informasiyadan” çıxış edərək hərəkət etməyi. İkincisi,informasiya “seçil-

miş nümayəndələrin öz içdikləri andlarına sadiq qalmasını və onları seçənlərin arzuları-

nı həyata keçirməsini” təmin etsin.Əlavə olaraq, müstəqil media, hüquq sistemini nəza-

rətdə tutaraq qanun aliliyini gücləndirməsi gözlənilir. Nəhayət,müstəqil media nami-

zədlərə  çıxış  təmin edərək və “vaxtlı vaxtında,obyektiv surətdə müvafiq məsələlər” 

haqqında xəbərlər yayaraq, şəffaf seçkilərə kömək edir

466



Media xəbərlərinin təsirini ölçmək çox çətindir. Ölkədən-ölkəyə fundamental 



şəkildə  dəyişən  ən azı üç parametr vardır. Biri kütləvi informasiya agentliklərinə  

inam səviyyəsidir. Duşan Reljie iddia edir ki, post kommunist ölkələrində ictimaiy-

yət hesab edir ki, qeyri-dövlət mediası onlar üçün,geniş ictimaiyyət üçün işləmir və 

onlar ya hökümətin ya da hər hansı maraq qruplarının maraqlarını ifadə edir

467



İkinci parametr,parlamentarların və ya hökümət üzvlərinin media xəbərlərinə olan 



cavabıdır və onların ictimai rəyə verdikləri dəyərin ölçüsüdür. İctimaiyyətin siya-

sətçilərə təsirinin sadəcə səsvermə ilə ölçülmədiyi, bütöv demokratik ölkələrdə bu 

təsir nisbətən yüksəkdir. Yeni yaranan demokratik ölkələrdə,digər tərəfdən,siyasi 

davranışa təsir edən ictimai təsir daha çox səsvermə ilə məhdudlaşır. Seçki ili ol-

masa,hər hansı xüsusi xəbərin təsiri çox az ola bilər. Və üçüncüsü,keçmiş kommu-

nist ölkələrində demokratik inkişafın ilk illərində özəl televiziya kanallarının və qə-

zetlərin  sürətlə artması müdafiə və təhlükəsizlik məsələlərində səviyyəli və dəqiq 

peşəkar xəbər jurnalistlərinin çatışmamazlığını yaratdı. 



 

Müdafiə işlərində informasiya siyasətinin müəyyən edilməsi 

 

Müdafiə  məsələləri ilə bağlı informasiyanın müəyyən edilməsi və informasiya 



yayılması siyasəti üçün tələblər,ictimai informasiya və müdafiə strtukturları daxi-

lində  hərəkət edən digər informasiyalar arasında fərqlilik tələb edir. Bir tərəfdən 

                                                            

466


 

ABŞ Beynəlxalq  İnkişaf Agentliyi,Demokratiya və  İdarəçilik  İdarəsi,Medianın Demokratiyada 

rolu:Strateji Yanaşma, Vaşinqton 1999: Bax:  

http://www.usaid.gov/our_work/democracy_and_governance/publications/pdfs/pnace630.pdf

 

467


 Relijć, Dušan: Civil society, mass media and democracy in post-communist countries, DCAF 

Working Paper No. 131, Geneva, 2004

 


 

476


faktla xəbərlər arasında,digər tərəfdən isə ictimaiyyətlə  əlaqə,təbliğat və psixoloji 

müharibə arasında açıq aydın sərhəd olmalıdır,cünki ictimaiyyətlə əlaqə ictimai in-

formasiydan fərqlidir və onların hər ikisi informasiya əməliyyatlarından fərqlidir. 

Ona görə də,ictimai informasiya,Müdafiə naziriliyi tərəfindən yayılan informa-

siyaya qeyri məhdud ictimai çıxışdır.Bu sahənin özünəməxsusluğu ondadır ki,mü-

dafiə strukturları informasiya verilməsi,toplanması və saxlanması və ictimaiyyətin 

onları əldə etməsi üçün məsuldur,ya informasiyanı yaymaq yolu ilə,ya da tələb ol-

duqda təmin etməklə.  İctimai informasiya, adətən, qanunlarla, təlimatlarla,aparıcı 

prinsiplərlə,siyasət və strategiyalarla tənzimlənir. İctimai informasiya fəaliyyətinin 

məqsədi düzxətlidir: müdafiə  məsələləri ortaya çıxdıqca xalqı  məlumatlandırmaq 

və ya tarixi informasiyalara çıxış təmin etmək. İctimai informasiyalar, adətən, ki-

tabxanalarda,arxivlərdə və ofislərdə saxlanılan sənədləri nəzərdə tutur

468

. İnforma-



siya yayılmasının ən ümumi vasitələri müəyyən olunmuş kitabxana və arxivlərdəki 

oxu zalları,sənədlərin,press bülletenlərinin,yazışmaların İnternet vasitəsilə yayılma-

sı və konkret informasiyalara cavablar sayılır. İctimai informasiya sektorunda işlə-

yən kadrlar, mənbədən uyğun informasiyaları götürmə,onu müəyyən müddət üçün 

saxlamaq və tələb olunduğu zaman yaymaq üçün müvafiq surətdə hazırlıq keçməli-

dir. Onlar kitabxanaçı və arxiv təcrübələrinə,ictimaiyyətlə ünsiyyətdə olmaq baca-

rıqlarına və  təşkilatın necə qurulduğu və  fəaliyyət göstərdiyi haqda dərin bilgiyə 

sahib olmalıdırlar. 

Ictimai əlaqələr də özünün konkret məqsədləri və vasitələri ilə ictimaiyyəti mə-

lumatlandırmaq məqsədi güdür. Bu sahə hökümət tərəfindən və ya təşkilatın daxili 

nizamnaməsi ilə  sıx tənzimlənmir,ancaq ictimaiyyətlə  əlaqəni kimin aparacağı  və 

ya ictimaiyyətlə əlaqə kampaniyasının məqsədlərini qarşılamaq üçün müvafiq stra-

tegiyaların qurulması istisna təşkil edir. Məqsəd müdafiə siyasəti və  fəaliyyətləri 

ilə bağlı təşkilatın vurğulamaq istədiyi məsələlərə fokuslanmaqdır. Əldə edilən nə-

ticə,müdafiə strukturları daxilində əldə edilmiş həllledici nailiyyətlərin yaxşı başa 

düşülməsi, öz missiya və tapşırıqlarını yerinə yetirmək üçün ordunun daha yaxşı 

adı və hərbi fəaliyyətlər üçün daha böyük xalq dəstəyi ola bilər.İctimai əlaqələr fəaliy-

yətinin ən görünən vasitələri, press xəbərləri,mətbuat konfransları və bülletenlər ola bi-

lər. O, media və Müdafiə nazirliyi arasında əlaqə ofisi də sayıla bilər. Bu sahə üçün ha-

zırlıq, xüsusi təcrübələr tələb edir:məsələn,ictimai yerlərdə çıxışlar etmək,radio və tele-

                                                            

468


 

Əksər xüsusiləşmiş  ədəbiyyatda “sənədlər” dedikdə  təşkilat tərəfindən buraxılan və adətən 

kitabxanalarda saxlanılan bütün materiallar nəzərdə tutulur. Dərc olunan materialların nümunəsi 

kimi milli müdafiə  və millli hərbi strategiyalar,proqramlar,büdcələr,jurnallar və periodikallar, 

konfrans materialları,tədqiqat materialları və müdafiə məsələləri, hadisələr,təsisatlar və şəxslərlə 

bağlı unikal informasiya verən internet saytlarını göstərmək olar. Görülən işlər haqda məlumat 

dedikdə müdafiə təşkilatının və ya onun şəxsi heyətinin özlərinin hüquqi öhdəliklərini və missiya 

və vəzifələrini yerinə yetirdikləri haqqında dəlillər nəzərdə tutulur.Onlar da arxivdə saxlanılır. 



 

477


viziyada müsahibələr götürmək,konfrans və mətbuat üçün nahar yeməklərinə getmək, 

qərargahlarda və ya hərbi birləşmələrdə açıq günlər elan etmək,yerlərə səfər etmək və 

sözçü kimi hərəkət etmək. İctimai informasiya təşəbbüsünün uğuru ictimaiyyətə vaxtlı-

vaxtında verilən informasiyanın keyfiyyəti və kəmiyyəti ilə ölçüldüyündən,ictimai əla-

qənin uğuru arzu olunan nəticələrin əldə edilməsi ilə ölçülür. 

İctimai informasiya və ictimaiyyətlə əlaqə,özlərinin əksər məqsədlərində və bir 

sıra vasitələrində üst-üstə düşdüyündən,bir çox hallarda bu iki sahə vahid ictimai 

işlər şəmsiyyəsi altında birləşir. 

Digər tərəfdən,informasiya  əməliyyatları,hərbi  əməliyyatlara qoşulan qüvvələ-

rin öz missiyalarını yerinə yetirmələri üçün  kömək edilməsi deməkdir.Əməliyyat 

zonasında olan ictimaiyyətə və/və ya düşmən qüvvələrə mesajları çatdırmaqla, on-

lara yerdəki ümumi vəziyyəti başa düşməyə imkan verir,məsələn, nə səbəbə görə 

hərbi əməliyyat davam edir və ya xüsusi hallarda,məsələn xüsusi şəraitlərdə nə et-

məyi,məsələn,humanitar yardım fəaliyyətlərini necə idarə etməyə imkan verir. Bu 

cür informasiya əməliyyatları əhəmiyyətli dərəcədə təsiretmə xarakterinə malikdir 

və ya hər hansı niyyət xarakterli olur və informasiya xarakterli yox, daha çox fikir-

dən daşındırma,kələk gəlmə və ya aldatma olur. Yaxşı nümunə kimi,ABŞ Müdafiə 

Nazirliyində qısa müddət üçün yaradılmış Strateji Nüfuzetmə İdarəsini göstərmək 

olar

469


. Amerikan qüvvələrinin informasiya əməliyytalarını idarə etmək üçün 11 

Sentyabr 2001-ci il terror hücumları dalğasında yaradılmış bu idarə mövcud ictimai 

informasiya kanallarından istifadə edən potensial uydurulmuş informasiya mənbəsi 

kimi tezliklə media tərəfindən aşkar edildi. Hətta müdafiə naziri və digər rəsmilər 

bu cür fəaliyyətləri inkar etsələr də,onun fəaliyyəti tezliklə dayandırıldı. Bu hal 

həm də ona görə maraqlıdır ki, o Amerika hərbi rəsmilərinə ictimai informasiya və 

informasiya əməliyyatları arasında olan fərqləri izah etsin

470


Müdafiə naziri Ramsveldin sözləri ilə desək, Müdafiə Nazirliyi ictimai informa-

siya vasitəsilə“Amerikan xalqına və mediyaya və  təbii,dünyaya həqiqəti deyir. 

Əgər kiminsə dediyi sözün düzgün olmadığı ortaya çıxırsa,onlar onu ilk fürsətdə 

düzəltməlidirlər və belə  də edirlər”

471


.  İnformasiya  əməliyyatlarına gəldikdə isə,  

deyilən nümunələr vərəqələrdə yazılmış mesajlar və “düşmən qüvvələrini təslim 

olmağa sövq edən radio verilişləri,terrorçuların tutulmasına aparan  informasiyala-

                                                            

469

 

Donald H. Rumsfeld, DOD news briefing, February 26, 2002, :  



http://www.defenselink.mil/news/Feb2002/t02262002_t0226sd.html

 

470



 İnformasiyanın müxtəlif rolları və mənası ilə bağlı geniş müzakirələr üçün bax: Zalmay Khalilzad, 

John P. White and Andrew W. Marshall, Strategic Appraisal: The Changing Role of Information 

in Warfare, RAND, Santa Monica, 1999 

471


 Donald H. Rumsfeld, DOD news briefing, February 21, 2002, available at: 

http://www.defenselink.mil/transcripts/2002/t02212002_t0221sd.html

 

 


 

478


rın verilməsi təqdirində mükafatların elan olunması, kütləvi qırğın silahları materi-

alları haqqında və ya bu cür mükafata layiq olan başqa maraq kəsb edən məsələlər 

haqqında informasiya, humanitar yardımın mümkünlüyü və yeri haqqında  elan-

lar,partlamamış artilleriya mərmilərinin və ya hərbi avadanlığın təhlükəsi haqqında  

və digər buna oxşar məsələlərdir. 

İctimai informasiyanın həm məqsədlərini,həm də vasitələrini bəyan etmək üçün 

və müdafiə strukturları çərçivəsində ictimai informasiya və digər informasiya fəa-

liyyətləri arasında sərhədləri aydın müəyyən etmək üçün informasiya siyasəti tələb 

olunur.Bu cür təşkilati roldan başqa,informasiya siyasəti,Müdafiə Nazirliyinin yay-

dığı  informasiyanın keyfiyyətinə və həqiqətcil olmasına olan ictimai inamın artma-

sı üçün güclü alət rolunu oynayır. Konsepsiya kimi, informasiya siyasətinə, infor-

masiya resurslarının,infrastrukturlarının və təsisatlarının inkişaf etdirilməsi və idarə 

edilməsi üçün bir çərçivə kimi baxıla bilər. 

Praktiki olaraq,informasiya siyasəti Müdafiə Nazirliyinin səlahiyyətli orqanı tə-

rəfindən qəbul edilmiş vahid şəffaf sənəd formatında və çox vaxt da Nazirin özü tə-

rəfindən imzalanmış sənəd ola bilər. İstənilən başqa siyasət kimi, bu sənəd də na-

zirliyin üstünlük verdiyi və geniş ictimaiyyətin və maraqlı şəxslərin və ya təşkilat-

ların müdafiə məsələləri üzrə məlumatlandırılması üçün onların konstitusiya və qa-

nuni hüquqlarına necə riayət ediləcəyi ilə bağlı ən qəbul edilən alternativi bəyan et-

məlidir. Bu,həmçinin,siyasət,strategiya,aparıcı prinsiplər, metodologiya, və /və ya 

doktrinadan ibarət sənədlər yığımı formatı da ola bilər. İstənilən formatda,ictimai 

informasiya siyasəti ictimaiyyətə verilə bilən informasiyanın növünü müəyyən et-

məlidir və ya  onun açıqlanmadan qorunması tələb edilməlidir. O,maraqlı tərəflərin 

istədikləri informasiyanı necə əldə etmək yollarını göstərməlidir və həmçinin,infor-

masiya təmin etmə fəaliyyətləri ilə tapşırılan təşkilatlar öz missiyalarını yerinə ye-

tirmək üçün tələb olunan resurslardan necə istifadə etmələrini,o cümlədən,infras-

truktur,avadanlıq,büdcə və hazırlıq işlərində,göstərməlidir. 

 


Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin