D) 3,4
E) 1,5
181. Nitqi dinləmə bacarığına yiyələnmək dedikdə nə başa düşülür?
A) İstənilən məqamda etirazını danışana anlatmaq
B) danışana səbirlə qulaq asmaq, rəy bildirməmək
C) Başqalarına danışmaq üçün imkan yaratmamaq
D) İnformasiyanı sadəcə olaraq qəbul etməmək, mimika, jest, replikalar və s.-lə müsahibə
həmrəy olduğunu, ya olmadığını, etirazını danışana anlatmaq, məqam gözləməmək
E) Danışana səbirlə qulaq asmaq; yersiz replikalarla müsahibinin sözünü ağzında
qoymamaq; söylənilən fikri lazımi dərəcədə dərk etmək; başqalarına danışmaq üçün
imkan yaratmaq, məqam yarandıqda fikir bildirmək
182. Qarşılıqlı mənafe uyğunluğu əsasında aparılan danışıqların əsas xüsusiyyətləri:
uyğun olmayan hansıdır?
A) İştirakçıların problemi birgə təhlil etməsi və onun həlli variantlarını axtarması, rəqib yox,
tərəfdaş olduqlarını qarşı tərəfə nümayiş etdirmək
B) Ümumi maraqların tapılması, qarşılıqlı surətdə faydalı variantların axtarışlarına
istiqamətlənmək
C) Mümkün variantların sayını artırmaq, digər tərəfin hansı variantı üstün tutduğunu
müəyyən etmək
D) Obyektiv meyarlardan istifad
ə etməyə çalışmaq, bu səbəbdən problemi və qarşılıqlı
arqumentləri açıq şəkildə müzakirə etmək, təzyiqlərdən çəkinmək, özünü opponentin
yerinə qoymaq, onun nöqteyi-nəzərini anlamaq, problemi həll etmək istəyilə insanlara
hörmətlə yanaşmaq
E) Əldə edilmiş razılaşma danışıqların bütün iştirakçılarının maraqlarını maksimum
dərəcədə nəzərə almamaq
183. Ədəbi dilin leksik normasının əsas şərti:
A) Söz və cümlələr arasındakı əlaqələri nitqdə düzgün qurmaq
B) Sözü düzgün yazmaq
C) Sözün mənasına bələd olmaq, onu yerində və düzgün işlətmək
D) Poetik funksiyaya malik sözlərdən istifadə etmək
E) Sözü düzgün tələffüz etmək
Dostları ilə paylaş: