190. Uşağın aşağı dodağında absesləşən furunkul olarsa, ona nə etmək olmaz?
A) Radikal cərrahi əməliyyat
B) Fizioterapiya
C) Hospitalizasiya
D) Antibiotikoterapiya
E) Məlhəmlə sarğı
191. Cərrahi sepsislə xəstələrin artması nə ilə əlaqədar deyildir?
A) İnvaziv diaqnostika və müalicə üsullarının artması ilə
B) Praktikaya yeni antibakterial dərmanların tətbiqi ilə
C) Mikrofloranın antibiotiklərə qarşı davamlılığının artması ilə
D) Makroorqanizmin müqavimətinin artması ilə
E) Hospitaldaxili infeksiyanın yayılması ilə
192. Uşaqlarda cərrahi sepsis anlayışı hansını təyin etmir?
A) Ümumi ağır infeksion vəziyyəti
B) Yerli cərrahi və ümumi intensiv müalicənin vacibliyini
C) Orqanizmdə reaktivliyin dəyişməsini
D) Hormonal müalicəyə göstərişi
E) Yerli infeksiya ocağının olmasını
193. Aşağıda göstərilənlərdən hansı cərrahi sepsisin patogenezini təyin etmir?
A) Əvvəl aparılan antibakterial müalicə
B) İnfeksiyanın törədicisi (növü,virulentliyi)
C) Orqanizmin spesifik reaktivliyi
D) İlkin infeksiya ocağının vəziyyəti (yerləşməsi, yerli dəyişikliklərin xarakteri)
E) Orqanizmin qeyri-spesifik reaktivliyi
Dostları ilə paylaş: |