194. Sepsis zamanı törədicinin çoxalması adətən hansında müşahidə edilir?
A) İkincili ocaqda
B) Qanda
C) Bütün variantlar
D) Fərdi olaraq
E) İlkin ocaqda
195. Septiki xəstədə şokun inkişafını hansı təsdiqləyir?
A) Uzun müddətli hipertermiya
B) Xəstənin vəziyyətinin tədricən pisləşməsi
C) Metastatik infeksiya ocaqlarının olması
D) Metabolik pozğunluqların olması
E) Kəskin surətdə diurezin azalması və mikrosirkulyasiyanın pozulması
196. İrinli infeksiyada kortikosteroidlərin istifadə müddətini hansı təyin edir?
A) Bütün sadalananlar
B) Şokun aradan götürülməsi
C) Ürək-ağciyər çatmamazlığının aradan götürülməsi
D) Temperaturun subfebrilədək enməsi
E) Xəstənin vəziyyətinin orta dərəcəyə enərək normallaşması
197. Qlükokortikoidlərin istifadəsinə göstəriş hansıdır?
A) Septiki şok və toksiko-allergik reaksiya
B) Presepsis (sepsisin ilkin mərhələsi)
C) Septiki ağırlaşmaların yüksək inkişaf riski
D) Septikopiemiya
E) Septisemiya
198. Yeddi yaşlı uşağın baldır nahiyəsində parlaq qırmızı rəngli, kəskin sərhədli iltihab ocağı vardır, periferiyada dəri ödemli və ağrılıdır, yayılmağa meyillidir. Sizin diaqnoz hansıdır?
A) Qızıl yel
B) Fleqmona
C) Furunkul
D) Dərialtı toxumanın absesi
E) Karbunkul
199. Beş yaşlı uşaqda uzunmüddətli yarımkəskin gedişə malik çoxsaylı konusabənzər irinciklər, irinli özəyi olan ocaqlar qeyd edilir. Sizin diaqnoz hansıdır?
A) Furunkulyoz
B) Psevdofurunkulyoz
C) Dərialtı toxumanın absesi
D) Qızıl yel
E) Fleqmona
200. Beş aylıq hipotrofiyalı zəif uşaqda qısa müddət ərzində kümbəzəbənzər formalı, irinli özəyi olmayan çoxsaylı abseslər qeyd edilir. Sizin diaqnoz hansıdır?
A) Psevdofurunkulyoz
B) Furunkulyoz
C) Fleqmona
D) Qızıl yel
E) Dərialtı toxumanın absesi
201. Yeddi yaşlı uşağın bud nahiyəsində kəskin sərhədi olmayan, mərkəzində fluktuasiyası olan, iltihabi infiltrasiya ocağı vardır. Sizin diaqnoz hansıdır?
A) Abses
B) Psevdofurunkulyoz
C) Furunkulyoz
D) Qızıl yel
E) Dərialtı toxumanın absesi
202. On yaşlı uşağın arxa-boyun nahiyəsində mərkəzində üç ədəd irinli özəyi olan kəskin ağrılı infiltrat vardır. Sizin diaqnoz hansıdır?
A) Karbunkul
B) Fleqmona
C) Qızıl yel
D) Furunkul
E) Dərialtı toxumanın absesi
Dostları ilə paylaş: |