1. Yemək borusunun tam atreziyasının diaqnozunu dəqiqləşdirmək üçün doğum evində hansı müayinələr aparılmalıdır?


Yarım kəskin limfadeniti adətən hansı xəstəliklərlə diferensasiya etmirlər?



Yüklə 1,3 Mb.
səhifə46/157
tarix02.01.2022
ölçüsü1,3 Mb.
#1198
1   ...   42   43   44   45   46   47   48   49   ...   157
203. Yarım kəskin limfadeniti adətən hansı xəstəliklərlə diferensasiya etmirlər?

A) Hemangioma ilə

B) Şişlə

C) Vərəmlə

D) Limfoqranulematozla

E) Boğulmuş qasıq dəbəliyi ilə



204. Uşaqda dırnaqətrafı yastığın qızarması və şişkinliyi ilə yanaşı, həm də dırnaq kənarı boyunca dərialtı irin qeyd edilir. Sizin diaqnoz hansıdır?

A) Dərialtı dolama

B) Paronixiya

C) Dəri dolaması

D) Fleqmona

E) Abses



205. Uşaqda göstərici barmaq nahiyəsində epidermisi qaldıran kiçik irinlik qeyd edilir. Sizin diaqnoz hansıdır?

A) Dəri dolaması

B) Dərialtı dolama

C) Fleqmona

D) Dırnaqaltı dolama

E) Paronixiya



206. Uşaqda barmaq ucunun iynə ilə deşilməsindən iki gün sonra ağrı və dırnaq altında irin yığılması qeyd edilir. Sizin diaqnoz hansıdır?

A) Dırnaqaltı dolama

B) Dərialtı dolama

C) Paronixiya

D) Fleqmona

E) Dəri dolaması



207. On dörd yaşlı uşaqda barmağın uc nahiyəsində 3 gündür ki, döyünən ağrı, ödem, qızartı, oynaqda hərəkət məhdudluğu, hipertermiya, palpasiyada kəskin ağrılar qeyd edilir. Sizin diaqnoz hansıdır?

A) Sümük dolaması

B) Paronixiya

C) Dərialtı dolama

D) Dırnaqaltı dolama

E) Dəri dolaması



208. On yaşlı uşaqda dırnaq falanqası nahiyəsi 5 gündür ki, ağrılı olub, gecəni yatmayıb. Dəri qızartılı, yumşaq toxumalar kolbasaşəkilli genişlənib və infiltrasiyalıdır, palpator kəskin ağrılıdır. Sizin diaqnoz hansıdır?

A) Dırnaqaltı dolama

B) Dəri dolaması

C) Sümük dolaması

D) Dərialtı dolama

E) Paronixiya



209. On üç yaşlı uşaqda mil-bilək oynağınadək yayılmış barmaq əsası toxumalarının ödemi, ağrı, oynaqda aktiv hərəkət məhdudluğu, passiv hərəkətlərin kəskin ağrılı olması qeyd edilir. Sizin diaqnoz hansıdır?

A) Vətər dolaması

B) Paronixiya

C) Dəri dolaması

D) Dərialtı dolama

E) Dırnaqaltı dolama



210. On dörd yaşlı uşaqda bilək nahiyəsində kəskin ağrı, bilək arxasının ödemi, qızartı, hipertermiya, palpator kəskin ağrı qeyd edilir. Sizin diaqnoz hansıdır?

A) Vətər dolaması

B) Dəri dolaması

C) Dərialtı dolama

D) Biləyin fleqmonası

E) Sümük dolaması



211. Beş yaşlı uşaqda sümük dolamasının cərrahi əməliyyatı üçün hansı ağrısızlaşdırma üsulu məqsədəuyğundur?

A) İnfiltrasion anesteziya

B) İntubasion narkoz

C) Yerli xloretil

D) Keçirici anesteziya

E) Maska narkozu



212. On iki yaşlı uşaqda sümük dolamasının rentgenoloji əlamətləri nə vaxt meydana çıxır?

A) 13-15 sutkaya

B) 1- 2 sutkaya

C) 10-12 sutkaya

D) 4-6 sutkaya

E) 7-9 sutkaya




Yüklə 1,3 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin