352. Uşaqlarda sınıqlar zamanı dairəvi gips sarğısı qoyularsa onun ən təhlükəli fəsadı hansıdır?
A) Ətrafın qan dövranının pozulması
B) Yataq yarası
C) Travmatik nevrit
D) Yalançı oynaq
E) Kontraktura
353. Dirsək çıxıntısının yerdəyişməsiz sınığında gips langeti ilə fiksasiya olunmuş saidin optimal vəziyyəti hansıdır?
A) 100-110o bucaq altında bükmək
B) Saidin bükülməsı və daxili rotasiyası
C) Saidin maksimal bükülməsı
D) Saidin dirsək oynağında açılmış vəziyyəti
E) 135o bucaq altında bükmək
354. Mantedc sınıq-çıxığını əllə qapalı repozisiyası zamanı gips langeti ilə immobilizasiyaya qədər nə olunmalıdır?
A) Mil sümüyünün baş hissəsinin düzəldilməsi və dirsək sümüyü sınığının repozisiyası
B) Dirsək sümüyünün repozisiyası+ mil başının düzəldilməsi
C) Mil sümüyün başının tam düzəldilməsi
D) Dirsək sümüyünün repozisiyası
E) Öz oxu boyunca tam traksiya
355. Said sümükləri sınığının cərrahi əməliyyatına mütləq göstərişlərə nələr aiddir?
A) Saidin hər iki sümüyünün orta 1/3-nin tam yerdəyişmə ilə sınığı
B) Saidin hər iki sümüyünün müxtəlif yerlərdə sınığı
C) Mil sümüyünün orta 1/3-nin tam yerdəyişmə ilə sınığı
D) Said sümüklərinin həmin ətrafda qan təchizatının pozulmasına səbəb olan sınıqları
E) Dirsək sümüyünün 1/3-nin tam yerdəyişmə ilə sınığı
356. Mil sümüyünün sınığı zamanı yuxarı ətrafın böyümə və inkişafında deformasiya aşağıdakılardan hansı olduqda baş verir?
A) Epimetafizar sınıq yerdəyişmə ilə olduqda
B) Proksimal epifizi sınığında
C) Epifizar yerdəyişmə ilə
D) Epifizin yerdəyişmə olmadan inkişaf zonasının sıxılmasında
E) Mil sümüyünün distal epifizini epifiziolizində eninə yerdəyişmə
Dostları ilə paylaş: |