161. Portal hipertenziyanın hansı forması mövcud deyildir?
A) Əlaqəli portal hipertenziya
B) Qaraciyərüstü portal hipertenziya
C) Qaraciyərdaxili portal hipertenziya
D) Qaraciyəraltı portal hipertenziya
E) Qarışıq formalı portal hipertenziya
162. Bu müayinə üsullarından hansı qida borusu qanaxmasını müəyyənləşdirməyə imkan verir?
A) Ezofaqoskopiya
B) Qida borusunun və mədənin kontrast rentgenoqrafiyası
C) Laparoskopiya.
D) Mədənin zondlanması
E) Kolonoskopiya
163. Hansı müayinə üsulu yoğun bağırsaq qanaxmasını müəyyənləşdirməyə imkan verir?
A) Kolonoskopiya
B) Rektal müayinə
C) İrriqoqrafiya
D) KT müayinə
E) Laparoskopiya.
164. Portal hipertenziya zamanı qida borusu qanaxmalarını müvəqqəti dayandırmaq üçün hansı üsuldan istifadə olunur?
A) Qida borusuna blekmoz zondunun yeridilməsi.
B) Nozoqastral zondlanma
C) Krioterapiya
D) Qastrostomiya
E) Qida borusunun rezeksiyası
165. Aşağıdakı patologiyalardan hansına barmaqla rektal müayinə aparmaqla diaqnoz qoymaq mümkündür?
A) Düz bağırsağın polipinə
B) Peytz-Egers sindromuna
C) Qeyri spesifik xoralı kolitə
D) Kron xəstəliyinə
E) Proktitə
166. Sadalanan əlamətlərdən hansı qanaxmanın mədə-bağırsaq traktının aşağı hissəsindən deməyə əsas verir?
A) Melena və düz bağırsaqdan al qanın axması
B) Qanlı qusma
C) Qanitirmənin ümumi əlamətləri
D) Qanın ümumi analizi
E) Burun qanaxması
167. Göstərilən səbəblərdən ən çox hansı yoğun və düz bağırsağın qanaxmasına səbəb olur?
A) Poliplər
B) Xərçəng
C) Divertikullar
D) Portal hipertenziya
E) Qeyri-spesifik xoralı kolit
Dostları ilə paylaş: |