153. Göstərilən hansı halda qusma başın hərəkəti ilə əlaqədardır?
A) Baş-beynin ödemində
B) Kəckin appendisitdə
C) Paralitik bağırsaq keçməzliyində
D) Kəckin qastritdə
E) Bağırsaq invaginasiyasında
154. Həzm traktının hansı hissəsi yuxarı və aşağı şöbənin qanaxmalarının sərhəddini təşkil edir?
A) 12 barmaq bağırsağın acı bağırsağa keçən hissəsi
B) Kardial struktur
C) Pilorus
D) İleosekal sfinkter
E) Köndələn çənbər-bağırsaq
155. Həzm traktının yuxarı şöbəsinin qanaxmalarına hansı əlamət xarakterikdir?
A) Qanlı qusma və melena
B) Nəcisdə al qanın olması
C) Ödlü qusma
D) Burun qanaxması
E) Selikli-qanlı nəcis ifrazı
156. Həzm traktının yuxarı şöbəsinin qanaxmalarının diaqnostikasında hansı müayinə üsulundan istifadə edilir ?
A) Qastroduodenoskopiya
B) Bronxoskopiya
C) Qarın boşluğunun obzor rentgenoqrafiyası
D) Qarın boşluğunun USM-si
E) Angioqrafiya
Dostları ilə paylaş: |