10 Азярбайъан ширкятляри цчцн Ишгцзар Етика Кодексляри



Yüklə 461,5 Kb.
səhifə36/77
tarix02.01.2022
ölçüsü461,5 Kb.
#1708
növüКодекс
1   ...   32   33   34   35   36   37   38   39   ...   77
Təchizatçılar qarşısında

Biz təchizatçılar qarşısında sağlam rəqabət prinsiplərini əsas tutaraq qarşılıqlı fayda verən əməkdaşlıq əlaqələri qurmaq öhdəliyini öz üzərimizə götürürük.


Biz təchizatçılarımız qarşısında götürdüyümüz müqavilə öhdəliklərinə, o cümlədən işin görülmə müddəti və hesablaşma şərtlərinə hörmətlə yanaşır və buna əməl edirik.
Biz tərəfdaşlarımıza hörmətlə yanaşır və onların konfidensial və şəxsi məlumatlarını açıqlamırıq.


  1. Əməkdaşlar qarşısında



    • Əməkdaşların sağlamlığı və təhlükəsizliyi

Şirkət tərəfindən görülən bütün fəaliyyətlər təhlükəsizlik texnikası və əməkdaşların sağlamlığının mühafizəsi şərtləri baxımından həyata keçirilməlidir. Bütün əməkdaşlarımız təhlükəsizlik texnikası və işçilərin sağlamlığının mühafizəsinə dair mövcud qanunvericiliyə və şirkətin bu sahədə standartlarına əməl etməlidirlər.


    • Əməkdaşlara ədalətli münasibət

Biznesimizdə uğur qazanmaq üçün biz elə bir təşkilat yaratmalıyıq ki, burada hər bir işçi biznes aləmində baş verən dəyişikliklərə çevik reaksiya verərək öz potensialını tam nümayiş etdirə bilsin. Belə bir mühitin yaradılmasının ilkin şərti isə hər bir əməkdaşa qərəzsiz münasibət bəslənilməsidir. Biz əməkdaşları işə götürərkən onların yaşına, cinsinə, milliyətinə, irqi, siyasi, dini mənsubiyyətinə və ya digər sosial statuslarına fərq qoymuruq.
Biz iş yerində əməkdaşa hədə-qorxu gəlmək və ya onunla ədavət aparmaq kimi təzyiq hallarını yol verilməz hesab edirik.


    • Seksual зяминдя təqibetmə.

Biz əməkdaşların seksual zəmində təqib olunması hallarının: məsələn, əməkdaşın arzuolunmaz cinsi əlaqələrə sövq edilməsi və ya nigahsız yaşamağa məcbur edilməsini yol verilməz hesab edirik. Seksual təqib olunma halları baş verərsə, hər bir əməkdaşının bu haqda öz menecerinə və ya şirkət rəhbərinə məlumat verməyə tam hüququ vardır.


    • Şikayətetmə hüququ

Əməkdaşlarımız şirkət rəhbərliyinə müraciət etməklə öz menecerlərinin qərarları haqqında tam şikayət etmək hüququna malikdirlər. Bu və ya digər qərarın ədalətli olub-olmamasını, subyektivliyini nəzərə alaraq biz, lazım gələrsə məsələni kollektivin ümumi yığıncağında müzakirə edirik.
Bununla da biz kollektivdə hər hansı mənfi təsirdən uzaq bir mühit yaratmağa çalışırıq.


    • Professional bilik və bacarıqların artırılması

Əməkdaşların daim professional bilik və bacarıqlarının artırılması məqsədilə müvafiq treninqlərə, seminarlara və s., bu kimi tədbirlərə göndərilməsi şirkətin siyasətində öz əksini tapmışdır. Bu zamanın tələbidir və belə treninqlər sayəsində əməkdaşlarımız marketinq, işgüzar etika və digər sahələr haqqında kifayət qədər səriştə əldə edirlər.



  1. Yüklə 461,5 Kb.

    Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin