Baş direktor
Bizim missiya
Biz şirkətimizin məramını yüksək keyfiyyətli məhsul istehsal etmək və xidmət göstərməklə, istehlakçılarımızın ehtiyacını ödəmək və bununla da cəmiyyətimizə fayda verməkdə görürük.
Кодексин мцддяалары
-
Öhdəliklərimiz
Bizim bütün maraqlı tərəflər qarşısında öhdəliklərimiz aşağıdakılardan ibarətdir:
-
Müştərilər qarşısında
Biz müştərilərimizi yüksək keyfiyyətli məhsul və xidmətlərlə təmin etmək öhdəliyini öz üzərimizə götürürük.
Bütün əməkdaşlar məhsul və xidmətlərin keyfiyyətinə və onun vaxtında təminatına cavabdehdirlər. Bu, həm bizim müştərilərimizin arzusuna, həmçinin şirkətin öhdəliklərinə tam cavab verir.
Biz milliyətindən, irqi, dini, cinsi, yaş və siyasi mənsubiyyətindən və ya seksual orientasiyasından asılı olmayaraq bütün müştərilərimizə qərəzsiz münasibət bəsləməyə borcluyuq.
Biz məhsul və xidmətlərimizin düzgün təqdim olunmasına məsuliyyət daşıyırıq. Biz öhdəsindən gəlməyə əmin olmadığımız xidmətlər barədə müştərilərə heç vaxt söz vermirik. Məhsullarımızda edilən istənilən dəyişikliklər haqqında müştərilərə mütləq məlumat verilməlidir.
-
Dostları ilə paylaş: |