Bİzİm MİSSİYA İqtisadi İslahatlar Mərkəzinin missiyası dövlət müstəqilliyi və bazar münasibətlərinə keçid şəraitində ölkənin iqtisadi inkişaf siyasətinin elmi əsaslarının hazırlanmasından, sosial-iqtisadi inkişafın proqnozlaşdırılmasından, mütərəqqi dünya təcrübəsi nəzərə alınmaqla iqtisadi islahatların strateji istiqamətlərinin və həyata keçirilməsinin taktiki yollarının müəyyənləşdirilməsindən, beynəlxalq iqtisadi və maliyyə təşkilatları ilə əməkdaşlığın genişləndirilməsinin və ölkənin iqtisadi təhlükəsizliyinin təmin olunmasının elmi əsaslarının işlənilməsindən ibarətdir.