10 Азярбайъан ширкятляри цчцн Ишгцзар Етика Кодексляри


Kodeksin tətbiqi mexanizmi



Yüklə 461,5 Kb.
səhifə57/77
tarix02.01.2022
ölçüsü461,5 Kb.
#1708
növüКодекс
1   ...   53   54   55   56   57   58   59   60   ...   77

Kodeksin tətbiqi mexanizmi


AGN MAK şirkəti əməkdaşlar arasında səmimi və dost münasibətlərin yaranmasına şərait yaradır və əməkdaşlar arasında komanda ruhunu formalaşdırır. Bu baxımdan hər bir əməkdaş ona etibar edilən bu inamı öz fəaliyyəti ilə doğrultmalı və komandanın layiqli üzvünə çevrilməlidir. İlk öncə hər bir əməkdaş vəzifəsindən və tutduğu mövqedən asılı olmayaraq kodeksin müddəalarını oxumalı, başa düşməli və ona əməl etməlidir.

Hər bir əməkdaş Etika Məcəlləsinin hər hansı bir müddəası ilə bağlı istənilən sualı, o cümlədən gündəlik biznes münasibətlərində həlli çətin görünən etik məsələləri aydınlaşdırmaq və məsləhət almaq üçün, istənilən vaxt firmanın rəhbərinə müraciət etməkdə tam sərbəstdir.

Etika Məcəlləsini pozan əməkdaşlara qarşı şirkət rəhbərliyi tərəfindən inzibati tədbirlər görülə bilər. İnzibati tədbirlər etika məcəlləsinin müddəasının pozulması səbəbindən və şəraitindən asılı olaraq müəyyən edilir və şirkət rəhbərliyinin ümumi müzakirəsindən sonra tətbiq edilir. Bu zaman törədilmiş pozuntunun qəsdən edilib-edilmədiyi, həmçinin əməkdaşın bu pozuntu haqqında könüllü məlumat verməsi əsas tutulur.

Yuxarıdakıları nəzərə alaraq Kodeksin müddəalarını pozanlara qarşı aşağıdakı inzibati tədbirlər görülməsi zəruri hesab edilir:



  1. Kodeksin müddəasını pozan şəxsə 1-ci dəfə şifahi xəbərdarlıq edilsin.

  2. İkinci dəfə yazılı töhmət verilsin.

  3. Üçüncü dəfə maaşından müəyyən məbləğ çıxmaqla cərimə edilsin.

  4. İşdən çıxarılması ilə bağlı sonuncu dəfə ciddi xəbərdarlıq edilsin.

  5. İşdən çıxarılsın.



Yüklə 461,5 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin