1.B. Valideynlər qarşısında öhdəliklərimiz Biz valideynlər qarşısında onların uşaqlarına dərs proqramı çərçivəsində tam bilik vermək öhdəliyini üzərimizə götürürük. Biz müxtəlif səbəblər üzündən, məsələn dərsin mövzusu aydın olmadıqda və ya üzürlü səbəbə görə proqramdan geri qaldıqda şagirdlərə əlavə dərslər keçməyi öhdəmizə götürürük.
Biz valideynlərlə, onların uşaqlarının təhsilinə və birgə tərbiyyəsinə yönəldilmiş səmimi və dost əlaqələrin saxlanılmasını öhdəmizə götürürük. Eyni zamanda təlim və tərbiyyə prosesində meydana çıxan çətinliklərdən çıxış yollarını birgə arayacağıq.