10. Maqmatizm və onun relyef əmələ gəlməsində rolu. Effuziv maqmatizm və onun relyef əmələ gəlməsində rolu


Vulkanik sahələrin hidroqrafiyası



Yüklə 60,59 Kb.
səhifə4/9
tarix01.01.2022
ölçüsü60,59 Kb.
#50800
1   2   3   4   5   6   7   8   9
geomorf imtahan 10-18

Vulkanik sahələrin hidroqrafiyası. Vulkanik sahələr hidroqrafik xüsusiyyətlərinə görə başqa mənşəli sahələrdən xeyli fərqlənərək, müəyyən dərəcədə karst sahələrini xatırladır. Lava axınları və örtükləri fiziki-kimyəvi xüsusiyyətlərindən asılı olaraq məsaməli olur.

Sıyıq əsas lavalar (bazalt və andezit-bazalt lavaları) səthdən soyuyaraq çoxüzlü sütunvari hissələrə parçalanır, hər sütunun arasında olan çatın eni bir neçə millimetr və santimetr olur.

Kəsəkli lavalar müxtəlif istiqamətli çatlarla daha sıx parçalanır. Tufogen və başqa piroklastik vulkan məhsulları nə qədər bərk birləşsələr də, yüksək məsaməli olur.

Təbiidir ki, belə şəraitdə, çatlarla çox parçalanmış yüksək məsaməli vulkan çöküntülərindən əmələ gəlmiş ərazi səthinə düşən yağış suları, qarların və buzların əriməsindən əmələ gələn sular səth axını əmələ gətirə bilmir. Həmin sular məsamə və çatlarla süzülərək yeraltı suları əmələ gətirir. Vulkanik ərazinin sahəsindən, vulkan çöküntülərinin qalınlığından, əraziyə düşən yağıntıların miqdarından asılı olaraq vulkan sahələrində yeraltı su ehtiyatları müxtəlif olur. Vulkan süxurları çatlarına süzülən sular su keçirməyən qatlara çatana qədər şaquli, yaxud ona yaxın istiqamətdə sirkulyasıya edir, su keçirməyən lay səthinə çatdıqda onun meylliliyinə uyğun olaraq yeraltı axın əmələ gətirir. Yalnız vulkan sahəsini kəsən kanyonların yamaclarında, yaxud vulkan sahəsinin kənarlarında gur sulu bulaqlar və yeraltı çaylar şəklində yer səthinə çıxır.

Karst sahələrində olduğu kimi, vulkan sahələrində də çay şəbəkəsi nisbətən zəif inkişaf edir, hətta kənardan bu sahəyə daxil olan kiçik çayların suyu lava qatlarına süzülərək yer altına keçir.

Vulkan sahələrindən axan çayların səviyyə rejimi qeyri vulkan sahələri çaylarının səviyyə rejimindən il boyu nisbətən az tərəddüd etməsinə görə seçilir. Bundan əlavə vulkan sahəsi çayları leysan yağışlarından sonra çox bulanmır, onların suyu həmişə təmiz və şəffaf olur.

Vulkan sahələrində müxtəlif mənşəli göllər çox yayılmışdır. Bunların bir qismi kraterlərdə yerləşir. Onlar dairəvi formada olub, sahilləri az girintili-çıxıntılıdır. Krater gölləri xeyli dərin ola bilər. Lakin bəzən kraterlərdə yerləşən göllərin kənarlarından və dibindən su süzüldüyünə görə dayaz olur. Onlar kraterin bir küncündə və çökəkdə yerləşir. Krater göllərinin sahəsi bir neçə hektardan tutmuş bir neçə kilometrə qədər dəyişir.

Krater göllərindən başqa, vulkan sahələrində çoxlu bənd göllərinə də təsadüf etmək olar. Bu göllərin bir qismi qarşısı vulkan məhsulları ilə kəsilmiş qədim çay dərələrində yerləşir. Belə göllər uzunsov olub, onların dərinliyi on metrlərə çatır. Bənd göllərinin başqa bir qismi lava örtüyü səthində müxtəlif səbəbdən əmələ gələn çökəklərdə və nisbətən qədim lava örtüyü üzərində əmələ gəlmiş dayaz çay yataqlarının cavan püskürmə məhsulları ilə qarşısı kəsildikdə əmələ gəlir.




Yüklə 60,59 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin