10. Psixoloji konsultasiyanın elmi nəzəri əsasları Psixoloji konsultasiyanın tətbiqi sahələri



Yüklə 27 Kb.
səhifə3/7
tarix26.05.2022
ölçüsü27 Kb.
#59649
1   2   3   4   5   6   7
psixokonsultasiya 10 (4)

Problemin aşkar edilməsi diaqnoz faktların təhlili müdaxilə planı məsləhətvermə şəklində müdaxilə müştəri ilə məsləhətçinin birgə fəaliyyətinin nəticələrinin qiymətləndirilməsi.
Psixoloji məsləhətvermənin təşkili və aparılmasına müxtəlif yanaşmalar mövcuddur. Bir çox psixoloqlar psixoloji məsləhətvermənin təşkilində yaş amilini əsas meyar hesab edirlər. Yaş kateqoriyası baxımdan psixoloji məsləhətvermə 15 yaşadək olan uşaqlar üçün məqsədəuyğun hesab edilmir. Bu yaş dövrünədək uşaqlar məhsuldar şəxsiyyət kimi qəbul edilmir, tam müstəqil və öz hərəkətləri üçün cavabdehlik hissinə tam şəkildə malik deyildir. Ona görə də, bu yaşlı uşaqlara göstərilən psixoloji yardımın əsasən psixoterapevtik və ya korreksion köməkdən ibarət olması məqbul hesab edilir. Yaşlı həyat dövründə isə məsləhətvermə ildən ilə öz nəticəsini itirir. Beləki, bu yaş dövründə müvafiq yaş dövrü üçün səciyyəvi olan tələbatlar və şəxsiyyətin özü dəyişir.
Psixoloq məsləhətçi nə qədər peşəkar bir mütəxəssis olsa da, o öz əməli fəaliyyətində şəxsi mövqeyi ilə elmi-nəzəri yanaşmaları uzaqlaşdırmağı bacarmalıdır.
1. Konsultant–məsləhətçi müştəriyə birbaşa məsləhət verir;
2. Konsultant köməkçi –müştəriyə öz intellektual potensialını müəyyənləşdirməkdə, daxili imkanlarını hərəkətə gətirməkdə, aktuallaşdırmaqda kömək edir;
3. Konsultant – ekspert müştəriyə problemli situasiyanın həllinin daha optimal variantını göstərir, onunla birgə daha müvafiq variantın müəyyən edilməsində iştirak edir.
Yerinə yetirdiyi xeyirxah vəzifələrə, daşıdığı funksiyalara görə psixoloji ədəbiyyatlarda psixoloq-məsləhətçini “səbrli dinləyici”, “ağıllı analitik”, “psixoloji qanunauyğunluqların mahir bilicisi”, “mənəvi rəhbər”, “ruhun mühəndisi”, “bacarıqlı fasilitator” və s. kimi çoxsaylı adlarla səciyyələndirirlər.
Praktik psixoloq-məsləhətçinin istinad etdiyi ümumiləşmiş elmi biliklər tarixəntəşəkkül tapmış müxtəlif nəzəriyyələrdən qaynaqlanır.
Müasir dövrdə psixoloq – məsləhətçinin praktik fəaliyyətdə istinad etdiyi əsas psixoloji cərəyanların xarakteristikalarını nəzərdən keçirək.

Yüklə 27 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin