10. Psixoloji konsultasiyanın elmi nəzəri əsasları Psixoloji konsultasiyanın tətbiqi sahələri



Yüklə 27 Kb.
səhifə7/7
tarix26.05.2022
ölçüsü27 Kb.
#59649
1   2   3   4   5   6   7
psixokonsultasiya 10 (4)

həyatın epizodları” adlandıran R.Lazurus qeyd edir ki, bu problemlər insanın ruhunda onun istədiyindən də dərin izlər buraxır. İnsanın psixoloqa tez-tez müraciəti bəzən boş və mənasız görünsə də, müştəri problemlərinin həll yolunu bu müraciətdə axtarmalı olur. Vasvası olan, öz sağlamlığına hədsiz diqqət yetirən, daxili problemləri olan adamlar psixoloqa daha çox müraciət edirlər. Məsələn, qohum-əqrabası və dostları olmayan təqaüdçülər özlərinə daha çox diqqət yetirirlər. Özü haqqında bilikləri olan adamlar öz uğur və uğursuzluqlarına haqq qazandırmaq üçün müxtəlif vasitələrə əl atirlar. İntellektual, emosional və fiziki bioritmləri düzgün hesablamaqla insan onu gözləyən fəallığın, əhvalın enməsinə sakit münasibət bəsləyə və bunun keçici fizioloji proses olduğunu dərk edə bilər.
Psixoloji konsultasiya psixoloji praktikanın terapiyadan ayrılmış nisbətən yeni və müstəqil sahələrindən biridir. Bu sahə klinik qüsurları olmayan, lakin psixoloji yardıma ehtiyacı olan insanların həyatı təlabatlarından yaranmışdır.
Hər bir insan doğrudan da, gündəlik həyatda çoxsaylı problemlərlə qarşılaşır. İşdəki çətinliklər, şəxsi həyatda və ailədəki problemlər, məktəbdə təlim uğursuzluqları, özünəinamsızlığın və özünəhörmətin aşağı olması, qərar qəbul etməkdə üzücü tərəddüdlər, ünsiyyət və münasibətlər yaratmaqda qarşıya çıxan maneə və çətinliklər və s. buna misal ola bilər. Psixoloji konsultasiya psixoloji praktikanın və xidmət sisteminin yeni sahələrdən biri olduğuna görə, onun dəqiq müəyyən edilmiş sahələri mövcud deyildir və ona görə də, onun predmetinə ən müxtəlif problemlər daxildir.
Psixoloqlar psixoloji konsultasiyanın predmetini müxtəlif nöqteyi nəzərdən izah edirlər. Məsələn, ABŞ psixoloqları H.Burks və B.Steffirin fikrincə, “konsultasiya ixtisaslı konsultantın müştəriyə “şəxsiyyət-şəxsiyyət” tipli münasibətlər çərçivəsində göstərdiyi peşəkar yardımdır”.
ABŞ psixoloqu L.Bramer yazır ki, “konsultasiya peşə karyerası, nikah, ailə, şəxsiyyətin təkmilləşdirilməsi və şəxsiyyətlərarası münasibətlər zəminində yaranan problemlərin həllində insana yönəldilmiş prosedurların məcmuyudur”. Psixoloji konsultasiyanın məqsədi müştərinin gündəlik həyatda qarşılaşdığı şəxsiyyətlərarası və emosional xarakterli çətinlikləri anlamaqda və onların həll edilməsində kömək göstərməkdən ibarətdir. Konsultasiya hər bir insana öz şəxsi istəklərinə uyğun davranış proqramı seçməkdə və ona müvafiq hərəkət etməkdə, yeni yeni şəraitə uyğunlaşmaqda, şəxsiyyətin iradi, intellektual və emosional sahədə yaranan problemlərin həllində kömək göstərmək məqsədi daşıyır.
Yüklə 27 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin