«1000000-a qədər ədədlərin nömrələnməsi» mövzusunun tədrisi metodikası «1-dən 1000000-a qədər ədədlər»


Çoxrəqəmli ədədlərin toplanması və çıxılmasının öyrədilməsi metodikası



Yüklə 28,06 Kb.
səhifə2/3
tarix02.11.2022
ölçüsü28,06 Kb.
#67201
növüYazı
1   2   3
1000 000

Çoxrəqəmli ədədlərin toplanması və çıxılmasının öyrədilməsi metodikası
Bu mövzunun öyrədilməsinə aşağıdakı tələblər verilir. Şagirdlər:
1. Toplama əməlinin xassələrini bilməli və hesablamaları səmərəli etmək məqsədilə həmin xassələrdən istifadə etməyi bacarmalıdırlar.
2. Sıfırla toplama və çıxma hallarını bilməlidirlər.
3. Toplama və çıxma əməllərinin mənasını, onların komponentləri ilə nəticəsi arasındakı asılılığı bilməli və bu bilikləri əməllərin yoxlanmasında, tənliklərin həll edilməsində tətbiq etməyi bacarmalıdırlar.
4. Çoxrəqəmli ədədlərin yazılı toplama və çıxma alqoritmlərini bilməli, yazılı hesablama vərdişlərinə nail olmalıdırlar.

5. Adlı ədədlərin xırdalanması, çevrilməsi və onların toplanması və çıxılması qaydalarını bilməlidirlər.

IV sinifdə riyaziyyatdan əldə edilən nəzəri biliklər və praktik vərdişlər əsas məktəbdə (V-IX siniflər) riyazi təhsili müvəffəqiyyətlə davam etdirməyə kifayət etməlidir.
Çoxrəqəmli ədədlərin yazılı toplanması və çıxılmasının öyrədilməsinin əsas metodiki məsələlərini nəzərdən keçirək.
İlk dərsdən başlayaraq toplama və çıxma əməlləri, komponentləri, nəticələri, toplama əməlinin xassələri təkrar edilir. Didaktik materialdan istifadə etməklə, həmin xassələrin hesablamaları səmərəli etdiyini göstərmək lazımdır.
Şagirdlərin 100 dairəsində, 1000 dairəsində yazılı toplama və çıxmaya dair bilikləri milyon dairəsində genişləndirilir və dərinləşdirilir. Məlum alqoritmlər analoji olaraq milyon dairəsində tətbiq edilir.
Çoxrəqəmli ədədlərin toplanması və çıxılmasını ayrılıqda və ya bir-birilə əlaqəli şəkildə öyrətmək olar. Metodik ədəbiyyatda hər iki varianta rast gəlirik. Biz hesab edirik ki, yazılı toplama və çıxmanı, bütün halları ilə birlikdə ayrı-ayrılıqda tədris etmək məqsədəuyğundur. Bacarıq və vərdişlərin formalaşdırılması və inkişaf etdirilməsi mərhələsində hər iki əməli birgə nəzərdən keçirmək olar. Qarşılıqlı tərs əməllər olduğundan, hesablama nəticələrinin yoxlanması da toplama və çıxma arasındakı əlaqəyə əsaslanır. Çoxrəqəmli ədədlərin toplanmasını aşağıdakı mərhələlər üzrə aparmaq olar:
1. Mərtəbə ədədlərini (onluğu) aşmadan toplama.

Bu zaman hər iki toplanandakı rəqəmlərin sayı eyni olur və uyğun mərtəbə ədədlərinin cəmi 10-dan kiçik olur. Məsələn,


2468
+ 3521
5989
Çoxrəqəmli ədədlər üzərində əməlləri yerinə yetirərkən, ilk növbədə həmin ədədlərin düzgün yazılmasına diqqət yetirmək lazımdır, «mərtəbələr sinfi» anlayışı nəzərə alınmaqla, siniflər arasında müəyyən məsafə olmalıdır.
Məsələn, 5 989 (5 min 989)
Burada şagirdlərin nömrələməyə dair biliklərinə istinad edərək, 1 milyon ədədi minliklərlə, yüzlüklərlə, onluqlarla ifadə etməyə aid çalışmalar vermək lazımdır. Məsələn,
1000 000 = 1000 minlik
1000 000 = 10 000 yüzlük
1000 000 = 100 000 onluq
1000 000 = 1000 000 təklik
2. Mərtəbə ədədlərinin cəmi 10-a bərabərdir və ya 10-dan böyük olan hallara aid toplama. Məsələn,

2463 3649


+ 3237 + 2367
5700 6016 Bu hallar şagirdlər üçün elə bir çətinlik yaratmır.
3. Mərtəbə rəqəmləri sayı müxtəlif olan çoxrəqəmli ədədlərin toplanması.

Yazılı toplamada belə hallara aid misallarda şagirdlər toplananların uyğun mərtəbə rəqəmlərini alt-alta yazmaqda çətinlik çəkirlər. Bu kimi səhvləri aradan qaldırmaq üçün ədədlərin sinif və mərtəbə anlayışlarını tez-tez təkrarlamaq və aşağıdakı kimi toplama hallarına yer vermək lazımdır.

237465 43675
+ 16947 + 1832
4. Çoxrəqəmli ədədlərin çıxılması. Mövzunun öyrənilməsini aşağıdakı kimi təşkil etmək olar:
1) Mərtəbə ədədlərini (onluğu) aşmamaqla çıxma. Məsələn,

3425 42367


- 2124 - 21246
1301 21121
2) Mərtəbə ədədlərini (onluğu) aşmaqla çıxma. Məsələn,

4730 7800


- 2423 - 4365
2307 3435
Bu misallardan birinin həlli şərhini verək: «0-dan 5-i çıxmaq olmaz. Onluq xanadakı rəqəm də sıfırdır. Onda 8 yüzlükdən 1 yüzlük götürüb, onluqlara xırdalayırıq. 9 onluğu onluq mərtəbəsində saxlayıb, 10 təkliyi təklik mərtəbəsinə gətiririk və bundan sonra çıxma əməlini yerinə yetiririk.


Yüklə 28,06 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin