1. Kliniki diaqnoz nədir?
3. Müalicə taktikası: Ən optimal müalicə taktikasını qeyd edin
1. Su çiçəyi, orta ağır forması. Ağırlaşma - kürəyin fleqmonası.
2. Tipik simptomlar, "yalançı polimorfizm", əmələ gəlmiş qovuqcuq (ətrafında hiperemiya,
gərgin divarlı, daxilində şəffaf möhtəviyyatı olan yumru və ya oval vezikula), qovluğun ortasında
batma zonası ola bilər
3. Ümumi gigiyenik vannalar, 1%-li brilyant ab., kortikosteronlar - ensefalitlə ağırlaşdıqda,
antibiotiklər, fleqmonanın açılması. Ağır vəziyyətdə, immunoqlobulin 0.5ml.kq, asiklovir,
qansiklovir 5mq/kq 100ml fizioloji məhlulda v/d. İnfuzion terapiya- ağırlaşdıqda.
Məsələ:34
9 yaşlı oğlan sahə pediatrının göndərişi ilə oynaqlarda və qarında ağrı, dəridə səpgilərlə
xəstəxanaya daxil olmuşdur. Uşaq qarında tutmaşəkilli ağılardan, sol dizdə və dabanda
ağrılardan, aşağı ətrafda xırda nöqtəli səpgilərdən şikayət edir. 2 həftə bundan əvvəl uşaqda
38,5
0
C temperatur, boğazında ağrı olmuşdur. Lakunar angina diaqnozu qoyulmuş və
amoksasilin təyin edilmişdir. 1 həftədən sonra aşağı ətraflarda xırda nöqtəli səpgilər, diz
oynaqlarında daimi olmayan ağrılar müşahidə edilmişdir.
Daxil olarkən uşağın vəziyyəti ağır idi. Süstdür, məcburi vəziyyətdə - ətrafları qarına doğru
bükülmüş şəkildə uzanmışdır. Aşağı ətrafları, qasığın, qulağın dərisində xırda nöqtəli, dəri
səthindən bir qədər qalxmış, silinmiş, simmetrik şəkildə yerləşmiş hemoraqik səpgilər müşahidə
edilir. Sol diz və aşıq-baldır oynağı şişkindir, palpasiya və hərəkət zamanı ağrılıdır. Qarın
palpasiya zamanı ağrılıdır, dalaq və qaraciyər əllənmir. Nəcis ifrazı porsiyalarla, sıyığabənzər,
moruğu jele rəngindədir. Sidiyə yaxşı gedir, açıq rəngdədir.
Qanın ümumi analizi: Hb 110 q/l, Er – 3,5x10
12
/l, R.g.- 10
9
/l. Cavan nüvəlilər – 1%, ç/n-5%, s/n-
57%, e-2%, i-28%, m-7%, EÇS-25 mm/saat.
Qanın biokimyəvi analizi: ümumi zülal- 71q/l, sidik cövhəri -3,7 mmol/l, kreatinin 47 mmol/l,
ümumi bilirubin-20,2 mmol/l, AST-20 vahid. Sidiyin ümumi analizi: rəngi –samanı sarı, xüsusi
çəkisi – 10
12
, zülal yoxdur, epiteli – 0-1 g/s, leyk. -2-4 q/s, eritrosit, silidr yoxdur.
Dostları ilə paylaş: