3. Ən optimal diaqnostik (instrumental) müayinə üsulu hansıdır?
a) endoskopik müayinə
4. Hansı xəstəliklərlə differensial diaqnostika aparılmalıdır?
a) kron xəstəliyi, birincili immunodefisit
5. Müalicə taktikası: ən optimal müalicə taktikasını qeyd edin
a) qlütensiz pəhriz
Məsələ:31
14 yaşında qız, 1,5 il ərzində defekasiya zamanı yaranan qarında olan ağrılardan şikayət edir.
Nəcis ifrazı sutkada 2-3 dəfə, formalaşmamış, qan və irin ilə. Son 1 il ərzində ümumi zəiflik,
iştahın azalması, arıqlama kimi simptomlar olur. Dəri örtükləri avazımış.
Anamnez: Uşaq 6-cı hamiləlikdəndir, 37-ci həftədə keçən 2-ci doğuşdan. Anadan olarkən çəkisi
2800 qr, uzunluğu 48 sm. Anadan olandan süni qidalanmada.
Baxış zamanı: dərisi təmiz, avazımış. Qarın bir qədər şişmiş. Palpasiya zamanı yoğun bağırsaq
uzunluğu quruldama və ağrı hiss olunur. Qaraciyər +1 sm qabırğa altından çıxır.
QÜA: Hb-114 q/L, rəng göstəricisi -0,83, Er – 3,8x10
12
/l, L-11,8x10
9
/l; çubuqnüvəli -14%,
Seqmentnüvəli -55%, eozinofil -2%, limfosit -32%, monosit-6%, EÇS -18 mm/saat.
Sidiyin ümumi analizi: patologiya yox
Koproqramma: rəng-tünd şabalıd, formalaşmamış pH-7.5; əzələ lifləri az miqdarda; hüceyrə
daxili kraxmal – az miqdarda; yadofil flora – az miqdarda; selik –çox; L-15-20 görmə sahəsinsə,
eritrosit -14-17.
Nəcis qizli qana: Qregersen reaksiyası müsbət
Kolonoskopiya: bəzi yerlərdə selikli qişa “daş örtüyünə” bənzəyir. Zədələnmiş və zədələnməmiş
sahələr var. Ödemli sahələr ilə bərabər dərin xoralar qeydə alınır.
Histologiya: bağırsaq divarının bütün qatları zədələnib, dərin fibroz qeydə alınır, Piroqov-
Lanqenqars hüceyrələri ilə qranulümaları.
Dostları ilə paylaş: |