3. Ən optimal diaqnostik (instrumental) müayinə üsulu hansıdır?
a) spiroqrafiya
4. Hansı xəstəliklərlə differensial diaqnostika aparılmalıdır?
a) krvx, bronxlarin yad cismi, pnevmoniya
5. Müalicə taktikası: ən optimal müalicə taktikasını qeyd edin
a) bronxolitiklər, inqalyasyon hormonlar, montelukast
Məsələ:29
Oğlan 5 yaş, cərrahiyyə şöbəsinə kəskin appendisit diaqnozu ilə qəbul olunub. Diaqnoz inkar
olunub. Pediatriya şöbəsinə diaqnozu dəqiqləşdirmək məqsədilə köçürülüb.
Xəstəlik anamnezi: 1 yaşdan sonra uşaqda tez-tez “soyuqdəymələr” müşahidə olunub, bəzən
hərarət 40 C, kataral əlamətsiz. Qecə enurezindən şikayət edir, qarında ağrılar olur.
Həyat anamnezi: 1-ci hamiləlikdən, fəsadsız, qr, sm. Peyvəndləri vaxtında alıb, 1 yaşa qədər
xəstələnməyib. Uşaq infeksiyalarından skarlatina(1,2 yaşda) və məxmərək (3,5 yaşda) keçirib.
Baxış zamanı: orta ağır, qarında ağrılar. Hərarət 38,2
o
C. Dəri solğun, təmiz, ürək və ağciyər N.
Sidiyin ümumi analizi: qələvi reaksiya, zülal 0,09 %, leykosit -50-100 görmə sahəsində, eritrosit
2-3.
Sidiyin əkilməsi: E.coli - 10
8
Sistoqrafiya: sidik kisəsinin ölçüləri böyüyüb, lateral konturlarda qabarmalar var, dibi sallanır.
Kontrast maddə əks istiqamətdə sağ sidik axarı ilə sağ böyrəyin kasa-ləyən sisteminə qədər çatır.
Sağ sidik axarının diametri 2 sm qədər genişlənib.
Dostları ilə paylaş: |