Suallar:
1. Diaqnostika taktikası: Ən optimal diaqnostik və ya əlavə müayinə metodu hansıdır?
2. Klinik diaqnoz nədir?
3. Müalicə taktikası: Ən optimal müalicə taktikasını qeyd edin.
Cavablar:
1. Qanda Ca, P,D vitamininin təyini, sidikdə Ca təyini.
2. Kəskin D hipervitaminozu, kəskinləşmə mərhələsi (məncə bunu diaqnoza daxil etmək lazım
deyil)
3. Uşaq xəstəxanaya yerləşdirilməlidir. D vitamininin qəbulu dayandırılmalıdır, infuzion
dezintoksikasion müalicə. A və E vitaminləri, ağır hallarda qlukokortikoidlər təyin olunur.
4. Profilaktik məqsədlə uşağa 2500 BV D vitamini təyin olunmuşdur. Əlavə olaraq uşaq malyuta
qəbul edir, bu da əlavə olaraq 500 BV-dir. Vitamin D-nin profilaktik dozası gündə 500 BV-dir.
Məsələ:37
12 yaşlı oğlan uşağı, xəstəliyinin 6-cı günü pediatr tərəfindən müayinə olunub.
Anamnesi morbi: uşaqda 5 gün əvvəl bədən hərarəti 38,5
0
C-ə qalxıb, əzginlik, halsızlıq,
iştahanın itməsi, ürək bulanma, qarında ağrılar, sutkada 3-5 dəfə duru nəcis ifrazı müşahidə
olunur. Anası uşağı evdəki vasitələrlə müalicə edib (çay, suxarı, yüngül bulyon, smekta). \buna
baxmayaraq febril temperatur və sutkada 3-4 dəfə duru nəvis ifrazı davam edib. Xəstəliyin 5-ci
günü gövdədə və ətraflarda ləkəli-papulyoz səpgilər əmələ gəlib. Oynaq nahiyələrində səpgilər
birləşməyə meyllidir. Sahə pediatrı çağırıb.
Baxış zamanı: bədən temperaturu 37, 5
0
C, dəri solğun, ləkəli-papulyoz səpgilər qalır, dil
“məməcikli”, “moruqşəkilli”. Qaraciyər qabırğa qövsündə 1 sm kənara çıxır. Nəcis ifrazı sutkada
4 dəfə duru, selikli və yaşıl rənglidir.
Qanın analizi: Hb-118 q/l, leykosit 13,5x10
9
/l, EÇS-18 mm/saat, ç/n-7%, s/n-69%, limf.-17%.
Dostları ilə paylaş: |