3. Müalicə taktikası. Ən optimal müalicə taktikasını qeyd edin.
Cavablar:
1. Təqdim olunan müayinə üsulları ilkin diaqnozun qoyulması üçün kifayətdir. Uşaq
Məsələ:41
Əvvəlki GDT (difteriya, göyöskürək və tetanus) və poliomillit peyvəndlərinə qarşı heç bir
reaksiyası olmayan 6 aylıq qız uşağına 3-cü dəfə profilaktik məqsədlə GDT və inaktivləşmiş
poliomillit peyvəndi vurulmuşdur. Peyvənddən 2 gün sonra ana uşağında 38 oC temperatur,
narahatlıq, vaksinasiyanın yeridildiyi yerdə hiperemiya və bərkimənin əmələ gəlməsi şikayətilə
poliklinikaya daxil olmuşdur.
Bu simptomları peyvəndin ağırlaşması kimi qiymətləndirən ana, həkimi və tibb bacısını
məsuliyyətsizlikdə günahlandırmışdır. Baxış zamanı 37,8 oC temperatur müşahidə edilmişdir.
Orqan və sistemlərdə patologiya yoxdur. Nəcis sıyığabənzərdir. Peyvənd yeridildiyi yerdə 1 sm
diametrində infiltral, 3 sm diametrində yumşaq toxumaların hiperemiyası və ödemi müşahidə
edilir.
Dostları ilə paylaş: