KARVAN SƏSİNİN TƏRİFİ
Bir sal dəniz rəngli Bəthayə nəzər
Gəmi tək gör necə gedir dəvələr.
Kim görmüş dənizi belə daş
kimi, Kim görüb quruda yerisin
gəmi?
Gör necə qatarla gedir karivan,
Səmada ay gəzir, sanki, durmadan.
Qulaq ver aramsız vuran zənglərə,
Yol boyu susmayan bu ahənglərə.
Ruh açır səhərin ilıq nəfəsi, Quş dili
oxuyur zənglərin səsi. Bu səslər
insanı gətirir cana, Sonsuz ləzzət
verir yolda insana. "Fələk süfrəsinə
buyur gəl demək, Rizvandan
mərhəba, əhsən eşitmək. Mizmarda
çalınan Zəbur nəğməsi, Minarədən
gələn xoş azan səsi, Xanəndə
oxuyan həzin bir hava, Müsəlla
vaxtında edilən dua, Yarın
ləblərində uçan gülüşlər, Gecələr
alınan dadlı öpüşlər. "Çox yaşa"
deyərək gülən həriflər, "Sabahın
xeyr olsun" deyən zəriflər, Aşiqin
öskürüb yar çağırması, Dostun
zarafatla tək asqırması, Jamın təştə
dəyib verdiyi səs də, Kasa cingiltisi
böyük məclisdə, Hicran gecəsində
xoruzun banı. Səhər açılarkən
sevda dastanı, Bunların hamısı əla,
gözəldir, Lakin karvan səsi daha
gözəldir. Dəvənin zəngində ilahi
səs var, O deyir "gəl haqqı bu səsdə
axtar". Ay onun ən -kiçik
saribanıdır, Utarid çox köhnə
nəğməxanıdır, İpəkdən almışdır
incəlik, düzü, Jilovun toxumuş
Nahid ulduzu, Deyir, qəlbdən
gələn odlu bir nəfəs: Ey Məkkə
vadisi, ey ilahi səs!
MƏKKƏNİN TƏRİFİ
Oradan Məkkəyə gedərsən, əlbət;
Görərsən Məkkədə xeyli kəramət.
Bu yer qoruyacaq səni hər zaman,
Jan alan istidən və quraqlıqdan.
Əgər Məkkə olsa sənin
məskənin, Janın hər bəladan
qurtarar sənin.
O iki sətrilə hər sirri açar,
Allahın adıyla yanaşı durar. Bu adda
saxlanır həqiqət tamam, Bunu dərk
eyləyər hər xasü əvam. Qəlbi pak
ustadlar düşməz o şəkkə, Əvvəl
allah deyər, sonra da Məkkə. Bilirəm
allahın sayəsində mən, Məkkə uzaq
qalar hər bir bəladən. Məkkə Kəbə
ilə bil sərəfrazdır, Bununçun sahəsi
toxunulmazdır. Məkkə fələk isə
şan-şərafətdə, Kəbə də qütbdür hər
ləyaqətdə. Kəbə yer tutmuşdur
Məkkədə, sanki Jəzirə dənizdə
olmuşdur sakin. Bura bir məskəndir
üns adamlara, Bura bir pənahdır hər
xaksara. Burada bur inci tapmaqçın
fələk Başını aşağı salmış qəvvas tək,
Susuz mələklərə bu yer səqqadır,
Hər dərdə əlacə o mühəyyadır.
Məkkədir su verən cənnət hovzuna,
Göylərin qapısı açıqdır ona.
Məkkəni arzular kişi olanlar,
Uşaq oyuncaqla sevinib oynar,
Janını qurban ver ona sən də get.
Yeddilər başına dolan, dua et!
Dostları ilə paylaş: |