MUSİLİ TƏRİF VƏ İRAQ
BAŞÇISI JƏMALƏDDİNƏ
SİTAYİŞ
Şam, ağıl mülkünün ağasıdır, bil,
Balası dünyalar fəth edən Musil.
Musil nicat verən pak bir hərəmdir,
O, həyat bəxş edən baği-İrəmdir.
Hamı bu hərəmə baş əyir, müdam,
Kainat bu sədrə edir ehtiram,
Dünyaya hökm edir onun qüdrəti,
Vardır bu sədrdə mələk xisləti.
Bəlkə də səmadır onun xəyalı,
Bəlkə Sədrə özü onun nihalı.
Musil bir səmayi-mülki-heyrətdir,
Sahibin tikdiyi bir imarətdir.
Musilə sən söylə üçüncü aləm,
Sahibi adlandır ikinci Adəm.
Qırx gündə düzəlmiş onun
heykəli. Ona da dəymişdir allahın
əli.
Alınmış torpağı, suyu həvəsdən,
Janlanmış o da bir, qüdsi nəfəsdən.
Jəmal da ikinci Adəmdir bu gün.
Xəlifə yaranmış dünyaya bütün.
Hər an mələklərə gəlir bu xəbər:
İkinci Adəmə səcdə etsinlər.
Musilin torpağı dördüncü səma,
Bu göydə mövcuddur günəş və İsa.
Kərəmin günəşi qalxmış təxt üstə.
Bəxtin azançısı deyir gur səslə:
Ey səhər gözləyən insanlar,
qalxın, Budur, əbədiyyət sübhünə
baxın! Səhərin hüsnünə veriniz
salam, Ona səcdə edib, edin
ehtiram
Bax, kərəm günəşi açaraq şəhpər,
Şamın məşriqindən doğur hər
səhər. Onun doğduğu yer olduqca
bu Şam, Şamın səhərində doğar
ehtişam,
Fələyin günəşi söz verdi dərhal, Ki,
Şamın şərqindən göstərsin cəmal.
Çünki Şam mülküdür namü ehsanın,
Alır rövnəqini bil Xorasanın. İraqın
başçısı o Şam sahibi,
İslam ölkəsinin tamam sahibi. Jəmal,
bil, Jəmşidi kölgədə qoyar, Jəbrayıl
qanadı ona sayədar. O zərrin tacıdır
tacidarların, Şahıdır dünyada
hökmdarların. Qətidir hər hökmü,
rəyi, fərmanı, Həşmət sarayıdır onun
məkanı. Kainat ki, sonsuz böyük
hicabdır, Onun əllərindən düşən
hübabdır. Günəş ki, məşəl tək
göyləri gəzər Himməti önündə
xəyalə bənzər. Əli möcüzələr
göstərən dəmdə, Jam da heyran
qalar bu sehrə Jəm də, Jəm necə
onunla yarışa bilir? Ki onun əlləri
dünya göstərir. Jəmşidin camında
görünən cahan, Onun öz əlində
görünər hər an, Altmış ilə birə fərq
qoymayan da, Bilir ki, cam heçdir əl
olmayanda. Ağla qüvvət olar hər
zamanda əl, Jam isə ağıla törədir
əngəl.
Bir ürək qanı ki, camla yaranar,
Belə ürək qanı nə işə yarar?
Zahirdə özünü şən göstərir cam,
Lakin de, heç püxtə olarmı bir xam?!
Jam özü bəladır xalqa, xilqətə,
Onunçun düşmüşdür özü illətə,
Gərəkdir ki, səma, xurşidi-aləm,
Jamalın əlinə qoysun cami-Jəm.
Jəmşid bir nökərdir Jəmaləddinə, O
bir iftixardır Jəmşid nəslinə.
* * *
Əgər qonaq olsan Jəmalə bir
an, İtmiş həyatını geri alarsan.
Onun sayəsindən ilham alaraq,
Səlamət yaşar od, su, hava,
torpaq.
Ey günəş parçası, bir qalx yerindən,
Get, yaşa Jəmalın sayəsində sən!
Ulduza nur verən günəşdir Jəmal, Get,
günəş olmaqçın sən ondan dərs al!
Hazır ol nə desə dərk eylə sən də,
Sonra da təkrar et öz hafizəndə. Alaraq
göstəriş o sərkərdədən, Mədinə şəhrinə
qoşun çəkərsən, Əgər sən çıxmasan
onun sözündən, Məkkəni salarsan razı
özündən. Qəribə deyilmi Məkkə də
ona, Kəbəylə birlikdə eyləyir dua.
Ona Nizamül-mülk ad qoydu
zaman. Sonra dediyindən oldu
peşiman, Ona şahın özü olarkən
qulam, Bir də yaraşarmı deyilsin
Nizam? Onun əl suyundan, ayaq
tozundan, Təcrübə etməkçin toplayıb
yığsan, Bunlardan bir allah, cahan
içində, Yüz Nizam yaradar bir an
içində. Xəlil tək bütləri sındırıb atdı,
Dində açıq gözlə Kəbə yaratdı.
Bununçun dünyanı düzəldənlər, bil,
Ona ad verdilər ikinci Xəlil.
Sarı rəng qələmi alov tək
yanır, Özü də atəşlə, bax,
qidalanır.
Bədəncə Misirli, dəridə Yəmən,
Paltarı Çindəndir, papağı hinddən.
Möhtac ölkələrə ruzi payladı.
Misirli Yusif tək məşhurdur adı.
Mədəsi İsa tək, vücudu Yəhya,
Özü sə heç oruc tutmayır əsla.
Surəti sarıdır, məzacı xəstə,
Başı yaxşı durur bədəni üstə.
Qocadır, uşaq tək, o zəif haldır,
Bununçun orucu yemək halaldır.
Hicrətdən beş yüz il keçən müddətdə,
İslamı saxladın məvazinətdə.
Sənin gövhərini bu çərxi-fələk, Dörd
gövhər başına tac qoydu, bişək.
Yetimlər saxladın Simurğ kimi, sən,
Dənizdə inci də çıxmaz əlindən.
Layiqdir Kəbənin xələti sənə,
Bağlıdır xilafət şöhrəti sənə.
Sənin tədbirində böyük hikmət var,
Tutub Abbasilər sayəndə qərar.
Bununçun istərlər Xəzəridən bac.
İstərlər Rum, Xəllux, hindlidən xərac.
Qeysər də keçərək Rum yollarından,
Məkkə qapısında olar pasiban. Bu gün
dünyaları fəht edən rumlu, Olacaq
qapının damğalı qulu. Süleyman
tikdirən zamanda bina. Ona əcinnələr
oldular bənna. Sən isə imarət tikdirən
zaman, Mələklər oldular ona
daşqoyan. Günəşin oduyla birləşən
kövsər, Dağlarda aramsız əhəng
düzəldər, Qafdan gətirilmiş daşları,
həmən. Bürcləri tikilmiş sitarələrdən,
Qiyməti üstündür belə bürclərin,
İskəndər tikdirən bürclərdən, yəqin.
Saxlanır burada gənc içində gənc, Sən
də mərkəzində bir şahi-şətrənc. Bu
şəhrə qoyarsaq ədalətlə ad, Deyərik,
yəqin ki, Ədalətabad. Ona döşəmədir
bu doqquz fələk, Odur səkkizinci
asiman, demək. Demişlər hər zaman
alicənablar: Şəhərlər bu yerlə edər
iftixar. Ey Keyvan şərəfli, Səmak
cəlallı, Ey Rizvan sifətli, Behişt cəlallı.
Vəsfində bu ağıl qalmışdır heyran,
Daha söz qalmadı ki, edim bəyan.
Sözlərin qüdrəti mədhinə çatmaz,
İdrak bundan artıq məna yaratmaz.
Bu həddən yuxarı yol tapmaz xəyal,
Mədhini bundan çox deməkdir məhal.
Qalan sözlərimi, şükrümü, hökmən,
Kitabın sonunda deyəcəyəm mən.
Dostları ilə paylaş: |