1412-Tohfetul Iraqeyn-Xaqani Shirvani-67s



Yüklə 236,35 Kb.
Pdf görüntüsü
səhifə23/30
tarix02.01.2022
ölçüsü236,35 Kb.
#41233
1   ...   19   20   21   22   23   24   25   26   ...   30
1412-Tohfetul Iraqeyn-Xaqani Shirvani-67s

ANASI HAQQINDA

Bir aşpaz qızıydı sevimli anam,

Onunçun hər kəsi mən doydururam.

Hikmət xəzinəsi məskəndir mənə,

Onunçun getmərəm bir əncümənə.

Xurma ağacının çölü xoş olur,

Nemət mətbəxi tək içi doludur.

Mətbəxdə bir xörək hazır edərkən,

Yuyuram oranı min su ilə mən. Boş

durmaz mətbəxdə qazanım əbəs,

Sınıq görməmişdir kasamı bir kəs.

Yuyarkən mətbəxi adlı-sanlılar,

Daima əlləri bal, yağda olar.

Beyin qazanımda bişəndə hisslər,

Doyar xörəyimlə böyük məclislər.

Günəş də can atıb dolanır hər gün.

Mənim mətbəximdən iy çəkmək üçün.



Mənim mətbəximdən çıxarkən tüstü,

Göylər də ənbərlə dolar əlüstü. O

Məryəm sifətli gözəllər ki, var, Mənim

xörəyimlə açarlar iftar. Mədhlər

söyləyən təbim dəryadır, Zaman

süfrəsində sözüm halvadır. Şerimi

sariban eşidən zaman, Ona zəfəranlı

aş deyər, haman. Yağlı sözlərimlə

dünya dolan tək, Onunla yağlandı bu

mavi fələk. Çoxdandır ki, kasa

gəzdirən dövran, Pay alır şerimdən və

ilhamımdan. Bu alçaq zəmanə hər

axşam, səhər, Məndən loğma alıb,

qana döndərər. İlhamım nemətli süfrə

açarkən, Aş axar süfrəmin hər

tərəfindən. Bu aş ülviyyətin ruhudur,

yeksər, O, ruhə mətanət, təravət verər.

Sözümün şəhdidir o şirin şərab,

Sufilər içərsə taparlar savab.

Xasların qəlbini sözlərim açar, Hər

beytin şam kimi yanıb nur saçar.

Həyatın süfrəsi bol olsun - deyə,

Mən təzə yeməklər etdim hədiyyə.

Xörəyim dostlara şirin şəkərdir.

Lakin, paxıllara acı zəhərdir.

ƏMİSİ HAQQINDA

Mən təbib əmimdən almışam ilham,

Yeddi söz mülkünün bir Bokratıyam,

Ağlım pay almışdır min bir dənizdən,

Tanışam hər otla Qaf dağında mən.

Bil, Ava dağının Musası mənəm, İndi,

bu aləmin İsası mənəm.

Onunçun məskənim olmuş asiman,

Dördüncü göy olub mənə bu Şirvan.

Jənnətdə nə meyvə yemişsə Adəm,

Tumunu təbimdə əkmişdir möhkəm.

Qəlbim Hindistandır, ilhamım Çindir,

Nadir dərmanlarım bunlardan gəlir.

O şadlıq gətirən məcunla, hər an,

Sözlərim olmuşdur hər dərdə dərman.



Nə vaxt təzələsəm şirin sözləri, Paxıl

adamların çıxar gözləri. Kim belə bir

dərman hazırlasa, bil. Ona can evində

verirlər mənzil. Sözüm şəfa verər

dərdli canlara, Lakin taun olar o,

düşmanlara. Mən haqq yolçusuna yol

göstərənəm. Düşmənin canına

qızdırma mənəm. Mənim nəfəsimin

möcüzəsindən, Yüz min qızdırmalı

sağalar, həmən. İçdikcə Şirvanlı söz

şərbətimi, Qaynar damarında qan

bulaq kimi. Dərman qayırmağı, sanki

peyğəmbər, Eyləmiş əzəldən mənə

müyəssər, Zatı şərafətli, özü

kərəmkar,

Əlləri dünyaya xəzinə paylar.

Onun əl suyundan yarandı Kövsər,

Rəf-rəf dükanının rəfinə bənzər,

Verər dərmanları ölüyə həyat, O,

İsadan yüksək durur neçə qat.

Mənim düşmənimə o edər lənət,

Belə dosta olsun yüz kərrə rəhmət.

Natamam yaranmış bir neçə cahil,

Belə söhbətlərdən olmuşlar qafil.

Qarikon kimidir acı sözləri,

Acı tərbəd kimi, boşdur özləri.

Tərbəd tək içləri zəhri-həlahil.

Olmuşlar biliyə məzhəbə qatil,




Yüklə 236,35 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin