ABŞ-ın dövlət katibi Con Hey ABŞ-İspaniya müharibəsini “Parlaq Kiçik Müharibə” adlandırırdı.
Müharibə elan olundu.Kuba sahillərində Atlantik eskadrası gedib gəlirdi.Lakin adaya orduların enməyi gecikdi.Amerikalılar müharibəni başlamağa bir qədər tələsdilər.Könüllü hissələr hələ də əmələ gətirilməmiş,daimi ordunun və donanmanın hissələri ilə onların hərəkətlərinin koordinasiyasi uyğunlaşdırılmamış,epidemiyalar baş qaldırmışdı.
Müharibədə əsas rolu donanma oynadı.Mak-Kinlinin prezident postuna seçildiyi zamanda ABŞ-ın daimi ordusu 27000 nəfər təşkil edirdi.Müharibənin başlanğıcında ordunun sayı 62000 nəfərə çatdırıldı.Müharibə zamanı isə ordunun heyyəti maksimum həddə 280000 nəfərə çatdırıldı.1898 ci ilin apreli və mayında Mak-Kinli orduya 200 000 könüllünün cəlb edilməsini təklif etdi.Baxmayaraq ki buna heç bir ehtiyac yox idi.
İspaniyaya rəğbət bəsləyənlər ümid edirdilər ki,sakitlik həftəsi ərzində İspaniya hökuməti qüvvələr ilə birləşə,özünə müttəfiq tapa və kubalılarla razılığa gələ bilər.lakin bu baş tutmadı.
Hərbi əməliyyatlar 2 istiqamətdə-Sakit Okean (Filippin) və Atlantik okean (Kuba və Puerto-Riko) baş verdi.Onlar 2 mərhələyə bölünə bilər.
Manil dəniz döyüşü
Santyaqo de Kubada döyüş
Müddət olaraq 3 ay (may-iyun-iyul) götürülmüşdü.
1898 ci il mayın 1 də Sakit okean eskadrası admiral Dyuninin başçılığı altında Filippinin paytaxtı Manila buxtasına soxuldu.Burada İspanlara məxsus Admiral Montexonun başçılığı altında köhnəlmiş donanma dayanmışdı.Döyüş növbətigün baş tutdu.11 ispan gəmisi məhv oldu.Dyuninin eskadrası isə demək olar ki,itkiyə düçar olmamışdı.Yalnız heyyətdən 7 nəfər yaralanmışdı.İspanların itkiləri isə 381 nəfər ölü və yaralılar idi.Nəticədə Amerinkanlar Filippin arxipelaqının bütün ərazisində dəniz kommunikasiyaları üzərində nəzarəti ələ almışdılar.Elə bu anda Filippin Milli ordusu Manilanı mühasirəyə aldı.Buradakı ispan qarnizonun vəziyyəti çıxılmaz olmuşdur.
ABŞ-ın sakit okeandakı gözlənilməz fəaliyyəti ABŞ-mətbuatı və Ağ Ev tərəfindən Kubanın azad olunması kimi qələmə verilirdi.lakin bəzi böyük dövlətlər,xüsusilə Almaniya ABŞ-ın Filippini tutmaq planını anladı və müharibə edən tərəflər arasında vasitəçilik etmək üçün Manilaya eskadra göndərdi.Lakin Amerikanlar Almaniyanın vasitəçiliyini qəbul etmədilər.Buna görə də Almanlar Filippinin sahilboyu sularını tərk etməli oldular.
19 mayda qəflətən Amerikan qüvvələri Santyaqo-de-Kuba limanını mühasirəyə aldılar.İspan eskadrasına Admiral Server başçılıq edirdi.Faktiki olaraq,bu gəmilər döyüş qabiliyyətinə malik deyildilər.Lakin onlar adanın müdafiəsində və buradaki amerikan desantlarının möhkəmlənməməsinə qulluq edirdilər.
3 iyulda admiral Server eskadrani Santyaqodan Havanaya köçürmək qərarına gəldi.İspan gəmiləri açıq dənizə çıxan kimi ABŞ donanması ilə qarşılaşdlar.ABŞ donanmasına admiral Sempson ve Şley başçılıq edirdi.Bir neçə saat ərzində ispanlar 3 keryser və 2 esmines itirdilər.Çıxılmaz vəziyyətə düşən admiral Server təslim olmaq məcburiyyətində qaldı.Zabitlər və dənizçilərlə birlikdə əsir götürüldülər.Amerikanların itkiləri isə 1 nəfər ölü və 10 nəfər yaralı idi.
Santyaqo-De-Kubadakı məğlubiyyət nəticəsində İspaniya öz donanmasını itirdi və daha öz dəniz mülklərini qoruya bilmədi.
Amerikan desantlarının Santyaqo-De-Kubaya çıxarılması hələ 22 iyunda başlanmışdı.Lakin ispan donanmasının məhvindən sonra desant əməliyyatları irimiqyaslı xarakter aldı.
İspan desantlarının Amerikan desantlarına qarşı mübarizəsini çətinləşdirən amillərdən biri də,burada sarı sətəlcəm adlanan epidemiyanın yayılması idi.
Amerikan quru qoşunları Kuba üsyançıları ilə birləşmiş və şəhəri mühasirəyə almışdılar.22 iyulda İspan qarnizonu təslim oldu.Atlantik döyüş meydaninda müharibə dayandı.
26 iyulda İspaniya məğlubiyyəti qəbul etdi və sülh imzalanmasını istədi.
12 avqustda ABŞ-la İspaniya arasında hərbi əməliyyatların başa çatdırılması haqqında protokollar imzalandı.
13 avqustda İspan ordusu manilanı təhvil verdi və şəhər Amerikan-Filippin qüvvələrinin nəzarətinə verildi.Sakit okean dğyüş meydaninda da müharibə başa çatdı.Həmin vaxtdan başlayaraq sülh müqaviləsinin işlənib hazırlanmasına başlanıldı.