1898 ci IL abş-İspaniya müharibəsi


) Müharibənin iştirakçıları



Yüklə 30,82 Kb.
səhifə2/4
tarix11.05.2023
ölçüsü30,82 Kb.
#111235
1   2   3   4
referat 659

2) Müharibənin iştirakçıları
1898 ci il İspan-Amerikan müharibəsinin iştirakçıları sırasında ABŞ və İspaniyadan savayı Kubanın Azadlıq ordusu və Filippinin Milli ordusu var idi.
Bu dövrdə İspaniya mühafizəkarların,liberalların və anarxistlərin hökumətin siyasətinə qarşı təşkil etdikləri etiraflara şahid oldu.Saqasta Liberal hökumətinin xarici siyasəti Kubanın,Puerto Rikonun,Filippinin,Karolin və Marian adalarının,Palay arxipelaqının və Afrikanın bəzi ərazilərinin İspan müstəmləkə imperiyasının tərkibində saxlanılmasına yönəlmişdi.Milli azadlıq hərəkatı ispanların müstəmləkə ağalığının əsaslarını dağıttı.
1892 ci ildə Kubada Kuba inqilabi Partiyası yarandı.Onun məqsədi Kubalıları müstəqillil uğrunda ciddi mübarizəyə hazırlamaq idi.Onun lideri isə məşhur kubalı siyasətçi Xose Marti idi.Partiyanin proqramina aqrar islahat,həmçinin irqi ayrı-seçkilik söz azadlığı,həmçinin azad toplaşmaq və.s demokratik azadlıqlar daxil idi.
24 fevral 1895 ci ildə qiyam başlandı.Bu 1895-1898 ci illəri əhatə edən Milli Azadlıq hərəkatına çevrildi.lakin 1895-ci il 19 Mayda Xose Marti,Das Rios döyüşündə həlak oldu.Qiyamda idarəedici rolu hərbçilər:Azadlıq ordusunun baş komandanı Maksimo Qomes və onun köməkçisi Antonio Maseo və Kalisto Qarsiya ələ aldılar.Qiyamçıların fəaliyyəti müvəffəqiyyətli idi.Belə ki,1895 ci ilin qışında artıq Havana mühasirəyə alınmışdı.
Həmin dövrdə adanı idarə edən ispan generalı kapitan Martines Kompos Madridə ciddi vəziyyət haqqında məlumat verdi və təcili islahat keçirilməsini tələb etdi.İspan hökuməti bundan imtina etdi və 10 fevral 1896 cı ildə general Valeriano Veyleri onunla əvəzlədi.O,inqilabçılarla hər hansı bir əlaqəsi olan kubalıların həbs düşərgələrinə salınmasına və edamına icazə vermişdi.Ciddi cəzalandırıcı əməliyyatlarına görə Veylerə ”qəssab” ləqəbi verilmişdir.
1895 ci ildə Prezident Klivlend ABŞ-ın İspaniya-Kuba müharibəsində neytrallığını elan etmişdir.
1896 ci ilin aprelində general Veyer tərəfindən Kuba üsyançılarına kömək etməkdə şübhəli bilinən ABŞ vətəndaşları həbs olunmağa başlandı.ABŞ Konqresi prezidentdən Kubadakı hadisələrə aktiv müdaxilə etməyi tələb etdi.
Bu göstərdi ki,ABŞ Kuba qiyamçılarını müharibə edən tərəf kimi tanımış və qanuni əsaslarla onlara yardım göstərmək üçün Ştatlara imkan vermişdir.Lakin Ağ Evdə Klivlendin etirazı bunu təxirə salmışdı.Hər şey 1897 ci ilin martında baş tutmuş seçkidən sonra dəyişdi.Həmin vaxtda Mak-Kinli prezident seçildi.Baxmayaraq ki,o problemin həllini sülh yolu ilə həll etməyi arzulayırdı lakin yeni prezident dərhal Kubanin müdafiəsi məsələsini qaldırdı.Ancaq İspan hökuməti ABŞ-in sülh niyyətlərindən şübhələnirdi.Xüsusilə də Amerikanların müharibə üçün gizli hazırlıq aparmaları,onları belə düşünməyə vadar etmişdi.Hərbi müdaxilədən boyun qaçırmaq ümidilə 1897- ci ilin sonunda general Veyler Kubadan geri çağrıldı.ABŞ hökuməti ümid edirdi ki,təzyiq və təhdidlərələ çox şeyə nail olmaq olar.ABŞ diplomatik heyyəti İspaniyada çox provakativ davrandılar.Onlar ispanlara ultimatium verərək,bu müharibənin 1897 ci il noyabrin 1 nə dək bitirməsini tələb etdilər.
Rəsmi Madrid güzəştə getməyə məcbur oldu.Veylerin geri çağrılması istisna olmaqla,İspaniya Kuba və Puerto-Rikoya muxtariyyət verməyə və bu adalara konstitusiya tətbiq etməyə söz verdi.ABŞ da öz növbəsində neytrallığını qorumağa söz verdi.
1 yanvar 1898 ci ildə Kuba muxtariyyət aldı.Lakin ne üsyançılar,nə də Birləşmiş Ştatlar bunu tanımadılar.
15 fevral 1898 ci ildə isə (əvvəldə qeyd olunduğu kimi) “Müyn” gəmisi qeyri-müəyyən vəziyyətdə partlamış və bu hadisədə ABŞ İspaniyanı günahlandırmışdır.İspaniya isə ABŞ-la hər hansı bir konfliktə girməyə qorxurdu.Lakin bu müharibə ABŞ-ın çox nüfuzlu qüvvələri üçün arzuolunan idi.Senator Loc,Con Heyn və 1897-ci ildə Dəniz nazirinin müavini vəzifəsində çalışmış Teodor Ruzvelt İspaniya ilə müharibəyə çpxdan hazırlaşmışdılar.Bütün ştatlarda “Meyni yadda saxla” şüarı dolaşırdı.
Amerikan hökuməti bu dövrdə “ikili siyasət” yürüdürdü.Bir tərəfdən Kuba inqilabçılarına pul və silahla yardım göstərir,digər tərəfdən isə ispaniyaya qiyamı yatırmaqda dəstək verirdi.ABŞ ın siyasəti açıq-aşkar fitnəkar siyasət idi və İspaniyayla-Kuba arasindaki konflikti süni şəkildə daha da alovlandırmaqla gələcəkdə müharibəni İspaniyanin boynuna qoymağa çalışırdı.
“Meyn” gəmisinin partlamasından sonra ABŞ və İspaniya arasindaki münasibətlər hər gün daha da pisləşirdi.27 martda Vaşinqton Madriddən həbs düşərgələrinin ləğv edilməsini,ehtiyaci olan kubalilari ərzaq məhsullari ilə təchiz etməyi,1898-ci il oktyabrın 1 nədək Azadliq ordusu ilə barışıq imzalamağı və bu danışıqlarda ABŞ-ın vasitəçi kimi iştirakının tələb etdi.
31 martda Madrid Amerikanın şərtlərini qəbul etdi,həbs düşərgələrini ləğv etməyi və ehtiyac işində olan kubalilar üçün 3 mln peso təyin etməyi vəd verdi.lakin ABŞ-ın vasitəçiliyini qəbul etmədi.7 aprel 1898-ci ildə Avropanın aparıcı dövlətləri (Almaniya,Fransa,Rusiya,Avstriya-Macarıstan,İtaliya) İspaniya ilə sülhü qorumaq barədə ABŞ prezidentinə müraciət etdilər.Roma papası XII Lev vasitəçi olmağa razılıq verdi.Böyük Britaniya Almaniya ilə ixtilaflar səbəbindən ABŞ-ı dəstəkləmişdi.Hər halda aprelin 9 da İspaniya Kubadakı hərbi əməliyyatları dayandırmışdır.
İngiltərənin tutduğu mövqe İspaniyani inandirmişdir ki,əgər ABŞ müharibəyə başlayacaqsa İspaniya hərbi əməliyyatlarda təkcə Kubanı itirməyəcək.10 apreldə ABŞ-ın Madriddəki səfiri Vudvord Mak-Kinliyə teleqram vuraraq bildirdi ki,İspaniya hökuməti ABŞ-ın arzu etdiyi kimi,Kubaya muxtariyyət verə və yaxud onu Birləşmiş Ştatlara güzəştə gedə bilər.Lakin 11 apreldə Mak-Kinli teleqramı gizlətmiş və Konqresə bildirmişdir ki,sülhü qorumaq cəhdləri müvəffəqiyyətlə başa çatmamışdır.
19 aprel 1898 ci ildə ABŞ Konqresi Kubanin müstəqilliyini tanımaq,həmçinin Kuba adasinin xalqini İspan müstəmləkəçiliyindən azad etmək məqsədilə ABŞ-a hərbi müdaxilə hüququ verən “Müştərək qərar” qəbul etdi.Həmçinin ABŞ söz verdi ki,barışıq əldə olunan kimi adaların idarəsi və hakimiyyət adanın əhalisinə veriləcək.
20 apreldə Prezident Mak-Kinli Konqresin qərarını təsdiq etdi.
21 apreldə ABŞ İspaniyaya ultimatium verərək Kubanı tərk etməsini tələb etdiBununla da ABŞ-İspaniya əlaqələri kəsildi
22 apreldə Şimali Amerika Atlantik Eskadrası adanı mühasirəyə almaq üçün Kyu-Vestdən Kuba istiqamətində yola çıxdı.
23 apreldə İspaniya öz imicini qorumaq üçün ABŞ-a müharibə elan etdi.İspaniya Avropanın güclü dövlətlərinin dəstəyinə arxalanırdı.Lakin bu dövlətlər açıq-aşkar əldən verilmiş müharibədə iştirak etmək arzusunda deyildilər.
24 apreldə Kubanin Hökumət şurası Birləşmiş Ştatları müttəfiq kimi tanıyır.
25 apreldə ABŞ Konqresi rəsmən İspaniyaya müharibə elan etdi.Nümayəndələr Palatasında müharibənin lehinə 311,əlehinə 6.Senatda isə lehinə 42,əlehinə 35 səs olmaqla qəbul edildi.Ehtimal ki,əgər senatda Budvorda gələn teleqram haqqında məlumat olsaydı,Mak-Kinlinin müharibə haqda təklifi qəbul edilməzdi.



Yüklə 30,82 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin