-ərazinin surətlə su qatı ilə örtülməsidir və bu zaman ərazinin xeyli hissəsini müəyyən müddətə su basır. Səbəbi adətən, leysan yağışları və qarın surətlə əriməsidir. Belə hal su qovşaqları, su-elektrik bəndlərinin zəlzələ, müharibə, terror və digər səbəblərdən yarılması nəticəsində də baş verə bilər ki, bu zaman xeyli ərazi, yaşayış məntəqələri su altında qalır. Daşqın çayların su rejimində hər il təkrar olunan dövr. Qarın və buzların əridiyi, yağışın ən çox yağdığı vaxtda olur. Daşqınlar çay hövzəsinin yerləşdiyi ərazinin fizikicoğrafi, iqlim şəraitindən asılı olaraq çaylarda rejim fazasıdır və bu il ərzində əsasən yaz və payız fəsillərində baş verir. Müstəsna hallarda ayrı-ayrı dövrlərdə də ola bilər.