Georgiyevsk müqaviləsi — 1802-ci il 26 dekabrda Rusiya ilə Şimali Qafqaz hakimləri və bəzi Azərbaycan xanları arasında imzalanmış müqavilə. Rusiya hökmdarı I Aleksandr (1801-1825) atası I Pavel kimi, ilk illər Rusiyanın himayəsi altında Şimali Qafqaz birliyi yaratmağa çalışırdı. Onun tapşırığı ilə Sisianov xanlarla danışıqlar aparmağa başladı. Görüş yeri üçün Georgiyevsk şəhəri seçildi. Burada Quba, Bakı, Lənkəran xanları, Dağıstan hakimlərindən Tarku şamxalı, Qaraqaytaq usmisi, Tabasaran və b. yerlərin başçıları toplanmalı idi. 1802-ci il 2 sentyabra təyin edilmiş görüş baş tutmadı. Bu görüşü yalnız 1802-ci ilin dekabr ayında keçirmək mümkün oldu. Görüşdə Quba, Dərbənd və Lənkəran xanları, həmçinin Tarku şamxalı, Qaraqaytaq usmisi və başqa dağlı hakimləri iştirak edirdilər. Bakı xanı görüşə gəlmədi. 26 dekabrda hakimlər arasında müqavilə imzalandı.
Giriş və 12 maddədən ibarət olan bu sənəd üzrə onu imzalayan xanlar və hakimlər söz verirdilər ki, onların arasında olan düşmənçilik, narazılıq və çəkişmələri bir tərəfə qoyacaq, bir-birilə savaş aparmayacaq (maddə 1), mübahisələri dinc yolla həll edəcəklər (maddə 2). İranın hücum edəcəyi halda ona qarşı birgə çıxış etmək (maddə 3), ticarəti, dənizçilik işini yoluna qoymaq da (maddə 5-10) nəzərdə tutulurdu.
Çar hökuməti Bakı xanlığının bu birliyə qoşulmaması ilə razılaşa bilmirdi. Gürcüstanın Rusiyaya qatılması ilə bu xanlığa çox böyük diqqət verilməkdə idi. Çünki Dəryal dərəsindən keçən hərbi Gürcüstan yolu təlabatı ödəyə bilmirdi. I Aleksandrın 12 sentyabr 1801-ci il tarixli, baş komandan Knorrinqin adına göndərilən buyruğunda bu barədə yazılmışdı: "Ətraf hakimlər və xalqlarla əlaqə yaratmaqla Rusiyaya meyl edənlərin sayını çoxaltmaq gərəkdir... (Kür çayının) töküldüyü yerə və özəlliklə Xəzər dənizində ən yaxşı limana sahib olan Bakı xanı vasitəsilə çalışmalı ki, Gürcüstandakı qoşunlarımız üçün Qafqazın çətin dağ yolu ilə deyil, Həştərxandan su yolu ilə yüklərin çatdırılması imkanı əldə edilsin". Buna görə 1803-cü ildə Bakı xanlığı ilə də ayrıca müqavilə bağlandı.
Georgiyevsk bağlaşması ilk günlərdən dəyərsiz bir kağıza çevrildi. "Birliyə" qoşulan tərəflər tezliklə İranın deyil, məhz Rusiyanın təcavüzünə məruz qaldılar. Çünki 1803-cü ildən yerli xanların nazı ilə oynayan "Pavel siyasəti"nin kortəbii davamına son qoyuldu. Onun yerini I Aleksandrın "öz" siyasəti, açıq təcavüzkar bir siyasət tutdu.
43.1829-cu ilə aiddir.
2 sentyabr - Rusiya ilə Türkiyə arasında Ədirnə sülhünün imzalanması və müharibənin bitməsi.
Azərbaycanda müsəlman ruhanilərinin hüquq və səlahiyyətlərini müəyyən edən komitənin yaradılması.
Nuxa şəhərində Xanabad manifakturasının fəaliyyətə başlaması.
Kür çayı boyu vətəgələrin dövlətin sərəncamına keçməsi nəticəsində "Salyan xəzinə qəyyumluğu" adlı ticarət şirkətinin yaradılması.
Cənubi Qafqaz məktəbləri haqqında Nizamnamənin qəbul olunması.
Kərim ağa Şəkixanov tərəfindən "Şəki xanlarının tarixi" əsərinin yazılması.
Ruhaniləri nəzarətdə saxlamaq üçün Çar hökuməti Azərbaycanda "şeyxülislam" və "müfti" vəzifələrini yaratdı.
44.Paytaxtlar
Qaraqoyunlu-Təbriz
Ağqoyunlu-Təbriz Bağdad
Səfəvilər-Təbriz Qəzvin İsfahan
45.1937-1938-ci illərdə kütləvi repressiyalar zamanı azərbaycanda daha çox insanın ölüm cəzasına məhkum edilməsinin səbəbi.
Səbəb böyük təmizləmə idi. İdarəçilikdə ermənilər daha çox idi.
46.Əsrin müqaviləsi.
1994-cü il 20 sentyabr H.Əliyev tərəfindən
47.H.Əliyevin hakimiyyətə ikinci dəfə azərbaycan xalqı tərəfindən çağırılmasının nəticəsi
1993-cü ildə dəvət olundu. Vətəndaş müharibəsinin qarşısı alınır və siyasi sabitlik yaranır.
48.İlham Əliyevin prezidentliyi dövrünə aiddir
2003-2020 ci illərə hansi hadisələr daxildirsə variantlarda qeyd edin.
49.Şahbulaq qalası- Qarabağ(hazırda ağdam ərazisi), Gələsən görəsən-Şəki Gülüstan qalası-(IX-XII əsrin gülüatanı şamaxıdadı, XII-XVII əsrin gülüstanı goranboydadı) Ərk qalası-Təbriz,Zindan qalası-Lənkəran
50.Fətəli xan Dərbəndi Quba xanlığına birləşdirildi neçənci ildə
1859-cu ildə
51.Rusiya imperiyasında şərqşünas elminin banisi?
Mirzə Kazım bəy
52.19-cu əsrdə şimali azərbaycana köçürülənlərin xronoloji ardıcıllığı
almanlar(1817-1818), ermenilər(1828-1828) ruslar(1830-)
53.Azərbaycanlıları ermənilərdən qorumaq üçün 20-ci əsrdə yaradılmış partiya
Difai partiyası (1906)
54.AXC yaradılması barədə istiqlal bəyannaməsini qəbul etmiş milli şuranın sədri kim olmuşdur
Məhəmməd Əmin Rəsulzadə
55.Hitlerin II dünya müharibəsi dövründə bakı nefti ilə bağlı planı
1941—1945-ci illərdə qazanılmış qələbədə üç amil həlledici rol oynayıb. Onlardan biri Bakı nefti Azərbaycanın cəbhəyə köməyidir. O vaxt Bakı ölkə neftinin 70 faizini verirdi.
1941-ci ildə müharibənin ilk dörd ayı ərzində respublikamızın süqutuna, xalqımızın sürgün edilməsinə iki dəfə cəhd edilmişdi.
Hitler Qafqaza hücuma başlayanda feldmarşal Manşteynə demişdi: "Biz mütləq Bakını tutmalıyıq. Əgər biz Bakı neftini ələ keçirməsək müharibəni uduzacağıq".
Bu məqsədlə Hitler Xəzər boyunca, Qroznı-Maxaçqala-Bakı istiqamətində hücuma keçmək və hərbi təyyarələrdən desant buraxmaq haqqında tank və aviasiya komandanlarına əmr vermişdi. Lakin 1942-ci ilin avqust ayının sonunda faşist ordu hissələri Şimali Qafqazda Terek çayının sahillərinə çıxsalar da, güclü müqavimətlə üzləşib irəliyə doğru hərəkət edə bilmədilər.
Buna baxmayaraq 1942-ci il sentyabr ayının 16-da SSRİ-nin Dövlət Müdafiə Komitəsi Bakının müdafiəsi üçün xüsusi qərar qəbul etdi, və bu qərara əsasən 1942-ci ilin sentyabr ayının 24-də Azərbaycanda hərbi vəziyyət elan edildi.
Neft Bakısı uğrunda gedən gərgin döyüşlərdən bəhs edən "Krasnaya zvezda" qəzeti 1942-ci ilin 26 sentyabr sayında yazmışdı: "Üç aydır ki, ölkəmizin cənubunda qızğın döyüşlər gedir. Sovet ölkəsinin və bütün dünyanın nəzərləri Şimali Qafqaz və Stalinqrad ətrafına yönəlmişdir. Vətənin taleyi, milyonlarla Sovet adamının azadlığı və həyatı bu döyüşlərdən asılıdır! Bunu ancaq 1942-ci ilin payızında Moskvanın müdafiəsi ilə müqaisə etmək olar".
İkinci dünya müharibəsində Azərbaycanın xidmətlərini yüksək qiymətləndirən Nikolay Baybakov demişdir:" Faşizm üzərində qələbə üçün Azərbaycanın etdiklərini bəlkə də heç bir respublika etməmişdir. 40-cı illərdə SSRİ-də çıxarılan 33 milyon ton neftin 23,5 milyon tonu Azərbaycanın payına düşürdü".
56.Əmir Teymurun azərbaycana yürüşü zamanı hansı dövlətin hökmdarı sovqatla onun yanına tabeliyə getdi.
Şirvanşahlar. Şirvanşah I İbrahim
57.XVIII əsrin 30 - cu illərində rusiyanı bütün xəzəryanı bölgələri tərk etməyə öhtəsinə götürdüyü müqavilə
Gəncə
58.Ağa Məhəmməd şah Qacarın Şimali Azcana yürüşü-1795
Zubovun Azcana yürüşü-1796
Gəncə xanlığının ləğvi-1804
Kürəkçay müqaviləsi-1868
Qarabağ xanlığının ləğvi-1822
Cavanbulaq döyüşü-1827
Təbrizin rus ordusu tərəfindən işğalı-1911
59.Gülüstani-İrəm əsərinin müəllifi
Abasqulu ağa Bakıxanov
60. Makedoniyalı İsgəndərin imperiyasının süqutundan sonra azərbaycanda yaranmış dövlətlər
Atropatena Albaniya
61.Məzdəkilər
Dostları ilə paylaş: |