13. ÜÇFAZALI TRANSFORMATORLAR Üçfazalı dövrələrdə , elektrik veriş xətlərində üçfazalı cərəyanın enerjisini transformasiya etmək üçün üsfazalı güc transformatorlarından istifadə edilir. Üçfazalı transformatorun nüvəsinin üç çubuğu var, onların hər birinə bir fazanın iki dolağı – yüksək və alçaq gərginlik dolaqları yerləşdirilir.Üçfazalı transformatorlar adətən gücü 60000 kVA qədər olan qurğularda tətbiq edilir. Üçfazalı transformatorun iş prinsipi və elektromaqnit prosesləri analoji olaraq birfazalı transformatorda olduğu kimidir. Bu transformatorun əsas xüsusiyyəti transformasiya əmsalının dolaqların birləşmə üsulundan asılı olmasıdır.
Konstruktiv olaraq üçfazalı trasformatorun dolaqları birfazalı trasformatorlarda olduğu kimi hazırlanır. Üçfazalı trasformatorun yüksək gərginlik dolaqlarının başlanğıcları böyük hərflərlə A, B, C, sonları isə X, Y, Z hərfləri ilə işarə olunur. Alçaq gərginlik dolaqlarının başlangıclarını kiçik a, b, c və sonu isə x, y, z sıfır çıxış nöqtəsi "o" ilə təyin edilir.
Üçfazalı trasformatorun dolaqları dörd sxem üzrə birləşdirilir: ulduz (λ), sıfır çıxışla ulduz (λ0), üçbucaq ( ), sıfır çıxışla ziqzaq (qarışıq).
Üçfazalı trasformatorun dolaqları ulduz şəkilində birləşdiyi zaman hər üç dolağın sonu öz aralarında birləşdirilərək, ümumi neytral (sıfır) nöqtə əmələ gətirir (şək.2a). Həmin dolaqların başlanğıcı isə dəyişən cərəyan elektrik enerjisi mənbəyinin və ya enerji qəbuledicisinin şəbəkə naqillərinə qoşulur.
Dolaqlar üçbucaq şəkilində birləşdiyi zaman (şək. 2b) birinci dolağın əvvəli ikincinin sonu, ikinci dolağın əvvəli üçüncünün sonu , üçüncü dolağın əvvəli birinci dolağın sonu ilə birləşdirilir.
Bəzən bu iki sxemdən əlavə düzləndirici qurğularda ziqzaq (qarışıq) birləşmə sxemindən istifadə olunur (şək. 2v). Bu sxemdə hər faza müxtəlif çubuqlarda yerləşdirilmiş və qarşılıqlı qoşulmuş sarğılarının sayı eyni olan iki dolaqdan ibarətdir.
Ulduz birləşməsində xətt gərginlik faza gərginliyindən böyük ( ), dolaqların üçbucaq birləşməsində isə xətti gərginlik faza gərginliyinə bərabər olur ( ).
a) ulduz; b) üçbucaq; v) qarışıq (ziqzaq)
14. ÜÇFAZALI TRANSFORMATORLARIN DOLAQLARININ BIRLƏŞMƏ QRUPLARI Üçfazalı transformatorun dolaqlarını ulduz və ya üçbucaq sxemi üzrə birləşdirmək üçün dolaqların başlanğıc və son uclarını bilmək lazımdır. Yüksək gərginlik dolaqlarının başlanğıc ucları A, B, C, bunlara uyğun son ucları X, Y, Z hərfləri ilə göstərilir. Alçaq gərginlik dolaqlarının ucları isə analoji olaraq a, b, c və x, y, z ilə işarə edilir. Üçfazalı trasformatorun dolaqları dörd sxem üzrə birləşdirilir: ulduz (λ), sıfır çıxışla ulduz (λ0), üçbucaq ( ), sıfır çıxışla ziqzaq (qarışıq).
Transformatorun dolaqlarının birləşmə qrupu kəsr ilə işarə edilir. Kəsrin surətində yüksək gərginlikli dolaqların, məxrəcində alçaq gərginlikli dolaqların birləşmə sxemləri göstərilir. Məsələn, l/D göstərir ki, yüksək gərginlikli dolaqlar l, alçaq gərginlikli dolaqlar D sxemi üzrə birləşdirilib. Ziqzaq birləşməsi ancaq xüsusi təyinatlı transformatorlarda (məs. düzləndiricilər üçün transformatorlarda) tətbiq edilir
Maqnit keçiricisinin eyni çubuğunda oturdulmuş yüksək və alçaq gərginlik dolaqlarında fazaca eyni olan e.h.q-ləri induksiyalanır. Yüksək və alçaq gərginlik tərəfdə eyni adlı sıxaclar arasında təsir edən xətti e.h.q-ləri ya fazaca eyni olur, ya da 30°-li bucaq misli qədər fərqlənir. Eyni adlı xətti e.h.q-ləri arasındakı faza fərqi bucağı transformatorun birləşmə qrupunu myəyyən edir. Bu bucağın qiymətini şərti olaraq hər vahidinə 30° uyğun gələn ədədlə göstərmək qəbul edilmişdir. Nəticədə ümumi halda 12 birləşmə qrupu mövcud ola bilər. Birləşmə qruplarının çox müxtəlif olması transformatorların istismarı üçün rahat deyil. Ona görə də, onlardan ancaq üçü standartlaşdırılmışdır:Y/Y0 – 12, Y/ , Y0/ .