1.Üçfazalı sistemlər haqqında ümumi məlumat



Yüklə 1,76 Mb.
səhifə10/23
tarix09.05.2023
ölçüsü1,76 Mb.
#110039
1   ...   6   7   8   9   10   11   12   13   ...   23
1. fazal sisteml r haqq nda mumi m lumat

P=Qb/Qd
burada Qb- boşalmadakı, Qd-doldurmadakı elektrik miqdarıdır, Kl (A saat).
Kl (kulon)-elektrik miqdarının ölçü vahididir (1A s=3600Kl)
Akkumulyatorun istismarı zamanı işlədicinin normal işini təmin edərək verilmiş həddə qədər boşalması nəticəsində işlədiciyə verdiyi enerji miqdarının onun doldurma zamanı aldığı elektrik miqdarına nisbətinə akkumulyatorun faydalı iş əmsalı deyilir.
η= Qi /Qd
burada Qi- işlədiciyə verilən enerji miqdarıdır (A s).
F.i.ə. həmişə Qd doldurmadan kiçik olur.Təbiidir ki, akkumulyatorun vermə əmsalı həmişə vahiddən kiçik olur. Çünki dolma və boşalma prosesləri faydasız enerji məsrəfləri ilə (kənar kimyəvi proseslər, suyun başqa maddələrə ayrılması, öz- özünə boşalma və.s ilə) əlaqədardır
Akkumulyatorların ardıcıl və paralel birləşmələri
Akkumulyatorların sıxaclarında gərginlik və e.h.q-si çox da böyük deyildir. Böyük gərginliklər almaq üçün ayrı-ayrı akkumulyatorları bir–biri ilə ardıcıl birləşdirirlər. Bu zaman əvvəlki akkumulyatorun müsbət qütbü sonrakının mənfi qütbü ilə və s.birləşdiyindən onların gərginlikləri toplanır və ümumi gərginlik onların cəminə bərabər olur (şəkil1,a)
Uüm =U1+U2+U3+U4+U5

Bu halda ümumi cərəyan isə bir akkumulyatorun


cərəyanına bərabər olur Iüm =I1=I2=I3=I4=I5
Bu cür qoşulan akkumulyator batareya adlanır.
Batareyanı tərtibetmək üçün tələb olunan akkumulyatorların sayı aşağıdakı ifadədən tapılır.
n=Ui/Ua
burada Ui-işəədicinin (yükün) tələb etdiyi gərginlik V ;
Ua -tam doldurulmuş bir akkumulyatorun gərginliyidir (V)
Akkumulyatorlar paralel qoşularkən onların müsbət qütbləri bir- birinə , mənfi qütbləri isə bir- birilə qoşulur (şəkil1,b). Bu zaman akkumulyatorun ümumü gərginliyi bir akkumulyatorun gərginliyinə bərabərdir.
Uüm =U1=U2=U3=U4=U5
Ümumi cərəyan isə ayrı-ayrı akkumulyatorların
cərəyanları cəminə bərabərdir Iüm =I1+I2+I3+I4+I5


Qurğuşunlu-turüulu akkumulyatorlar və onların quruluşu. Ən sadə qurğuşunlu-turüulu akkumulyator üç əsas hissədən: akkumulyatorun qabından, müsbət və mənfi lövhələrdən və elektrolit məhlulundan ibarətdir. Akkumulyatorun lövhələri səthli və kütləli olur. Adətən müsbət lövhələr səthli, mənfi lövhələr kütləli olur və bu lövhələr bir-birindən izole edilərək blok şəklində lehimləyirlər. Müsbət və məmfi lövhələr qurğuşundan tökmə şəbəkə şəkilində hazırlayırlar. Onların möhkəmliyini artırmaq üçün qurğuşuna 6-8% sürmə əlavə edirlər. Lövhələrin şəbəkələri akkumulyatorun doldurulması vaxtı kimyəvi reaksiyada iştirak edən aktiv kütlə ilə doldurulmuşdur. Doldurulmuş akkumulyatorun mənfi lövhələri- nin aktiv kütləsi məsaməli qurğuşundan (Rb), müsbət lövhələrin aktiv kütləsi isə qurğuşun-peroksiddən (RbO2) ibarətdir. Aktiv kütlənin məsaməli olması sayəsində onun elektrolitə toxunma səthi genişlənir.
Müxtəlif adlı lövhələrin bir birinə toxunmasının qarşısını almaq üçün onların arasına separatorlar qoyulur. Əgər müxtəlif adlı lövhələrin bir- birinə toxunmasına imkan verilərsə, qısa qapanma baş verir və akkumulyator işləmir. Qurğuşun -turüulu akkumulyatorun qabları turüuya davamlı şüşədən, saxsıdan, ebonitdən, plastik kütlələrdən hazırlanır. Elektrolid kimi sulfat turşusunun (H2SO4) 25-30% sulu məhlulu istifadə olunur. Sulfat turşusu sulu məhlulda tamamilə ionlara parçalanır. Mənfi və müsbət ionların köməyi ilə elektrik keçiriciliyi yaranır Akkumulyatorun boşalma və yüklənməsində elektrokimyəvi reaksiyalar aşağıdakı kimi yazılır
PbO2+Pb+2H2SO4 2PbSO4 +2H2O
Boşalmada tənlik soldan sağa, doldurmada isə sağdan sola oxunur.
Burada" →" boşalmada, "←" işarəsi isə yüklənmədə reaksiyanın istiqamətini göstərir.
Akkumulyatorlar sabit gərginlik mənbəyindən doldurulur. Bunların f.i.ə-lı 84%-ə çatır.
. QƏLƏVILI AKKUMULYATORLAR
Qələvili akkumulyatorlar ümumiyyətlə qapalı qabda buraxılır. Bununda səbəbi odur ki, akkumulyatoru dolduranda qələvinin sulu məhlulu ətrafdakı mühütdən karbon qazı udur və reaksiya nəticəsində ağ qələvi maddəyə (potaşa) çevrilib AB-nın verdiyi tutumu xeyli azaldır.
Qələvili akkumulyatorlar iki növə: nikel- dəmir (NJ) və nikel-kadmium (NK) bölünür. Hər iki tip
qələvili akkumulyatorlarda müsbət elektrodun aktiv kütləsini nikel hidroksiddən (Ni(ON)3), mənfi elektrodunki isə dəmirdən(F) ( nikel-dəmir akkumulyatoru) və ya kadmium (Cd) (60-80%) ilə dəmir qatışığından (nikel- kadmium akkumulyatoru) ibarətdir. Elektrolid olaraq 20% KOH və ya NaOH məhlulu istifadə edilir. Akkumulyatorun qulluq müddətini artırmaqdan ötrü elektrolitə LiOH litium monohidratı əlavə edilir.
Qələvili akkumulyatorların lövhələri xanaları olan nikkellənmiş polad çərçivələrdən iibarətdir. Xanalara niikellənmiş və üzərində deşiklər açılmış nazik paketlər qoyulur.Paketlər aktiv kütlə iilə doldurulub pireslənir. Qələvili akkumulyatorların qabı qaynaq üsulu ilə hazırlanmış polad qutudan ibarətdir. Onun qapağında 3 deşik olur. ikisnin içərisindən sıxaclarr ( + və -) çıxarılır, 3-cü isə qaba elektrolit tökmək üçündür.
Qələvili akkumulyatorları formalaşdırma yolu ilə işçi vəziyyətə gətirmək üçün onlara elektrolid məhlulu tökülməlidir, çünki onlar zavoddan quru ( məhlulsuz) gətirilir. Məhlul dəmir və ya ebonit qablarda hazırlanmalıdır. Şüşə qabda məhlulun hazırlanması məsləhət görülmür, çünki su ilə kalium qarışığında məhlulun hərarəti artır və şüşə qab istidən qızıb sına bilər. Eləcə də sinklənmiş, qalaylanmış, alüminium, mis, keramik, qurğuşun və üzərinə emal çəkilmişqablardan istifadə etmək qadağandır.
Nikel-dəmir akkumulyatorun boşalması və yüklənməsi vaxtı cərəyan yaradan elektrokimyəvi reaksiyalar aşağıdakı kimi yazılır.
2NiOOH+Fe+2H2O 2Ni(OH)2+Fe(OH)2
Nikel-kadmium akkumulyatoru üçün
2NiOOH+Cd+2H2O 2Ni(OH)2+Cd(OH)2
Nikel-dəmir akkumulyatorun düzgün işləməsi üçün mənfi elektrod müsbət elektroda nəzərən böyük kütləyə malik olmalıdır.
Qələvili akkumulyatorlarının doldurulmasının sonunda ən çöyük gərginlik1,72-1,82 V təşkil edir. Bu akkumulyatorların ancaq 1- 1,1 V gərginliyə qədər boşalmasına yol verilir. Onların f.i.ə 52-55% olur


Qurğuşunlu akkumulyatorların istismar rejimləri
Akkumulyator batareyalarının istismarında aşağıdakı əsas rejimlərdən istifadə olunur:

  1. Doldurma - boşalma rejimi;

  2. Fasiləli (dövri) bufer rejimi;

  3. Fasiləsiz bufer rejimi.

Bufer rejimi dedikdə, düzləndirici qurğu olan daimi cərəyan mənbəyini akkumulyator batareyası ilə paralel, yəni birlikdə işləməsi nəzərdə tutulmalıdır

Yüklə 1,76 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin